İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   2   3   4   5   6   7   8   9   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
birlik, bir böl dördlük, səkkizlik, on altılıq… Nə notlar, nə vuruşlar… Heç birini bilməzdik, am-
ma xoşbəxt idik. Musiqi deyəndə ağlımıza yanıqlı bir türkü gəlirdi. Zaman türkülər kimi idi, bə-
zən şən-şaqraq, nəşəli, bəzən dərdli… 
Nüsrət  müəllim  gəlməmişdən əvvəl  musiqi  dərsində ən müvəffəqiyyətli  şagird Möhtərəm 
idi. Bizə, digər dərslərdəki müvəffəqiyyətlərimizə görə qiymət verən Yaşar müəllim Möhtərəmlə 
comərd davranardı. Möhtərəm yanıqlı səsiylə “ay dooost…” deyərək bir bozaz vurar, “on” alıb 
oturardı. 
Möhtərəmdən başqa hər kəsin yalnız bir türküsü vardı. Kilimçinin Murtazı,
 
“Qızım, sənə, 
paltar  aldım,  varındımı,  varındı”,  Nalbəndlərin  Bayramı,  “Bağçada  bibər  əkdim,  qız,  Məryəm, 
Məyrəm…”, Nurukalərin Arifi, “Bağa gəl, bostana gəl” deyə başlardı. Yaşar müəllim çoxumu-
zun türkülərini yarıda kəsərdi. Möhtərəm hər həftə fərqli bir türkü söyləyərdi. Onun türkülərini 
heç kəsməz, axıra qədər dinləyərdi. Başqa sayaq olurdu onun türküləri. “Qaradı bu bəxtim, qara, 
ağ əllərin sallaya-sallaya gələn yar…” Yaşar müəllim qulaq asıb bəzən kədərlənərdi... Möhtərəm 
bir türkü də söyləyərdi. Yaralı, qəmgin, dərin türkü idi. Musiqisi bir atəş kimiydi. Möhtərəmin 
sinəsindən qalxan alov Yaşar müəllimi də, bütün sinfi də yaxardı. Hamımız səssizcə dinlərdik. 
İp atdım, ucu qaldı, 
Daraqda kücü qaldı, 
Mən sevdim, ellər aldı, 
Ürəkdə acı qaldı. 
*** 
Nüsrət müəllimin elə ilk dərsdəcə əsdirdiyi qorxu küləyi kəndlərdəki analarımızı belə silkə-
ləmişdi. Könülsüz də olsa fleytapulunu çıxarıb vermişdilər… 
Nüsrət müəllim İstanbullu idi. Havası, suyu, insanları, türküləri fərqli şəhərdən. Çətin tələf-
füz etdiyimiz “konservatoriya” məzunuydu. Bu kəlməni eşidəndə gözlərimiz böyümüşdü. 
“Konservatoriya!” 
Nüsrət  müəllimin  gözləri  maviydi.  Donuq,  ifadəsiz,  soyuq.  Hiddətlənəndə  isə  gözlərində 
qorxunc, anlaşılmaz ifadələr oynaşardı. Baxışlarımızı yerə dikərdik. Gözlərinə baxa bilməzdik. 
Həmin gün musiqi dərsimiz vardı. Fleytalarımızı və beşxətli dəftərlərimizi götürüb gəldik. 
Müəllim tabaşir tozuna batırdığı bir iplə taxtaya beş xətt çəkdi, xətlərin əvvəlinə bir “açar” qoy-
du. Sinif bir həbsxanaya, o beş xətt də dəmir barmaqlıqlara döndü birdən. O açar, “sol açarı”ydı. 
Onunla heç birimiz heç bir qapını aça bilmədik. Ritm, solfecyo, tam vuruş, yarım vuruş, incə re, 
qalın do, si bemol, fa diyez…  Mənasız qışqırıqlar və fleyta. Bir vedrə qatıq puluna alınan o ka-
bus, yuxularımızı qarışdıran bir alət. O gündən sonra musiqilərimiz yarımçıq, türkülərimiz dilsiz 
qaldı… 
İngilis  dilindən,  riyaziyyatdan  qorxmazdıq.  Musiqi  dərsi  olan  günlərimiz  isə  narahatlıqla 
keçərdi. Nüsrət müəllim bizi qaldırmasın deyə bildiyimiz bütün duaları oxuyardıq. Bir türkü söy-
ləyib yeddi, səkkiz, on aldığımız günləri yada salardıq… O günləri ki, sis-duman içində itən uzaq 
xatirələr kimiydi. Əl çatmaz, ün yetməz xatirələr… 
Nüsrət müəllim fleytanı çalıb soruşardı: 
- Bu, hansı səsdi? 
- Fa. 
- Aç əlini! 
“Part, part, part, part.” 
- Keç yerinə, sənin yerində eşşək olsa, öyrənərdi. 
“Do, re, fa, bir vuruşluq, dörd vuruşluq” heç cür aldıra bilməzdik. Çubuq əlimizə dəyib qal-
xardı. Əlimizi yalayıb yerimizə keçərdik. 
Bir  bahar  günü,  çərşənbəydi.  Analarımızla  görüşüb  gəlmişdik.  Riyaziyyat  dərsindən  təzə 
çıxmışdıq. Fa, sol, la sol, mi mi, re mi… əzbərləməyə çalışırdıq. Möhtərəmin vecinə deyildi. Bi-
zə baxıb gülürdü. 
Nüsrət müəllim dərsə girən kimi sinfə ölü sükutu, dərin bir səssizlik çökdü. Hamımız göz-
lərimizi qaçırdırdıq. Möhtərəmlə mən orta sırada başımızı aşağı əymişdik, bir cüt kəklik kimi pu-
surduq. Müəllim fleyta ilə bir parça çaldı. Sonra musiqisi ilə söylədi. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Oooooo, mavi top kimi dünyaaaaaaa! 
Bütün dünyanın uşaqlarııııııııı! 
Gəlin oynayalıııııııııım. 
Mavi toplarlaaaaa… 
Dostluq, qardaşlıqlaaaaaaa… 
Bu sözlər hamımıza mənasız görünürdü. Yaddaşımızdakı heç bir ağrıya, atəşə, türküyə uy-
ğun gəlmirdi. Gülmək istəyir, qorxudan gülə bilmirdik. Yaşar müəllim olsa, qəhqəhələrimiz uca-
lardı. O da bizimlə gülərdi. 
Nüsrət müəllim mahnısını bitirdi və mənasını heç cür anlamadığımız, bəlkə bundan sonra 
da anlamayacağımız əcaib bir səslərlə bağırmağa başladı. 
- Siiiiiii, la sol fa re do re siiiiiiiiii…. 
Möhtərəm astadan pıçıldadı: 
- Köçdən ayrı düşmüş dəvə balası kimi bu niyə bağırır, qurban olduğum?.. 
Dodaqlarımı dişlədim. Balaca vaxtı ağlayanda anam söylərdi bu sözü. Möhtərəm də az qa-
lırdı gülsün. Özümüzü zorla saxlamışdıq. Möhtərəmin gözləri parıldayırdı. Sifətimiz gərilmişdi. 
Qorxmasaq  pıqqıldaşar,  qəhqəhələrimiz  aşıb-daşardı.  Müəllim  fısıldadığımızı  gördü.  Qorxdum, 
taxtaya  baxa  bilmirdim.  Möhtərəm  də  qaşlarını  çatıb  ciddiləşdi,  üzündəki  ifadə  dəyişdi.  Nüsrət 
müəllim gözlərini ağartdı. Gözlərindəki çil mavini iki kürəyə bölməyə başladı. Baxışları zəhmli, 
soyuq idi. Sinfə göz gəzdirdi. Bizə doğru irəlilədi. Biz kiçilib yumağa döndük. Müəllim Möhtə-
rəmin peysərindən tutub: 
- Taxtaya çıx, - dedi. 
Möhtərəm ölüm fərmanı oxunan məhkum kimiydi. Taxtanın qabağına çıxdı. Pencəyinin al-
tında köynəyi yox idi. Bir jaket geyinmişdi və qalstuku yalın boynuna bağlamışdı. Nüsrət müəl-
lim sağ əlindəki fleytanı dəyənək kimi sallayıb sol əlinə vururdu. Möhtərəmin önündə sağa-sola 
gedib gəldi, birdən geriyə döndü və guruldadı. 
- Fleytan hanı? 
- Fleytam yoxdu, müəllim. 
- Onda de görüm: Ooooooo mavi kürəcik kimi dünyaaaaaaaaa… 
Möhtərəm boğazından asılan kimi səsləndi: 
- Ooooo… 
- Sus! Sus! İyrənc! Bu səninçün kəndli türküsümü! Kəs! Buna bir fleyta verin, tut görüm bu 
fleytanı. Çal! Siiiiiii, la sol fa re do re siiiiiiiiii… 
Zurnanı  əlinə  alan  kimi  yanıqlı-yanıqlı  dilləndirən,  barmaqları  dəliklərində  ahənglə  gəzən 
Möhtərəmin barmaqları indi fleytanın üzərində mənasız-mənasız gəzişdi. Ətli, tombul barmaqla-
rı titrəyirdi. Ovurdlarını şişirdib daha bir-iki dəfə sınadı. Alınmadı. Nüsrət müəllim artıq yerində 
dayana  bilmirdi.  Zurnanı,  qaradır  bu  bəxtim,  qara,  sözüm  kar  etmir  yara,  deyə  acı-acı  inlədən, 
zurnaya “əfsus, əfsus” dedirdən Möhtərəm, bu kiçik alətə heç bir şey dedirdə bilmirdi. 
Möhtərəm “dürt, dürt”lə daha bir-iki səs çıxartdı. Amma bunlar Nüsrət müəllimin istədiyi 
səslər deyildi. Müəllimin gözləri döndü, hiddətləndi: 
- Çal, oğlan. Siiiiiii, la sol fa re do re siiiiiiiiii…. 
- Düdüdüüt, düt, düdüdüt. 
- Yox, yoox! Eşşək belə… 
- Bunu çala bilmirəm, müəllim. 
- Çalacaqsan, çal!.. 
- Müəllim, zurna! Zurna olsa… 
Möhtərəm sözünü tamamlaya bilmədi. Nüsrət müəllim zurna sözünü eşidəndə gözlərindəki 
mavilik itdi. Dəli oldu. Ağzı köpükləndi. 
- Zurnamı? Zurnamı? Zurna!.. 
Əlindəki fleyta ilə Möhtərəmin başına-gözünə, harası gəldi çırpmağa başladı. Qorxudan ye-
rimizdə öldük. Başımızı qaldırıb baxa bilmirdik. Fleyta Möhtərəmin başında ikiyə bölündü. Fley-
tanın başı qırılıb atıldı. Sifətinə yumruqlar çırpılan Möhtərəm bir heykəl kimi hərəkətsiz dayan-
mışdı. Bircə yumruqlar dəyərkən gözlərini qırpırdı. Hamımızın əsəbimiz gərilmişdi. Ağlamaq is-


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə