İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə130/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   127   128   129   130   131   132   133   134   135

ÜÇÜNCÜ İNQREDİYENT 

yəti yaxşı deyil. O, bu soğanla heç cür vidalaşmaq istəmirdi, amma mən elə 

təkid etdim ki, axırda təslim oldu. 

-

 



Dost,  -  Hetti  həyatın  ona  bəxş  etdiyi  ağıllı  baxışlarını  oğlandan 

ayırmadan anq, lakin məna kəsb edən barmağını onun əlinin üstünə qoyaraq 

dedi. - Görünür, sizinlə də xoşagəlməz hadisələr baş verib, hə? 

-

 



İstənilən qədər, - soğanın sahibi tez cavab verdi. - Amma bu soğan 

mənə məxsusdur və onu təmiz yolla əldə etmişəm. Lütfən, üzrlü hesab edin, 

mən tələsirəm. 

-

 



Bilirsiniz  nə  var?  -  Hetti  həyəcandan  rəngi  azca  ağarmış  halda 

dedi. - Çiy soğan - ümumiyyətlə, dadlı  olmur. Pörtlədil-  miş ət də soğansız 

yaxşı  adınmır.  Cek  Bivensin  dostusunuzsa,  yəqin,  alicənab  adamsınız. 

Dəhlizin o başındakı otağımda bir qız oturub - mənim rəfiqəmdir. İkimizin 

də  bəxti  gətirməyib  və  eyni  zamanda  ikimizə  bir  parça  ət  və  bir  az  da 

kartofumuz  var. Artıq pörtülsələr də, onlann ruhu yoxdur. Bəs çatışmayam 

nədir? Həyatda bəzi şeylər mütləq bir yerdə olmadıdır. Hə, məsələn, çəhrayı 

muslin


1

 və yaşıl qızılgüllər, yaxud döş ətindən qızaırtma və yumurta, yaxud 

irlandlaır və nizaımsızlıq. Bir də kartofla birlikdə pörtlədilmiş ət və soğam. 

Bir də çətinliyə düşən insamlaır və eyni vəziyyətdə olan digər insanlar. 

Cavam oğlam yenidən öskürməyə başladı, özü də uzun-uzaıdı. 

Bir əli ilə soğamı sinəsinə sıxmışdı. 

-

 

Əlbəttə,  şübhəsiz,  -  o,  nəhayət,  dilləndi.  -  Laıkin  artıq  sizə  dedim 



ki, mən tələsirəm... 

Hetti onun əlindən möhkəm yapışdı. 

-

 

Çiy  soğam  yeməyin,  əzizim.  Payınızı  nahaır  yeməyinə  daxil  edin 



və  siz  elə  bir  qovurma  yeyəcəksiniz,  beləsinin  dadma  tez-  tez  baxmaq 

bizlərə  qismət  olmur.  Doğrudammı,  iki  qadın  gənc  centlmenin  ayağına 

düşüb  zorla  onu  otağa  apaumaılıdır  ki,  onlan  özü  ilə  birlikdə  nahar  etmək 

şərəfinə  layiq  görsün?  Sizə  heç  bir  yamamlıq  etməyəcəyik.  Qərara  gəlin, 

gedək. 

Gənc adamın solğun üzünə təbəssüm qondu. 



-

 

Nə  olaır,  -  o  ruhlanaraq  dedi.  -  Bir  baş  soğam  zəmanət  kimi 



yaırayırsa, o zaman mən təklifi məmnuniyyətlə qəbul edirəm. 

1

 

Muslin - yun, ipək və ya pambıqdan toxunmuş parça 

401 


downloaded from KitabYurdu.org


O.HENRİ 

-

 



Yarayar,  yarayar,  -  Hetti  dedi.  -  Həm  zəmanət,  həm  də 

ədviyyat  kimi.  Bircə  dəqiqə  qapının  arxasında  gözləyin,  mən 

rəfiqəmdən  razı  olub-olmadığını  soruşum.  Amma  xahiş  edirəm,  öz 

zəmanət məktubunuzla birlikdə aradan çıxmayın. 

Hetti otağına girib qapını örtdü. Cavan oğlan dəhlizdə qaldı. 

-

 



Sesilya,  əzizim,  -  sata qız arıldayan səsinin üstünü bacardığı 

qədər  malalamağa  çalışaraq  dedi,  -  orada,  qapının  arxasında  soğan 

var. Onunla bir yerdə isə cavan oğlan. Onu nahara dəvət etmişəm. Siz 

necə, etiraz etmirsiniz? 

-

 

Ay  Allah!  -  Sesilya  ayağa  qalxıb  saç  düzümündəki  nizam- 



sızlığı qaydaya salaraq dedi və bərə şəkli olan plakata kədərlə baxdı. 

-

 



Xeyr,  xeyr,  -  Hetti  dedi,  -  bu,  o  deyil.  Bu  dəfə  hər  şey  çox 

sadədir.  Siz,  deyəsən,  öz  qəhrəmanınızın  çoxlu  pulu  və  avtomobili 

olduğunu söyləmişdiniz. Bu isə lütün biridir, onun yeməyə yalnız bir 

baş soğanı var. Lakin danışıq tərzi xoşagəlimlidir, həm də sırtıq deyil. 

Çox  güman,  o,  nə  vaxtsa  centlmen  olub,  indi  isə  çətin  vəziyyətə 

düşüb.  Amma  bizə  soğan  lazımdır!  Hə,  nə  deyirsən,  onu  gətirim? 

Davranışına görə mən cavabdehəm. 

-

 



Hetti,  əzizim,  -  Sesilya  ah  çəkdi,  -  mən  möhkəm  acmışam! 

Fərqi nədir, o şahzadədir, yoxsa avara? Əgər yeməyə bir şeyi varsa, 

onu buraya gətirin. 

Hetti  dəhlizə  çıxdı.  Soğanlı  adam  yoxa  çıxmışdı.  Hettinin  bir 

anlıq ürəyi dayandı, yanaqlanndan və bumunun ucundan savayı bütün 

sifətini  boz  kölgə  bürüdü.  Sonra  yenidən  həyata  qayıtdı  -  dəhlizin 

sonunda  dayanan  cavan  oğlanın  başını  küçəyə  açılan  pəncərədən 

çıxardığını  gördü.  Qız  ora  tələsdi.  Oğlan  aşağıda  dayanan  kimisə 

çağırırdı.  Küçənin  səs-küyü  qızın addım  səslərini  eşidilməz  etmişdi. 

Qız oğlanın çiyninin üstündən nəzər salıb onun müraciət etdiyi adamı 

gördü,  eyni  zamanda  nə  söylədiyini  də  eşitdi.  Oğlan  geri  çevrilən 

zaman artıq qızla üzbəüz dayanmışdı. 

Hettinin  baxışlan,  sanki,  metal  burğutək  oğlanın  üzünə  san- 

almışdı. 

-

 

Yalan danışmayın, - qız sakit tərzdə dedi. - Siz bu soğanla nə 



etmək fikrindəsiniz? 

402 

downloaded from KitabYurdu.org




ÜÇÜNCÜ İNQREDİYENT 

Cavan oğlan öskürəyə üstün gəlib cəsarətlə qızın üzünə baxdı. Məlum 

məsələ idi ki, onun növbəti rişxəndlərə dözmək fikri yox idi. 

-

 



Mən  onu  yeməyə  hazırlaşırdım,  -  o,  ucadan  və  aydın  şəkildə 

bildirdi, - sizə artıq demişəm. 

-Və sizin evdə bundan savayı yeməyə heç nəyiniz yoxdur? 

-

 



Heç bir tikə çörək də. 

-

 



Bəs siz, ümumiyyətlə, nə işlə məşğul olursunuz? 

-

 



Hazırda xüsusi olaraq heç bir işlə. 

-

 



Bəs onda nə üçün, - Hetti çox kəskin tərzdə dedi, - nə üçün başınızı 

pəncərədən  bayıra  çıxanb  yaşıl  rəngli  avtomobillərin  sürücülərinə  göstəriş 

verirsiniz? 

Cavan oğlan pörtdü və bulanıq gözləri parladı. 

-

 

Çünki,  xanım,  -  tez-tez  danışmağa  başladı,  -  o  sürücüyə  mən 



zəhməthaqqı ödəyirəm və o avtomobil də mənə məxsusdur, məhz bu soğan 

kimi, bəli, məhz bu soğan kimi! 

O,  soğanı  düz  Hettinin  bumunun  qarşısında  yelləməyə  başladı.  Satıcı 

qız yerindən tərpənmədi. 

-

 

Bəs  onda  nə  səbəbə  təkcə  soğan  yeyirsiniz,  -  qız  son  dərəcə 



həqarətli tərzdə soruşdu, - və başqa heç nədən istifadə etmirsiniz? 

-

 



Mən  belə  söz  deməmişəm,  -  cavan  oğlan  əsəbi  halda  etirazını 

bildirdi.  -  Dedim  mənim  evdə  yeməyə  heç  nəyim  yoxdur.  Mən 

qastronomiya mağazasının sahibi deyiləm. 

-

 



Bəs onda nə üçün, - Hetti amansızcasına sözünə davam  etdi,  - çiy 

soğan yeməyə hazırlaşırdınız? 

-

 

Anam, - cavan oğlan dedi, - soyuqdəyməyə qarşı həmişə mənə çiy 



soğan  verərdi.  Fiziki  nasazlığımı  xatırlatdığım  üçün  üzr  istəyirəm,  lakin 

yəqin, siz  mənim bərk soyuqladığımı  hiss  etmisiniz. Mən bu soğanı yeyib, 

yatağa  uzanmaq  istəyirdim.  Və  anlamıram  ki,  nə  səbəbə  burada  dayanıb 

sizin qarşınızda özümə haqq qazandınram. 

-

 

Harada soyuqlamısınız? - Hetti şübhə ilə soruşdu. 



Cavan  oğlan,  deyəsən,  əsəbin  ən  yüksək  həddinə  gəlib  yetişmişdi. 

Oradan  iki  vasitə  ilə  enə  bilərdi:  ya  öz  qəzəbini  sərbəst  buraxmalı,  ya  da 

vəziyyətin komikiiyini qəbul etməli idi. O, 

403 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə