İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

34 

 

 



 

vətəndaĢın  gələcək  nəsillər  qarĢısındakı  məsuliyyətini  necə  dərk  etməsindən  və 

nəhayət həmin maraqlara, mənafelərə necə xidmət etməsindən bilavasitə asılı olur. 

BaĢqa  sözlə,  iqtisadi  proqramların  seçilən  modeli  çox  dərin  iqtisadi 

zidiyyətləri  özündə  təcəssüm  etdirən  keçid  iqtisadiyyatı,  milli  həmrəyliyi  təmin 

etmək  və  yaxud  parçalamaq  gücünə  malik  olur.  Məlumdur  ki,  zidiyyətlərin 

mövcudluğu  heç  də  hələ  cəmiyyətdə  qarĢı  durmanın  güclənməsi  və  yaxud  onun 

həll  edilməz  olması  demək  deyildir.  Əsas  problem,  sistemin  transformasiyası 

gediĢində  aparılan  iqtisadi  proqramların  nə  dərəcədə  cəmiyyətin  ümum  milli 

maraqlarına  və  əhalinin  böyük  hissəsinin  həyat  səviyyəsinin  yüksəldilməsinə 

xidmət  etməsindən  asılıdır.  Bu  baxımdan,  hər  hansı  bir  ölkədə  həyata  keçirilən 

iqtisadi proqramların milli reallıqları və xüsusiyyətlərin nəzərə alınması prinsipial 

əhəmiyyət kəsb edir. Bu baxımdan, Y. Olseviç çox haqlı olaraq qeyd edir. «...ayrı-

ayrı  təbəqələrin  maraqlarını  ifadə  edən  istiqamətli  məktəblərdən  fərqli  olaraq 

iqtisadi fikrin milli məktəbi, ümumən milli maraqlardan çıxıĢ edir». 

Hər  bir  ölkənin  iqtisadi  fəaliyyəti  hər  Ģeydən  əvvəl,  müəyyən  obyektiv, 

tarixi  və  iqtisadi  qanunauyğunluqlarla  müəyyən  olunur.  Bununla  belə,  ayrı-ayrı 

ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatın real inkiĢafı özünün tarixi keçmiĢi və 

gözlənilən  gələcəyindən  müəyyən  dərəcədə  asılı  olsa  da,  digər  tərəfdən  həmin 

proseslər daha çox fəaliyyətdə olan baĢlıca subyektlərin, dövlət, müəssisə, firma və 

vətəndaĢların 

ümumi 


səyinin 

nə 


dərəcədə 

iqtisadi 

inkiĢafa 

istiqamətləndirilməsindən,  onların  mənafelərinin  uzlaĢdırılmasından  ,baĢqa  sözlə, 

iqtisadi siyasətdən çox asılı olur. 

Bütün  bunlarla,  iqtisadi  ədəbiyyatda  xalq  demokratiyası  adlandırılan  ġərqi 

Avropa ölkələri əyani misal ola bilər. 

Yeni iqtisadi sistemə keçid Ģəraitində həyata keçirilən iqtisadi proqramların 

uğurluluğunun  təmin  olunmasının  mühüm  Ģərtlərdən  biri  də  həmin  tədbirlərin 

sosial bazasının, baĢqa sözlə sahibkarlıq təbəqəsinin formalaĢdırılması ilə bağlıdır. 

Çünki,  normal  sahibkarlıq  fəaliyəti  kimi  heç  nə  cəmiyyətin  üzvülərinin 

həmrəyliyini  təmin  edə  bilməz.  Belə  ki,  bu  amil  ölkədə  müxtəlif  təbəqələrin 




35 

 

 



 

iqtisadi maraqlarının uzlaĢdırılmasının çox mühüm vasitəsidir. 

Ġqtisadi müstəqillik əldə etdikdən sonra, dərin sosial-iqtisadi böhran keçirən 

hər bir ölkə üçün bütün səviyyələrdə məlum belə bir fəlsəfi ideya, iqtisadi təfəkkür 

hökmran  mövqeyə  malik  olmalıdır  ki,  inkiĢaf  və  ya  ümumiyyətlə  irəliyə  doğru 

hərəkət, 

milli 

sərvətlərin 



istismarı  və  yaxud  da  resurs  sahəsindəki 

üstünlüklərimizin  reallaĢdırılması  deyil,  millətin  gələcək  inkiĢafı  naminə  maddi 

nemətlər  bolluğu  yaradılması  uğrunda  qeyri-münasib  sosial,  iqtisadi,  siyasi, 

geosiyasi Ģəraitlə mübarizə tarixi olmalıdır. 

Milli  iqtisadiyyatın  formalaĢması  və  inkiĢafında  ayrı-ayrı  amillərin  rolunu 

müəyyən etmək üçün iqtisadi ədəbiyyatda onlar əsas və tərəqqi amillərinə bölünür. 

Son illərin təcrübəsi göstərir ki, hər hansı bir ölkədə əsas amillərinin kifayət 

qədər  mövcudluğu  hələ  həmin  üstünlüklərin  avtomatik  reallaĢmasını  təmin  etmir. 

Son nəticədə, üstünlüklərin maddiləĢməsi hər bir konkret dövrdə dövlətin yetirdiyi 

iqtisadi  siyasətin  xarakteri,  xalqın  iqtisadi  təfəkkür  tərzi  ilə  yanaĢı,  həlledici 

dərəcədə mövcud ictimai-siyasi mühitdən asılı olur. 

Mühüm  məsələlərdən  biri  də  böhrandan  çıxıĢ,  sabitləĢmə  və  bazara  keçid 

tədbirlərinin  tarazlığının  gözlənilməsi  məsələsidir.  Elə  etmək  lazımdır  ki,  iqti-

sadiyyatın  sabitləĢdirilməsinə  yönəldilən  cari  kredit-pul  və  büdcə-vergi  siyasəti 

mümkün  qədər  uzunmüddətli  iqtisadi  artımın  təmin  edilməsi,  bazar 

münasibətlərinə keçid və milli iqtisadiyyatın formalaĢmasının strateji prinsiplərinə 

xələl  gətirməsin.  Keçid  mərhələsində  qanunvericilik  aktları,  bazar  subyektlərini 

«oyun  qaydaları»nın  müəyyən  etməklə  yanaĢı  daha  çox  mülkiyyət 

münasibətlərinin  dəyiĢməsi  ardıcıllığını,  baĢqa  sözlə,  ictimai  mülkiyyətin  xüsusi 

mülkiyyətə çevrilməsi mexanizmini, qaydasını, formasını müəyyənləĢdirməli, yeni 

mülkiyyət strukturlarında dövlətin, ayrı-ayrı Ģəxslərin, ictimai təĢkilatların və s.-nın 

optimal səviyyədə iĢtirakının payının müəyyənləĢdirilməsinə yönəldilməlidir 

Azərbaycan  Respublikasının  iqtisadiyyatı  dövlət  müstəqilliyinin  bərpası 

ərəfəsində, inkiĢaf etmiĢ istehsal və qeyri-istehsal sferaları, o cümlədən - çox sahəli 

sənaye,  kənd  təsərrüfatı  istehsal  infrastrukturu  -  tikinti,  nəqliyyat,  rabitə  və 



36 

 

 



 

həmçinin  sosial  infrastrukturu  -  elm,  təhsil,  səhiyyə  kimi  iri,  sahə  və 

komplekslərindən ibarət idi. 

Respublikada  1990-cı  ildə  (qüvvədə  olan  faktiki  qiymətlərlə)  -  14,7  mlrd. 

rubl,  adambaĢına  düĢən  miqdar  hesabı  ilə  isə  2,1  min  rubl  ümumi  milli  məhsul 

istehsal olunmuĢdur. 

Ümumi milli məhsulunun təqribən - 79%-i istehsal sferasında, o cümlədən 

sənaye - 37,1%, kənd təsərrüfatı - 23,3%, tikinti - 8,3%, nəqliyyat və rabitə - 4%, 

ticarət, maddi-texniki təchizat, tədarük və digər istehsal sahələri- 6,4%, 21%-i isə 

xidmət sferası sahələrində istehsal olunmuĢdur. 

Azərbaycanda aparılan iqtisadi proqramlar dövründə sosial-iqtisadi inkiĢafın 

gediĢinin  tədqiqi  göstərir  ki,  mürəkkəb  daxili  və  xarici  faktorların  təsiri  altında 

iqtisadi  proqramların  davam  etdirilməsi  və  dərinləĢdirilməsi  transformasiya  stra-

tegiyasına korreksiyalar verilməsini zəruri edir. 

Ġndiyədək  əsasən  «Sınaq-səhv»  üsulu  ilə  aparılan  proqramların  bir  neçə 

önəmli ―dərsindən‖ nəticə çıxarmaqla, mövcud dünya təcrübəsindən bəhrələnmək 

həmiĢəkindən daha vacibdir. 

Ən mühüm «dərs» tarazlaĢdırılmıĢ və əsaslandırılmıĢ iqtisadi transformasiya 

ideologiyasına  söykənməyən  proqramların  verdiyi  nəticələrin  çəkilən  maddi-

mənəvi  xərclərə  adekvat  olmamasının  təəssüf  ki,  bir  daha  öz  təcrübəmizdə  sübut 

olunmasıdır. 

Ayrı-ayrı  müxtəlif  funksional  məqsədlərə  xidmət  edən  nəzəri  əsaslar  və 

təcrübələrin  qeyri-sistemli  tətbiqi  ilə  qarĢılıqlı-əlaqəli  sistemin  tarazlı  inkiĢafına 

nail olmaq mümkün deyil. 

Ġkinci  «dərs»  radikal  iqtisadi  transformasiyanın  xalq  tərəfindən 

dəstəklənməsidir.  Azərbaycanda  bu  faktorun  xüsusi  xarakterini,  xalqın 

mentalitetini  nəzərə  alsaq  belə,  ayrılmıĢ  limitin  sona  çatması  təhlükəsi  müəyyən 

ehtimala  malikdir.  Bunun  ən  mühüm  simptomları,  tədqiqatlarımızın  sosial 

xarakterli  istiqamətlərinin  riyazi  modellərinin  sonrakı  bölmədə  Ģərh  olunan 

nəticələri hesab oluna bilər. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə