“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   2   3   4   5   6   7   8   9   ...   52

9
Azərbaycanın xovsuz xalçalarını tədqiq etmişdir. Digər bir araşdırma isə Naxçıvan 
xalçalarına həsr edilmişdir.
1
Azərbaycan xalçaçılığının öyrənilməsində K.M.Əliyevanın tədqiqatları da mühüm 
yer tutur. O, 1988-ci ildə nəşr edilən kitabında
2
 Azərbaycanın xovsuz xalçalarından, 
1999-cu  ildə  nəşr  edilən  kitabında
3
  isə  XVI-XVII  əsrlər  Təbriz  xalça  məktəbindən 
ətraflı bəhs etmişdir. Ç.Qurbanova isə həmin xronoloji çərçivədə Azərbaycanın ipək 
xalçalarının tarixini tədqiq etmişdir.
4
Azərbaycan  xalçalarının  öyrənilməsində  R.S.Tağıyevanın  tədqiqatları  da  maraq 
doğurur. R.Tağıyeva əsasən, süjetli xalçaları tədqiq etmişdir. Onun tədqiqatlarından 
biri Azərbaycanın süjetli xalçaları
5
, digəri isə Nizaminin xalça obrazları
6
 haqqındadır. 
R.Tağıyevanın  Azərbaycan  xalçaçılığının  nəzəri  məsələlərinə  dair  tədqiqatları
7
  da 
elmi  baxımdan  əhəmiyyətlidir.  Azərbaycan  incəsənətinə  və  sənət  tarixinə  həsr 
edilmiş tədqiqatlarda (Əfəndiyev R. və b.) və ümumiləşdirici əsərlərdə də xalçaçılıq 
haqqında fikirlərə müəyyən yer verilmişdir.
8
A.Abbasovun  namizədlik  dissertasiyasında  isə  XIX  əsr-XX  əsrin  əvvəllərində 
Azər baycanda xalça istehsalı və ticarəti məsələləri öyrənilmişdir.
9
 
Azərbaycan xalçaçılığına dair tədqiqatlardan aydın olur ki, ümumiyyətlə İrəvan 
bölgəsi  xalçaları  tədqiqatdan  kənarda  qalmışdır.  Bundan  istifadə  edən  erməni 
müəllifləri İrəvan bölgəsi xalçalarını, onun çeşnilərini mənimsəməyə çalışmışlar.
10
XVIII  əsrin  II  yarısı-XX  əsrin  əvvəllərində  Azərbaycanda,  o  cümlədən  İrəvan 
bölgəsində sənətkarlığın, xüsusilə xalçaçılığın inkişafı məsələlərinə dair tədqiqatlar 
xüsusi  qrup  kimi  ayrıla  bilər.  C.Mustafayevin  xanlıqlar  dövründə  Azərbaycan 
sənətkarlığına dair tədqiqatı
11
, Ə.S.Sumbatzadənin XIX əsr Azərbaycan sənayesi və 
kənd təsərrüfatına dair monoqrafiyalarının
12
 müvafiq hissələri bu qəbildəndir.
Tədqiqat  işinin  xronoloji  çərçivəsi  üzrə  xanlıq  dövrü,  Rusiya  imperiyası  işğal-
ları  və  hakimiyyəti,  həmçinin  imperiyanın  dağılmasından  sonrakı  vəziyyətə  dair 
əsərlər  də  diqqət  mərkəzində  olmuşdur.  Azərbaycanın  İrəvan  xanlığının  tari-
xinin  öyrənilməsi  mürəkkəb  yol  keçmişdir.  Sovet  dövründə  bu  xanlığın  tarixi 
demək  olar  ki,  Azərbaycan  tarixşünaslığından  çıxarılmışdı.  İrəvan  xanlığının 
tarixşünaslığına  dair  xüsusi  tədqiqatda  qeyd  edilir  ki,  “...İrəvan  xanlığının  tarixi 
1
 Алиева А.С. Нахичеванские ковры. Баку, 1988
2
 Алиева К.М. Безворсовые ковры Азербайджана. Баку, 1988
3
 Её же, Тебризская ковровая школа XVI-XVII вв. Баку, 1999
4
 Курбанова Ч. Шелковые ковры Азербайджана в XVI-XVII вв.// Материалы Международного 
симпозиума по искусству восточных ковров. Баку, 1988, с. 172-177
5
 Тагиева Р.С. Сюжетные ковры Азербайджана. Баку, 1988
6
 Её же, Ковровые образы Низами. Баку: Ишыг, 1991 
7
 Её же, Искусство азербайджанского ковроткачества в контексте межцивилизационного диалога 
// Кавказ и глобализация. 2009, т.3. вып. 2-3, с.153-169 
8
 Əfəndiyev R. Azərbaycan el sənəti. Bakı, 1971; Yenə onun, Azərbaycan dekorativ – tətbiqi sənətləri 
(orta əsrlər). Bakı, 1976; Kərimov K., Əfəndiyev R., Rzayev N., Həbibov N. Azərbaycan incəsənəti. 
Bakı, 1992
9
 Аббасов А. Производство и торговля азербайджанскими ковпами в конце XIX- нач. XX вв. 
АДД. Тбилиси, 1980 
10
 Bu barədə xüsusi biblioqrafiyaya bax: Казарян М.М. Армянский ковер. Armenian carpet. Библ. 
Ереван, 1984 
11
 Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 1996
12
 Сумбатзаде А.С. Сельское хозяйство Азербайджана в XIX в. Баку, 1958; Его же, Промышлен-
ность Азербайджана в XIX в. Баку, 1964


10
uzun  müddət  Azərbaycan  tarixşünaslığının  ögey  münasibətinə  tuş  gəlmişdir. 
Bunun  başlıca  səbəbi  sovet  dövrünün  ideoloji  direktivləri,...saxta  beynəlmiləlçilik, 
xalqlar  dostluğu  prinsipləri  idi.  Onların  elmə  sirayəti  bir  sıra  Azərbaycan-sovet 
tarixçilərində  korafəhimlik  yaratmış,  digərləri  isə  milli  duyğulara  sahib  olduqları 
halda,  təhdidlərə  məruz  qalmamaq  üçün  “susmaq  öhdəliyi  götürmüşlər.”
1
  Yalnız 
XX əsrin 80-ci illərinin sonlarından Azərbaycan tarixşünaslığında İrəvan xanlığının 
tarixi  ümumi  Azərbaycan  tarixinin  tərkib  hissəsi  kimi  öyrənilməyə  başlanmışdır. 
F.Əliyev və U.Həsənovun 1997-ci ildə nəşr edilən “İrəvan xanlığı” kitabı
2
 bu sahədə 
ilk  tədqiqat  oldu.  Həmin  kitabda  İrəvan  xanlığında  sənətkarlıqdan  bəhs  edilərkən 
xalçaçılığa da toxunulmuşdur. Lakin müəlliflər burada yalnız bir neçə ümumi sözlə 
kifayətlənmişlər.
3
 İrəvan xanlığı tarixinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alan 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yaqub Mahmudov 
bu sahə üzrə mütəxəssislər kollektivi təşkil edərək, xanlığın ən mühüm, prinsipial 
məsələlərini  fundamental  şəkildə  həll  edən  monoqrafik  tədqiqat  nəşr  etdirmişdir 
(Bakı, 2009). Kitab ingilis dilinə də tərcümə edilmişdir. Qısa bir dövr ərzində geniş 
oxucu  kütləsinin  marağına  səbəb  olduğuna  görə,  ikinci  dəfə  nəşr  olunmuşdur. 
Azərbaycan dövləti Vətən tarixinə dair digər kitablarla yanaşı, “İrəvan xanlığı. Rusiya 
işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasını 
da  Azərbaycan  Respublikası  Dövlət  mükafatına  layiq  gördü.  Kitabda,  nəinki 
müəyyən edilmiş xronoloji çərçivədə, hətta xanlığaqədərki dövr və sonrakı vəziyyət 
də nəzərə alınmaqla İrəvan xanlığı tarixi kompleks şəkildə tədqiq edilmişdir. Burada 
xanlığın  sosial-iqtisadi  vəziyyətindən  bəhs  edilərkən,  xalçaçılığın  inkişafına  da 
toxunulmuşdur. Orada qeyd edilir ki, “xanlığın əsas əhalisi olan Azərbaycan türkləri 
ənənəvi  olaraq  donuz  deyil,  qoyun  saxladıqları  üçün  gözəl  xalçalar,  kisə,  palaz, 
çul, qışda geyinmək üçün isti paltarlar, əlcək, corab və s. toxuyurdular.”
4
 Digər bir 
maraqlı məsələ boyaqçılıqla əlaqədar idi. Bu problemə də toxunan müəlliflər göstərir 
ki,  “toxuculuqla  bağlı  digər  sənət  sahəsi  boyaqçılıq  idi.  Xanlıq  ərazisində  qırmız 
(“koşenil”) adlanan boyaq maddəsinin müxtəlif növlərindən geniş istifadə olunurdu. 
Bu  boyaq  maddəsi  haqda  xüsusi  tədqiqat  aparan  Rusiya  Elmlər  Akademiyasının 
akademiki Qammel İrəvan qırmızını yararlılığına gorə Meksika qırmızı ilə müqayisə 
edirdi.”
5
 
XIX – XX əsrin əvvəllərində Şimali Azərbaycan tarixi məsələləri xanlıq dövrünə 
nisbətən geniş tədqiq edilmişdir. Lakin burada da sovet dövrünün ideologiyası öz 
təsirini  göstərmiş,  işğal  və  müstəmləkə  məsələləri  ikinci  plana  keçirilmişdir.  SSRİ 
dağıldıqdan  sonra,  xüsusilə  müstəqillik  dövründə  XIX-XX  əsrin  əvvəlləri  tarixini 
işıqlandıran yeni obyektiv tədqiqatlar işıq üzü görmüşdür.
6
 
1
 Hacıyeva Z.Ə. İrəvan xanlığının tarixşünaslığı. Bakı, 2012, s.126 
2
 Əliyev F., Həsənov U. İrəvan xanlığı. Red. və ön sözün müəllifi K.Şükürov. İkinci nəşri. Bakı, 2007 
(Birinci nəşri 1997)
3
 Yenə orada, s. 46
4
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Elmi redak-
tor AMEA-nın müxbir üzvü Y.Mahmudov. İkinci nəşri. Bakı, 2010, s.107

Yenə orada. 
6
 Həbib Rəhimoğlu. Silinməz adlar, sağalmaz yaralar... Bakı, 1997; Məmmədov İ., Əsədov S. Ermənistan 
azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk). Bakı, 1992; Süleymanov M. İrəvan xanlığının 
Rusiyaya birləşdirilməsi. Bakı, 1997 və s. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə