İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

Gülarə Balayeva 
 
 
104 
 Bunun  əksi  olaraq  məzmun  məqsədə  xidmət  etməklə  onun 
tələbləri  mövqeyindən  çıxış  edir.  Məqsədin  reallaşdırılması 
məzmunun  başlıca  funksiyasına  çevrilir.  İbtidai  təhsilin  məzmunu 
müəyyən olunarkən məqsəd, onun xarakteri nəzərə alınır. 
Məsələn,  ibtidai  təhsilin  məzmununu  təşkil  edən    “sərbəst, 
düzgün, sürətli, şüurlu, ifadəli oxuyur və savadlı yazır” (Ana dili), 
“milyon  dairəsində  natural  ədədlər  və  sıfır  üzərində  dörd  hesab 
əməlini  yerinə  yetirir,  onluq  say  sistemində  rəqəmlərin  ədədlərdə 
mövqeyini  və  xüsusi  çəkisini  (mərtəbə  vahidlərini)  müəy-
yənləşdirir”  (Riyaziyyat)  nəticələri  mahiyyət  etibarı  ilə  “uşaqlarda 
oxu, yazı və hesablama vərdişləri yaratmaq və möhkəmləndirmək” 
məqsədinin  həyata  keçirilməsinə    xidmət  edir.  Çünki  məzmunu 
ifadə  edən  nəticələrdə  (standartlarda)  oxu,  yazı  və  hesablama 
vərdişlərinin yaradılması və möhkəmləndirilməsi başlıca məqsədlər 
kimi həm də funksional xarakter daşıyır. 
2.  Cəmiyyətin,  ayrı-ayrı  adamların  cari  və  perspektiv 
tələbatlarının əks etdirilməsi funksiyası. 
Müasir dünyanın təhsil arenasında maraq aparıcı rol oynayır. 
Öyrənmə mexanizminin stimullaşdırıcı qüvvəsi olan maraq həmişə 
olduğu  kimi,  bu  gün  də  pedaqoji  və  psixoloji  elmlərin  prioritet  
problemi  hesab  olunur.  Ə.Ə.Əlizadə  Azərbaycan  təhsilində  yeni 
pedaqoji  təfəkkürün  formalaşmasında  əhəmiyyəti  olan  maraq 
effekti  haqqında  danışarkən  təlimin  məzmunu  ilə  bağlı  belə  bir 
qənaəti təsdiqləyir: “Psixoloji tədqiqatlar (B.S.Blum və b.) göstərir 
ki,  təlim  prosesi  düzgün  təşkil  edildikdə  şagirdlərin  95%-i  təlimin 
məzmununu tamamilə mənimsəyə bilirlər” (30, s.71). 
Təlim prosesinin  düzgün təşkili, ilk növbədə, yenə də təlimin 
məzmununun düzgün qurulması ilə bilavasitə əlaqədardır. 
Məlum olduğu  kimi,  təhsilin məzmunu dövri olaraq dəyişir. 
Zamanın  yeni  tələblərinə  uyğun  məzmunun  yaradılması  zərurəti 
meydana çıxır.  Azərbaycan təhsilnin bu günü məzmunun tamamilə 
yeni  müstəvidə  olmasını  tələb  edir.  “Müasir  təhsilin  konsepsiyası 
təlimin  məzmununu  şəxsiyyət  kontekstində  təhlil  edir,  onu  şagird 
şəxsiyyətinin  inkişafı  vasitəsi  kimi  dəyərləndirir”
 
(30,  s.63).  Bu, 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
105 
bilavasitə  vasitəyə  çevrilmiş  məzmunun  şəxsiyyətə,  onun  inkişaf 
etdirilməsinə yönəlməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. 
Cəmiyyətin  gələcək  qurucusu  olan  şəxsiyyətin  inkişaf 
etdirilməsində cəmiyyətin maraq və tələbatları üstünlük təşkil edir. 
İbtidai təhsilin məzmunu mahiyyət etibarı ilə bu potensial imkanları 
özündə  ehtiva  etməlidir.  İstər  biliklərin,  istərsə  də  fəaliyyətlərin 
müəyyən olunmasında onlara üstünlük verilməlidir. Hələ ötən əsrin 
70-ci  illərində  V.V.Krayevski  və  İ.Y.Lerner  təhsilin məzmununun 
funksiyalarından  danışarkən  bu  məsələni  ön  plana  çəkərək,  onun 
cəmiyyətin tələbatları  əsasında qurulmasını xüsusi  olaraq  vurğula-
mışlar (159, s.47). 
Azərbaycan  pedaqoqlarından  Y.Ş.Kərimov  (64,  s.31), 
Ə.X.Paşayev,  F.A.Rüstəmov  (110,  s.126),  M.A.İsmixanov  (53, 
s.106)  da  araşdırmalarında  ümumi  təhsilin,  o  cümlədən  ibtidai 
təhsilin  məzmununun  cəmiyyətin  ehtiyac  və  tələbatlarına  əsasən 
qurulmasını xüsusi olaraq qeyd etmişlər. Araşdırmalar onu göstərir 
ki, müəyyən dövr keçdikdən sonra təhsilin məzmunu dəyişikliklərə 
məruz qalır. Az və ya çox dərəcədə dəyişdirilir və ya ona əlavələr 
olunur.  
Müasir dövrdə təhsilin məzmunu dedikdə, təhsil standartları 
başa  düşülür.  Milli  və  ya  fənn  standartlarından  ibarət  məzmunun 
stabilliyi 4-5 il davam edir. Yeni təhsil yanaşmalarına görə 4-5 ildən 
bir  milli  qiymətləndirmə  keçirilir  və  standartların  yeniləşdirilməsi 
ilə  bağlı  qərar  verilir.
 
Təbii  ki,  bu  yeniləşmə  cəmiyyətin  özündə 
elmi-texniki inkişafla  yanaşı, sosial, iqtisadi, mədəni dəyişikliklərə 
görə aparılır. Həmin dəyişikliklər cəmiyyətin ehtiyac və tələbatları 
kimi  təhsilin  məzmununa  gəldikdə  artıq  mövcud  standartların 
yeniləri ilə əvəz olunması zərurətini meydana çıxır. 
Cəmiyyətin,  insanların  tələbatları  stabil  deyildir,  dinamik 
xarakterə  malikdir.  Onlar  zaman-zaman  artır,  inkişaf  edir.  Daha 
yeni  keyfiyyətlər  tələb  edir.  Bu  prosesdə  insanların  fəaliyyətlərinə 
də  yeni  tələblər  qoyulur.  Məsələn,  15-20  il  əvvəl  Azərbaycan 
məktəblərində  kompyuterdən  istifadə  indiki  qədər  prioritet  hesab 
olunmurdu.  Bu  gün  respublikanın  bütün  məktəblərinə  internet 


Gülarə Balayeva 
 
 
106 
şəbəkəsi  çəkilmiş,  kompyuterlər  verilmişdir.  Təhsil  sistemində  
hamının  kompüter  bacarıqlarına  yiyələnməsi  ciddi  vəzifə  kimi 
qarşıya qoyulmuşdur. İndi hər 12 şagirdə 1 kompyuter düşür. Bütün 
müəllimlərin  kompyuter  bacarıqlarına  yiyələnməsi  üçün  şərait 
yaradılmışdır.  Artıq  Respublikada  birinci  sinifdən  etibarən  infor-
matika fənninin tədrisi nəzərdə tutulmuşdur.  
Bütün  bunlar  kompyuter  bacarıqlarının  aparıcı  olduğunu  və 
onların şagirdlərə  mənimsədilməsinin zəruriliyini göstərir. Ona gö-
rə  də  ibtidai  təhsil  üzrə  standartların  hazırlanmasında  və  yeniləş-
dirilməsində  belə innovasiyaların  cəmiyyətin  ehtiyac və  tələbatları 
kimi nəzərə alınması zəruri hesab edilir. 
Təbii  ki,  bu  tələbatlar  müəyyən  olunarkən  onların  əhəmiy-
yətlilik dərəcəsi həm hazırki şərait, həm də gələcəkdə istifadə səviy-
yəsinə görə müəyyənləşdirilir. Ona görə də tələbatlar cari və pers-
pektiv  xarakterinə  görə  dəyərləndirilməli,  buna  əsasən  məzmu-
nunun (standartların) yeniləşdirilməsi istiqamətində iş aparılmalıdır. 
3. Kriteriyalı qiymətləndirmə funksiyası. 
Məlum  olduğu  kimi,  ibtidai  təhsilin  məzmununun  nəticəyö-
nümlü olması onu fərqləndirir. Bu fərq, ilk növbədə, onun mahiy-
yətində  nəzərə  çarpır.  Yeni  məzmunda  şagirdlərin  əldə  edəcəkləri 
biliklər və fəaliyyətlər konkret olaraq göstərilir. 
İkinci  fərq  məzmunun  ifadə  forması  ilə  bağlıdır.  Artıq  yeni 
təhsil konsepsiyasına görə, məzmunun ümumiləşdirilərək nəticələr 
formasında verilməsi, təhsil standartı kimi formalaşdırılması müasir 
təhsilə tamamilə yeni bir ifadə tərzi gətirir.  
İlk  növbədə,  qeyd  etmək  lazımdır  ki,  yeni  məzmunun  stan-
dartlar  şəklində  verilməsi,  ümumiyyətlə,  şəffaflıq  yaradır.  Şəxsiy-
yətin inkişafını konkret parametrlər üzrə izləməyə,  nəticə etibarı ilə 
qiymətləndirməyə  imkan  verir.  İlkin  müşahidələr  də  bu  fikri 
söyləməyə imkan verir. 
Hər bir standart mahiyyət etibarı ilə müəyyən səviyyəni ifadə 
edən  ölçü  vahidi,  kriteriyadır.  Onun  əsasında  asanlıqla  obyektiv, 
real, ədalətli, qiymətləndirmə prosesini həyata keçirmək mümkün-
dür. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə