İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə133/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   127   128   129   130   131   132   133   134   135

O.HENRİ 

—  mənim  yerim  orada,  vəhşi  anlann  və  ayıldın  arasındadır.  Amma 

bu  haqda  boşboğazlıq  etmək  üçün  gəlməmişəm.  Missis  Harvi  ilə 

sizdən bir şey almaq istəyirik. 

-

 

Almaq?  -  Qori  təkrar  etdi.  -  Məndən?  -  O,  acı-acı  gülməyə 



başladı.  -  Burada  bir  yanlışlıq  olduğunu  güman  edirəm.  Bəli, 

şübhəsiz,  yanlışlıq  var.  Mən  sizə,  özünüz  də  dediyiniz  kimi,  son 

mismarıma  qədər  hər  şeyi  satmışam.  İndi  satmaq  üçün  bir  mismar 

başı belə yoxumdur. 

-

 

Sizin satmağa bir şeyiniz var və o, bizə lazımdır. Missis Harvi 



dedi ki, pul götürüb onu düzgün yolla, mərd-mərdanə sizdən alım. 

Qori başını yırğaladı: 

-

 

Mənim heç nəyim yoxdur. 



-

 

Siz  narahat  olmayın,  bizim  çoxlu  pulumuz  var,  -  dağlı 



mövzunu  dəyişmədən  sözünə  davam  etdi,  -  qalaq-qalaq.  Nə  vaxtsa 

siçovul  kimi  kasıb  yaşasaq  da,  indi  hər  gün  nahara  qonaq  da  dəvət 

edə  bilərik.  Bizi  ən  yüksək  cəmiyyətlərdə  qəbul  edirlər;  əlbəttə, 

bunlar  missis  Harvinin  sözləridir.  Lakin  bizə  bir  şey  də  lazımdır. 

Missis  Harvi  deyir,  sizdən  malikanəni  aldığımız  zaman  onu  mülk 

kağızına əlavə etmək lazım idi. Amma o, kağızda yoxdur. “Belə olan 

halda,  -  missis  Harvi  dedi,  -  pul  götür  və  onu  düz  yolla,  mərd-

mərdanə al”. 

-

 

Açılın başımdan, - Qori hirsləndi; onun əsəbləri bundan artıq 



davam gətirmədi. 

Harvi  enli  şlyapasını  masanın  üstünə  tullayıb  irəli  əyildi  və 

gözlərini qırpmadan düz Qorinin gözlərinin içinə baxdı. 

-

 



Köhnə  bir  ədavət  var,  -  o,  aydın  şəkildə  yavaş-yavaş 

danışmağa başladı, - sizinlə Koltrenlər arasında. 

Qori mısmınğını sallayıb zəhmli sifət aldı: dəxli olmayan adamla 

vendetta  barədə  danışmaq  qisas  etiketini  ciddi  şəkildə  pozurdu. 

“Oradan olan adam” bunu, ən azı, vəkil qədər yaxşı bilirdi. 

-

 



Xətrinizə  dəyməsin...  -  o,  sözünə  davam  etdi,  -  mən  işgüzar 

təklif edirəm. Missis Harvi bu ədavət barədə hər şeyi öyrənib. Demək 

olar,  dağlarda  yaşayan bütün  əsilzadələrin  qan düşməni  var.  Settllər 

və Qofbrtlar, Renkinslər və Boydlar, Saylerlər 



410 

downloaded from KitabYurdu.org




SÖZLƏŞMƏ 

və  Qellouelər  arasında  qan  düşmənçiliyi  iyirmi  ildən  yüz  ilə  qədər  davam 

edir.  Axınncı  qohumunuz,  əminiz  hakim  Peysli  Qori  məhkəmə  iclasının 

təxirə  salındığını  elan  edib,  hakim  kreslosundaca  Len  Koltren  tərəfindən 

güllələnərək  öldürülüb.  Mən  və  missis  Harvi  aşağı  təbəqədən  çıxmış 

adamlanq.  Heç  kim  bizimlə  qan  düşmənçiliyi  aparmaz;  yəni  bizimlə 

ağacqurbağası arasında fərq  yoxdur. Missis Harvi  deyir ki, bütün əsilzadə-

lərin qan düşməni olur. Biz əsilzadə olmasaq da, pulumuz var, bu məsələni 

bacardığımız  kimi  həll  etməliyik.  “Belə  olan  təqdirdə  pul  götür,  -  missis 

Harvi dedi, - mister Qorinin ədavətini düz yolla mərd-mərdanə al”. 

Dələ ovçusu bir ayağını, az qala, otağın ortasına kimi uzadıb cibindən 

bir bağlama pul çıxardı və masanın üstünə tulladı. 

-

 

Burada  iki  yüz  dollardır,  mister  Qori.  Razılaşın  ki,  köhnə  ədavət 



üçün bu, yaxşı qiymətdir. Nəsildən təkcə siz qalmısınız, siz də, çox güman 

ki,  öldürmək  ustası  deyilsiniz.  Ona  görə  də  bu  məsələ  ilə  üzülüşün,  biz  də 

missis Harvi ilə kübar cəmiyyətə daxil olaq. Pulu götürün. 

Bükülmüş  pullar  masanın  üstündə  qıvrılaraq  yavaş-yavaş  açılmağa 

başladı.  Harvinin  son  sözlərindən  sonra  yaranan  səssizlikdə  məhkəmə 

binasından  gələn  oyun  fişkalarının  səsi  aydın  eşidilirdi.  Qori  şerifin  elə 

indicə çoxlu pul udduğunu anladı - onun həmişə öz qələbəsini alqışlayarkən 

çıxardığı təmkinli  qıy səsini bürkülü  hava dalğalan həyətə  yayırdı. Qorinin 

alnında  tər  damcıları  əmələ  gəldi.  O  əyilib  masanın  altındakı  səbətdən 

şüşəni götürüb stəkanı doldurdu. 

-

 

İçin,  mister  Harvi!  Siz,  yəqin,  indi  söylədiyiniz  məsələ  ilə 



əlaqədar...  zarafat  etmək  istəyirsiniz?..  Deyəsən,  ticarət  əməliyyatının  yeni 

növü tətbiq  edilməyə başlayır. Birinci növ  vendetta  - iki  yüz əlli  dollardan 

üç  yüz  dollara  kimi.  Azca  xarab  olmuş  vendettalar  -  iki  yüz...  deyəsən,  siz 

iki yüz dediniz, mister Harvi? 

Qori süni şəkildə güldü. Dağlı təklif olunmuş stəkanı götürdü, gözünü 

qırpmadan  başına  çəkdi.  Vəkil  bu  fədakarlığı  həsəd  və  heyranlıq  hissi  ilə 

seyr  etdi.  Özünə  də  süzdü  və  əsl  içki  düşkünü  kimi  arağın  iyindən  və 

dadından çimçəşə-çimçəşə qurtum-qurtum içdi. 

411 

downloaded from KitabYurdu.org




O.HENRİ 

-

 



İki yüz, - Harvi təkrar etdi, - bu da pullar. 

Qori  gözlənilmədən  qəzəbləndi.  Yumruğu  ilə  masanı  döyəc-

ləməyə  başladı.  Kağız  pullardan  biri  sıçrayıb  əlinə  toxundu.  Elə 

diksindi, elə bil, onu nəsə sancmışdı. 

-

 

Siz,  doğrudan  da,  mənim  yanıma,  -  o  çığırdı,  -  bu  cür 



mənasız, təhqiramiz, ağılsız bir təkliflə gəlmisiniz? 

-

 



Mən istəyirdim hər şey təmiz və mərd-mərdanə olsun, - dələ 

ovçusu  dedi;  o,  guya,  pullan  götürmək  üçün  əlini  uzatdığı  zaman 

Qori  anladı  ki,  onun  qəzəbi  məğrurluq  və  inciklik  kimi  yox,  özünə 

hirslənməsi  kimi  izah  edilə  bilər,  çünki  o,  daha  aşağıya,  qarşısında 

açılmış  quyuya  enməyə  qadir  olduğunu  hiss  edirdi.  O,  bir  anın 

içindəcə  təhqir  edilmiş  centlmendən  öz  malının  təriflni  göylərə 

qaldıran alverçiyə çevrildi. 

-

 



Tələsməyin, Harvi, - Qori dedi; o, qıpqırmızı qızarmışdı, dili 

də topuq çalırdı. - Sizin tək... tək... təklifinizi qəbul edirəm, amma iki 

yüz dollar biabırçı şəkildə aşağı qiymətdir. Satıcı və alıcı hər ikisi r... 

razıdırsa,  onda  s...  sövdələşmə  sövdələşmədir...  Aldığınız  malı 

büküm, mister Harvi? 

Harvi qalxıb üst-başını çırpdı. 

-

 

Missis  Harvi  razı  qalacaq.  Siz  bu  işdən  kənara  çəkildiniz, 



deməli,  bu,  indi  Koltrenin  Harvi  ilə  ədavətidir.  Zəhmət  olmasa,  bir 

imzalı  sənəd,  mister  Qori,  əbəs  yerə  vəkil  deyilsiniz  ki...  söv-

dələşməni möhkəmləndirmək üçün. 

Qori  bir  vərəq  və  qələm  götürdü.  Pulları  yaş  əlində  möhkəm- 

möhkəm sıxmışdı. Başqa hər şey birdən-birə mənasız və asan bir işə 

çevrildi. 

-

 

Qabaqcadan  satış  sənədi.  Qətl  surətdə.  “Sahibin  və 



faizlərin...”  Təkcə  “ştatın  qanunlan  ilə  müdafiə  olunmasına”  icazə 

verilməsi  lazım  gəlir,  -  Qori  ucadan gülərək dedi.  -  Verilən  hüququ 

özünüz müdafiə etməli olacaqsınız. 

Dağlı  qeyri-adi  sənədi  götürüb  xüsusi  ehtiyatla bükdü  və  səliqə 

ilə cibində gizlədi. 

Qori pəncərənin qarşısında dayanmışdı. 

-

 

Yaxın gəlin, - o, barmağını qaldıraraq dedi. - İndicə aldığınız 



qan düşmənini sizə göstərəcəyəm. Baxın, o gəlir, küçənin o biri tərəfi 

ilə. 


412 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə