İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin yaradılması və dövlət orqanları
tərəfindən vətəndaşlara göstərilən xidmətlərin 
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər
tutaraq,  dövlət  orqanlarının  fəaliyyətində  şəffaflığın  artırılmasının,  vətəndaşlara
göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tət-
biq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli
davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini
nəzərə alaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elek-
tron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılsın. 
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət Agentliyi  bu  Fərmanın  3-cü  bəndində
göstərilən xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində
fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini,
nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının
qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu
sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.
3. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçir-
ilməsini təmin edən “ASAN xidmət” mərkəzləri yaradılsın. Həmin mərkəzlərdə:
3.1. xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri
əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və
təqvimin bütün günlərində həyata keçirilsin;
3.2. vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında,
səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilsin;
3.3. fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkili,
vətəndaş  axınının  idarə  olunması,  vətəndaşları  qarşılama,  dinləmə,  izahetmə
bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin həyata keçirilməsi təmin edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iki ay müddətində:
4.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun layihəsini Azər-
baycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. “ASAN xidmət” mərkəzlərinin nümunəvi əsasnaməsinin layihəsini və xidmət
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
61


mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin növləri barədə tək-
liflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması və Azərbaycan Re-
spublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli, 1015 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
strukturu”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 18 aprel tarixli 2187 nömrəli Sərəncamı ləğv edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyini və “ASAN xidmət” mərkəzlərini bina və zəruri
avadanlıqla təmin etsin;
6.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-
texniki təminat məsələlərini həll etsin.
6.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
62




 4
 / 
20
12


65
UOT 330.1:336.22
Kapitalın dəyəri konsepsiyası və 
kapital dəyəri artımının vergiyə cəlb olunması
problemləri
Xülasə
Tədqiqatın məqsədi - kapital dəyəri artımının vergiyə cəlb olunmasının nəzəri-
metodoloji məsələlərinin tədqiqi.
Tədqiqatın metodologiyası - müqayisə, sistemli təhlil, məlumatların analizi və
sintezi, ümumiləşdirmə.
Tədqiqatın nəticələri - investisiyalara verginin son faktiki dərəcəsinin mahiyyəti
açıqlanmış və kapitalın dəyərinə və son faktiki vergi dərəcəsinə təsir edən amillərin
təhlili  aparılmışdır.  Kapital  dəyərinin  artımına  münasibətdə  vergi  sistemlərinin
yanaşmaları nəzərdən keçirilir və kapital dəyəri artımının adi gəlirlərdən fərqli olaraq
digər qaydalar əsasında vergiyə cəlb olunmasının xeyrinə gətirilən arqumentlər təhlil
olunur.  Eyni  zamanda,  kapital  dəyəri  artımına  vergilərin  strukturunun  əsas  xü-
susiyyətləri nəzərdən keçirilərək dəyər artımından əldə olunan gəlirlərdən vergilərin
tutulması ilə bağlı yaranan əsas problemlər tədqiq edilir.
Tədqiqatın  məhdudiyyətləri  - kapitalın  dəyəri  konsepsiyası  və  kapital  dəyəri
artımının vergiyə cəlb olunması problemlərinin hərtərəfli təhlilinə istiqamətlənən
elmi tədqiqatların məhdud olması.
Tədqiqatın praktiki əhəmiyyəti - vergi qanunvericiliyinin təkmilləşdirilməsi is-
tiqamətində müvafiq elmi mənbə kimi, həmçinin gələcək elmi tədqiqatlar üçün ilkin
baza qismində istifadəsi mümkündür.
Tədqiqatın orijinallığı - kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının
vergiyə cəlb olunması problemləri kompleks şəkildə tədqiq olunur.
Açar sözlər: kapitalın dəyəri, vergitutma, investisiyalara verginin son faktiki
dərəcəsi, kapital dəyəri artımının indeksləşdirilməsi.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
VERGİQOYMA
Səh.65-80
*Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı şəhəri Az 1001, İstiqlaliyyət küçəsi, 6.
y.kalbiyev@aseu.az
Kəlbiyev Yaşar Atakişi oğlu*
iqtisad elmləri doktoru


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə