“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

27
söylədikləri ağız ədəbiyyatında əsas motivlərdən biri də xeyirlə şərin mübarizəsidir. 
Müqəddəs yerlərdən, gerçək tarixi şəxsiyyətlərdən bəhs edən rəvayətlər, dastanlar 
buradakı əhalinin ümumi türk inancından bəhrələndiyini, o cümlədən bu dünyagö-
rüşün bölgə üçün hakim olduğunu göstərir. 
Qərbi  Azərbaycanın  İrəvan  şəhəri,  Vedibasar,  Zəngəzur,  Dərələyəz,  Ağbaba, 
Şörəyel, Loru, Pəm bək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin kimi bölgələri digər mahal-
larla sıx əlaqədə olmuşdur. Böyük ticarət yollarının üzərində olan bu bölgəni Osmanlı 
dövləti ilə, Şimali və Cənubi Azərbaycanla, Borçalı mahalı ilə ayrılmaz tellər bağlamış-
dır. Şəmşəddin, Qaraqoyunlu və Göyçə mahallarında yaşayan türklərin adət-ənənə, 
məişət baxımından Gəncəbasarın yerli əhalisi ilə demək olar ki, eyni olması tarixi 
faktdır. Zəngəzur mahalının əhalisi adətlərinə, məişətinə görə Qarabağ türkləri ilə 
eynilik təşkil etmişdir. Bu ərazinin qərb hissəsində yaşayan azərbaycanlılar Anado-
lu türkləri ilə qaynayıb-qarışmış, onlarla sıx əlaqədə olmuşdur. İrəvan, Zəngibasar 
kimi ərazilərin Güney Azərbaycanın Təbriz, Xoy, Maku kimi şəhərləri ilə bağlılığı, 
əlaqələri  də  bir  faktdır.  Bu  istər  şivələrdə,  istərsə  də  sənətkarlıq  nümunələrində, 
adətlərdə özünü qabarıq şəkildə göstərir. Zəngin mədəni irsi, folkloru, ədəbiyyatı və 
musiqisi ilə seçilən bu bölgə bütöv Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Ay-
rı-ayrı bölgələrin tarixi, mədəni irsi, toponimləri də onun ümumi Azərbaycan tarixi 
və mədəniyyəti ilə birbaşa bağlılığını göstərir.
Rəngarəng  və  zəngin  təbiətə  malik  olan  Qərbi  Azərbaycan,  əsasən,  dağlıq  və 
dağətəyi  bölgə  hesab  olunur.  Bolsulu  çaylar,  çəmənliklər  bu  ərazini  xüsusilə  hey-
vandarlıq üçün yararlı etmişdir. Vedi və Qəmərli, Əştərək bölgələri zəngin bağları, 
üzümlükləri, Mehri ərazisi subtropik meyvələri ilə seçilirsə, qalan ərazilər daha çox 
alp çəmənlikləri və dağ bitkiləri ilə məşhurdur. Əsasən, palıd, vələs, çinar, armud, 
alma, gilas, qoz, zoğal və alça ağacları ilə zəngin olan meşə örtükləri ilə yanaşı, bu 
yurd  yerinin  çöllərində  rəngarəng  bitkilər,  qayalarında  isə  cürbəcür  kollar  bitirdi. 
Relyefin  mürəkkəbliyi  və  çoxcəhətliliyi  onun  bitki  aləmini  də  təkrarsız  edirdi.  Bu 
amillər istər heyvandarlığın (xüsusilə də qoyunçuluğun) inkişafını, istərsə də təbii 
boyaqların alınmasını şərtləndirirdi. 
Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalça və xalça məmulatları əsas 
yer tutmuşdur. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər, “Na-
mazlıqlar”, çullar və digər xalça məmulatları da toxunurdu. Zəngin təbiəti bu bölgənin 
xalçalarına xüsusi çalarlar vermiş, onun rəng-kompozisiya həllinə çoxçeşidli boyalar 
bəxş etmişdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürləri, 
mifik görüşləri, inancları mühüm yer tutmuş, onlar xalçalar üzərində öz ifadəsini tap-
mışdır. Mifoloji quşlar, heyvanlar, həmçinin dünyaya yanaşma tərzindən irəli gələn 
semantik elementlər bu bölgənin xalçaları üçün spesifik idi. Azərbaycanın müxtəlif xal-
ça qrupları ilə sıx əlaqəsi duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların 
düşüncə və hisslərinin müstəvisi kimi çıxış etdiyini tam əminliklə söyləmək olar.
İrəvan  xanlığının  Azərbaycan  xanlıqları,  eləcə  də  bir  çox  xarici  ölkələrlə  geniş 
ticarət əlaqələri olmuşdur.
1
 1782-ci ildə burada olmuş rusiyalı Reyneks İrəvanın pam-
bıq parça, ipək, yazlıq buğda, şərabla zəngin olduğunu söyləmişdir. Burada, həmçinin 
çəltik istehsalı, küncüt, kətan becərilirdi. İ.Şopen İrəvanda olarkən xanlığın ərazisində 
1
   Əliyev F., Həsənov U. İrəvan xanlığı. Red. və ön sözün müəllifi K.Şükürov. İkinci nəşri. Bakı, 
2007, s. 47-48 (I nəşri 1997); İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan tor-
paqlarına köçürülməsi... s. 109-110.


28
gördüyü toxmaçarlıqların sayını ipəkçiliyin geniş yayılması ilə əlaqələndirir. Döv-
rün mənbələrində 1782-ci ilin martında, bayazitli İsak Paşanın xahişi ilə, İrəvandan 
Bayazitə yeddi min dinar iki abbası dəyərində qara qarpız, göy qarpız, mürsəqulu, 
xiyar, sürahi, reyhan, xına tozu, badımcan və s. toxumlarının göndərilməsi haqqın-
da  danışılır.  Üçkilsə  məbədinin  məxaric  dəftərində  qeyd  edilmiş  toxum  adlarının 
hamısı Azərbaycan türkcəsindədir. Dövrün mənbələrində bu toxumların adlarının 
Azərbaycan türkcəsində yazılması, bu torpaqda qədim dövrlərdən elə Azərbaycan 
türklərinin yaşadığını, onların oturaq həyat tərzi keçirdiklərini, xüsusilə də əkinçilik 
və  kənd  təsərrüfatının  digər  sahələri  ilə  məşğul  olduqlarını,  ermənilərin  isə  bu 
bölgəyə sonradan gəldiyini bir daha sübut edir.
1
 Ağrı vadisində Azərbaycanın digər bölgələri üçün səciyyəvi olan yaylaq-qışlaq 
maldarlığı inkişaf etmişdi. Qırxbulaq, Göyçə, Aparan, Dərəçiçək, Gərnibasar, Vedi-
basar, Talın mahallarındakı otlaqlar heyvandarlığın inkişafı üçün münbit şərait ya-
radırdı.  O  dövrün  mənbələri  İrəvana  Təbrizdən  çoxlu  karvanların  gəlməsinə  dair 
məlumatlar verir. İrəvandan Tiflisə, Ərzuruma, Axalsıxa, Qarsa pambıq, Təbriz, Xoy, 
Bayazitə düyü, buğda, arpa və duz aparılırdı. İrəvan bölgəsinin yolların kəsişməsində 
yerləşməsi burada çoxlu sayda körpülərin, karvansaraların, zərb xanaların və bazar-
ların olmasına rəvac verirdi. Ticarət yollarından biri Hindistan, Mərkəzi Asiya və İra-
nı Təbriz və Naxçıvan vasitəsilə İrəvan xanlığına bağlayan karvan yolu idi. Bu yola 
“Ərzurum yolu” və ya “Bəzirgan yolu” da deyirdilər. İrəvandan Ərzuruma gedən 
digər karvan yolu Aparan və Alagöz dağının şimal ətəyindən keçib Qarsa, oradan 
da Həsənqalaya yetişir, sonda ana xəttə qovuşurdu. İrəvandan Tiflisə gedən karvan 
yolu Üçkilsə, Sərdarabad, Hamamlı, Calaloğlu və Şulaverdən də keçirdi. XVII əsrdə 
fransız səyyahı J.Şarden bu yolun uzunluğunun İrəvan-Ağstafa yolu qədər olduğu-
nu yazırdı. J.Şarden bu yolun üstündə yerləşən yaşayış məntəqələrinin adlarını da 
qeyd etmişdir. İrəvandan Ağstafaya gedən yolda Bjni, Keşikkənd, Dəlican, Qaradaş, 
Məlikkənd, Körpükənd yaşayış məntəqələri yerləşirdi. İrəvan bu yolla Gəncə ilə əlaqə 
saxlayır, Şamaxıda isə Azərbaycanın Rusiyaya gedən əsas ticari yoluna bağlanırdı.
2
İrəvanın ərazisində olan mahallarda abidələr üzərində yazılar, qayaüstü təsvirlər, 
daşlara həkk olunmuş simvollar əhalinin həyat tərzindən, məişətindən xəbər verir. 
Azərbaycanın digər bölgələrindəki abidələrə kifayət qədər oxşar olan bu nümunələr-
də  türk-oğuz  boylarının  damğaları,  bəzən  isə  adları  dəqiqliklə  təsvir  edilmişdir. 
Zəngəzur bölgəsində - Qarakilsədə e. ə. II əsrə aid olan tikili qalıqları “Qoşundaş“ 
kimi tanınırdı ki, bu da qədim türklərin bir çox yaşayış məskənlərində rast gəlinən 
abidələrə bənzəyirdi. Zəngəzurun Urud kəndindəki Babək qalası, kurqanlar, qədim 
körpü, qəbirüstü abidələr, qoç heykəlləri
3
, Ağdu kəndindəki VII yüzilliyə aid olan türk 
ornamentləri ilə bəzədilmiş 9 metr hündürlüyündə qəbirüstü abi də, Qırmızıtəpədə 
Qala divarlarının qalıqları, Göyçə gölü sahilində Kolagirən qalasının xarabalıqlarında 
mixi yazılar, Gərni qalası və onun xüsusi məharətlə işlənmiş naxış və ornamentləri, 
Üçkilsə ərazisində IV yüzilliyə aid tikililər, mixi yazılarla zəngin olan Göy mələkləri 
məbədi, Anaqala, Qanlıca, Keçorus, Goş, Qıpçaq ocağı, Ərgəz piri və saysız-hesabsız 
digər abidələr bu yurd yerinin qədimliyindən xəbər verir. 
1
   Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk). Bakı, 
1992.
2
   İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi... s. 109-110.
3
   Musa Urud. Urud. Bakı, 2000


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə