İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   2   3   4   5   6   7   8   9   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Həmdi kirvə 
 
 
Çöldə sinfin şüşələrini sarsıdan bir külək əsirdi... Qar yağırdı... 
Bir əlimdə quru taxta heç cür yanmayan tənəkə soba ilə əlləşirdim. Sobadakı meşə odunları 
heç cür od almır, içəri tüstü dolurdu. Nədənsə sonra odunlar birdən qorlanıb alovlandı. Qapını, 
pəncərəni açıb sinfin havasını dəyişdim. 
Şagirdlər göstərdiyim cümlələri pıçıltı ilə oxuyur, sonra yaddaşlarına həkk etmək üçün göz-
lərini yumub təkrarlayırdılar... 
Birdən sinfin qapısı gurultu ilə açıldı. İçəri soyuq hava doldu. Oxuduğum cümlələri bərk-
dən təkrarlayan şagirdlər içəri girən adamı görən kimi qəhqəhə ilə gülüşməyə başladılar. 
Gələn adamın bir əlində uzun bir dəyənək, o biri əlində iki yumurta vardı. Başına köhnə, 
əzik-üzük, çirkli şapka qoymuş, əyninə yaxası cırılmış, cibləri yamaqlı palto geyinmişdi. Şalva-
rının balaqlarını corablarına salmışdı, ayağındakı qaloşlar, üstü-başı qardı... Tikanlı kol kimi ağ-
zına doğru uzanmış bığlarının ucu buz bağlamışdı. Adam əlindəki uzun dəyənəyi və pərişan gör-
kəmi ilə orta əsrlərdəki dərvişlərə oxşayırdı. Sanki indicə kəşkülünü irəli uzadacaqdı. Anlaşılmaz 
və çaşqın bir gülüşlə gülür, kiçik, qara gözləri yerində oynayırdı. 
Bu uzaq dağ kəndində bir aydı işləyirdim. Kəndlilərdən bir qismini artıq tanıyırdım, amma 
bu adamı ilk dəfəydi görürdüm. Şagirdlərin bu adamı tanıdıqları bir-birinin arxasında daldalana-
raq davamlı şəkildə gülmələrindən bəlliydi. Uşaqlara, “sakit olun  görək”,  - dedim, sobanın  ya-
nındakı bu qəribə adama tərəf döndüm: 
- Buyurun, xoş gəlmisiniz... 
Adam gülüb əlini mənə sarı uzatdı. 
- Götür, sənə yumurta gətirmişəm, atam, - dedi. 
Şagirdlərin qəhqəhəsi yenidən yüksəldi. Qabaq sıradakı şagirdlər adamın paltosundan tutub 
dartışdırır, gülüşürdülər. Şagirdlər güldükcə adam da gülürdü. 
Qaşlarımı çataraq şagirdləri susdurdum. Adamın qoluna girib “gəl”, - dedim. Sinifdən çıxıb 
müdirin otağına keçdik. Yumurtaları masanın üstünə qoyub üzümə baxdı. Gözlərində anlaşılmaz 
bir ifadə vardı. Birdən boynuma sarıldı, üz-gözümdən öpdü. Karıxdım, bir söz belə söyləyə bil-
mədim. Adam içəri girərkən divara söykədiyi dəyənəyini qapıb: 
- Qurban, - dedi, - çörəyin qurtarsa mənə çatdır, sən burda qəribsən, atam, yollar da bağlı... 
Di sağ ol, görüşənədək. 
- Dayan, dayan, - dedim, - sən kimsən, adın nədi? Hələ bir otur. 
- Adım Həmdidi, qurban! 
- Bunları niyə gətirmisən? 
- Vayy! Müəllim, mən Bağdat var ha, onun atasıyam. Sən ona qələm, dəftər… 
-  Həə,  aydındı,  amma  bunlara  ehtiyac  yoxdu.  Mən  şəhərdən  alıram,  bu  yumurtaları  apar, 
uşaqların yesin. 
- Tövbə! Vallah, götürmərəm, vayy! Heç elə şey olar, atam? Bunları sən yeyəcəksən, şəhər 
yumurtası yaxşı deyil, qurban. Vayy! Gəl səni bir də öpüm. 
- Bəsdi, bəsdi, vallah, zəhmət çəkmisən, ehtiyac yoxdu, bir də gətirmə, qoy uşaqların yesin, 
yaxşımı? 
- Uşaqlar yeyir, atam, sən xatircəm ol. Biz səndən çox razıyıq, qurban, haydı, işin avand ol-
sun! 
- Dayan, dayan, sənə… - sözlərimi tamamlaya bilmədim. 
- Ya Allah, ya şıx, ya mədət, - deyib Həmdi oturduğu kürsüdən qalxdı. 
Pilləkənə  qədər  yola  saldım.  Dəyənəyini  yelləyə  yelləyə,  qara  bata-bata  getdi.  Arxasınca 
baxa-baxa qaldım. Birdən arxaya dönüb necə bağırdısa səsi küləyə qarışıb kəndə dağıldı: 
- Görüşənə qədər, müəllim! Bundan belə biz sənnən qardaşıq, atam! 
Sinifə daxil oldum. Bir neçə şagird eyni sözləri birdən təkrarladı: 
- Müəllim, Bağdat ağlayır! 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Müəllim, Bağdat ağlayır! 
- Müəllim… 
Gözlərim  Bağdadı  axtardı.  Arxa  sırada,  pəncərənin  yanında,  başını  aşağı  əyərək  hıçqıra-
hıçqıra ağlayırdı… 
Məktəb açılanda şagirdlərin hamısının dərs ləvazimatı var idi. Bağdat bir-iki həftə məktəbə 
dəftər-qələmsiz gəldi. Önlüyü də yox idi. Soruşanda “atam alacaq, müəllim”, - deyirdi. Maaş al-
mağa gedəndə bir kiçik qız önlüyü, bir çanta, bir neçə dəftər, qələm, boya da aldım. Bir gün qə-
ləmləri, dəftərləri, boyaları, önlüyü çantaya yığıb Bağdada verdim. Neçə gündü Bağdadın gözləri 
gülürdü. Amma indi Həmdi bunun qarşılığında iki yumurta ilə sinifə girəndə Bağdat özünü sax-
laya bilməmiş, ağlamağa başlamışdı. Bəlkə də atasını görməyimi istəmirdi. Ona atasının bu və-
ziyyətindən hali olmağım toxunmuşdu. 
Yoxluq hansı dildə danışırsa danışsın, anlayardım. Ancaq hamının “dəli” dediyi saf, təmiz, 
qəribə bir çobanın uşağı olmağın ağrı-acısını ilk dəfəydi dadırdım… 
Bağdadın halı mənə otuz il əvvəli xatırlatdı. 
Dördüncü sinifdə oxuyurdum. Mənim də önlüyüm yox idi. Bir gün müəllim qulağımı çə-
kib, “bir də önlüksüz gəlmə!” - dedi. Anam qonşunun çörəyini bişirirdi. Məktəbdən çıxan bir də 
qonşunun təndirxanasında nəfəsimi dərdim. “Önlüyüm yoxdu”, - deyə ayaqlarımı yerə döyüb ağ-
lamağa  başladım.  Una-urvaya  batmış  qadın  çarəsizdi.  Üst-başını  çırpıb  çölə  çıxdı.  “Önlüyüm 
yoxdu”, - deyib ağlayanda o da ağladı. “Alacağam, quzum, deyirdi, haydı, evə get…” Sonra Üm-
müxan xala gəlib anama nəsə pıçıldadı. Anam: “Get evə, axşam sənə önlük alıb gətirəcəyəm”, - 
dedi. Anam o axşam çox uzun, rəngi solmuş bir önlüklə evə qayıtdı. Önlüyün ətəyi dizimə qədər 
sallanırdı. Həm də önlük qız önlüyü idi… Anam ətəyini kəssə də önlüyün düymələri arxada idi. 
Yoldaşlarım bunun bir qız önlüyü olduğunu bilirdi. Həmin gün məktəbə qız önlüyü ilə getdim… 
O gün mənə gülən yoldaşlarımın qəlbimə vurduğu yara indi təzələnmişdi. 
Uşaqları  çölə  çıxartdım.  Otuz  il  əvvəl  qəlbimdə  açılan  yara,  illər  ötəndən  sonra  bu  qızın 
ürəyində qövr eləmişdi. Bağdat başını partadan qaldırmadan hıçqıraraq ağlayırdı. Bağdadın göz-
lərindən tökülən yaşlar mənim yanaqlarımdan süzülməyə başladı. 
Toparlanıb gözlərimi sildim: 
- Ağlama qızım, niyə ağlayırsan? - dedim. Saçlarını oxşadım, gur, qara saçları əlimi yandır-
dı. Hıçqırdı, zorla danışırdı: 
- Müəllim, mə… mənim atama dəli, deyirlər. 
- Elə şey olmaz. Sənin atan dəli deyil, üstəlik çox yaxşı bir insandı. Bax, mənə yumurta gə-
tirib, bunda pis nə var? Yaxşı fikirləşib, evdə heç yumurta yox idi. Atan çox xoşuma gəldi… 
Başını qaldırıb yaşlı gözləriylə gözümə baxdı. 
- Amma hamı də… dəli deyir, at… at… atama gülürlər, müəllim. 
- Olmaz, mən onlara təpinərəm. Həmdi qardaş mənim çox xoşuma gəldi. Mənim atam da 
onun kimidi. 
- Mənim atam də… dəli deyil. 
- Əlbəttə, dəli deyil, sənin atan çox yaxşı bir insandı. 
- Dəli deyil, müəllim. 
Saçlarını oxşadım. Razı qaldı, gözləri güldü, gözyaşlarını sildi: 
- Sabah sizə ceviz gətirimmi, müəllim? Çoxlu cevizimiz var, - dedi. 
- Gətir, - dedim. 
Öz-özümə düşündüm: “Gətir, Bağdad, müəlliminə ceviz gətirmək az da olsa ağrılarına məl-
həm olacaqsa, gətir.” 
- Müəllim, olarmı atam bir də məktəbə gəlməsin? 
- Olar, gəlməsin. Mən deyərəm, bir də gəlməz, amma gəlsə, sən buna görə üzülmə… 
Hər dəfə şəhərə gedəndə Bağdada qələm, dəftər, boya, telbasan, bant alırdım. O da mənə 
ceviz, kömbə, qatıq, süd gətirirdi, əvəz-əvəz olurduq. 
Həmdi bir gün yenə məktəbə gəldi. Gözləri gülürdü. Birbaşa sözə başladı, danışmır qışqı-
rırdı: 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə