İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Molla əmi axşam azanından əvvəl bütün qəsəbəlilərin diqqətini çəkən elanı verməyə başla-
yardı. 
- Hələ baaax! Mir Qasımın nəvəsinin sünnət toyu var! Sünnət xınası da bu axşamdı. Eşit-
mədik, deməyin! Hamınız dəvətlisiniz. 
Elanlardan bir az sonra azana başlardı molla əmi. Yanıqlı bir hafiz səsiylə azanı qəsəbənin 
dörd bir tərəfinə yayardı. O azan səsini quşlar, ağaclar, dərələr, çaylar da dinləyərdilər. 
Ertəsi gün bir başqası gəlib dayanardı molla əminin qarşısında. 
- Ay molla əmi! 
- De görüm, caan. 
- Naxır gəlib kəndə çatıb, amma mənim balaca danam gəlməyib. 
Molla əminin gur səsi ağacların arasından yüksəlirdi. 
- Hələ baaaax! Məşədi  Ələkbərin danası itibdir. Sarı, balaca bir danadır! Boynunda bir ip 
var, görənlər Məşədi Ələkbərə tez xəbər eləsinlər, heyifdi, çöldə qalar, qurd-quşa yem olar! 
Qadınlar  gec  gələr,  ancaq  minarədə  molla  əmini  tuta  bilərdilər.  Qaçaraq  gələn  bir  qadın 
aşağıdan həyəcanlı-həyəcanlı səslənirdi: 
- Ay molla əmi! Ay molla əmi! Sənə qurban olum. 
Molla əmi də minarədən cavab verirdi: 
- Nə var? Niyə tələsirsən? Ay sənin canına itlər daraşsın! Başının hayına qalasan! Söylə gö-
rüm, nə deyirsən. 
- Molla əmi, uşaq səhərdən evdən çıxıb, hələ də qayıtmayıb. 
- Nə təhər arvadsınız? Bir uşağa sahiblik eləyə bilmirsiniz! Axşama gələr leylək kimi lak, 
lak… Uşağa baxmırsız axı… 
- Canım sənə qurban, ay molla əmi… 
- Hələ baaax! Kərbəlayi Rəhimin oğlu evə qayıtmayıb. Uşaq səhərdən evdən çıxıb, çöldədi, 
hələ ki, gəlib çıxmayıb, görənlər tez xəbər eləsin! Anası narahatdır axı! 
Bəzən dövlətin məmurları gəlirdi. Işığın pulunu toplamağa, çuğundur pulu verməyə. Mə-
murlar da molla əmini tapırdılar. 
- Molla əmi. 
- Ay can! 
-  Sizinkilər işıq pulunu  verməyiblər.  Elektrikləri kəsməyə  gedirik.  Son bir dəfə daha  elan 
eləsən. 
Belə hallarda molla əmi hiddətlənirdi. 
-  Hələ  baax!  Alentrik  pullarını  vermirsiz.  Məmurlar  gəlib,  alentrik  pullarını  yığırlar,  niyə 
aparıb vermirsiz? Sizin alentrik pullarınızı mən verim? Hələ baaax! Məmurlar caminin qabağın-
da gözləyirlər, tez eləyin, alentrik pullarını gətirin! Onu da deyim, hələ baaax! Məmurlar gəlib 
cuğundur pullarını paylayanda qarışqa kimi yığışırsınız caminin qabağına, bəs indi niyə gəlmir-
siniz? 
Bahar gələndə sulama kanalları təmizlənirdi. Molla əmi mikrafonu alırdı əlinə. 
- Hələ baaax! Sabahdan kanallar təmizlənəcək, hər evdən bir nəfər belini alıb gəlsin. Gəl-
məyənlər muxtara bir fəhlənin pulunu verəcəklər. Fəhlə pulu on milyondu… 
Məktəb müdiri uşaqların qeydə alınma vaxtı gələrdi molla əminin yanına. 
- Molla əmi, uşaqları məktəbə gətirib qeydə aldırmalıdılar, qeydə alınma sabah sona çatır. 
- Hələ baaax! Min doqquz yüz doxsan ikinci ildə anadan olan uşaqlar məktəbə qeydə alına-
caqlar. Məktəbin müdiri deyir, qeydə alınmanın vaxtı bitir, uşaqlarınızı niyə aparıb qeydə aldır-
mırsınız? Özünüz oxudacaqsınız? Fələk ömrünüzdən kəssin, uşaqları tez aparın məktəbə! 
Molla əmi bəzən bir neçə ixtiyarla kafeyə gəlirdi. Iki stəkan çayını gənclər zəhər elərdilər. 
Dörd yandan sual yağışına tutardılar molla əmini. Hamısının da cavabını verərdi molla əmi. 
- Ay molla əmi. 
- Eşidirəm, de. 
- Koroğlu qalasını tanıyırsanmı? 
- Bəs necə tanımıram, tanıyıram axı. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Molla əmi, o qalanı Koroğlu özü tikibdir? Axı necə də hündürdü. Uca dağın başında qala-
nı nə təhər tikibdi? 
- Ay səni itlər yesin! Koroğlu qalanı tikəndə mən fəhləlik eləmişəm? Divarına daş daşımı-
şam? Mən yazıq hardan bilim, Koroğlu qalanı nə təhər tikib? 
- Molla əmi, səndən bir şey soruşum. 
- Soruş görüm, nə deyirsən. 
- Kərbalada qırılanlar hamısı bizdəndi? Bizimkilər Yezidin əskərlərindən heç qırmayıblar? 
Onlardan ölən yoxdu? 
- Bəli, onlardan da qırılıb! Amma çoxcu bizdən qırılıb. 
- Onu da denən ki, təskinlik tapaq, ürəyimiz soyusun, bəs niyə demirsən ay molla əmi? Mə-
hərrəm ayı gələndə sinəmizə döyə-döyə ölürük, hey biz ağlayırıq. Belə də zülüm olarmı? Onlar 
niyə ağlamırlar ay molla əmi? 
- Ay kopoyoğlu, sən birini döyəndə özün ağlayırsanmı? 
- Molla əmi. 
- Denən, can. 
- Hərlənib, fırlanıb Kərbaladan danışırsan! Ağlaya-ağlaya özümüzü qırdıq, bəsdi, ay molla 
əmi! 
- Boynuna boz ip tutum! Kopoyoğlunun balası, Məhərrəmlikdə başqa nə danışım? 
- Bir az da məhəbbətdən danış, ay molla əmi. Bilmirsən? Leylidən, Məcnundan, Kərəmdən, 
Əslidən danış. 
- Toyuna göydən daş yağsın! Mən altı il Leyli-Məcnunu oxumuşam. 
- Molla əmi. 
- Adın adlara qoyulsun! Nə var? 
- Bilirsənmi, yekəpərlik başa bəladı. 
- Yekəpərliyin xeyrini görməyəsən! Ay gədə, niyə başa bəladı? 
- Molla əmi, mən bu gün balaca bir uşağı elə döydüm. Elə döydüm… 
- Eee? 
- Mənə «ay utanmaz, yekə kişisən, balaca uşağı niyə döydün? Utanmırsan?» dedilər. 
- Düz deyiblər. 
- Ay molla əmi! O balaca uşaq da bir gün məni döydü axı. 
- Eee? 
- Yenə mənə dedilər ki: «Yekə kişisən, bu uşağın səni döyməsindən utanmırsanmı?» 
- Onu da düz deyiblər. 
- Molla əmi. 
- Dilindən ilan sancsın, əlindəki kağızlar başına tikilsin, nə var? 
-  Molla  əmi  beş  yüz  əlli  tümənə  qaz  almışam.  Qaz  da  milçəkdir.  Bataram,  yoxsa 
qazanaram? 
-  Kopoyoğlunun  balası,  payını  itlərə  töksünlər!  Eee,  sən  gicsən!  Mən  yazıq  hardan  bilim 
qazı, qozu, xoruzu. Eh, lənətə gələsiniz, köpəy uşağı… 
Gənclərə cavab çatdırmayanda çayını yarıda buraxıb, hirslənərək ayağa qalxardı molla əmi. 
Bəzən qəsəbənin lap yanındakı Küləkli kəndinin dəlisini öyrədib göndərirdilər molla əmi-
nin yanına. Dəli Salman qaçaraq gəlirdi caminin qabağına. 
- Molla əmi! Ay molla əmi! 
- Eh, sənə güllə dəysin! Ay gədə, nə vaaar? 
- Küləkli kəndində iyirmi beş ev var, sizin qəsəbədə yüz iyirmi beş. Ramazanda siz də otuz 
gün oruc tutursunuz, biz də. Biztim muxtar deyir ki, molla əmiyə denən bizim kəndin orucunu 
bir az qısaltsın. 
Molla əmi gülər, Dəli Salmana bir fətva verib göndərərdi. 
- Bəli, sizə otuz gün oruc çox olar, Salman. Get, muxtara deginən bundan sonra oruc bizə 
otuz gün, kəndə isə bir ay olacaq. 
Salman fətvanı eşidib qaçaraq kəndə  gedərkən qəsəbə uşaqları onun ardına düşər, hamısı 
bir ağızdan qışqırardılar. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə