İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

47 

 

 



 

torpaq  və  aqrar  islahatları  institusional  baxımdan  faktiki  olaraq  baĢa  çatmıĢdır. 

1695,1  min  hektardan  çox  torpaq  sahəsi  əvəzsiz  olaraq  kəndlilərə  paylanmıĢ, 

kolxoz  və  sovxozların  yerində  fermer  təsərrüfatları  yaradılmıĢdır.  Hazırda  kənd 

təsərrüfatı  məhsulunun  99,8%-i  özəl  bölmədə  istehsal  olunur.  Bu  proses  ölkədə 

mühüm  sosial-  siyasi  dəyiĢikliklərlə  yanaĢı,  kənd  təsərrüfatı  sahələrinin  iqtisadi 

səmərəliliyinin  yüksəlməsinə  də  təkan  vermiĢdir.  Son  illərdə  bir  sıra  ərzaq 

məhsulları idxalının xeyli dərəcədə azalması buna bariz sübutdur. 



Sahibkarlığın  inkişafının    Heydər  Əliyev  modelinin  təməl  prinsipləri.  Heydər 

Əliyev tərəfindən müəyyən edilmiĢ və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiĢ 

sahibkarlığın inkiĢafı strategiyasının aĢağıdakı mühüm məqamları nəinki ölkəmizin 

inkiĢafında  müstəsna  rol  oynamıĢ,  hətta  bir  model  olaraq  keçid  iqtisadiyyatı 

ölkələrinin iqtisadi inkiĢafı baxımından nümunə kimi qəbul edilə bilər: 

-

 



 Sahibkarlığın  inkiĢafına  yönəldilmiĢ  tədbirlərin  sistemliliyinin  təmini. 

Sahibkarlığın  inkiĢafı  problemlərinin  bir-biri  ilə  əlaqədar  olması,  onların  həllinin 

müəyyən  bir  sistemin  daxilində  reallaĢmasını  zəruri  edir.  Belə  ki,  müəyyən  bir 

istiqamətdə  sahibkarların  problemlərinin  həllinə  nail  olmaqla  ölkədə  iĢgüzar 

fəaliyyətin əlveriĢli mühitini təmin etmək mümkün deyil. 

-

 



Ölkəmizdə  dövlət-sahibkar  münasibətlərini  tənzimləyən  əsas  prinsiplər 

müəyyənləĢdirilmiĢdir.  Dövlətin uzunmüddətli  iqtisadi siyasətinin  baĢlıca 

istiqamətləri  və  prinsipləri  əsasında  sahibkarlığın  inkiĢafı  keyfiyyətcə  yeni 

təsərrüfatçılıq  münasibətləri  sisteminin  formalaĢmasına  əsaslanır.  Göstərilən 

prinsiplər  dövlətin  sahibkarlığın  inkiĢafında  üzərinə  götürdüyü  öhdəlikləri  və 

sahibkarın  cəmiyyətə  münasibətdə  

məsuliyyətinin 

əsas 


müddəalarını 

formalaĢdırmıĢdır. 

-

 

Dövlət-sahibkar  münasibətlərinin  institusionallaĢdırılması.  Ölkədə 



sahibkarlığın davamlı inkiĢafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar 

arasında tərəfdaĢlığın institusional təĢkilini zərurətə çevirmiĢdir. Sahibkarlar artıq 

mövcud problemlərin  həllində iĢtirak  edir.  Bu baxımdan  yaradılmıĢ  mexanizmlər 

(Azərbaycanda  Ġxracın  və  Ġnvestisiyaların  TəĢviqi  Fondu,  Sahibkarlar  ġurası, 




48 

 

 



 

Biznes  Tədris  Mərkəzləri  və  s.)  dövlət-sahibkar  münasibətlərinin  sivil  müstəvidə 

inkiĢafında əhəmiyyətli rol oynamaqdadır. 

Heydər  Əliyevin  sahibkarlığın  inkiĢafı  modelinin  mühüm  səciyyəvi 

xüsusiyyətlərindən  biri  həmin  model  çərçivəsində  davamlı  inkiĢaf  üçün  əsaslı 

zəminin  formaladırılmasıdır.  Hazırda  Azərbaycan  Respublikasının  Prezidenti 

cənab Ġlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Dövlət-

sahibkar münasibətlərinin inkiĢaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin 

və  inzibati  prosedurların  təkmilləĢdirilməsi,  regionlarda  sahibkarlığın  inkiĢafına 

dövlət  dəstəyi  mexanizmlərinin  səmərəliliyinin  artırılması,  sahibkarların 

maarifləndirilməsi  və  onların  iĢgüzar  əlaqələrinin  inkiĢafı  istiqamətində  davam 

etdirilən  məqsədyönlü  tədbirlər  nəticəsində  ölkə  iqtisadiyyatında  özəl  sektorun 

payı  80%-dən  çoxdur,  məĢğul  əhalinin  isə  təqribən  70%-i  bu  sektorda 

cəmləĢmiĢdir.  Bu  dövrdə  görülən  iĢlər  içərisində  1999-cu  ilin  sonunda  Neft 

Fondunun  yaradılması  xüsusi  qeyd  edilməlidir.  Vaxtında  qəbul  edilmiĢ  bu  qərar 

iqtisadi  inkiĢafda  yeni  mərhələnin  baĢlanmasını  göstərir  və  Azərbaycan  xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin  milli  sərvətlərimizdən  gələcək  nəsillərin 

bəhrələnməsi  və  iqtisadiyyatın  kompleks  inkiĢafının  təmin  olunmasına  yönəlmiĢ 

uzunmüddətli  iqtisadi  strategiyasının  məhsulu  kimi  qiymətləndirilməlidir.  Bu 

davamı  olaraq  2004-cü  ildə  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  ilə 

təsdiq  edilmiĢ  ―Neft  və  qaz  gəlirlərinin  idarə  olunması  üzrə  uzunmüddətli 

strategiya‖ (2005-2025-ci illər) mühüm əhəmiyyət kəsb edir. 

Həmçinin  son  illər  Azərbaycanda  yoxsulluğun  azaldılması,  sosial-iqtisadi 

rifahın  yüksəldilməsi,  regional  və  sahəvi  inkiĢafın  təmin  edilməsi  istiqamətində 

həyata  keçirilmiĢ  və  keçirilən  iqtisadi  islahatların,  tədbirlərin  (bu  islahat  və 

tədbirlərin  hansı  siyasi  sənədlərlə  həyata  keçirilməsi  yuxarıda  qeyd  edilmiĢdir) 

davamlı  nəticəsi  olaraq  ölkədə  əhalinin  həyat  səviyyəsi  ilbəil  yüksəlir, 

iqtisadiyyatın regional və sahəvi kəsimdə inkiĢafı reallaĢır. 

Azərbaycan iqtisadiyyatında 2012-ci ildə ÜDM-in real artım tempi 2.2% təĢkil 

etmiĢ və cari qiymətlərlə 54 milyard manat olmuĢdur. AdambaĢına düĢən ÜDM-in 




49 

 

 



 

həcmi  5884.5  manat  (7490.5  ABġ dolları)  təĢkil  etmiĢdir. Neft-qaz sektoru  üzrəb 

2012-  ci  ildə  2011-ci  ilə  nisbətən  5.0%  azalma  qeydə  alınmıĢdır.  Bu  sektorun 

ÜDM- də xüsusi çəkisi 47.3%  (2011-ci ildə: 51.2%) təĢkil etmiĢdir. 

2012-ci  ildə  qeyri-neft  sahələrinin  inkiĢaf  dinamikası  ümumilikdə  bu  sahənin 

real ifadədə 9.7% (2011-ci ildə: 9.4%) artması ilə nəticələnmiĢdir. Belə ki, 2011-ci 

ilə  nisbətən  2012-ci  ildə  rabitə  sahəsi  15.9%,  nəqliyyat  sahəsi  5%,  tikinti  sahəsi 

18%, kənd təsərrüfatı 5.8%, ticarət sahəsi isə 9.6% artmıĢdır. 

2012-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkiĢafına bütün maliyyə 

mənbələri  hesabına  15338.5  mln.  manat  və  ya  ötən  ilin  müvafiq  dövründə 

olduğundan 18% çox əsas kapitala investisiya yönəldilmiĢdir.  

Əsas  kapitala  qoyulmuĢ  vəsaitin  78.8%-ni  daxili  investisiyalar,  21.2%-ni  isə 

xarici  investisiyalar  təĢkil  etmiĢdir.  2012-ci  ildə  əsas  kapitala  yönəldilmiĢ  ümumi 

investisiyaların  11690.5  milyon  manatı  (76.2%-i)  qeyri-neft  bölməsinin,  3648 

milyon manatı (23.8%-i) isə neft bölməsinin inkiĢafında istifadə edilmiĢdir. 2012-

ci  ilin  1  dekabr  tarixinə  iqtisadiyyata  banklar  tərəfindən  kredit  qoyuluĢlarının 

həcmi  keçən  ilin  1  dekabr  tarixinə  nisbətən  22.1%  artaraq  11721.3  mln.  manat 

təĢkil etmiĢdir. 

2012-ci  ildə  ÜDM-in  real  artım  tempi  5.8%  təĢkil  etmiĢ  və  cari  qiymətlərlə 

57.7  milyard  manat  olmuĢdur.  AdambaĢına  düĢən  ÜDM-in  həcmi  6207.3  manat 

(7912.5 ABġ dolları) təĢkil etmiĢdir. Neft-qaz sektoru üzrə 2013-cü ildə 2012-ci ilə 

nisbətən  1.0%  artım  qeydə  alınmıĢdır. Bu  sektorun  ÜDM-də  xüsusi  çəkisi  43.4% 

təĢkil etmiĢdir. 2013-cü ildə qeyri-neft sahələrinin inkiĢaf dinamikası ümumilikdə 

bu sahənin real ifadədə 10.0% (2012-ci ildə: 9.7%) artması ilə nəticələnmiĢdir.  

2012-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkiĢafına bütün maliyyə 

mənbələri  hesabına  17872.1  mln.  manat  və  ya  ötən  ilin  müvafiq  dövrü  ilə 

müqayisədə 15.1% çox əsas kapitala investisiya yönəldilmiĢdir. 

 

 



 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə