İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə14/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   10   11   12   13   14   15   16   17   ...   160

 

40

 



  

 

Bunlardan daha pis, o sərhəddə yaxın yerlərdə sərbazların acınacaqlı vəziyyətidir. Onların halına 



baxıb, törənəcək nəticəni nəzərə gətirdikdə adamın bədənində tükləri biz-biz durur. 

 

  



 

Günlərin birində seyidlə ziyarətə gedirdik. Bir neçə nəfər köhnə, rəngi qaçmış, kirli paltarla 

bizim qabağımızdan keçdilər. Hərəsinin başında bir cür yırtıq papaq var idi. Dabanları çirkdən 

pinə bağlamışdı. Ancaq əllərində tüfəng var idi. Bəzisi əlli yaşlı qoca, bir parası da iyirmi 

yaşında cavan idi. Seyiddən soruşdum: 

 

  



 

“Deyəsən bunlar fəhlədirlər. Bəs əllərindəki bu tüfənglər nədir?” 

 

  

 



Seyid dedi: 

 

  



 

“Ağa, bunlar dövlət sərbazlarıdırlar. Gecə Ərkdə qarovul durublar, indi əvəz olunub, bazara 

gəliblər. Bu saat görəcəksən ki, bunların hərəsinin bir peşəsi var. Biri qəssabdır, o birisi 

pinəçidir, bəzisi sərraf, bir parası da baqqaldır. Hər birisi öz sərhənginə və sərtibinə müəyyən 

məbləğ rüşvət verib, alver eləmək üçün izin alır.” 

 

  



 

Bu sözləri eşidəndən sonra bütün aləm gözlərimin qarşısında qaraldı. Dərindən bir ah çəkib, öz-

özümə dedim:  

 

  



 

"Ey böyük yaradan, bunların hamısı Misirdə bu həqiqətləri söyləyən adamlarla nahaq yerə 

etdiyim davaların cəzasıdır ki, çəkirəm. O biçarələrin dedikləri bütünlüklə həqiqət olduğu halda 

mən inanmırdım, özümdən çıxırdım, acıqlanıb dalaşırdım, hamısının qəlbini incidirdim...." 

 

  

 



Seyid sözünü davam etdirib dedi: 

 

  



 

“Hələ təkcə belə olsaydı, dərd yarı idi. Bu sərbazlar kasıbkarlıqdan və fəhləlikdən ələ gətirdikləri 

puldan rəislərinin payını ayırdıqdan sonra əllərində qalanı tiryəkə verib çəkirlər.” 

 

  



 

Başımdan tüstü qalxdı: 

 



 

41

  



 

“Bu sərbazlar yerlidirlər, ya İranın başqa yerlərindən gəliblər,” -- deyə soruşdum. 

 

  

 



“Qəribdirlər,” -- dedi. -- “Bunlar Xalxal və Meşkin qoşunlarındandır. Şəhər kazarmasını 

qoruyurlar. Özləri də iki-üç ildən bir dəyişilirlər.” 

 

  

 



Sonra Seyid dedi: 

 

  



 

“Ağa, ziyarətə gələnlərin çoxu burada qaldıqları müddətdə mütə siğəsi eləyirlər. Əgər sizin də 

meyliniz varsa, deyin, mən tədarük görüm.” 

 

  



 

“Əgər and içsən ki, iddəsi başa çatıbdır, eybi yoxdur, siğə edərəm,” -- dedim. 

 

  

 



Seyid pərt oldu: 

 

  



 

“Sən öz nəfsini sakitləşdirmək üçün siğə eləyirsən, daha mənə nə düşüb ki, burada bir and da 

içim,” -- dedi. 

 

  



 

“Deməli, məlum olur ki, siz özünüz də xatircəm deyilsiniz. Belə olduqda mən Firəngistanda da 

xilafi-şər bir iş görməmişəm, bu müqəddəs yer və pak torpaqda nə üçün günaha batım?” 

 

  



 

Allaha pənah! Mən eşitmişdim ki, bir para pis əməl sahibləri müqəddəs Məşhəd şəhərində bu 

kimi haram işlərlə məşğul olurlar, amma inanmırdım. Heyf! 

 

  



 

Sözün qısası, iyirmi iki gün müqəddəs Məşhəd şəhərində qaldıqdan sonra Yusif əmiyə tapşırdım 

ki, Tehrana səfər etmək üçün tədarük görsün. Yusif əmi dedi: 

 

  



 

“Bəy əfəndim, yola çıxandan bəri mən sizdən heç bir xahiş eləməmişəm. Əvvəla, sizdən artıq 

dərəcədə razıyam. Ona görə ki, sizin xidmətinizdə iki dünyanın xoşbəxtliyinə səbəb olan bu pak 

türbətin ziyarəti feyzinə nail oldum. İndi sizdən bircə təmənnam var. Rica edirəm onu 

nökərinizdən qəbul edəsiniz.” 



 

42

 



  

 

“Buyur,” -- dedim. 



 

  

 



“Gəl mənim sözümə qulaq as, elə gəldiyimiz yolla Misirə qayıdaq,” -- dedi. -- “Mən sizin 

xasiyyətinizə yaxşı bələdəm. Bu ölkədə hər gün bir xoşagəlməyən hadisəyə rast gəlib, qüssə 

eləyirsən. Qorxuram, allah eləməmiş, xəstələnib eləyəsən. Onda mən sənin anana nə cavab 

verərəm? İranın bir hissəsini gördünüz. Tehran da Xorasanın tayıdır. "Bir ovuc bir xalvarın 

nümunəsidir" demişlər. "İlin yaxşı-pisi yazından bəllənər". Tehranda sənin könlünü açan bir şey 

görməyəcəksən.” 

 

  

 



Mən Yusif əminin xahişini rədd etdim: 

 

  



 

“Yusif əmi, özün bilirsən ki, hər şeydən keçəndən sonra mən indiyədək atamın vəsiyyətinə görə 

sənə həmişə hörmət eləmişəm, səni atamla bərabər tutmuşam. Xahiş edirəm, bu barədə mənə 

əsla mane olmayasan. Mən öz əzmimdən dönməyəcəyəm. Qorxuram atamın vəsiyyəti xilafına 

rəftar etmiş olam. Bu səyahət ancaq mənə məxsusdur. Özüm Tehrana getməyincə, nazirlərin və 

dövlət başçılarının xidmətinə çatmayınca, onların dünyadan xəbərsizliyi, millətin halının 

pərişanlığı və məmləkətin viran qalmasının səbəblərini öyrənməyincə ürəyim sakitləşməz. Ya 

gərək bu yolda başımı qoyam, ya da həmin xoşagəlməyən vəziyyətin səbəbini öyrənəm

vəssəlam.” 

 

  



 

Yazıq Yusif əmi əlacsız qalıb, heç bir söz demədi, sakit dayandı. 

 

  

 



At kirə eləmək üçün seyidlə birlikdə şəhərin kənarına getdik. Qəzvinli Hacı Hüseyn çarvadardan 

iyirmi tümənə üç at tutduq. İkisi minik üçün, biri də yük-yapımızı çatmaq üçün idi. Bunlarla iki 

gündən sonra Tehrana gedəcəydik. Sabahı gün imamın pak hərəminə gedib, vidalaşma 

ziyarətnaməsi oxuduq. O həqiqi behiştdən tam həsrətlə çıxıb, ayaqqabı gözətçisinə bir tümən 

verdim. Seyidin evinə qayıtdıq. Şeylərimizi yığışdırdıq. Atları da çarvadar gətirdi. Saat da xoş 

idi. Haman gün şəhərin kənarında karvanın toplaşdığı yerə getdik. Seyid də bizi orayadək  yola 

saldı. Şamı bizə qonaq oldu. Ona da üç qızıl verib, vidalaşdıq. Bu səfərdə qanım  elə qaraldı ki, 

atamın vəsiyyəti də yadımdan çıxdı. O demişdi ki, hər şəhərdə bir-iki nəfər yaxşı dost-aşna tap. 

Əslinə baxsan, bu  şəhərin əhalisi arasından dost tapmaq asan iş deyildi. Onlarda elə bir 

insaniyyət görmədim. Elə bil insaniyyət qanı damarlarında donmuşdu. 

 

  

 



Özlərinin bir tümən mənfəəti üçün millətin, həmvətənlərinin və din qardaşlarının yüz tümən 

zərərinə can-dildən razı idilər. Əslən ümumi mənafe, vətənin şərəfi,   dövlətin heysiyyəti ölkənin 

abadlığı haqqında heç düşünmək belə istəmirdilər.    Hakim də, məhkum da, rəis də, məmur da, 

alim də, cahil də, tacir də, dükançı da -- hamısı öz fikrində idi. Qəribə vasitələr və yollarla pul 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə