“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə5/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   2   3   4   5   6   7   8   9   ...   52

13
Tədqiqat işi ilə əlaqədar olaraq, arxiv sənədlərində və materiallarında, həmçinin 
nəşr edilmiş qaynaqlar üzərində sistemli iş aparılmışdır. Lakin həmin mənbələrdə 
xalçaçılıq haqqında əsasən ümumi məlumatlar verilmişdir. İrəvan bölgəsi xalçalarının 
növləri, çeşniləri, sənətkarlıq xüsusiyyətləri kimi məsələlər bu qaynaqlarda, demək 
olar  ki,  əks  edilməmişdir.  Bu  bir  daha  problemin  məhz  həmin  dövrə  aid  orijinal 
xalçalar əsasında öyrənilməsinin əhəmiyyətini vurğulayır. Buna baxmayaraq, arxiv 
sənəd lərinin və qaynaqların xalçaçılığa dair materialları imkan daxilində tədqiqata 
cəlb edilmişdir. 
Arxiv materialları içərisində Rusiya Federasiyası Dövlət Tarix Arxivində saxlanılan 
İrəvan quberniyası icmallarını qeyd etmək olar.
Nəşr  edilmiş  qaynaqlar  içərisində  dövr  üzrə  ən  çox  müraciət  edilən  Şopenin 
tədqiqatlarını
1
, «Обозрение»ni
2
, «Материалы»nı
3
, həmçinin müxtəlif statistik toplu 
və məcmuələri qeyd edə bilərik.
4
Tədqiqiat  işinin  əsas  məqsədi  XVIII  əsrin  II  yarısı-XX  əsrin  əvvəllərində 
Azərbaycanın  İrəvan  bölgəsində  xalçaçılıq  sənətinin  inkişafını  kompleks  şəkildə 
araşdırmaqdır. Bu məqsədə nail olmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
-  xalçaçılıq  sənətinin  inkişafının  tarixi  zəmininin  müəyyənləşdirilməsi  üçün  XVIII 
əsrin  II  yarısı-XX  əsrin  əvvəllərində  İrəvan  bölgəsi  tarixinin  əsas  mərhələləri 
kimi  İrəvan  xanlığı  və  Rusiya  imperiyasının  müstəmləkəçilik  dövrləri  tarixinin 
araşdırılması;
-  iqtsadi həyatın ümumi vəziyyətinin göstərilməsi və burada xalçaçılığın mövqeyinin 
müəyyənləşdirilməsi;
-  İrəvan bölgəsinin tarixi mahalları üzrə xalçaçılıq sənətinin ənənələri və vəziyyətinin 
göstərilməsi;
-  İrəvan bölgəsinin mahalları üzrə toplanmış 100 xalçanın növlərinə görə təsnifatı, 
xalçaların xarakteristikası və sənətkarlıq xüsusiyyətlərinin tədqiqi;
-  İrəvan bölgəsinin xalçalarının əsas işarə və simvollarının müəyyənləşdirilməsi və 
şərhi. 
1
 Шопен И. О народах, обитающих в Армянской области // Bulletin Scientifique de l’ Academie 
Imperiale  des  Sciences  de  St.  Petersbourg,  t.8.  №  1,  et.2,СПб.,  1840,  р.1-40;  Его  же,  Обозрение 
Закавказского края // ЖМГИ. СПб., 1841, ч.I, кн.2, с.336-365; Его же, Исторический памятник 
состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб., 1852; Его 
же, Кавказ и его обитатели. СПб., 1866
2
  Обозрение  Российских  владений  за  Кавказом  в  стат.,  этногр.,  топограф.  и  финансовом 
отношениях. 4 части. СПб., 1836
3
 Материалы для изучения экономического быта государственных крестян Закавказского края. 
тт.I-VII. Тифлис, 1885-1887
4
  Акты  собранные  Кавказской  Археографической  комиссией.  тт.I-XII.  Тифлис,  1866-1984; 
Аргутинский  –Долгоруков  А.М.  История  сооружения  и  эксплуатации  Закавказской  железной 
дороги за двадцать пять лет ее существования (1871-1896 гг. ). Тифлис, 1896; Зелинский С.П. 
Три  магала:  Нахичеванский,  Ордубадский  и  Даралагезский.  Географически-статистическое  и 
сельскохозяйственное описание // Сборник сведений о Кавказе. т.VII. Тифлис, 1880; Кондратенко 
Е.И. Сборник статистических данных о землевладении и способах хозяйства в пяти губерниях 
Закавказского края. Тифлис, 1899; Материалы для статистики Эриванской губернии // Сборник 
статистических сведений о Кавказе. т.I. Под. ред. Н.И. Воронова. Тифлис, 1869, Отд.I, разд. III, 
с.3-67; Описание Закавказского края. Статья ХLI // Статистические труды. И.Ф.Штукенберга. т.2. 
СПб., 1860, с.1-50; Памятная книжка Эриванской губернии. 1902, 1904, 1906, 1912, 1914; Первая 
Всеобщая перепись населения Российской империи 1897 г. Вып.LХХI. Эриванская губ. СПб., 
1905;  Статистический  взглядь  на  Эриванскую  провинцию  //  ТВ,  1831,  №6,7;  Статистическое 
описание городов Тифлисской и Эриванской губернии // КК на 1866, с.49-90; Статистическое 
описание городов Тифлисской и Эриванской губернии. Тифлис, 1894


14
Tədqiqat  işinin  metodoloji  əsasını  tarixi  inkişafın  ümumi  qanunauyğunluğuna 
əsaslanan  nəzəri  baxışlar  sistemi  təşkil  edir.  Bu  nəzəri  baxışlar  tarixi  tədqiqat 
metodları vasitəsi ilə araşdırmaya tətbiq edilmişdir. Onların sırasında ümumi elmi 
metodlar  (sintez,  analiz  və  s.)  ilə  eyni  zamanda  tarix  elmində  geniş  tətbiq  olunan 
konkret elmi metodlar, o cümlədən genetik, tarixi-müqayisə və s. mühüm yer tutur. 
Belə  bir  metodoloji  yanaşma  tədqiq  edilən  problemi  obyektiv  şəkildə  öyrənməyə 
imkan vermişdir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
-Azərbaycan  tarixşünaslığında  ilk  dəfə  olaraq  İrəvan  bölgəsində  xalçaçılıq 
sənətinin inkişafı kompleks şəkildə tədqiq olunmuşdur;
-İrəvan bölgəsinin XVIII əsrin II yarısı-XX əsrin əvvəllərindəki iqtisadi vəziyyəti, 
xüsusilə iqtisadi həyatında xalçaçılığın yeri müəyyənləşdirilmişdir;
-Azərbaycan  tarixşünaslığında  və  sənətşünaslıq  ədəbiyyatında  ilk  dəfə  olaraq 
Azərbaycan xalçalarının İrəvan qrupu ayrılmış, onun Azərbaycan xalçaçılığında yeri 
rolu müəyyənləşdirilmişdir;
-ümumilikdə  İrəvan  bölgəsi,  o  cümlədən  bölgənin  bütün  tarixi  mahalları  üzrə 
xalçaçılığın ənənələri və vəziyyəti tədqiq edilmişdir;
-ilk  dəfə  olaraq  müəyyən  edilmiş  xronoloji  çərçivə  üzrə  mürəkkəb  və  sistemli 
şəkildə  aparılan  iş  nəticəsində  İrəvan  bölgəsinin  bütün  mahallarına  aid  100  xalça 
toplanmış,  onların  müasir  texnologiyaların  yaratdığı  imkanlar  daxilində  fotoları 
çəkilmiş və tədqiqat işinə əlavə edilmişdir ki, bu da həmin xalçalar haqqında tam 
təsəvvür yaratmağa imkan vermişdir;
-toplanmış 100 xalçanın hər birinin tarixi və bədii, texnoloji təhlili aparılmışdır;
-İrəvan bölgəsi xalçaları üzərində tətbiq edilən əsas işarə və simvollar müəyyən 
edilmiş, onların semantikası açıqlanmışdır. 
İrəvan  bölgə sində  xalçaçılıq  sənətinin  inkişafının  öyrənilməsi  nəticəsində 
Azərbaycan  xalçaçılıq  məktəbləri  içərisində  yeni  İrəvan  qrupunun  ayrılması  ilə 
Azərbaycan xalçaçılığının tarixi və sənətkarlıq xüsusiyyətlərinin ümumiləşdirilmə-
sində orijinal istiqamət açılmışdır. Bu baxımdan tədqiqat işindən həm konkret olaraq 
İrəvan bölgəsinin xalçaçılığının öyrənilməsində, həm də Azərbaycan xalçaçılığına dair 
ümumiləşdirici  əsərlər  yazılmasında  istifadə  etmək  olar. Azərbaycan  xalçaçılığına, 
Azərbaycanın  iqtisadi,  sənətkarlıq  və  incəsənət  tarixinə  dair  xüsusi  kurslarda  bu 
materiallardan faydalanmaq mümkündür.
Tədqiqat  nəticəsində  İrəvan  bölgəsi  xalçalarının  müəyyən  edilmiş  sənətkarlıq 
xüsusiyyətlərindən, müxtəlif çeşnilərindən xalça toxunmasında da istifadə edilə bilər. 
İrəvan bölgəsinə aid xalçaların muzey və qalereyalarda nümayişi ilə həm bölgənin, 
həm də bütövlükdə Azər baycan xalçaçılıq sənətinin yüksək inkişafı haqqında tam 
təsəvvür yaratmaq olar.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə