İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə6/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   2   3   4   5   6   7   8   9   ...   160

 

15

 



  

 

“Xeyr, başqa mətləb olarsa da sizdən gizlin ola bilməz,” -- deyə Hacı Kərim cavab verir. 



 

  

 



İbrahim bəy məktubu oxumağa başlayır. Oxuduqca bir ucdan "qurbanın olum", "canım sənə 

fəda", "allah qılıncını daha da kəskin eləsin" deyir və hədsiz sevinclə məktubu bir neçə dəfə 

başdan-ayaqa oxuyur. Ancaq oxumaqdan doymur, üzünü Hacı Kərimə tutub deyir: 

 

 



 

  

 



“Hacı Kərim ağa, qoy bu məktub bir neçə gün mənim yanımda əmanət qalsın.” 

 

  



 

Hacı kələyinin üstünün açılmasından ehtiyat edib deyir: 

 

  

 



“Vallah, əgər məktubda arvad-uşağın adı olmasaydı, heç bir müzayiqəm yox idi, məktubun sizin 

yanınızda qalmasına etiraz etməzdim. Amma özünüz yaxşı bilirsiniz ki, belə bir məktubun sizin 

yanınızda qalması münasib deyil.” 

 

  



 

Hacı məktubu alıb tələsik cibinə qoyur, İbrahim bəylə vidalaşıb gedir, evin kirəsini ərəbə verib 

rahatlaşır. 

 

  



 

İbrahim bəyin milli təəssübünün dərəcəsini bu hadisədən ölçmək çətin deyildir. Bu qeyrətli 

cavan özünü tanıyan gündən etibarən İskəndərin İrana qoşun yeridib, oranın bir çox şəhərlərini 

xaraba qoyması və qədim İranın paytaxtı olan İstəxr şəhərinə od vurması, Daranın öldürülməsi 

üzündən İskəndər adını dilinə gətirmək istəməzdi. Əgər İskəndəriyyə şəhərindən ad çəkmək 

məcburiyyətində qalsaydı da, onu "Misir torpağının limanı" adlandırardı. 

 

  

 



Bütün bunlar İbrahim bəyin tükənməz qeyrət və təəssübündən və onun şərhi-halından qısaca bir 

nümunədir. Lakin ola bilsin ki, bir para dar düşüncəli adamlar onun bu qeyrətini və təəssübünü 

yersiz cəhalət və fanatizmə yozsunlar. Ancaq həqiqətdə belə deyil. Bu əziz həmvətənimiz cavan 

olsa da, öz dövrünün yetişdirməsi olan təcrübəli, ağıllı, fərasətli, kamil adamlardan biridir. 

Ancaq burası var ki, İran adını eşidən kimi ixtiyarı əlindən gedirdi. Vətən eşqi onun bütün 

varlığına hakim kəsilmişdi. Öz məşuqəsi haqqında heç kəsdən pis bir söz eşitmək istəmirdi. Bu 

da o cavanın gözəl xasiyyətlərindən biri sayılmalıdır. 

 

  



 


 

16

Bir dəfə mən İstambuldan xaricə getmişdim. İki aydan sonra qayıtdıqda oğlum dedi ki: "Ata, 



Misirdən bizə iki nəfər qonaq gəlib, üç gün qaldıqdan sonra İrana getdilər". Dedim: "Adları nə 

idi?" Dedi: "Sizə bir məktub yazıb kitabxanada mizin üstünə qoyublar". Məktubu tez götürüb 

oxudum. Məzmunu budur: 

 

  



 

"Qurbanın olum, müqəddəs Məşhədi ziyarət etmək niyyəti ilə Yusif əmi ilə birlikdə Misirdən 

İstambula gəlib, mənim ümidgahım olan evinizdə qaldıq. Çox təəssüf ki, sizi görmək şərəfi bizə 

qismət olmadı. Ancaq üç gün sizin ev adamlarına zəhmət verib, dördüncü gün Batum yolu ilə 

Xorasana tərəf hərəkət etdik. Sağ-salamat məqsədə çatsaq, sizin əvəzinizdən də ziyarət edəcəyik. 

İşdir, ölüm-itim olsa, onda gərək boynumda olan dostluq borcunu halal edəsiniz. Sizin kitabların 

arasında bir cild "Kitabi-Əhməd" görüb, götürdüm, yolda onu oxumaqla vaxtımı keçirmək 

istədim. Hərçənd ki, onun müəllifi bir sıra mühüm mətləblərə toxunub, həm də alim və kamil 

adama oxşayır, amma İranın vəziyyəti barəsində eyham və işarə ilə bir para şeylər yazıbdır. 

Görünür, ya İrandan xəbərsizdir, ya da yanılıbdır. Əgər belə deyilsə, onda bizlərdən deyil. 

Mənim haqqımda sizin xeyir-duanızı arzulayıram. Yusif əminin də sizə salam-duası var. İmza: 

İbrahim". 

 

  

 



Məlum oldu ki, məktubu yazan mənim dostum İbrahim bəy imiş. Çox heyfsiləndim    ki, onun 

gəldiyi vaxt mən İstambulda olmamışam. Onu görsəydim, bütün İranı səyahət etmək fikrini 

başından çıxarar, nəsihət edib tapşırardım ki, yalnız Məşhədi ziyarət etməklə kifayətlənsin, 

Batum və Aşqabad yolu ilə getsin və ziyarətdən sonra həmin yolla da qayıtsın. Çünki bilirdim, 

İranın daxilinə səfər etsə, vətənin pərişan vəziyyətini görüb qüssə-kədərdən xəstələnəcəkdir. 

Bundan əlavə, qorxurdum ki, o xoşagəlməyən vəziyyəti görəndən sonra bir para başçılar 

haqqında artıq-əksik danışsın və başına bir bəla gəlsin. Mən onun əhvali-ruhiyyəsinə yaxşı 

bələdəm. Axı o özü mənə qəribə bir hadisə nəql etmişdi. Deyirdi ki: "Bir gün Misirdə şəhər 

parkında üç-dörd nəfər iranlıya rast gəldim. Gəzməyə çıxmışdılar. Onların arasında altmış yaşlı 

bir kişi də vüqarla addımlayırdı. Saqqalına qoyduğu basmanın rəngi getmiş, paltarı cırım-cındır,   

ayaqqabıları köhnə qartmaqlı, çatdaq dabanı, yırtıq, rəngbərəng corabı ayaqqabısından bayıra 

çıxmışdı. Hər neçə addımdan bir də ayaqqabısının bir tayı özündən təxminən üç addım qabağa 

tullanırdı. Başında köhnəlikdən qara rəngi yaşıla çalan mahud papağı var idi. Gördüm, bir şir-

xurşid nişanını da papağına vurub, hələ üstəlik yüz yerdən cırılmış olan geyməsinin yaxasından 

da üçüncü dərəcəli şir-xurşid nişanı ilə üç-dörd gümüş medal asıbdır. Məlum oldu ki, bunlar 

səyahət üçün Misirə gəlmiş İran hacılarındandırlar. Yaxınlaşıb salam verdim və dedim: 

 

  

 



“Allah ziyarətinizi qəbul eləsin, deyəsən allahın evinin ziyarətindən gəlirsiniz.” 

 

  



 

Dedi: 


 

  

 



“Bəli, allah sizə də qismət eləsin.” -- Sonra soruşdu:  

 

  



 


 

17

“Siz fars dilini harada öyrənmisiniz?” 



 

  

 



Dedim: 

 

  



 

“Mən də iranlıyam.” 

 

  

 



Dedi:  

 

  



 

“Harasındansınız?” 

 

  

 



Dedim: 

 

  



 

“Azərbaycandanam.” 

 

  

 



Soruşdum:  

 

  



 

“Bəs siz haralısınız?” 

 

  

 



Dedi: 

 

  



 

“Xəmsə əhliyəm.” 

 

  

 



Adını soruşdum. Dedi: 

 

  



 

“Adım Hacı Yavərdir.” 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə