İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   123   124   125   126   127   128   129   130   ...   135

O.HENRİ 

Ümidlə  gözləyən  bu  dəstənin  arasından  altı  qız  seçməli  olan 

işgüzar,  soyuqqanlı,  simasız,  daz  cavan  oğlan  əl  ilə  naxış  vurulmuş 

möhtəşəm  ağ  buludların  altında  -  ucuz  ətir  dənizində  boğulduğunu 

hiss etdi. Birdən üfüqdə yelkən görünməyə başladı. Yaraşıqsız, kiçik 

yaşıl  gözlərində  həqarətli  baxışlar,  saçı  şokolad  rəngində,  əynində 

ciddi kətan kostyum və başında məntiqə tam uyğun şlyapa olan Hetti 

Pepper  öz  iyirmi  doqquz  yaşından  heç  nəyi  gizlətmədən  onun 

qarşısında dayandı. 

“Siz  qəbul  olundunuz!”  -  daz  oğlan  ucadan  dedi  və  bu,  onun 

xilası oldu. Bax, Hettinin “Ən yaxşı mağaza”da işə başlaması bu cür 

oldu. Onun həftədə səkkiz dollar almağa başlaması ilə bağlı hekayə 

isə  Heıkulesin,  Janna  d'Arkın,  U nanın,  İovanın  və  Qırmızı papağın 

tərcümeyi-halından  ibarət  kompilyasiyadır

1

.  Əvvəlcə  ona  nə  qədər 



ödəyirdilər  -  bunu  siz  məndən  öyrənə  bilməyəcəksiniz.  İndi  bu 

məsələlər ətrafında ehtiraslar son həddə çatıb və mən, ümumiyyətlə, 

istəmirəm  buna  bənzər  mağazanın  sahibi  olan  hansısa  milyonçu 

yanğınsöndürən  nərdivanla  çardağımın  pəncərəsinə  dırmaşıb  məni 

daşa bassın. 

Hettinin  “Ən  yaxşı  mağaza”dan  işdən  azad  edilməsi  əhvalatı 

onun oraya qəbul edilməsi hadisəsinə o qədər bənzəyir ki, onu nağıl 

etməklə yeknəsəq təsir bağışlamaqdan qorxuram. 

Mağazanın  hər  şöbəsinin  öz  müdiri  var  -  qırmızı  qalstuklu, 

əlində qeydiyyat dəftəri, harada aş, orada baş olan, hər şeydən xəbər 

tutan  və  nə  gəldi  onunla  qidalanan  adam.  Həmin  şöbənin  həftədə 

(ticarət  statistikası  bürosunun  göstəricilərinə  bax)  aldığı  dollann 

sayəsində  yaşayan  bütün  qızlannın  taleyi  tamamilə  bu  adamın 

əlindədir. 

Hettinin  işlədiyi  şöbənin  müdiri  işgüzar,  soyuqqanlı,  simasız, 

daz  cavan  oğlan  idi.  Sahib  olduğu  ərazidə  gəzdiyi  zaman  ona  elə 

gəlirdi  ki,  maşınla  bəzək  vurulmuş  möhtəşəm  ağ  bulud-  lann 

arasında,  ucuz  ətir  dənizində  üzür.  Şirin  şeylərin  bolluğundan 

çiyrənirdi.  Hetti  Pepperin  kifir  sifəti,  zümrüd  gözləri  və  şokolad 

rəngli  saçı  ona  süni  gözəlliklərdən  ibarət  səhrada  arzu  edilən  yaşıl 

vahə kimi görünürdü. Piştaxtanın arxasındakı xəl- 

1

 Kompilyasiya - müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə 

düzəldilən əsər 

downloaded from KitabYurdu.org




ÜÇÜNCÜ İNQREDİYENT 

vəti yerdə o, qızın dirsəyindən üç düym yuxandan şəfqətlə çimdik götürdü, 

lakin  elə  həmin  an  da  qızın  əzələli  və  o  qədər  də  ağ  olmayan  əllərinin 

sayəsində  üç  fut  kənara  uçub  düşdü.  İndi  siz  artıq  bilirsiniz  nə  üçün  otuz 

dəqiqədən sonra Hetti Pepper cibində üç ədəd mis pul “Ən yaxşı mağaza”nı 

tərk etməli oldu. 

Bu gün səhər malın döş ətinin bir funtunun qiyməti altı sentdir. Lakin 

Hetti Pepperin universal mağazadan azad olunduğu gün həmin əti yeddi sent 

yarıma satırdılar. Hekayəmizin baş tutması üçün də  elə bu fakta minnətdar 

olmalıyıq. Əks halda, dörd sent saxlamadan, bəlkə də... 

Amma,  demək  olar  ki,  dünyadakı  bütün  hekayələrin  süjeti  aradan 

qaldırılması  mümkün  olmayan  çətinliklər  üzərində  qurulur,  buna  görə  də, 

lütfən, yersiz irad tutmağa çalışmayın. 

Malın döş ətindən alan Hetti öz otağına (pəncərə həyətə açılır, həftəyə 

üç  dolar  əlli  sent  kirayə  haqqı)  qalxırdı.  Axşam  yeməyinə  bir  porsiya 

pörtlədilmiş  isti  ət,  sonrasa  dərin  yuxu  -  və  səhər  o,  yenidən  Herkulesin, 

Janna  d'Arkın,  Unanın,  İovanın  və  Qıımızıpapağın  qəhrəmanlıqlarının 

axtanşında olacaqdı. 

Qız  otağındakı  balaca  şkafdan  gil  tavanı  çıxardı,  kartof  və  soğan 

axtanşı ilə bütün kağız torbalan və paketləri eşələməyə başladı. Bu axtanşın 

nəticəsi olaraq burnu və çənəsi daha artıq sivriləşdi. 

Nə  kartof  tapıldı,  nə  də  soğan!  Məgər  pörtlədilmiş  ət  yeməyini  təkcə 

ətdən  hazırlamaq  mümkündüımü?  İstirdiyyə  şorbasını  istirdiyyəsiz,  tısbağa 

şorbasını  tısbağasız,  qəhvəli  tortu  qəh-  vəsiz  hazırlamaq  olar,  amma 

pörtlədilmiş  ət  yeməyini  kartofsuz  və  soğansız  bişirmək  qətiyyən  mümkün 

deyil. 


Düzdür,  əlacsız  qaldıqda  təkcə  malın  döş  əti  də  adamı  aclıqdan  xilas 

edə bilər. Duz, istiot və bir qaşıq un əlavə edib, əvvəlcədən azca soyuq suda 

qarışdırarsan  -  gedər.  Nyuburq  omarı

1

  kimi  dadlı,  bayram  piroqlan  kimi 



dəbdəbəli olmasa da - gedər. 

Hetti tavanı götürüb dəhlizin sonuna doğru getdi. “Vallam- broza”nın 

reklamına əsasən orada su kəməri var idi, amma öz 

1

 

Omar - onayaqiı iri dəniz xərçəngi 

393 


downloaded from KitabYurdu.org


O.HENRİ 

aramızda qalsın, ondan həmişə su gəlmirdi, gələndə də dama- dama; 

lakin bura texniki məsələlərlə bağlı təfərrüatlann yeri deyil. Orada tas 

var idi və onun yanında bura qəhvə çöküntüsünü yumaq, bir də özgə 

kimonolanna nəzər  yetirmək  üçün  gələn  vallambrozalı  qadınlar  tez-

tez rastlaşardılar. 

Bu tasın yanında Hetti kranın altında iki iri irland kartofu yuyan 

tünd-qızılı  rəngli  qalın  saçları  və  qüssəli  gözləri  olan  bir  qız  gördü. 

“Vallambroza”nı  Hetti  qədər  çox  az  adam  tanıyırdı.  Kimono  qızın 

ensiklopediyası, məlumat kitabçası, agent bürosu idi, onun vasitəsilə 

bura  gəlib-gedənlərin  hamısı  barədə  məlumat  əldə  edə  bilirdi.  Adi 

yaşıl haşiyəli, çəhrayı rəngli kimono- dan o anladı kl, iki kartofu olan 

qız  rəssamdır  -  miniatürlər  çəkir,  damın  altında,  mansaıdada  və 

yaxud  qəbul  olunmuş  ifadə  ilə  desək,  studiyada  yaşayır.  Hetti 

miniatürün  nə  olduğunu  dəqiq  bilmirdi,  amma  onun  ev  olmadığına 

əmin  idi.  Çünki  rəngsazlar  əyinlərinə  boyaya  bulaşmış 

kombinezonlar  geyinib  küçədə  həmişə  adamın  üstünə  yeriməyə  səy 

göstərsələr də, öz evlərində çoxlu ərzaq yedikləri hamıya məlumdur. 

Kartoflu  qız  incə  və  balaca  idi,  hələ  evlənməmiş  kişi  təzə  dişi 

çıxan  uşağa  necə  münasibət  bəsləyərsə,  o  da  öz  kartoflan  ilə  o  cür 

davranırdı.  Sağ  əlində küt  çəkməçi  bıçağı  var idi,  elə  həmin  bıçaqla 

da kartoflardan birini təmizləməyə başladı. 

Hetti onunla rəsmi tonda danışsa da, o dəqiqə bilinirdi kl, ikinci 

cümlədəncə onu mehriban ahənglə əvəz etməyə hazırdır. 

-

 

Mənə aid olmayan işə müdaxilə etdiyim üçün üzr istəyirəm, - 



o  dedi,  -  kartof  belə  təmizlənərsə,  çox  hissəsi  itkiyə  gedər.  Bu,  təzə 

kartofdur, qaşımaq lazımdır. Verin, göstərim. 

O, kartofu və bıçağı alıb göstərməyə başladı. 

-

 



Oy, təşəkkür edirəm, - rəssam qız kəkələdi. - Mən bilmirdim. 

Elə  özüm  də  dərindən  kəsdiyimə  görə  heyifsilənirdim.  Amma  elə 

bilirdim  kartofu  həmişə  soymaq  lazımdır.  Bilirsiniz,  ümidin  təkcə 

kartofa  qalıbsa,  belə  vəziyyətdə  onun  təmizlənməsi  də  böyük  məna 

kəsb edir. 

-

 



Qulaq asın, əzizim, - Hetti dedi və bıçaq havada asılı qaldı, - 

sizinki də gətirmir? 

Miniatür rəssam qızın üzündə aa təbəssüm yarandı. 

394 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə