İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə131/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   127   128   129   130   131   132   133   134   135

O.HENRİ 

düzgün  yolu  seçdi  və  kimsəsiz  dəhlizi  onun  xınltılı  gülüş  səsi 

doldurdu. 

-

 



Hə, siz lap aləmsiniz ki, - o dedi. - Elə bu səbəbdən də sizi bu 

cür  ehtiyatlı  davranışınıza  görə  qınamıram.  Qoy  olsun.  Mən 

İslanmışdım.  Bir  neçə  gün  əvvəl  bərə  İlə  Şimal  çayını  keçirdim  və 

orada bir qız suya tullandı. Mən, əlbəttə... 

Hetti əlini irəli uzadaraq onun sözünü kəsdi. 

-

 



Soğanı mənə verin, - qız dedi. 

Cavan oğlan dişlərini bir-birinə sıxdı. 

-

 

Soğanı mənə verin, - qız təkrar etdi. 



O, gülümsəyib soğanı qızın ovcuna qoydu. 

Bu  zaman  Hettinin  sifətində  onu  nadir  halda  ruhlandıran 

melanxolik  təbəssüm  yarandı.  O,  bir  əli  ilə  oğlanın  qoluna  girib,  o 

biri əli ilə otağının qapısını göstərdi. 

-

 

Mənim əzizim, - qız dedi, - ora buyurun. Sudan çıxardığınız 



axmaq  qızcığaz  sizi  gözləyir.  Gedin,  gedin.  Sizə  üç  dəqiqə  vaxt 

verirəm, sonra özüm də gələcəyəm. Kartof gözləyir. İçəri keç, Soğan! 

Oğlan qapını döyüb içəri daxil olduğu zaman Hetti artıq soğanı 

təmizləyib  onu  kranın  altında  yuyurdu.  O,  qaşqabaqlı  baxışlarını 

pəncərənin o tayındakı qaraqabaq damlara san yönəltdi və üzündəki 

təbəssüm tədricən sürüşüb yoxa çıxdı. 

-

 

Amma hər halda, - o, pərt halda öz-özünə dedi, - hər halda, əti 



biz əldə etmişik. 

404 

downloaded from KitabYurdu.org




SÖZLƏŞMƏ 

Yansi  Qorinin  vəkil  kontorunda  yaramaz  bir  şey  vardısa,  o  da 

cırıldayan  köhnə  kreslosuna sərələnmiş Qorinin  özü  idi. Qırmızı kərpicdən 

tikilmiş balaca yoxsul kontorun qapısı düz Betelin əsas küçəsinə açılırdı. 

Betel  Göy  sıra  dağlannın  ətəyinə  sığınmışdı.  Şəhərin  üzərinə  kölgə 

salan  dağlann  kəlləsi,  az  qala,  səmaya  dirənirdi.  Bulanıq  san  Katoba  isə 

uzaqlarda - lap aşağıda, kədərli vadinin dibində bərq vururdu. 

İyun  gününün  ən  bürkülü  vaxtı  idi.  Betel  sərinlikdən  əsər-  əlamət 

olmayan kölgəlikdə  mürgüləyirdi. Alver dayanmışdı.  Elə bir sakitlik  hökm 

sürürdü  ki,  kresloda  yayxanan  Qori  məhkəmə  zalında  poker  oynayan 

“hakim  dəstəsi”nin  fişkalarının  səsini  aydınca  eşidirdi.  Kontorun  taybatay 

açılan  arxa  qapısından  məhkəmə  binasına  doğru  otluq  boyunca  tapdanmış 

ağır  uzanırdı.  Bu  cığırla  tez-tez  gedib-gəlməsi  Qorinin  nəyi  vardısa, 

hamısını itirməsinə səbəb olmuşdu - əvvəlcə ona miras qalmış bir neçə min 

dolları,  ardınca  qədim  ata-baba  mülkünü  və  nəhayət,  özünə  ehtiramını  və 

insan  ləyaqətinin  sonuncu  damlasını.  Məhkəmə  işçiləri  onu  büsbütün  talan 

etmişdilər.  Uğursuz  oyunçu  içki  düşkününə  və  tüfeyliyə  çevrilmişdi;  qarət 

edildiyi  adamlar  tərəfindən  ona  kart  masası arxasında  yer  verilmədiyi  günə 

kimi yaşaya bildi. Onun “sözü” artıq qəbul edilmirdi. Artıq gündəlik poker 

oyunu  onsuz  keçirilirdi;  ona  isə  yalnız  zavallı  tamaşaçı  rolu  oynamasına 

imkan  verilirdi.  Şerif,  mahalın  katibi,  şerifin  sırtıq  köməkçisi,  gülərüz 

prokuror  və  “vadidən”  gəlmiş  solğun  sifətli  adam  masanın  arxasına  keçir, 

qırxılmış  qoyunun  payına  isə  sükutla  verilmiş  məsləhət  düşürdü  -  çalışıb 

yenə  yunlansın.  Bu  cür  sürgünedilmə  tezliklə  Qorini  darıxdırdığından 

uğursuz  ağırla  bumunun  altında  söylənə-söylənə  qətiyyətsiz  addımlarla 

evinə  yollandı.  Masanın  altındakı  şüşəni  götürdü,  qarğıdalı  arağından 

qurtumlayıb kresloya çökdü və sərxoşluğun gətirdiyi 

405 


downloaded from KitabYurdu.org


O.HENRİ 

süstlük içində yay dumanına qərq olmuş dağlan seyr etməyə başladı. 

Uzaqda  -  Qara  Cek  yamacının  üstündə  balaca  ağ  ləkə  kimi  görünən 

yer  Lorel  kəndi  idi;  o,  bu  kəndin  yaxınlığında  doğulub  boya-başa 

çatmışdı. Qori ilə Koltrenlər arasında qan düşmənçiliyi də elə burada 

yaranmışdı. Hazırda bu zavallı və ütülmüş “kədər quşu”ndan savayı 

Qori  soyuna  mənsub  başqa  heç  kim  sağ  qalmayıb.  Koltrenlər 

nəslindən  də  kişilərdən  yalnız  bir  nəfər  sağ  idi:  Qorinin  atasının 

yaşıdı  olan polkovnik  Ebner  Koltren  -  ştatın  qanunverici  məclisinin 

üzvü, nüfuzlu və imkanlı bir şəxs. Vendetta bu yerlər üçün səciyyəvi 

idi;  o,  özündən  sonra  nifrətin,  incikliyin  və  ölümün  qanlı  izini 

buraxıb gedirdi. 

Lakin  Yansi  Qori  vendetta  barəsində  düşünmürdü.  Onun 

dumanlanmış beyni ümidsiz halda yalnız bir problem  - vərdiş etdiyi 

qüsurlardan imtina etmədən necə yaşayacağı barədə düşüncələrə qərq 

olmuşdu. Son zamanlar ailəsinin köhnə dostları yeməyinin və yatmaq 

yerinin  qayğısına  qalırdılar,  amma  viski  almaq  istəmirdilər,  ona  isə 

viski  lazım  idi.  Qorinin  vəkillik  həyatı  bitmişdi;  artıq  iki  il  idi  heç 

kim  ona  iş  vermirdi.  Borcun  içində  itib-batmış,  özgə  hesabına 

yaşayan  adama  çevrilmişdi;  əgər  bundan  da  aşağı  səviyyəyə 

enməmişdisə, səbəbi yalnız münasib məqamın yetişməməsi idi. “Bir 

dəfə də oynaya bilsəydim, - o, öz-özünə deyirdi, - yalnız bircə dəfə, 

mütləq uduz- duqlanmı qaytarardım”; amma onun satmağa heç nəyi 

yox idi, krediti isə çoxdan tükənmişdi. 

O,  yarım  il  əvvəl  Qori  ailəsinin  qədim  mülkünü  satdığı  adamı 

xatırlayanda  indi  də  özünü  gülümsəməkdən  saxlaya  bilmirdi. 

“Oradan”  -  dağlardan  iki  qəribə  qədim  məxluq  peyda  olmuşdu  - 

hansısa  Payk  Harvi  və  arvadı.  Əl  hərəkətinin  müşayiəti  ilə  meşəli 

zirvələr istiqamətində işlədilən “orada” kəlməsi avaralann gizləndiyi, 

canavar  və  ayı  yuvalarının  olduğu  ən  keçilməz  cəngəlliklər,  tədqiq 

edilməmiş  dərələri  göstərmək  üçün  dağlıların  vərdiş  etdiyi  sözdür. 

Yansi  Qorinin  görüşünə  gələn  qəribə  cütlük  iyirmi  il  bu  kimsəsiz 

yerin  əldən-ayaqdan  uzaq  guşəsində,  Qara  Cek  yamacından 

yüksəkdə, tənha bir daxmada yaşamışdı. Onlann dağlann lal sükutunu 

poza biləcək nə uşaq- lan, nə də itləri var idi. Payk Harvini qəsəbədə 

az adam tanı- 



406 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə