İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

136 
 
Yeməklər (qida) haqqında 
 
İnsan 
kainatın 
nəticəsidir. 
Ümumiləşmiş 
təbiət  
məhsuludur. Təbiətdən maddələr alır və özü ilə  təbiətə qayıdır, 
təbiət  elementlərinə  qarışır.    İnsanın  ifrazat,  həzm  məhsulları, 
tənəffüs  məhsulları,  sonda  da  cismani  maddələri  təbiətə 
qayıdır.    İnsan  təbiətin  elementlərini  özündə  cəmləşdirir  və 
sintez  edir.  İnsan  təbiət  siqnallarının  və  təbiət  resurslarının 
sintezi  və  analizi  ilə  məşğuldur.  Bu  baxımdan  da  hər  iki 
mərhələdə,  yetkinlikdə  təbiətə  bağlıdır.  İnsanlar  təbiət 
elementləri  ilə  əlaqələr  mübadiləsindədirlər.  Təbiətdən  nəfəs 
alır  və  qida  ilə  təmin  olunur.  İnsanlar  təbiətlə  təmasdan  da 
ardıcıl nəsil üçün hüceyrələr (toxumlar)  əldə etmiş olurlar.  
Yeməklər  (qida)  insanların  təbiətlə  olan  material 
təmaslarının  əsaslarını  təşkil  edir.  İnsanların  daxili  aləmləri 
onların  təbiətlə  üzvü  vəhdətini  yaradır.  İnsanlar  təbiət 
elementləri  ilə  doğulurlar  və  təbiət  elementləri  ilə  də 
qidalanırlar.  
Təbii ki, insanlar təbiətdə olan hər bir şeyi qida kimi qəbul 
edə  bilməzlər.  Tarix  boyu  onların  orqanizmləri  müəyyən 
qidaların qəbulunu münasib hesab edib. Tarixi bioloji vərdişləri 
yaradıb.    İnsanda  qidalanmalar  yaşadıqları  mühitə  də  uyğun 
olub.  Hər  bir  insan  öz  yaşadığı  mühitdə  təbii  yolla    bitən 
bitkiləri,    əkilən  bitkiləri  (göyərti,  tərəvəz,  meyvə,  taxıl  və  s.) 
yeməklə  daha  sağlam  ola  bilər.  Kənar  mühitin  bitkiləri  insan 
orqanizmində uyğunsuzluğu yarada bilər. Yabanı bitkilər insan 
orqanizmində  problemlər,  zəhərlənmələr  meydana  gətiri. 
Zəhərlənmə  elementlərin  birləşərək  ağır  bir  element  əmələ 
gətirməsidir.  Zəhərlənmə  (güclü  zəhərlənmə)  sonradan 
orqanizmdə  ağır  fəsadlara    yol  açan  (məsələn,  xərçəng 
xəstəliyi) yol açan xəstəliklər yarada bilər. Zəhərlənmə zamanı 
ağır  minerallar  gec  parçalanır  və  orqanizmin  taraz  mühitini 
pozur.  


137 
 
Qıdalar  insanları  lazımı  minerallarla  təmin  edir.  İnsanlar 
onlar üçün yumşaq olan məhsullarla qıdalanırlar. Həzm sistemi 
də qidaların əriməsində, tərkiblərinin parçalanmasında  əsas rol 
oynayır.    Təbii  qidalarda  (yumşaq  olan  və  dadı  normada  olan 
qidalarda)    sintezlər,  birləşmələr    yumşaq  olur.  İnsan  üçün 
zərərli  qidaların  tərkib  elementləri  də  bərkləşmiş  olur.    Digər 
tərəfdən  də  qaynatmaqla  və  bişirməklə  bərk  qidalar  da 
yumşalır.  İnsanlar  çiy  məhsulları  bişmiş  məhsullara  
çevirməklə  də  öz  orqanizmlərində  yumşaqlıq  yaradırlar. 
İstehsal prosesi təbii ki, yüksək temperatur şəraitində baş verir. 
Burada parçalayıcı maddələr də iştirak edir.  Qıdalardan analiz 
yolu  ilə  lazımi  maddələr,  vitaminlər  orqanizmə,  qana  qəbul 
edilir. 
İnsanlar  tərəfindən  geniş  şəkildə  sintez  olunmuş  qidaların 
orqanizmdə  fəsadları  ola  bilər.  Düzdür,  həmin  maddələr  də 
təbiət  maddələridir.  Lakin  insanlar  tarix  boyu  bu  təbiət 
maddələrindən,  çeşidlərdən  istifadə  etməyiblər.  Bu  baxımdan 
da  orqanizm  artıq  çeşidlərlə,  birləşmələrlə  yüklənir.  Həzm 
prosesləri pozulur. Orqanizm həzm üçün əlavə enerji sərf edir. 
Əlavə turşu istehsal edir. 
 
Qıdalar necə olur: 
-yumşaq  sintezli  və  sadə  olmalıdır  ki,  orqanizm  ağırlıqla 
üzləşməsin, güc düşməsin
-qidalar dadlı olmalıdır ki,  orqanizm  onu qəbul edə bilsin. 
Hər  bir  qida  vərdiş  olunmuş  daddan  məhz    orqanizm  üçün 
münasib hesab olunur
-bərk  qidalar,  qanlı  qidalar  ona  görə  bişir  ki,  tərkibində 
insan  orqanizmisi  üçün    yad  olan    ünsürlər,  mikroblar, 
infeksiyalar  ölsün və  orqanizmə zərərli maddələr düşməsin; 
-suda  böyüyən  qidalar  həzm  üçün  yumşaq  olur  və  tərkibi 
minerallarla zəngin olur.       
 


138 
 
Həzm haqqında 
 
Həzm  orqanizmə  daxil  olan  maddələrin  orqanizm 
tərəfindən  mənimsənilməsini  təmin  edən  prosesdir.  Həzm 
prosesi  qıdanın  enerjiyə  çevrilməsini  təmin  edən  (elmdə  buna 
metabolizm  deyilir)  bir  hadisədir.  Canlı  aləm  təbiətin  nəticəsi 
olduğu üçün təbiətdən olan xam qidanı çevirib üzvi maddəyə, 
yəni özününkünə çevirir. Bu baxımdan da belə qəbul etməliyik 
ki,  aktiv  canlılar  nəticələrdir,  təbiətin  elementlərini  özündə 
ehtiva edən modellərdir.  
Orqanizm  ətraf  mühitlə  material    əlaqəni  həzm-tənəffüs 
yolu  ilə  həyata  keçirir.  Duyğu  orqanlarının  əlaqələri  də 
material  və  qeyri-material  olur.  Düşüncə  üçün  qəbul  olunan 
siqnallar qeyri-material ola bilir.  
Qeyd:  əslində  “qeyri”  sözü  mütləq  olmaqla  yanaşı, 
nisbidir,  müqayisə  üçündür.  Qeyri-material  materialsızlıq 
demək deyil. Forma, ölçü, məkan fərqini əks etdirir.    
Qıda  daxildə  öz  tərkibini  birləşdirib,  çevirir.    Çevirmə 
sayəsində  su  və  maddələr ayrılır. Qida kimi  istifadə  olunan su 
enerji  mənbəyi  rolunu  oynayır.  Su  qana  da  təsir  edir,  qan 
təzyiqini  dəyişir.  Qana  oksigen  verir.  Qanın  həddən  artıq 
sürətili dövranının da qarşısını alır. Onu yavaşıdır.  
Qeyd:  yüksək  təzyiqi  olan  insanlara  çox  olmayan  su 
faydalıdır.  Ona  görə  ki,  aktivləşmiş  və  yüksək  temperatur 
almış dövranın fəaliyyətini yavaşıdır. Lakin çoxlu su içmək 
isə  qanın  kütləsini  artırır  və  qan  dövranını  sürətləndirir. 
Qan  təzyiqi,  sürətlənmiş  qan  dövranı  ürəyin  fəaliyyətini 
gücləndirir,  beyini  lazımi  qanla,  vitaminlərlə  təmin  edir. 
Qan təzyiqi qanın təmizlənməsini həyata keçirir.  
Qıda  orqanizmə  enerji  verməklə,  orqanizmin    ardıcıl 
mövcudluğunu təmin edir.  
Gəyirmə  və  bağırsaqlarda  qaz  dolumu  enerjidən  olan 
çürümələrdir,  qida  qalıqlarının  qaza  keçmə  prosesləridir.  Qıda 
nəticədə  yumşaq  hala  və  qaza  çevrilir.    Həzm  güclü  olanda 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə