İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə129/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   125   126   127   128   129   130   131   132   ...   135

O.HENRİ 

necə  utanırdım  -  axı  suda  özünü  boğmaq  günahdır,  bundan  başqa, 

saçım da islanıb bir-birinə qanşdığından müqəvvaya oxşayırdım. 

Bizə  göy  rəngli  geyimdə  bir  neçə  kişi  yaxınlaşdı.  O,  öz  kartını 

onlara  təqdim  etdi  və  mənim  bərənin  lap  uc  tərəfində  çantamı 

əlimdən saldığımı, onun arxasınca məhəccərin üstünə çıxarkən suya 

yıxıldığımı  söylədiyini  eşitdim.  Bu  zaman  intihara  cəhd  edənlərin 

qatillərlə  birlikdə  həbsxanaya  salındıqlan  barədə  qəzetdə 

oxuduqlanmı xatırladım və qorxmağa başladım. 

Sonra  hansısa  qadınlar  məni  ocaqxanaya  aparıb,  paltarımı 

qurutmağa  kömək  etdilər,  saçımı  darayıb  səliqəyə  saldılar.  Sahilə 

çıxdığımız zaman o yaxınlaşıb məni kebə mindirdi. Özü də büsbütün 

islanmışdı, amma  elə  gülürdü,  elə  bil,  olanlan  şən bir  zarafat hesab 

edirdi. O, adımı və ünvanımı söyləməyi məndən xahiş etdi, lakin mən 

demədim - axı çox ulanırdım. 

-

 



Mənasız  hərəkət  etmisiniz,  əzizim,  -  Hetti  nəvazişlə  dedi.  - 

Gözləyin, odu azca artınm. Eh, kaş bir baş soğan olaydı! 

-

 

Belə olduqda o, şlyapasını qaldınb, - Sesilya söhbətinə davam 



etdi,  -  dedi:  “Çox  yaxşı,  amma  sizi  tapacağam.  Suda  boğulanı  xilas 

etdiyim  üçün  mükafat  almaq  ümidindəyəm”.  Beləliklə,  o,  kebin 

sürücüsünə  pul  verib  məni  hara  desəm,  ora  aparmağı  tapşırdı  və 

getdi.  İndisə  artıq  üç  gün  keçib,  -  minia-  türçü  qız  inildəyə-inildəyə 

dedi, - amma hələ də məni tapmayıb! 

-

 



Səbir  edin,  -  Hetti dilləndi.  -  Axı  Nyu-York böyük  şəhərdir. 

Bir özünüz fikirləşin, sizi tanıyana kimi o, neçə islanmış, saçları bir-

birinə qarışmış qızı nəzərdən keçirməlidir. Ət əla bişir, bircə soğanı 

olaydı! Heç olmayan yerdə hətta sarımsaq da əlavə edərdim. 

Ət  kartofa  qoşulub  sevinclə  pıqqapıq  qaynayırdı,  cəzbedid 

qoxusu  ətrafa  yayılsa  da,  bu  qoxuda  açıq-aşkar  çox  vadb  olan  nəsə 

çatışmırdı və elə bu da əskik olan inqrediyenti əldə etmək arzusunun 

doğurduğu mübhəm bir kədər yaradırdı. 

-

 

Mən,  az  qala,  bu  qorxunc  çayda  boğulmuşdum,  -  Sesilya 



tükləri ürpəşmiş halda söylədi. 

-

 



Suyu azdır, - Hetti dedi. - İndi gedib gətirərəm. 

-

 



Ah, nə yaxşı qoxusu var! - rəssam qız dedi. 

downloaded from KitabYurdu.org




ÜÇÜNCÜ İNQREDİYENT 

-

 



Bu  Şimal  çayının  yaxşı  qoxusu  var?  -  Hetti  etirazını  bildirdi.  - 

Ondan  həmişə  sabun  zavodunun  və  yaş  setterin

1

  iyi  gəlir...  hə,  siz 



qovurmanı  nəzərdə  tutursunuz?  Doğrudan  da,  hər  şey  yaxşıdır,  bircə  kaş 

soğan da olaydı! Bəs necə düşünürsünüz, onun pulu var idi? 

-

 

Ən  başlıcası,  məncə,  o,  xeyirxah  adamdır,  -  Sesilya  dedi.  -  Onun 



varlı  olduğuna  əminəm,  amma  bu  vacib  deyil.  O,  kebin  sürücüsünün 

haqqını  ödəyəndə,  pul  kisəsində  yüzlərcə,  minlərcə  dolların  olduğunu 

gördüm. Mən  kebə  minəndə  onun avtomobilə oturduğunu və büsbütün yaş 

olduğu  üçün  sürücünün  ona  ayı  dərisindən  olan  kürkünü  verdiyinin  şahidi 

oldum. Bu hadisə yalnız üç gün əvvəl baş veribi.. 

-

 



Axmaqlığa bir bax! - Hetti onun sözünü kəsdi. 

-

 



Axı  islanan  sürücü  deyildi,  -  Sesilya  kəkələdi.  -  O,  maşını  çox 

yaxşı idarə edirdi. 

-

 

Deyirəm  ki,  siz  axmaqlıq  eləmisiniz,  -  Hetti  dedi,  -  ona  ünvanı 



verməmisiniz. 

-

 



Mən  heç  vaxt  sürücülərə  ünvanımı  vermirəm,  -  Sesilya  lovğa-

lovğa söylədi. 

-

 

Ah, o, bizə lazımdır! - Hetti məyus halda bildirdi. 



-

 

Nə üçün? 



-

 

Qovurmaya görə, əlbəttə. Mən soğanı nəzərdə tuturam. 



Hetti bardağı götürüb dəhlizin qurtaracağındakı krana doğru getdi. 

Qız  pilləkənə  yaxınlaşdığı  zaman  yuxarı  mərtəbədən  bir  cavan  oğlan 

düşürdü.  O,  yaxşı  geyinsə  də,  xəstə  və  üzgün  təsir  bağışlayırdı.  Onun 

bulanıq gözlərindən əzab oxunurdu - ya fiziki, ya da mənəvi. Əlində bir baş 

soğan  tutmuşdu  -  doxsan-  səkkizsentlik  zəngli  saat  böyüklüyündə  çəhrayı 

rəngli, hamar, bərk, panldayan soğan. 

Hetti  dayandı.  Cavan  oğlan  da  həmçinin.  Satıcı  qızın  baxışlarında  və 

duruşunda  Janna  d'Arkdan,  Herkulesdən,  Unadan  nəsə  vardı  -  İova  və 

Qırmızıpapaq  rolu  burada  işə  yaramırdı.  Cavan  oğlan  axırıncı  pillədə 

dayanıb şiddətlə öskürdü. Səbəbini özü də bilmədən oğlana elə gəldi ki, onu 

tələyə salıblar, ona 

1

 

Setter - tula cinsi 

399 


downloaded from KitabYurdu.org


O.HENRİ 

qarşı  hücuma  keçiblər,  üstünə  xərac  qoyublar,  qarət  ediblər,  cəri- 

mələyiblər,  qorxudublar,  dilə  tutublar.  Bütün  bunların  günahkarı 

Hettlnin  gözləri  idi.  Onlara  nəzər  salarkən  qara  pirat  bayrağının 

dorun  kəlləsinə  necə  qalxdığını,  sağlam  dənizçinin  dişləri  arasında 

bıçaq  tutaraq  meymun  cəldliyi  ilə  dor  ipləri  boyunca  dırmaşıb  onu 

orada  necə  bərkitdiyini  görmək  olardı.  Lakin  cavan  oğlan  hələ 

anlamırdı ki, dənizin dibinə düşməməsinə səbəb - hətta aralarında heç 

bir söhbət olmasa belə - onun qiymətli yüküdür. 

-

 



Üzr  istəyirəm,  -  Hetti  tutqun  səsinin  imkan  verdiyi  qədər 

mehribancasına  dilləndi,  -  bu  soğanı  buradan,  pilləkənin  üstündən 

tapmamısınız  ki?  Mənim  ərzaq  paketim  cınlıb,  elə  bu  səbəbdən 

çıxdım ki, onu axtarım. 

Cavan oğlan düz yanm dəqiqə ara vermədən öskürdü. Bu müddət 

ərzində  o,  çox  güman  ki,  mülkiyyətini  qorumaq  üçün  cəsarət 

toplayırdı.  Gözyaşardan  qənimətini  əlində  möhkəm  saxlayıb,  ona 

basqın  edən  qəddar  soyğunçunun  hücumunu  qəti  hərəkətlə  dəf  edə 

bildi. 

-

 



Xeyr,  -  o,  bumunda  dedi,  -  pilləkəndən  tapmamışam.  Onu 

yuxan  mərtəbədə  yaşayan  Cek  Bivens  mənə  verib.  İnanmırsınız 

gedin ondan soruşun. Mən burada gözləyirəm. 

-

 



Cek  Bivensi  tanıyıram,  -  Hetti  laqeyd  halda  dilləndi.  -  O, 

kitab  yazır,  ümumiyyətlə,  yazdıqları  da  cındıryığanlar  barədə 

cürbəcür cəfəngiyatlardan ibarətdir. Hər dəfə poçtalyon qalın zərfləri 

geri gətirərkən onu necə söydüyünü bütün bina eşidir. Zəhmət olmasa 

deyin, siz də “Vallabroza”da yaşayırsınız? 

-

 



Xeyr,  -  cavan  oğlan  cavab  verdi,  -  hərdən  Bivensin  yanına 

gəlirəm. Biz dostuq. Mən buradan iki məhəllə aralı yaşayıram. 

-

 

Bağışlayın, bəs siz bu soğanla nə etmək niyyətindəsiniz? 



-

 

Onu yeməyə hazırlaşıram. 



-Qy? 

-

 



Bəli, evə çatan kimi. 

-

 



Bəs evdə yeməyə bundan başqa ərzağınız yoxdur? 

Cavan oğlan bir anlıq fikrə getdi. 

-

 

Hə,  -  o  etiraf  etdi.  -  Mənim  evdə  heç  bir  parça  çörəyim  də 



yoxdur. Qoca Cekin də, deyəsən, azuqə məsələsində vəziy- 

400 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə