İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə3/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   2   3   4   5   6   7   8   9   ...   160

 

6

Beşincisi, yaltaq adamlardan bacardıqca kənar gəz. Səni üzdə tərifləyəndən mümkün qədər 



uzaqlaş. O, səni tərifləməklə öz istədiyini ələ keçirməkdən əlavə, səni insan üçün ən pis sifət 

sayılan lovğalığa və xudbinliyə düçar edər. Bu isə hər bir dərddən betərdir. 

 

  

 



Altıncısı, az qonaq get, qoy sənin yanına çox qonaq gəlsinlər. Yəni qonaq getməyə yox, qonaq 

çağırmağa daha artıq rəğbətin olsun. Əliaçıqlıqda ifrata varma. Nə o qədər bağışla ki, 

məşhurlaşasan, nə də o qədər sıx ki, ad çıxarasan. Yəni əgər məşhursansa, hər tərəfdən dilənçilər 

sənin üstünə töküləcəklər; xəsislik göstərsən -- səninlə düşmən olarlar. Bu, əlbəttə, ehtiyacı olan 

yoxsullar haqqında deyil, yaltaq borc istəyənlər xüsusundadır. 

 

  



 

Adamların sənə dediyi sözə inanmadıqda onlarla mübahisəyə və münaqişəyə girişmə, sakit əyləş

heç bir söz demə. 

 

  



 

Sənə bərk-bərk tapşırıram ki, altı-yeddi ilədək ticarətlə məşğul olma. Allaha şükür, dolanmaq 

üçün hər cür imkanın var. Otuz yaşına çatanadək otur ye. Bu müddət ərzində dünyanın harasına 

könlün istəyirsə, səyahətə çıx. Bu səyahət üçün min lirə ayrıca sənin adına yazmışam, onun 

başqa vərəsələrə heç bir dəxli yoxdur. Lakin səyahətini yalnız şəhərlərin abadlığı və ya 

xarabalığını seyr etməyə həsr etmə. Hər yerdə bir neçə gün qal. O yerin bütün sakinlərinin məişət 

tərzi və yaşayışını diqqətlə öyrən, o ölkənin illik ticarət statistikasını dərindən mütaliə elə, 

bununla sən başqa xarici ölkələrdən oraya hansı malların və məhsulların idxal edildiyini 

öyrənərsən, həm də bilərsən ki, ildə müəyyən şeydən orada nə qədər satıla bilər. Bununla 

birlikdə o ölkədən hər il hansı maldan nə miqdarda ixrac edildiyini də bilməlisən. Çatdığın hər 

bir şəhərdə özün üçün oranın mötəbər adamlarından bir neçə nəfər dost tap, onlarla məktublaş. 

 

  



 

Bu səyahətində, Yusif əmi diri olarsa, onu da özünlə apar, qoy ağır vaxtlarında sənin qayğına 

qalan bir adam olsun. 

 

  



 

Sən bu şəhərdə mənim dostlarımı tanıyırsan, onların hörmətini məndən daha artıq saxla. 

Mənimlə dost olmayanlardan uzaq gəz; çünki mən dost seçməkdə çoxlu əziyyətlərə qatlaşmışam. 

Adamları tanımaq, onları sınamaq çox zəhmət tələb edir. Bu iş üçün bacarıq və hünər lazımdır. 

 

  

 



Səyahət zamanı hansı şəhərə çatdın, oraya daxil olduğun və çıxdığın günün tarixini və bütün 

müşahidələrini qeyd dəftərində yaz, bir gün çatar ki, sənin karına gələr. 

 

  

 



Qalan şəri vəsiyyətlərimi bircə-bircə vəsiyyətnamədə yazmışam...." 

 

  



 


 

7

Atasının vəfatından sonra, gözəl əxlaqı, doğru-düzgünlüyü, xeyirxahlığı və təmiz dolanmasına 



görə İbrahim bəyi dost-düşmən barmaqla nişan verirdi. Bütün işləri ölçülüb-biçilmiş, adamlarla 

rəftarı olduqca mülayim və gözəl idi. Milli təəssübdə də İbrahim bəy atasını ötüb keçdi. Belə ki, 

bir para zarafatçı həmvətənləri onu pərt etmək istəyəndə İranın bəzi eyblərindən onun yanında 

danışmağa başlardılar. Məsələn, deyərdilər: İranda nizam-intizam, qanun yoxdur, əsgərlər 

ayaqyalındır, dövlət müəyyən məbləğ rüşvət alıb vilayətləri hakimlərə satır; hakim, bəylərbəyi, 

kətxuda, darğa, fərraşbaşı -- hərəsi bir badalaq qurub, günahsız adamlara işgəncə verir, həbs və 

cərimə edirlər. Bir şəhərdə on beş yerdə kündəzəncirli həbsxana var. Bir şəhərdə on-on iki bəst 

yeri var. Üləmanın evləri, hakim və ya filan sərtibin sərtövləsi müqəssirlərin bəsti hesab olunur. 

Şəhərlər çirklidir, məscidlər rövnəqsizdir. Onlar ilin on bir ayı bağlı qalır. Payızda bir para 

anlaqsız adamlar məscidləri qovun-qarpız anbarı eləyirlər. Hamamların vəziyyəti bərbaddır, 

xəznələrdə su qoxuyur, hər cür yoluxucu xəstəliyə tutulmuş adamlar bu xəznələrdə çimir, 

minlərlə insanı xəstələndirirlər. Xəznənin murdar suyunu o qədər dəyişdirmirlər ki, onun rəngi 

bataqlıqda qalan suyun rənginə oxşayır. Ruhanilər bir-biri ilə düşmənlik edib rəqabət aparırlar. 

Onların hər biri seyid adı ilə on-on beş nəfər lotu saxlayır, lazım olan vaxtlarda onların vasitəsilə 

əhalini hakimlərin evlərini talamağa və qarət etməyə yönəldirlər. Özləri isə suyu bulandırdıqdan 

sonra məqsədlərinə nail olurlar. 

 

  

 



Bəzən də bu zarafatçı adamlar hakimlərin qəddarlığından, əhalini istədikləri zülmə, işgəncəyə və 

talana məruz qoymalarından, onların hədsiz-hüdudsuz zülmündən xalqın baş götürüb cəlayi-

vətən etməsindən söhbət açır, özü də bütün bu ürəyədəyən sözləri İbrahim bəyə eşitdirirdilər. 

Biçarə İbrahim bəy bu sözləri eşitdikcə hirslənir, onların bəzisini dinsiz, bir parasını qeyrətsiz 

adlandırırdı. Elə vaxtlar da olurdu ki, iş yaman-yovuzdan yumruğa, çomaq davasına, hətta bir-

birinin saqqalını yolmağa və əlbəyaxa olmağa da çəkirdi. Dostları İbrahim bəyin xasiyyətinə 

bələd olduqları üçün onun söyüşlərinə, ağır sözlərinə dözürdülər. 

 

  



 

Bəzən də əksinə olurdu, İbrahim bəyin dostları onu sevindirmək istəyirdilər. Çayxanada oturub, 

yolunu gözləyirdilər. İbrahim bəyi uzaqdan görən kimi İranın əzəmətindən, şövkətindən söhbət 

açırdılar. Yazıq İbrahim bəy ürəyinə yatan sözləri eşidib, könül xoşluğu ilə əyləşir, vəcdlə onlara 

qulaq asırdı. Onun sevincinin birinci əlaməti bu idi ki, papiros qutusunu cibindən çıxarıb mizin 

üstünə qoyar, bütün çayxanada oturanlara müraciət edib deyərdi: "Bismillah, buyurun papiros 

çəkin!" 

 

  



 

İrandan söhbət açanlar da şahın əmrlərindən danışar -- hər bir şəhərdə bir neçə rüşdiyyə 

məktəblərinin açılması haqqında şahın qəti əmr verməsini, vilayət hakimlərinə xalqla ədalətlə 

rəftar etmələri xüsusunda ciddi tapşırıq verməsini və bunun üçün nazirlər Darüşşurasında 

"hakimlərin iş üsulu" adlı bir kitabça tənzim olunub göndərilməsini söyləyirdilər. Bir başqası 

deyirdi ki, Zilli-Sultan yüz min atlı və piyada qoşunu bütün yeni silah, hərbi ləvazimat və 

sursatla hazır vəziyyətdə saxlayıbdır. 

 

  



 

Bu kimi söhbətləri eşitdikdə yazıq İbrahim bəy elə sevinirdi ki, bilmirdi nə eləsin. Hey çayçıya 

deyirdi ki: "Ağalara çay, qəlyan ver!" Özü isə yanında oturanlara tez-tez papiros təklif edirdi. 

Söhbət getdikcə qızışırdı. Bir başqası deyirdi: "Mən arxayın bilirəm ki, şahın bircə işarəsi və 

hökmü ilə iki həftə ərzində Şahsevən və Talış ellərindən əlli min atlı qoşun hərbə hazır 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə