İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

31 

 

 



 

bilər  xarici  dövlətlərə  əvəllər  verilmiĢ  kreditlər  üzrə  xarici  debitor  borcunun 

həcminin nisbəti. 

Təqdim  olunan  göstəricilərin  ümumi  cəmi  milli  iqtisadiyyatda  islahatların 

keçirilməsi  nəzərdə  tutulan  ölkənin  «portretini»  əks  etdirir.  Belə  bir  «portretin» 

ətraflı tədqiqi belə bir ölkə üçün daha əlveriĢli iqtisadi mühitin seçilməsinə imkan 

verir. Belə bir tədqiqatın əsas tərkibini bu və ya digər iqtisadi quruluĢa aid Ģərtlərlə 

bağlı  islahatların  baĢlanması  anına  ölkədə  yaranmıĢ  Ģəraitin  uyğunluğunun 

müəyyən edilməsi təĢkil edir. 

Bütün iqtisadi islahatlar hər hansı bir dərəcədə iqtisadi agentlərin fəaliyyətinin 

tənzimlənməsində  dövlətin  rolunun  gücləndirilməsinə  və  ya  azaldılmasına 

yönəldilmiĢdir.  Adam  Smitin  dövlətin  iqtisadiyyata  aktiv  sürətdə  müdaxilə 

etməsini  inkar  edən  «bazarın  görünməz  əli»ndən  baĢlayaraq,  S.  M.  Keynsin 

dövlətin  tənzimlənməsinin  zərurəti  iddiaları,  ABġ  prezidenti  Guverin  «neytral» 

ABġ prezidenti dövləti və F. D. Ruzveltin «yeni kursu», «reyqanomika» və onun 

dövlətin «əkstənzimlənməsi», fransız «dirijzmi» və ingilis «tetçerizmi» və nəhayət, 

SSRĠ-nin və faĢist Almaniyasının iqtisadiyatın mərkəzi idarəetməsi və L. Erxandın, 

Y. T. Qaydarın liberalist islahatlarınadək. 

Bütün  bu  dəyiĢikliklər  problemin  artıq  dərəcədə  mürəkkəbliyini  sübut  edir. 

Ġqtisadi  islahatların  tarixindən  yeganə  nəticə  etmək  olar  ki,  müxtəlif  ölkələrdə 

onların  tarixi  inkiĢafının  müxtəlif  mərhələlərində,  dövlətin  iqtisadi  fəaliyyətdə 

müxtəlif dərəcədə iĢtirakı milli iqtisadiyyatın vəziyyətindən asılı olan hər hansı bir 

strateji məqsədlərə nail olmağına da köməklik edir və ya çətinlik törədirdi. 

Ġqtisadi siyasi və ideoloji sahədə kardinal dəyiĢikliklər zamanı, yeni iqtisadi, 

dövlət  və  ictimai  dözümə  keçid  dövründə  dövlətin  iqtisadiyyata  müdaxiləsinin 

məqsədəuyğun  dərəcəsini  təyin  etmək  ən  mürəkkəb  məsələdir.  Bu  dövr  keçid 

dövrü adını alır, iqtisadi fəaliyyətin vəziyyəti isə - keçid iqtisadiyyatı. 

Bir  çox  ölkələrin  təcrübəsi  göstərir  ki,  iqtisadi  inkiĢafa  ancaq  onun  maddi 

bazasının  möhkəmləndirilməsi  yolu  ilə  deyil,  eyni  zamanda  insanların 

düĢüncəsində,  davranıĢında,  onların  bir-biri  ilə  ünsiyyət  üsullarında  baĢ  verən 




32 

 

 



 

əsaslı  dəyiĢikliklər  hesabına  da  nail  olmaq  olar.  Belə  ki,  bəzən  mövcud  adətdən, 

ənənədən imtina iqtisadi inkiĢafın mühüm ilkin amilinə çevrilə bilir. Məlumdur ki, 

iqtisadi  inkiĢafın  kəmiyyətcə  qiymətləndirilməsinin  ən  çətin  problemlərindən  biri 

iqtisadi  inkiĢafda  yuxarıda  qeyd  olunan  amillərin  rolunun  müəyyənləĢdiriləmsi 

məsələsidir.  Bununla  bağlı  «Ekonomiks»də  qeyd  olunur  ki,  «ayrı-ayrı  fərdlər  və 

sosial  qruplar  nə  istəyirlər,  həqiqətən  onlar  köhnədən  imtina  edib,  yeninin  tətbiqi 

üzərində  gərgin  çalıĢırlar.  Bu  baxımdan  onlar  iqtisadi  artıma  mane  olan  sosial, 

mədəni,  siyasi  amilləri  aĢağıdakı  qruplara  bölürlər:  Ölkə  daxilində  hakimiyyət 

uğranda mübarizə; Cəmiyyətin mövcud sisteminin xarakteri; Neqativ dini adət və 

ənənələr; 

Bütün  bunlar  belə  qənaətə  gəlməyə  əsas  verir  ki,  keçid  Ģəraitində  həyata 

keçirilən iqtisadi islahatlar zamanı yeni yaradılan iqtisadi sistemin siyasi, ideoloji 

əsasları  ilə  iqtisadi  təfəkkür  tərzinin  paralel  təĢəkkülünə  çalıĢmaq  lazımdır.  Bu 

problem keçid dövrünü yaĢayan Azərbaycan üçün ona görə xüsusi əhəmiyyətlidir 

ki,  bu  gün  bizim  ölkəmiz  zəif  inkiĢaf  etmiĢ,  keçid  iqtisadiyyatına  malik, 

qloballaĢan  dünya  proseslərinə  qovuĢan,  nəhayət  ərazisi  iĢğala  məruz  qalan  və 

müvafiq  sürətdə  hərbi  vəziyyətdə  olan  bir  dövlət  kimi  xarakterizə  oluna  bilər. 

BaĢqa  sözlə,  Respublikamızın  mövcud  siyasi-iqtisadi  reallıqları  klassik 

prinsiplərdən fərqli özünə məxsus spesifik ideologiyanın və iqtisadi düĢücə tərzinin 

formalaĢdırılmasını tələb edir. 

Belə  bir  Ģəraitdə  son  illərdə  əhalinin  iqtisadi  Ģüurunda  maraqlı  bir  meyl 

müĢahidə  olunur.  Ġnsanların  xeyli  bir  hissəsi  bir  tərəfdən  respublikamızın  bazar 

münasibətlərinə  keçidin  əleyhinə  olmadıqları  halda,  onlar  bazar  münasibətlərinin 

bərqərar  olmasını  adətən  istəmirdilər.  BaĢqa  sözlə,  əhali  sərbəst  istehlak  bazarı 

olmasını, daĢınmaz əmlakı sərbəst alıb-satmaq istəyir, digər tərəfdən bu mərhələdə 

dövlətin  sosializmdəki  funksiyalarının  qalmasını  istəyir,  bir  sözlə  bazara  sanki 

«kapitalizmsiz» keçmək istəyirdilər. 

Ölkədə həyata keçirilən iqtisadi, siyasi və ideoloji islahatların uğurluluğunun 

təmin  edilməsinin  mühüm  Ģərtlərindən  biri  də  həmin  proseslərin  beynəlxalq 




33 

 

 



 

miqyasda  müdafiə  olunmasıdır.  Bütün  bunlar  onu  göstərir  ki,  milli  ideologiya 

əsasında  milli  iqtisadiyyatın  formalaĢdırılması  problemləri  milli  mənafelər  əsas 

götürməklə  yanaĢı  xarici,  siyasi  amilləri,  ümumbəĢəri  dəyərləri  nəzərə  alaraq 

onlara  sistem  halında  həll  edilməlidir.  Müasir  sosial-iqtisadi  proseslərin 

qiymətləndirilməsinə  keçmiĢ,  hətta  dünənki,  meyarlarla,  standartlarla  və  düĢüncə 

tərzi  ilə  yanaĢılması  cəmiyyəti  böyük  mənfi  sosial-iqtisadi  nəticələr  verə  biləcək 

yanlıĢ inkiĢaf istiqamətlərinə apara bilər. 

Cəmiyyətin  gələcək  inkiĢafı  və  mütərəqqi  iqtisadi  təfəkkür  tərzinin  forma-

laĢması  baxımından  ən  təhlükəli  hal  iqtisadi  siyasətin  primitiv  kütləvi  Ģüur, 

populist  çıxıĢlara  əsaslanan  «siyasətçilərin»,  «ideoloqların»  təsiri  altında 

formalaĢması  və  yaxud  da  iqtisadi  islahatların  real  iqtisadi  mühiti,  imkanı,  milli 

xüsusiyyətləri,  habelə  böhranlı  iqtisadiyyatın  fəaliyyət  qanunauyğunluqlarını 

nəzərə  almadan  onun  mücərrəd  nəzəri  müddəalar,  prinsiplər  əsasında  həyata 

keçirilməsi cəhdi idi. 

 

 



 

 

1.3.Sosial-iqtisadi inkiĢafın təmin edilməsində dövlət proqramları 



 

Ġnzibati  -  amirlik  sistemi  Ģəraitində  Azərbaycanda  və  digər  post  sovet 

respublikalarda  sağlam  milli  iqtisadiyyatdan  söhbət  gedə  bilmədiyi  kimi,  milli 

ideologiyanın  da,  onun  tam  mövcudluğundan  söhbət  gedə  bilməzdi.  Qeyd  etmək 

lazımdır  ki,  ideologiyanın  mahiyyəti  hər  Ģeydən  əvvəl  mülkiyyətin  hakim 

formaları,  milli  mənafe,  ictimai-iqtisadi  sistemin  tətbiqi  ilə  açılır.  Bu  baxımdan 

milli iqtisadiyyatla milli ideologiyanın real qarĢılıqlı əlaqə və təsirqə formalaĢdığı 

təqdirdə normal sosial -iqtisadi quruluĢ təĢəkkül tapar. 

Öz  növbəsində  milli  iqtisadiyyatın  inkiĢafında  milli  ideologiyanın,  iqtisadi 

təfəkkür  tərzinin  təsirinin  səmərələliliyinin  artırılması  həlledici  dərəcədə  ölkədə 

iqtisadi,  siyasi,  mənəvi  və  s.  amillərin  formalaĢması  xarakterinə  güclü  təsir 

göstərən Ģəxslərin, sosial qrupların və bütünlükdə millətin özünün, eləcədə hər bir 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə