İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə132/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   128   129   130   131   132   133   134   135   ...   142

         

401

 

İsgəndər Atilla 

 



Cavid öz s

ənətini sevən bir şair idi. O, gözü önündə uçuşan 

minl

ərcə mövzulardan yalnız ən çox sevdiyini, ruhuna və sənətinə 

ən müvafiq gələnini yaxalar və  onu bir müddət zehnində 

yaşatdıqdan  sonra  səssiz, kimsəyə  sezdirmədən yazmağa  başlar, 

ondan soruşmayınca hansı əsərin üzərində çalışdığını söyləməzdi. 

O, 

əsərlərini birdən-birə, kamil şəkildə meydana çıxarmaq istərdi. 

Cavidin m

ənzum faciələri Azərbaycan səhnəsində  böyük mü-

v

əffəqiyyət qazanmışdı. Yazdıqları o qədər sevilirdi ki, tamaşaçılar 

onun 

əsərlərindəki  ayrı-ayrı  səhnələri, dialoqları  əzbərdən 

bilirdil

ər. 

Abdulla Şaiq  

 

 



Hüseyn Cavidin dili, 

əsərlərinin dərin məzmunu, fəlsəfəsi 

bizim kimi  k

əmsavad, məktəb və müəllim görməmiş gənclərin şü-

uru

na çatacaq şeirlər deyildi. 

 



“Ana”nı maraqla oxuyardıq. Oxuduqca Cavidin birpərdəli 

m

ənzum pyesindəki yeni xüsusiyyətləri,  dumanlı  da  olsa,  başa 

düşməyə çalışır, onunla daha çox maraqlanırdıq. 

 



“Keçmiş  günlər”dəki və  “Bahar  şəbnəmləri”ndəki  şeir-

l

ərin fəlsəfəsini demirəm, incəliyi, orijinallığı, şeiriyyəti, musiqisi 

bizi özün

ə məftun etmişdi. 

 



Cavidi h

ər dəfə Bakının küçələrində sakit addımlarla gedən 

gördükd

ə, ona bir də  baxmaq,  onun  simasındakı  səmimiyyəti, 

əzəməti, zəkanı  bir  də  görmək məqsədilə  ayaq saxlayar, onunla 



əyyən fasilələrlə yanaşı getməyə çalışardıq. 

 



M

ən 60 ildir ki, Cavid əsərlərinin təsiri altında yaşayıram. 

H

ər dəfə onun əsərlərini oxuyarkən Sənanın Xumara dediyi:  

 Məni xatırlayıb da gəlmişsən, 



Görünür biv

əfa deyilmişsən! 

 sözlərindəki lətafəti duyur, ətrini alıram...  



Qulam M

əmmədli 

 

 



Yaxşı  yoldaş,  bacarıqlı  müəllim, dəyərli  əsərlər müəllifi 

olan Hüseyn Cavid m

ənim ən çox sevdiyim ziyalılardan biridir. O, 

Darülmü

əllimində türk dili və ədəbiyyatdan dərs deyirdi. Hüseyn 

Cavid d

ərslərə  yaxşı  hazırlaşır,  şagirdlərlə  əlavə  məşğələlər 


402

                                            

Əsrin şairi IX 

aparır,  hamının  yaxşı  qiymətlə  oxumasına  çalışırdı.  Cavidin  az, 

lakin m

ənalı  danışığı  dinləyiciləri heyran edərdi. O, bərkdən 

danışmağı,  hay-küy  salmağı  sevməzdi. Mövzunu o qədər  canlı  və 

şirin  izah  edərdi  ki,  şagirdlər nəinki sinifdə, hətta evdə  də  onun 

haqqında  uzun  müddət  deyib  danışardılar.  Şairin müəyyən bir 

dram 

əsərini təhlil edəcəyini  eşitdikdə  biz müəllimlər də  onun 

söhb

ətlərinə qulaq asardıq.  

 



Cavidin r

əhbərliyi ilə məktəbdə dram dərnəyi yaradılmışdı. 

Əsərlərin məşqi  zamanı  Cavidin  özü  də  iştirak  edər və  rolların 

ifasında  səhvə  yol verən  şagirdlərin nöqsanlarını  ordaca 

düz

əldərdi.  Ədəbiyyata həvəsi olan gənclərə  öz biliyini 

əsirgəməzdi. O, şeir, oçerk və hekayə yazanlara kömək edər, onları 

da  bu  işə  həvəsləndirərdi. Bir dəfə  mən  yazdığım  5-6  misralıq 

şeirimi Cavidə oxudum. O, “lap yaxşıdır, yaz, mən də sənə kömək 

ed

ərəm” dedi. 

Camo C

əbrayılbəyli 

 

 



Hüseyn Cavid rus dilinin inc

əliklərini dərindən başa düşür. 

O, böyük dramaturq, şair olmaqla bərabər, həm də filosofdur. 

P

ənah Qasımov 

 

 



Cavid olduqca t

əvazökar, insanı heyrətə gətirən bir qürura 

malik idi. O, insanlara d

ərin hörmət və  məhəbbət bəsləyər, 

bununla  yanaşı,  kimsədən  asılı  olmaq  istəməzdi. Cavid həm də 

xeyirxah insan, m

ənəvi və  əxlaqi cəhətdən son dərəcə  pak bir 

şəxsiyyət idi. 

 



Cavid pyesl

ərindəki  obrazların  çoxu  canlı  və  dolğundur. 

Aktyor yaradıcılığı və aktyor sənətinin inkişafı üçün bu obrazlarda 

d

ərin və zəngin material vardır. 

Rza T

əhmasib 

 

 



Hüseyn Cavid bir dramaturq kimi, özün

ə qarşı çox tələbkar 

idi. Yazmış olduğu əsərləri uzun zaman ortaya çıxarmazdı. Ancaq 

əsər meydana çıxandan sonra onun bir misrasını da dəyişdirməyə 

razı olmazdı. 

Əli Zeynalov 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə