“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

24
tün bunlar ermənilərin yerli azərbaycanlı əhalisinə qarşı düşmənçilik münasibətinin 
yaranmasına və dərinləşməsinə səbəb oldu. İrəvan qubernatorunun çara  göndərdiyi 
1905-ci  il  hesabatından  məlum  olur  ki,  çar  Rusiyasının  hakimiyyət  orqanları 
tərəfindən silahlandırılan və qızışdırılan ermənilərlə dinc azərbaycanlı əhali arasında 
ilk toqquşmalar hələ XIX əsrin 80-ci illərində baş vermişdir. Tarixə 1905-1906-cı illər 
“erməni-müsəlman davası” kimi daxil olan hadisələr zamanı erməni silahlı dəstələri 
azərbaycanlılara  qarşı  genişmiqyaslı  müharibəyə  başlamışdılar.  Ermənilər  Bakı, 
Naxçıvan və Qarabağla yanaşı, İrəvan şəhəri və qəzasında, Üçkilsə (Eçmiədzin) və 
Zəngəzurda da 1905-ci ilin iyun – 1906-cı ilin avqust aylarında azərbaycanlılara qarşı 
açıq müharibəyə keçmiş, qətllər, qarətlər və soyqırımları törətmişdilər.
1
Fevral inqilabı (1917) nəticəsində çarizmin devril məsi xəbəri İrəvan quberniyasına 
martın əvvəllərində çatdı. Quberniyada Müvəqqəti hökumətin yerli haki miyyət or-
qanlarının formalaşdırılmasına başlandı. Mar tın 14 (27)-də təşkil olunan Quberniya 
İcraiyyə Ko mitəsi özünü Xüsusi Zaqafqaziya Komitəsinin (rusca OZAKOM - Особый 
Закавказский Комитет) yerli orqanı elan etdi. Qəzalarda da icraiyyə komitələri ya-
radıldı. Müvəqqəti hökumət tərəfindən İrəvan quberniyasına və qəzalara komissarlar 
təyin edildi.
2
Fevral  inqilabından  (1917)  sonra  İrəvan  quberniyasında  sovetlər  də  yaranmağa 
başladı. Martın 8 (21)-də Aleksandropolda əsgər, sonra isə fəhlə deputatları sovetləri 
meydana gəldi. Hər iki sovet tezliklə birləşdi. İrəvan şəhərində də martın 12 (25)-
də  əsgər,  apreldə  isə  fəhlə  deputatları  sovetləri  yarandı.  Mart  ayı  ərzində  İrəvan 
quberniyasının  şəhərlərində  sovetlər  təşkil  olundu.  Həm  Müvəqqəti  hökumətin 
yerli  orqanlarında,  həm  də  sovetlərdə  daşnaklar  üstünlüyü  ələ  aldılar.  1917-ci  il 
sentyabrın  sonlarında  daşnaklar  Tiflisdə  “Erməni  milli  müşavirəsi”  çağırdılar. 
Müşavirədə Erməni milli şurası (sədr A.Aqaronyan) təşkil edildi. İrəvan şəhərində 
və quberniyanın qəzalarında da milli şuraların təşkil olunmasına başlandı. Erməni 
milli şurası İrəvan quberniyasının azərbaycanlı əhalisinə qarşı soyqırım siyasətinin 
hazırlanması  və  həyata  keçirilməsi,  Osmanlı  imperiyasında  ermənilərin  pozucu-
luq fəaliyyətinin təşkili, Qafqaz cəbhəsində vuruşmaqdan ötrü erməni korpusunun 
komplektləşdirilməsi üçün tədbirlər görməyə başladı. Oktyabr çevrilişindən (1917) 
sonra yaradılan Zaqafqaziya komissarlığı (1917, 15 (28) noyabr) hakimiyyətini İrəvan 
quberniyasına  da  yaydı.  İrəvan  quberniyasında  da  Müəssisələr  məclisinə  (Rusiya) 
seçkilərdə daşnaklar və sazişçilər qalib gəldilər. 1918-ci ilin 10 (23) fevralında işə baş-
layan Zaqafqaziya Seymi Cənubi Qafqazın Rusiyadan ayrılmasını təsdiqlədi (1918, 
mart). Zaqafqaziya Demokratik Federativ Respublikası elan olunduqda (1918, 22 ap-
rel) İrəvan quberniyası onun tərkibinə qatıldı.
Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  (RSFSR)  hökuməti  İrəvan  quber-
niyası  və  Osmanlı  imperiyasında  yaşayan  ermənilərdən  özünün  siyasi  məqsədləri 
üçün istifadə etmək xəttini həyata keçirirdi. 1917-ci il dekabrın 17 (30)-də Millətlərin 
işləri üzrə xalq komissarlığında erməni işləri üzrə ayrıca komissarlıq yaradılmışdı. 
RSFSR Xalq Komissarları Soveti 1917-ci il dekabrın 27-də (1918, 11 yanvar) “Türkiyə 
Ermənistanı haqqında dekret” qəbul etdi. Rus hərbi hissələrinin Qafqaz cəbhəsindən 
1
   Muradov V. Azərbaycan xalçaları. İrəvan qrupu. Bakı, 2011, s. 22-25
2
   Yenə orada. s. 19


25
geri çağırılması (1917, dekabr-1918, yanvar) daşnakların mövqeyini xeyli gücləndirdi. 
İrəvan quberniyasında azərbaycanlılara qarşı soyqırımı daha da genişləndirildi.
Zaqafqaziya  Seyminin  dağılmasından  sonra  (1918,  26  may)  daşnaklar  1918-ci  il 
mayın 28-də Tiflisdə Erməni (Ararat) Respublikasının yaranmasını elan etdilər. 1918-
ci il mayın 29-da Azərbaycan Milli Şurasının Tiflisdə keçirilən iclasında İrəvan şəhəri 
ermənilərə verildi.
1
Azərbaycanın  İrəvan  bölgəsində  erməni  dövləti  yaradıldıqdan  sonra,  azər-
baycanlılara qarşı deportasiya və soyqırımlar dövlət səviyyəsində həyat keçirilməyə 
başladı. Ermənistan hökuməti bununla kifayətlənməyərək azərbaycanlılara məxsus 
yer adlarını da erməniləşdirməyə başladı. Azərbaycanlılara qarşı deportasiya və soy-
qırımlar sovet hökuməti dövründə də davam etdirildi.
2
 1980-ci illərin sonlarında isə 
azərbaycanlılar Ermənistandan tamamilə deportasiya edildilər.
İrəvan bölgəsinin xalçaçılıq sənəti həmin torpaqların azərbaycanlıların tarixi-etnik 
torpaqları olmasını təsdiq edən əsas qaynaqlardan biridir.
1
  Muradov V. Azərbaycan xalçaları. İrəvan qrupu. Bakı, 2011, s. 20-21
2
  Deportasiya. Bakı,1998; Didərginlər. Bakı, 1990; Erməni cinayətləri. Bakı, 2004; Ermənistan 
azərbaycanlılarının tarixi coğrafiyası. Bakı,1995.


26
II. İrəvan bölgəsində xalçaçılığın tarixi coğrafiyası: 
mahallar və onların xarakteristikası
İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşa-
dığı ərazilər olmuşdur. Bu ərazidə olan saysız-hesabsız yaşayış məskənləri, nekropol-
lar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü 
sərdabələr,  eləcə  də  at,  qoç  heykəlləri,  məbəd,  kilsə,  məscid,  pir  və  ocaqlar  yerli 
əhalinin  tarixindən,  dünyagörüşündən,  etnik  mən subiyyətindən  xəbər  verir.  İstər 
coğrafi adlar, istərsə də mü asir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri
1
 
vaxtilə  bu  ərazidə  yaşamış  Azərbaycan  türklərinin  (azərbaycanlıların)  keçmişi-
ni, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkarlıq, 
əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş et diyi nemətlərdən səmərəli 
şəkildə istifadə etmişdir. 
Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən baş-
qa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də 
yaranmışdır.  Ağbabadan  Vedibasara,  Lorudan  Zəngəzura,  Göyçədən  Zəngibasara 
qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, 
sənətkarlıq nümunələri ərsəyə gətirmişdir.
İrəvan bölgəsinin ərazisində olan abidə adlarının əksəriyyəti özünün orijinallığı, 
eyni  zamanda,  türk  mənşəli  semantikası  ilə  seçilir.  Bu  bölgənin  sakinlərinin  mifik 
görüşləri, onların yaratdıqları şifahi xalq ədəbiyyatı, o cümlədən nağıl qəhrəmanları 
sənət nümunələrində, xüsusən də xalçaçılıq sənətində obrazlı şəkildə əks olunmuş-
lar. Nuhun gəmisi haqqında əfsanənin Gəmiqaya və Naxçıvanla bağlılığına diqqət 
yetirilsə,  aydın  olar  ki,  bu  bölgənin  demək  olar  ki,  hər  kəndində  həmin  rəvayətlə 
əlaqədar olan toponim və etnotoponimlər vardır. Ağrıdağı və Ağrıdağın vadisi Vad 
bütünün adından götürülmüş Vedi, Gögər, Erbi, Zəngi, Gərni, Qamər, Artaş, Saklarla 
bağlı yer adları qədim türk tayfaları ilə əlaqədardır. “Kitabi-Dədə Qorqud” dastanın-
dakı əksər yer və tay fa adlarının izləri Qərbi Azərbaycandadır. Bu bölgənin folklor 
nümunələrində adına ən çox rast gəlinən məkan Ağrıdağıdır. İrəvan miflərində sak-
ral ele ment kimi ilk məkan Ağrıdağı, ilk zaman isə Nuh əyyamıdır. İrəvan folklo-
runda xalqın dağla bağlı mifoloji görüşləri ilə birləşmiş Agrıdağı obrazı bu bölgədə 
yaşayanların təsəvvüründəki dünya modelinin sak ral mərkəzi kimi semantik yozu-
ma malikdir. Bu ərazidə yaşayan xal qın dəyərlər sistemində torpaq, dağ bir simvola 
çevrilərək, təkcə yaşayış məskəni kimi deyil, eyni zamanda, dünyaya çıxış obrazı kimi 
folklorda təcəssümünü tapmışdır. Qədim türklərin epik nümunələrində Ər gənəkon, 
Altay, Altuntuğ, Altunqan və müqəddəs sayılan digər dağ adları kimi Ağrıdağı və 
Ələyəz/Alagöz dağı da obraz kimi öz ifadəsini tapmışdır. Bu bölgədə yaranan mif, 
əfsanə və nağıllarda dağ əjdaha obrazı ilə assosiasiya olunur. Hunların, bulqarların 
mifik görüşlərində dağın ruhu əjdaha obrazı ilə təsvir edilir. Bölgənin dağlıq ərazidə 
yerləşməsi isə buranın həm də müdafiə, qorunma timsalı kimi də folklorda özünə 
yer tutmasına zəmin yaradır. Yağı bu ellərə ayaq basanda insanların dağa xitabən 
1
   Azərbaycan folkloru antologiyası. III kitab (Göyçə folkloru). Bakı, 2000; Azərbaycan folkloru 
antologiyası. VII kitab (Qaraqoyunlu folkloru). Bakı, 2002; Azərbaycan folkloru antologiyası. VIII 
kitab (Ağbaba folkloru). Bakı, 2003; Azərbaycan folkloru antologiyası. XII kitab (Zəngəzur folkloru). 
Bakı, 2005; Azərbaycan folkloru antologiyası. XV cild (Dərələyəz folkloru). Bakı, 2006.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə