İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə132/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   127   128   129   130   131   132   133   134   135

SÖZLƏŞMƏ 

yırdı,  amma  onunla  nə  vaxtsa  iş  görənlərin  hamısı  onun  “ağlını  itirdiyini” 

söyləyirdi. 

Onun  yeganə  fəaliyyəti  dələ  ovundan  ibarət  idi,  lakin  rəngarənglik 

üçün  arabir  qaçaqmalçılıqla  da  məşğul  olurdu.  Bir  dəfə  vergiyığanlar  onu 

yuvasından dartıb çıxardılar; o, teryertək

səsini çıxarmadan var qüvvəsi ilə 



müqavimət göstərdi, nəticədə iki il müddətinə həbsxanaya düşdü. Azadlığa 

buraxıldıqdan sonra qəzəbləndirilmiş safear

2

 təki yenidən yuvasına çəkildi. 



Şıltaq tale quşu həyəcanla onu axtaran bir çoxunun yanından ötüb Payk 

və  onun  sədaqətli  arvadını  öz  təbəssümü  ilə  mükafatlandırmaq  üçün  uçub 

Qara Cekin kəlləsinə qondu. 

Bir  dəfə  qısa  şalvarlı  və  eynəkli,  başdan-ayağa  mənasız  kəş-

fiyyatçılardan  ibarət  dəstə  dağlara,  Harvinin  komasının  qonşuluğuna  gəldi. 

Payk  ov  tüfəngini  qarmaqdan  götürüb  uzaqdan  gəlmələrə  atəş  açdı  -  axı 

onlar  vergiyığanlar  da  ola  bilərdi.  Xoşbəxtlikdən,  hədəfi  vura  bilmədi  və 

tale  agentləri  yaxınlaşaraq  qanun  və  ədalətlə  əlaqələrinin  olmadığını 

bildirdilər.  Nəticədə  Harvi  cütlüyünə  otuz  akrlıq  təmizlənmiş  torpaqlan 

üçün nağd olaraq xeyli xışıltılı yaşıl dollar təklif etdilər; belə bir ağılsızlığı 

əsaslandırmaq  üçünsə  bu  torpaq  sahəsinin  altında  slyuda  olduğu  haqda 

cəfəng bir fikir söylədilər. 

Harvi ilə arvadı sahib olduqları bu qədər dollan hesablayarkən çaşdılar, 

Qara  Cekdəki  həyatın  bütün  narahatlığı  ər-arvada  aydın  oldu.  Payk  təzə 

başmaqlardan,  evin  küncünə  qoya  biləcəyi  tütün  yeşiyindən,  tüfəng  üçün 

təzə  çaxmaqdan  danışmağa  başladı;  o,  Martellanı  dağın  yamacındakı  bir 

yerə aparıb ona izah etdi ki, burada balaca bir top yerləşdirmək mümkündür 

-  top,  şübhəsiz,  onların  vəsaiti  ilə  alına  bilərdi  -  beləliklə  də,  ondan  atəş 

açmaqla  komaya  sarı  uzanan  yeganə  cığın  müdafiə  edər,  vergiyığanlardan 

və zəhlətökən yad adamlardan birdəfəlik azad olardılar. 

Amma Adəm öz Həvvasını yaddan çıxarırdı. Onun üçün tütün, top və 

təzə  çaxmaq  var-dövlətin  əsl  təcəssümü  idi,  amma  qaranlıq  komada  onun 

bəsit tələblərindən çox-çox yüksəkdə 

1

 

Teryer- it cinsi 

2

 

Safsar - xəzdərili heyvan 

407 


downloaded from KitabYurdu.org


O.HENRİ 

duran bir şöhrətpərəstlik mürgüləyirdi. Missis Harvinin qəlbində hələ 

də  Qara  Cekdəki  iyirmi  doqquz  illik  həyatının  məhv  edə  bilmədiyi 

əbədi  qadınlıqdan  bir  zərrə  də  olsa,  yaşayırdı.  O,  gündüzlər  xəstə 

ağadardan düşən qabıq səsini, gecələrsə canavar ulartısını dinləməyə 

o  qədər  vərdiş  etmişdi  ki...  Yəqin  içindəki  şöhrət  düşkünlüyünü 

qovub çıxaran elə bu idi. O, kök, qüssəli, sanşın və danxdıncı qadına 

çevrilmişdi.  Amma  pul  meydana  çıxan  kimi  ürəyində  öz  cinsinə 

məxsus  imtiyazlardan  istifadə  etmək  arzusu  yenidən  alovlandı:  çay 

masasının arxasında oturmaq, lazım olmayan əşyalar almaq, həyatın 

çirkin  həqiqətlərini  şərtilik  və  lazımsız  mərasimlərlə  bəzəmək.  Elə 

buna  görə  də  Paykın  təklif  etdiyi  möhkəmləndirmə  sistemini  soyuq 

tərzdə rədd edib bildirdi ki, onlar indi yeni aləmə qədəm qoymalı və 

yüksək cəmiyyət arasında dolaşmalıdırlar. 

Onlar,  nəhayət,  bu  xüsusda  qərar  verdilər  və  planın  icrasına 

başladılar.  Missis  Harvinin  böyük  şəhərlərə  üstünlük  verməsi  ilə 

Paykın  qədim  səhralara  meyli  arasında  ortaq  məxrəcə  gəlmək 

istədikdə  Lorel  kəndi  meydana  çıxdı.  Lorel,  missis  Harvinin 

şöhrətpərəst tələblərinə cavab verən kübar məclisləri vəd edirdi, eyni 

zamanda  da  Paykın  arzuladığı  bəzi  rahatlıqlardan  məhrum  deyildi  - 

bu  kəndin  dağlara  yaxın  olması  dəbdəbəli  cəmiyyətlə  dil  tapa 

bilmədiyi halda tez geri çəkilmək imkanı verirdi. 

Onlann  Lorelə  gəlişi  Yansi  Qorinin  öz  evini  pula  çeviımək 

arzusu ilə üst-üstə düşdüyündən bədxərc adamın titrək əlinə dörd min 

dollar sayıldı və Qoriyə məxsus qədim mülk alındı. 

Qori  nəslinin  şərəfsiz  nümayəndəsi  düşkünləşmiş, qovulmuş  və 

artıq  onu  saymayan  dostlan  tərəfindən  rədd  edilmiş  vəziyyətdə  öz 

səfeh  kontorunda  atılıb-qalanda  yad  adamlar  artıq  onun  ata-baba 

evində yaşayırdılar. 

Günəşin qızdırdığı küçəni toz dumanı bürümüşdü və onun içi ilə 

nəsə hərəkət edirdi. Zəif külək tozu dağıdanda tənbəl boz atın dartıb 

gətirdiyi  parlaq  boya  ilə  rənglənmiş  təzə  şaraban  göründü.  Ekipaj 

vəkilin  kontoruna  yaxınlaşıb  küçənin  ortasında  firlandı  və  balaca 

arxın kənannda, qapı ilə düz üzbəüz dayandı. 

Qabaq oturacaqda əynində qara mahud kostyum olan hün- 

408 

downloaded from KitabYurdu.org




SÖZLƏŞMƏ 

dür,  arıq  kişi  oturmuşdu;  əlinə  sarı  rəngli  dəri  əlcək  geyinmişdi.  Arxa 

oturacaqda isə iyun istisinə qalib gəlmiş qadın əyləşmişdi. “Şanjan” rəngli, 

əslində  isə  göy  qurşağının  bütün  rənglərini  özündə  əks  etdirən  dar  ipək 

paltar  dolu  bədənini  qucaqlamışdı.  O,  əlində  bəzəkli  yelpik  düz  oturaraq 

baxışlarını  küçənin  qurtaracağına  zilləmişdi.  Martella  Harvinin  qəlbi  yeni 

həyatın  sevinci  ilə  isinsə  də,  Qara  Cek  onun  zahiri  görkəminə  silinməz  iz 

salmışdı;  qadinin  sifətinə  boş,  mənasız  ifadə  bəxş  etmiş,  kəskin 

qayalarından və qaradinməz dərələrindən ona da pay vermişdi. O, ətrafında 

nə olursa olsun, elə bilirdi ki, həmişə xəstə ağaclardan qopub tökülən qabıq 

səslərini  eşidir.  Daim  Qara  Cekin  ən  sakit  gecələrdə  belə  qulaqlarında 

cingildəyən qorxunc sükutunu dinləyirdi. 

Harri  təmtəraqlı  ekipajın  yaxınlaşıb  onun  qapısı  ağzında  dayanmasını 

laqeydliklə  müşahidə  edirdi;  lakin  arıq  arabaçı  cilovu  qırmanca  sarıyıb 

yöndəmsiz  hərəkətlə  kontora  girəndə  onu  qarşılamaq  üçün  yırğalana-

yırğalana  yerindən  qalxmalı  oldu:  o  artıq  başqa  şəklə  düşmüş,  sivilizasiya 

ilə təzəcə əlaqə yaratmağa başlayan Payk Harvini tanıdı. 

Dağlı  kişi  vəkilin  təklif  etdiyi  kətildə  oturdu.  Harvinin  sağlam 

düşüncəsi  və  möhkəm  yaddaşı  ilə  bağlı  şübhəyə  düşənlər  sübut  kimi  onun 

zahiri  görkəmini  nümunə  göstərə  bilərlər.  Sifəti  hədsiz  uzun  və  tutqun 

zəfəran  rəngində  idi;  heykəldəki  kimi  hərəkətsiz  görünürdü.  Açıq-mavi 

rəngli  kirpiksiz  yumru  gözləri  bu  müdhiş  sifəti  bir  az  da  qorxunc  edirdi. 

Qori əbəs yerə onun gəlişinin səbəbini aydınlaşdırmağa çalışırdı. 

-

 



Loreldə hər şey qaydasındadır, mister Harvi? - o soruşdu. 

-

 



Hər  şey  qaydasındadır,  ser,  missis  Harvi  ilə  mülkdən  çox  razıyıq. 

Sizin  malikanə  missis  Harvinin  xoşuna  gəlir,  elə  qonşular  da.  Həmişə 

adamlarla  ünsiyyət  üçün  darıxdığını  söyləyirdi,  burada  isə  kifayət  qədər 

danışa  biləcəyi  adam  var.  Rocerslər,  Xepqudalar,  Prettalar  və  Troysalar  - 

hamısı  missis  Harvinin  görüşünə  gəlib;  elə  o  da,  demək  olar,  hamısının 

evində qonaq olub. Onu ən yaxşı evlərə dəvət edirlər. Doğrusu, mister Qori, 

deyə bilmərəm ki, belə şeylər ürəyimcədir... Mənə ancaq o lazımdır, - Payk 

Harvinin san əlcəkli iri əli dağlara doğru uzandı, 

409 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə