İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə134/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   127   128   129   130   131   132   133   134   135

SÖZLƏŞMƏ 

Dağlı  pəncərədən  vəkilin  göstərdiyi  istiqamətə  baxmaq  üçün  uzun 

əndamını əydi. Polkovnik Ebner Koltren  - əlli yaşında düzqamətli, başında 

silindr,  əynində  cənub  qanunverici  məclisinin  üzvünə  xas  ikiyanlı  sürtük  - 

əks  tərəfdəki  səki  ilə  addımlayırdı.  Harvi  həmin  istiqamətə  baxdığı  vaxt 

Qori  onun  üzünə  nəzər  saldı.  Əgər  dünyada  san  rəngli  canavarlar  vardısa, 

onlardan  biri  bu  dəqiqə  burada  idi.  Harvi  keçib-gedən  adamın  arxasınca 

qeyri-insani  gözlərlə  boylanıb  nərildədi  və  uzun,  sarı  rəngli  köpək  dişlərini 

qıcadı. 

-

 



Bu odur... bu ki məni həbsxanaya salan adamdır. 

-

 



O, prokuror olub, - Qori saymazyana dilləndi, - yeri gəl- mişkən, o, 

əla atıcıdır. 

-

 

Mən yüz yard məsafədən dələni gözündən vururam, - Harvi dedi. - 



Deməli,  Koltren  budur?  Sən  demə,  gözlədiyimdən  də  yaxşı  bazarlıq 

etmişəm. Mən bu ədavətin qayğısına sizdən yaxşı qalacağam, mister Qori. 

O, qapıya san yönəldi, amma azacıq karıxmış halda kandarda dayandı. 

-

 



Yenə  nəsə  lazımdır?  -  Qori  ümidsizlikdən  doğan  kinayə  ilə 

soruşdu. - Ailə ənənələri? Ulu babalarımın ruhu? Rüsvayçı sirlər? Buyurun! 

Qiymətlər çox münasibdir... 

-

 



Bir məsələ də qaldı, - dələ ovçusu təmkinlə söhbəti uzatdı, - missis 

Harvi  onun  barəsində  də  söyləmişdi.  Bu  məsələ  mənim  sahəmə  aid  deyil, 

amma  o  istəyirdi  sizdən  öyrənim...  Razı  olarsınızsa,  düz  yolla  mərd-

mərdanə  alım.  Bilirsiniz  ki,  mister  Qori,  qədim  malikanənizin  arxasında, 

sidr ağadannın arasında sizə məxsus ailə qəbiristanlığı yerləşir. Orada sizin 

Koltrenlər tərəfindən öldürülmüş əcdadlarınız dəfn olunub. Abidə daşlarına 

onlann adı yazılıb. Missis Harvi deyir bütün əsilzadələrin ailə qəbiristanlığı 

olur.  Onun  fikrincə,  ədavəti  aldığımız  təqdirdə  ona  qəbiristanlığı  da  əlavə 

etmək lazım gələcək. Abidə daşlarının hamısında “Qori” yazılıb, amma onu 

silib, bizim... 

-

 

Rədd  ol!  Rədd  ol!  -  Qori  pörtərək  gğırdı.  O,  hər  iki  əlini  dağlara 



tuşladığı zaman qıc olmuş barmaqları titrəyirdi. - Rədd ol, əclaf. Hətta çi... 

çinli belə öz əcdadlarının mə... məzarını qoruyur. Rədd ol! 

413 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Dələ  ovçusu  yavaş-yavaş  şarabanına  san  getdi.  O,  arabaya 

minənə kimi Qori əlindən düşərək yerə dağılmış pulları coşqunluqla 

yığmağa  başladı.  Ekipaj  tini  burulmamışdı  ki,  o  artıq  yunverən 

qoyunsayağı  yaramaz  bir  tələskənliklə  yenidən  məhkəmə  binasına 

doğru uzanan cığırla addımlayırdı. 

Gecə  saat  üçdə  məhkəmə  işçiləri  onu  qırxılmış  və  huşsuz 

vəziyyətdə sürüyə-sürüyə geriyə, kontora gətirdilər. Onu şerif, şerifin 

diribaş  köməkçisi,  katib  və  şən  prokuror  müşayiət  edirdi,  'Vadidən 

olan” solğun bənizli subyekt isə bu təntənəli yürüşü yekunlaşdırdı. 

-

 

Masanın  üstünə,  -  onlardan  biri  dedi  və  Qorini  masanın 



üstünə, lazımsız kitab və kağız topasının arasına uzatdılar. 

-

 



Yansi  kefləndikdə  ikiliyə  yaman  meyillənir,  -  şerif  məyus 

halda ah çəkdi. 

-

 

Bu  lap  ağ  oldu!  -  şən  prokuror  dedi.  -  İçkiyə  aludə  adam 



poker oynamamalıdır. Görəsən, o, bu gün nə qədər uduzub. 

-

 



İki yüzə yaxın. Təəccüblüdür, o, bu pullan haradan alıb? Artıq 

bir aydan çoxdur ki, bir senti belə yox idi. 

-

 

Bəlkə, müştəri tapıb? Yaxşı, nə qədər ki işıqlanmayıb, gedək 



evimizə. Yatıb doyduqdan sonra özünə gələr, amma beyni bərk uğul 

day acaq. 

"Dəstə”  səhərəyaxın  alaqaranlığın  içində  əriyib  yox  oldu. 

Bədbəxt  Qorini  görən  növbəti  göz  isə  səhərin  açılmaqda  olan  gözü 

idi. O, pərdəsi örtülməmiş pəncərəyə tərəf nəzər salıb əvvəlcə yatan 

adamı  qızılı  rəngli  zəif  şüalanna  qərq  etdi,  sonra  isə  yayın  qızmar 

istisini  onun  yanan  sifətinə  yağdırmağa  başladı.  Qori  yuxudan 

oyanmadan masanın üstündəki lazımsız şeylərin arasında qımıldandı, 

arxasını  pəncərəyə  çevirdi.  Bu  vaxt  ağır  "Qanunlar  külliyyatı  ”na 

toxunduğundan  kitab  gumbultu  ilə  döşəmənin  üstünə  düşdü.  Qori 

gözlərini açanda uzun, qara sürtuklu birinin ona san əyildiyini gördü. 

Başını  azca  qaldırdıqda  qarşısında  əvvəlcə  köhnə  silindr,  sonra  isə 

yavaş-yavaş onun altında polkovnik Ebner Koltrenin mehriban, təmiz 

qırxılmış üzü aydınlaşdı. 

Səmimi  qəbula  inamı  olmayan  polkovnik,  Qorinin  onu 

tanımasını gözlədi. Artıq iyirmi 11 idi ki, bu iki ailənin kişi nüma- 



414 

downloaded from KitabYurdu.org




SÖZLƏŞMƏ 

yəndələri  sülh  şəraitində  görüşmürdülər.  Qorinin  göz  qapaqlan  qımıldandı, 

o, bulanıq gözlərinə güc verib qonağa baxdı və gülümsədi. 

-

 



Stella  ilə  Lüsini  mənimlə  oynamağa  gətirmisiniz?  -  sakit  səslə 

soruşdu. 

-

 

Siz məni tanıdınız, Yansi? - Koltren xəbər aldı. 



-

 

Əlbəttə. Siz mənə fit çalan qırmanc bağışlamışdınız. 



Həqiqətən də, iyirmi dörd il əvvəl belə bir şey olmuşdu - 

Yansinin atasının onun ən yaxın dostu olduğu vaxtlarda. 

Qori  gözlərini  otaq  boyunca  gəzdirdi.  Polkovnik  işin  nə  yerdə 

olduğunu anladı. 

-

 

Rahat uzanın, mən gətirərəm, - dedi. 



Həyətdə  quyu  var  idi,  Qori  gözlərini  yumub  onun  linginin  cingiltisini 

və  suyun  şırıltısını  heyranlıqla  dinləməyə  başladı.  Koltren  bir  bardaq  sərin 

su gətirib ona verdi. Qori yerindən sıçradı - yazıq görkəmi vardı, kətan yay 

kostyumu çirklənib əzilmiş, saçları pırtlaşmış, başı əsim-əsim əsirdi. 

O, polkovnikə əli ilə nəsə işarə etməyə çalışdı. 

-

 



Bağışlayın...  bütün  bunlara  görə,  lütfon,  -  dedi.  -  Mən,  görünür, 

dünən  axşam  viskini  çox  içmişəm,  sonra  da  masanın  üstündə  yatıb 

qalmışam. 

Onun qaşlan heyrətlə yuxan dartılmışdı. 

-

 

Dostlarla kef çəkmisiniz? - polkovnik mehribancasına soruşdu. 



-Xeyr,  mən  heç  yerdə  olmamışam.  Artıq  iki  aydır  bir  dollarım  belə 

yoxdur. Sadəcə, həmişə olduğu kimi, çox içmişəm. 

Polkovnik Koltren onun çiyninə toxundu. 

-

 



Bir  neçə  dəqiqə  əvvəl,  Yansi,  -  o,  sözə  başladı,  -  məndən 

soruşdunuz  ki,  Lüsini  və  Stellanı  sizinlə  oynamağa  gətirmi-  şəmmi.  O  an 

yuxudan  tam  oyanmamışdınız  və  sizə  elə  gəlirdi  ki,  hələ  də  balaca 

oğlansınız. Hazırda oyanmısınız və xahiş edirəm, qulaq asasınız. Mən Stella 

və  Lüsinin  adından  onlann  köhnə  dostunun  və  mənim  köhnə  dostumun 

oğlunun yanına gəlmişəm. Onlar sizi özümlə aparmaq istədiyimi bilirlər və 

sizi  görəndə  köhnə  vaxtlarda  olduğu  kimi  sevinəcəklər.  İstəyirəm  özünüzə 

gələnə kimi bizdə yaşayasınız - daha çox... ürəyiniz 

415 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə