İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə25/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   21   22   23   24   25   26   27   28   ...   88

“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli
381-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik-
lik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 381-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Res -
publikası Prezidentinin aktlarının “Kommersiya sirri haqqında” Azərbaycan Respub-
likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezi-
dentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbay-
can Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azər-
baycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqan-
larının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kommersiya sirri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azər-
baycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azər-
baycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
54


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası  Konsti-
tusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Re-
spublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706;
2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1,
maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə
1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007,
№2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə
602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7,
maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə
840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985,
№12, maddə 1100; 2012, №1, maddə 4) aşağıdakı dəyişikliklər edilsin:
1. 18.1-18.10-cu, 18.14-cü, 18.26-18.32-ci, 18.49-18.53-cü maddələr ləğv edilsin.
2. 19-cu maddə üzrə:
2.1. 19.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“19.1.  Bu  Qanunun  18.54-cü  maddəsində  göstərilən  dövlət  rüsumunun  məbləği
göndərilən  materialların  göndərilmə  xərclərini,  habelə  beynəlxalq  sazişlərə  əsasən
beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.”;
2.2. 19.2-ci maddə ləğv edilsin.
3. 30.4-cü maddədə “attestatın” sözü “sertifikatın” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
55


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli
374-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik-
liklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 374-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Re-
spublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respub-
likasının  Qanununda  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının
Qanununa  uyğunlaşdırılmasına  dair  təkliflərini  hazırlasın  və  Azərbaycan  Respub-
likasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbay-
can Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azər-
baycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqan-
larının  normativ  hüquqi  aktlarının  və  normativ  xarakterli  aktların  “Dövlət  rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azər-
baycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azər-
baycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
56


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə