İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

37 

 

 



 

Üçüncü  «dərs»  bilavasitə  proqramların  aparılmasının  hansı  ‖qabiliyyət― 

səviyyəsində  təmin  olunmasıdır.  Çünki  ən  yaxĢı  əsaslandırılmıĢ  ideya  belə 

yetərincə bacarıqla həyata keçirilmədikdə arzu olunan nəticəni verməyəcəkdir. 

Dördüncü  «dərs»  ölkənin  iqtisadi  inkiĢafının  daxili  potensial və  imkanlara 

əsaslanmasının  vacibliyidir.  Çünki  bazar  iqtisadi  münasibətlərinin  fundamental 

prinsipi olan «öz maraqlarının təmin olunması» istənilən xarici yardımın daxili im-

kanlarla rəqabətini gücsüz edir. Daxili imkanlara əsaslanmaq həm də korrupsiya və 

qanun pozğunluğu sayəsində cəmiyyətin qeyri-adi sürətlə diferensiallaĢmasmın və 

beləliklə  iqtisadi  proqramlar  ideyasının  deqredasiyasının  qarĢısını  almaq  üçün 

əhəmiyyətlidir. 

BeĢinci  «dərs»  nəticə  etibarı  ilə  iqtisadiyyatın  sağlamlaĢdırılması  məqsədi 

daĢıyan  proqramların  «səbəb-nəticə»  ardıcıllığının  düzgün  qiymətləndirilməməsi 

hesab  edilə  bilər.  Yaxın  və  «uzaq»  təcrübəmizin  radikal  tədbirləri  qiymətlərin 

hazırlıqsız liberallaĢdırılması, milli valyutanın tələsik dövriyyəyə buraxılması, sərt 

pul-kredit 

siyasəti, 

özəlləĢdirmənin 

gediĢi, 

xarici 


əlaqələrin 

sürətli 


liberallaĢdırılması  sayəsində  ölkənin  «açıqlığının»  qeyri-normal  dərəcəyə 

yüksəlməsi və s. kimi faktorlar dediklərimizə sübut ola bilər. 

Ġqtisadiyyatın  proqramlaĢdırılmasının  müvafiq  alətlərindən,  rıçaqlarından 

daha fəal surətdə istifadə etməklə, onlara söykənməklə neçə onilliklər boyu keçmiĢ 

ümumittifaq əmək bölgüsünə müvafiq olaraq formalaĢmıĢ iqtisadiyyatın bir tərəfli, 

qeyri-təkmil  və  asılı  struktura  malik  olması  üzündən  istər  maĢın,  avadanlıq, 

xammal,  yarımfabrikat  və  dəstləndirici  məmulatların,  istərsə  də  özünün  istehsal 

etdiyi  məhsulların  satılması  üzrə  Azərbaycan  Respublikasının  kənardan  indiki 

asılılığını  minimuma  endirmək,  daxili  bazarı  maksimum  yerli  istehsal  hesabına 

doldurmaq, habelə iqtisadiyyatın stabilləĢdirilməsi tədbirlərini ilk növbədə istehsal 

sferasına  yönəltmək məqsədi  ilə  bütövlükdə xalq təsərrüfatında  və  eləcə də onun 

ayrı-ayrı  sahələrində  dövlət  səviyyəsində  müvafiq  xüsusi  proqramlar  əsasında 

struktur  proqramları  aparılması  və  struktur-profil  dəyiĢikliklərinin  həyata 

keçirilməsi zəruridir. 




38 

 

 



 

Heç  də  təsadüfi  deyildir  ki,  bir  sıra  hazırkı  inkiĢaf  etmiĢ  kapitalist 

ölkələrində  vaxtilə  iqtisadiyyatın  stabilləĢdirilməsi,  dirçəldilməsi  tədbirlərinin 

həyata  keçirilməsi  gediĢində  hətta  ölkənin  maliyyə  sisteminin  formalaĢdırılması 

bütövlükdə belə proqramların reallaĢdırılması mənafeyinə tabe edilmiĢdir. 

Əhəmiyyətindən asılı olaraq bu proqramların hər birinin daxilində də vacib 

istiqamətlər  üzrə  bir  neçə  xüsusi,  müstəqil  proqramlarda  tərtib  oluna  bilər. 

(Məsələn,  kənd  təsərrüfatı  üzrə  pambıqçılıq,  üzümçülük,  tütünçülük,  baramaçılıq 

və i.a.) 

Proqramların  maliyyələĢdirilməsi  Azərbaycan  Respublikası  dövlət 

büdcəsində  xüsusi  bir  maddə  «Azərbaycanın  mühüm  dövlət  proqramlarının 

maliyyələĢdirilməsi» maddəsi kimi ayrıca qeyd olunmalıdır. 

Ġnvestisiya  fəallığının  təmin  olunması.  Azərbaycan  Respublikasında 

istehsalın  həcminin  aĢağı  düĢməsinin  qarĢısının  alınması,  onun  stabilliyinə  nail 

olunmasında  investisiya  fəallığının  artırılmasının  təmin  olunması  mühüm  rol 

oynaya bilər. 

Doğrudur  son  illərdə,  xüsusi  ilə  neft  kontraktlarının  bağlanması  sayəsində 

ölkəyə  investisiya  axını  xeyli  güclənmiĢdir.  Ġndi  Azərbaycan  adambaĢına  düĢən 

birbaĢa investisiyanın həcminə görə öz keçmiĢ müttəfiqlərindən xeyli qabaqdadır. 

Lakin  daxili  mənbələr  hesabına  investisiya  qoyuluĢu  çox  azdır.  Nəzərə  almaq 

lazımdır  ki,  daxili  investisiya  sferasında  böhranın  davam  etməsi  bütövlükdə  iqti-

sadiyyat üçün daha fəlakətlə nəticələnə bilər. Belə Ģəraitdə tənəzzüldən qurtulmaq, 

davam etmə müddəti baxımından istehsal sahəsində olduğundan daha uzundur. 

Deməli,  Azərbaycan  Respublikası  Ģəraitində  inflyasiyanın  elə  özünün 

qarĢısının  alınmasının  ən  düzgün,  etibarlı  yolu  məhz  investisiya  fəallığının 

artırılmasından,  respublikamızın  iqtisadiyyatının  normal  fəaliyyətinin  əsası  olan, 

onun  istehsal  vasitələri  və  istehlak  bazarını  zəruri  mallarla  doldurmağa  xidmət 

edən  sahə  və  müəssisələrin  maliyyə  və  digər  resurslarla  təmin  olunmasına  dövlət 

tərəfindən  himayədarlıq  edilməsindən  ibarətdir.  Bunun  isə  konkret  yolları  dövlət 

büdcədən  ayırmalar  və  kreditlərlə  yanaĢı,  əsasən  qeyri-istehsal  fəaliyyəti  ilə 




39 

 

 



 

məĢğul  olan  kommersiya  bankları  və  digər  xüsusi  təyinatlı  büdcədən  kənar  

fondların  bu  sahədə  rollarının  daha  da  artırılmasından  (onlar  üçün  müvafiq 

güzəĢtlərin  tətbiq  olunması  yolu  ilə),  dövlətin  rolunun  artırılması  ilə  yanaĢı 

investisiya  proqramlarının  maliyyələĢdirilməsində  daha  fəal  iĢtiraklarının  təmin 

edilməsində,  xüsusilə  də  əsas  fondların  aktiv  sahəsinin  (maĢınların  və 

avadanlıqların)  müəssisələrə  ilk  növbədə  daxil  olmasının  stimullaĢdırılmasından, 

əsas  istehsal  fondlarını  hər  il  yenidən  qiymətləndirmək  və  amortizasiya 

ayırmalarını  hər  rübə  indeksləĢdirmək  yolu  ilə  ümumi  investisiya  resursları 

içərisində  amortizasiya  ayırmalarının  xüsusi  çəkisinin  indiki  8-9%-dən  50-55%-ə 

qaldırmaqdan  (inkiĢaf  etmiĢ  Qərb  ölkələrində  bu  göstərici  50-60%  təĢkil  edir), 

əhalinin topladığı pul vəsaitlərindən səmərəli Ģəkildə istifadə etməkdən ibarətdir. 

Vergi  sisteminin  təkmilləĢdirilməsi.  Respublika  iqtisadiyyatının  indiki  ağır 

böhranlı vəziyyətinin ən baĢlıca səbəblərindən biri mövcud vergi sistemi olmuĢdur. 

Tədqiqatlar  dövründə  tətbiq  edilən  vergi  sistemi  istehsalın  artırılmasının  bütün 

stimullarını boğan, məhdudlaĢdıran bir vəsilə kimi çıxıĢ edirdi. Müəssisələrin əldə 

etdikləri gəlirlərin 80-85%-i 10-dan artıq müxtəlif vergi kanalları ilə müəssisələrin 

əlindən alınırdı. Halbuki bütün klassik bazar iqtisadiyyatı ölkələrində istehsalçının 

özünü və dövləti saxlamaq üçün əldə etdiyi gəlirlərin təqribən üçdə birini istehsalın 

inkiĢafına, üçdə birini cari, o cümlədən sosial xərclərinin ödənilməsinə, qalan üçdə 

bir hissəsini isə dövlət büdcəsinə keçirir. 

Vergi  sisteminin  ikinci  ən  mühüm  çatıĢmamazlığı  onun  həddən  artıq 

çoxkanallılığı, qeyri-sadəliliyi (anlaĢıqlı olmaması) nöqsanından ibarətdir. 

Bütün  bunları  nəzərə  alaraq  respublikada  vergi  sisteminin  köklü  surətdə 

təkmilləĢdirilməsi proqramı aĢağıdakı istiqamətdə getməlidir: 

Birincisi,  qeyri-səmərəli  vergiləri  ləğv  etməklə  vergi  yükünün  azaldılması 

və  vergi  sisteminin  sadələĢdirilməsi.  Burada  söhbət  ilk  növbədə  müəssisələrdən 

tutulan  vergilərin  həcmini  82-85%-dən  50-55%-ə  endirməkdən,  vergi  kanallarını 

birləĢdirmək yolu ilə onu maksimum sadələĢdirməkdən gedir. 

Ġkincisi,  özünü  doğrultmayan,  məqsədəuyğunluqdan  və  daha  çox  qrup 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə