İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
107 
Araşdırmalar göstərir ki, ibtidai təhsilin məzmununun bütün 
bu xüsusiyyətlərinin olması onun kriteriyalı qiymətləndirmə funksi-
yası daşımasına imkan verir. 
Yeni məzmunda kriteriyalı qiymətləndirmə funksiyasının ol-
masını aşağıdakı şərtlər daxilində təmin etmək mümkündür. 
Birinci, ibtidai təhsilin məzmununda şagirdlərin mənimsəyə-
cəkləri  bilik və fəaliyyətlər konkret olaraq ifadə edilməlidir. Gözlə-
nilən nəticə formasında olan standartlar hər hansı səviyyəni ifadə et-
məlidir. 
İkinci,  məzmun  standartları  qiymətləndirmə  standartlarına 
çevrilmə  imkanını  ehtiva  etməlidir.  Qiymətləndirmə  ilə  məşğul 
olanlar onu çox asanlıqla qiymətləndirmə standartlarına çevirə bil-
məli  və  onun  təlim  prosesində  istifadə  olunmasını  reallaşdırmaq 
mümkün olmalıdır. 
Məsələn: 
Məzmun standartı 
       
Qiymətləndirmə standartı 
 
Dialoji mətnlər qurur            Mürəkkəb cümlələrdən istifadə  
                                                   etməklə dialoji mətnlər qurur 
 
Qabların tutumunu                         Ölçü vahidlərindən istifadə  
müqayisə edir                                     edərək qabların tutumunu 
 
  müqayisə edir 
 
Verilmiş  nümunədə  məzmun  standartı  qiymətləndirmə 
standartlarına  çevrilmişdir.  Məzmun  standartlarından  fərqli  olaraq 
qiymətləndirmə  standartlarındakı  “mürəkkəb  cümlələrdən  istifadə 
etməklə”,  “ölçü  vahidlərindən  istifadə  edərək”  ifadələri  nailiyyəti 
ölçmək üçün  nəzərdə tutulmuşdur. Həmin ifadələrə istinad etməklə 
qiymətləndirmə vasitələri  hazırlamaq mümkündür.  
Göründüyü  kimi,  bu  şərtlər  daxilində  məzmun  standartları 
daha  çevik  və  mütəhərrik  xarakter  daşıyır.  Təhsilin  hər  hansı  bir 
mərhələsində kriteriyalı qiymətləndirmə funksiyasını təzahür etdirə 
bilir. 


Gülarə Balayeva 
 
 
108 
Ənənəvi  təhsil  sistemində  də  qiymətləndirmə  olmuşdur. 
Onun  məzmunu  tədris  materiallarının  tədrisinə  həsr  edilmişdir. 
Orada  heç  bir  qiymətləndirmə  kriteriyalarından  istifadə 
edilmədiyindən  qeyri-müəyyənliklər  yaranmışdır.  Qiymətləndirmə 
fəaliyyətində müşahidə olunan bu qeyri-müəyyənliyi ibtidai təhsilin 
məzmununda  kriteriyalı  qiymətləndirmə  funksiyasını  yaratmaqla 
aradan qaldırmaq mümkündür. Eyni zamanda təlimin məzmununu, 
tədris  yükünü  müəyyənləşdirərkən,  müəllimlərin  və  təhsil 
müəssisələrinin  attestasiyasını  keçirərkən  ona  istinad  etmək 
faydalıdır. 
4. İbtidai təhsil hüququnun təmin olunması funksiyası 
İbtidai təhsil ümumi təhsilin pillələrindən biridir. Azərbaycan 
Respublikasının  Təhsil  Qanununa  əsasən  ibtidai  təhsil  səviyyəsi 
dördillikdir  və  I-IV  sinifləri  əhatə  edir.  Ümumi  təhsilin  hüquqi 
pillələrindən  biri  kimi  onun  özünəməxsus  konkret  məqsədləri, 
məzmunu vardır. 
İbtidai təhsil pilləsini başa vuran şagirdlər yeni konsepsiyaya 
uyğun olaraq xüsusi qaydada milli qiymətləndirmə mərhələsindən 
keçərək  növbəti  mərhələdə  təhsilini  davam  etdirmək  hüququ 
qazanırlar. 
İbtidai təhsil ilkin səviyyə olmaqla xüsusi əhəmiyyət daşıyır. 
Savad təlimi, ilkin oxu və yazı bacarıqları, hesablama qabiliyyətləri 
bu  mərhələdə  yerinə  yetirilir.  Ümumi  təhsilin  digər  səviyyələri 
ibtidai təhsilin məzmununa əsasən müəyyənləşdirilir.  
5. İbtidai təhsilin humanistləşdirilməsi funksiyası 
İbtidai təhsilin məzmununun humanistləşdirilməsi funksiyası, 
ilk  növbədə,  təhsilin  humanistləşdirilməsi  anlayışına  münasibət 
bildirilməsini tələb edir. 
Araşdırmalar  onu  göstərir  ki,  təhsilin  humanistləşdirilməsi 
tarixi kateqoriyadır. Bəşəriyyət özünü inkişaf etdirmək üçün təhsil 
mexanizmini  yaradanda  çox  məsul  və  ciddi  bir  addım  ataraq 
əvəzsiz  humanist  bir  yanaşmadan  istifadə  etmişdir.  “Böyük 
didaktika”nın müəllifi Y.A.Komenski  hələ öz zamanında “Sən ata 
kimi hərəkət etmirsənsə, müəllim kimi fəaliyyət göstərə bilməzsən” 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
109 
fikrini  söyləyəndə  də  bu  gün  çox  zəruri  bir  anlayış  hesab  edilən 
humanistləşdirmənin tarixi köklərinə, məqamlarına istinad etmişdir. 
Etiraf  etməliyik  ki,  humanistləşdirmə  bu  günə  qədər  şagird 
şəxsiyyətinin  bir  subyekt  kimi  imkanlarına  söykənməyib.  Həmişə 
onu obyekt mövqeyində tanımaqla inzibati münasibətlərin hədəfinə 
çevrilib. 
Bu  gün  münasibətlər  dəyişib.  Şagird  özünün  imkanları  ilə 
təhsilin fəal subyektiv mövqeyini qazanıb. Artıq humanistləşdirmə 
Azərbaycan  təhsilinin  prioritet  prinsiplərindən  birinə  çevrilib. 
Xüsusən təhsil islahatında ona önəmli bir yer ayrılıb. 
Təhsil, mahiyyət etibarı ilə nə qədər humanist proses olsa da, 
inkişafımızın  müasir  mərhələsində  şagirdi  bir  subyekt  kimi  qəbul 
etməklə  özünün  humanistləşdirmə  modelini  tamamlamış  oldu. 
Azərbaycanın ümumtəhsil məktəblərində, xüsusən də ibtidai təhsil 
səviyyəsində  humanistləşdirmənin  tələblərinə  əsasən  şagird 
şəxsiyyətinin formalaşdırılması istiqamətində işlərə başlanıldı. 
Araşdırmalar  onu  göstərir  ki,  bu  işləri  necə  gəldi  aparmaq 
olmaz.  Hökmən  onun  qaynaqlandığı  bir  mənbə  olmalıdır. 
Təcrübələrə əsasən demək olar ki, bu mənbə təhsilin məzmunudur. 
Orada  nəzərdə  tutulmuş  bilik  və  bacarıqlar,  onların  əsasında 
ümumiləşdirilmiş  fəaliyyətlərdir.  Məktəb  təhsilinin  məzmununun 
müəyyənləşdirilməsində həmin məsələlərə çox ciddi yanaşılmalıdır. 
Xüsusən  ibtidai  siniflərdə  ona  unikal  bir  mexanizm  kimi 
baxılmalıdır. 
İlkin  müşahidə  və  təcrübələr  göstərir  ki,  ibtidai  təhsil 
səviyyəsində şagirdlərin yaş səviyyəsinə uyğun olmayan, marağını 
təmin  etməyən,  eləcə  də  praktik  fəaliyyət  prosesində  tətbiq 
olunmayan  təlim  materiallarının  minimuma  endirilməsi,  əvəzində 
müasir dövrün tələblərinə uyğun təlim materiallarına üstünlük veril-
məsi  məzmunun  humanistləşdirilməsi  funksiyasını  qüvvətləndirir. 
İnteqrativ standartlar, fənlərə geniş yer verilməsi, onların bilavasitə 
şəxsiyyətin inkişafına yönəldilməsi də humanistləşdirmənin əlaməti 
kimi dəyərləndirilir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə