İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə7/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   2   3   4   5   6   7   8   9   10   ...   160

 

18

Dedim: 



 

  

 



“Siz təzə Hacı olubsunuz, "yavərlik" də ki, rütbədir, bəs əsil adınız nədir?” 

 

  



 

Dedi: 


 

  

 



“Rüstəm Yavər.” 

 

  



 

Dedim: 


 

  

 



“Çox pakizə, böyük adınız vardır. Mənim sizdən bircə təvəqqəm var.” 

 

  



 

Dedi: 


 

  

 



“Buyur görək.” 

 

  



 

Dedim: 


 

  

 



“Bura Misirdir, hər millətdən burada vardır, hər addımbaşı neçə nəfər əsgər, sərhəng və yavər 

görmək olar. Baxın görün nə gözəl, müntəzəm və qaydası ilə tər-təmiz geyiniblər. Siz də gərək 

heç olmasa papağınızın üstünə taxdığınız şir-xurşid əlamətinin hörmətini saxlamaq, dövlət və 

millətin heysiyyətini qorumaq xatirinə hərbi dərəcənizin şəninə uyğun bir paltar geyəsiniz ki, biz 

də onu görəndə fəxr edək. Sizin pərişan görkəminizdən adam xəcalət çəkir.” 

 

  



 

Dedi: 


 

  

 



“Biz  ziyarətçiyik, paltarımız vilayətimizdə qalıbdır.” 

 

  



 


 

19

Dedim: 



 

  

 



“İndi ki, paltarını orada qoyub gəlmisən, onda gərək papağına vurduğun əlaməti, döşündə 

gədirdiyin nişan və medalları da orada qoyaydın, özünlə gəzdirməyəydin. Gətirmisən də, eybi 

yoxdur, aç qoy cibinə, vilayətinə çatandan sonra yenə də işlədərsən.” 

 

  



 

Dedi: 


 

  

 



“Füzulun biri! Sənə nə, məgər bu vilayətin hakimisən?” 

 

  



 

“Yox, nə füzulam, nə də vilayət hakimiyəm; milli təəssüb məni vadar edir ki, sizə bu yaramaz 

əməlin qəbahətini başa salım.” 

 

  



 

Birdən gördüm Hacı Yavərin halı dəyişdi. Dedi: 

 

  

 



“Köpək oğlu, qələt eləyirsən məni başa salmaq istəyirsən. İranda olsaydın ... verərdim ... ağac....” 

 

  



 

Bu söyüşləri eşitdikdə başım gicəldi. Heç nədən çəkinmədən iki-üç karlı sillə qulağının dibinə 

yamadım, yaxasından tutub silkələdim. Papağı başından düşdü. Bu vaxt bir neçə nəfər gəlib bizi 

araladı. Yoldaşlarından biri irəli gəlib dedi: 

 

  

 



“Həmyerli, bilirsən kimə əl qaldırırsan? Bu Hacı Yavərdir ha!... Vilayətdə onun yeddi para 

şeşdank kəndi var. Hələ bağ-bağatı, dəyirmanlarını demirəm, bir alay sərbazı var ... və sairə və 

sairə....” 

 

  



 

Xülasə, hirsimdən əsirdim. Şeytana lənət oxuyub evə getdim". 

 

  

 



İndi təsəvvür etmək çətin deyil ki, İranda belə bir adamın başına öz dili ucundan nə kimi oyunlar 

gələ bilərdi. Bu mülahizələrə görə mən onun İranı səyahət etməsini məsləhət görməzdim. 

Həqiqəti gizlədə bilmərəm, İbrahim bəy sarıdan nigaran qalmışdım. Nəhayət, səkkiz aydan sonra 

günlərin birində evin nökəri xəbər gətirdi ki, İrana gedən o iki qonaq qayıdıb gəlmişdir. Qaça-




 

20

qaça qapıya tərəf getdim. İbrahim bəy və Yusif əmi ilə görüşüb öpüşdükdən və xoş-beş 



elədikdən sonra otağa gəldik. Dedim: 

 

  



 

“Qardaşım, sizdən çox nigaran idim. Qaldığınız yerin ünvanını bilsəydim, teleqram vasitəsilə 

əhvalınızı soruşardım. Allaha şükür, sağ-salamat qayıdıbsınız. Ümid edirəm yollarda və gəmidə 

əziyyətə düşməmisiniz?” 

 

  

 



Dedi: 

 

  



 

“Xeyr, Trabzon yaxınlığında bir az külək qalxıb dənizi təlatümə gətirdi, ancaq tez qurtardı.” 

 

  

 



“Hansı gəmi ilə gəldiniz,” -- deyə soruşdum. 

 

  



 

“Rus gəmisi ilə.” 

 

  

 



“Yaxşı, indi kefin necədir?” 

 

  



 

“Sizin duanızın  xeyir-bərəkətindən yaxşıdır.” 

 

  

 



“Bəs bu uzun səfəri atınan, qatırnan necə başa vurdunuz?” 

 

  



 

“Bir təhər başa vurduq.” 

 

  

 



“Səfərə çıxmaqdan qabaq öz niyyətini nə üçün mənə bildirmədin?” 

 

  



 

“Vallah, əslinə baxsan, əvvəl heç belə bir səfərin əzmində deyildim. Yola çıxmaqdan iki-üç gün 

əvvəl belə bir səyahət fikrinə düşdüm.  Buna da səbəbkar şirazlı Ağa Əhməd oldu. Gərək ki, siz 

də Ağa Əhmədi tanıyasınız.  Siz Misirə  təşrif gətirən vaxt hərdənbir bizim evə gələrdi. 

 

  



 

21

 



“Bəli, bəli, yadımdadır,” -- dedim. 

 

  



 

İbrahim bəy sözünü davam etdirdi: 

 

  

 



“Haman şəxs atasının illik sədaqətli xidmətləri müqabilində ildə Tehrandan yüz iyirmi tümən 

təqaüd alardı. Lakin on ilə yaxın idi ki, əlinə bir şey çatmırdı. Yazıq kişi məsələni ayırd etmək 

üçün Tehrana getməli olur. Orada məlum olur ki, təqaüd hər il öz qaydası ilə göndərilir. Ancaq 

özünü iranlıların ölüsü və dirisinin qəyyumu hesab edən İstambul səfiri onu bütünlüklə içəri 

salır. Özü də nə sorğu-sualdan qorxur, nə də bir adamdan xəcalət çəkir. Həmin səfir yalnız onu 

deyil, İstambulda və onun ətrafında olan bütün iranlıların malını hər gün ələ keçirib, heç nədən 

vahimə etmədən yiyələnir. Əlqərəz, o biçarə uzun-uzadı yolun zəhmət-əziyyətini, səfər 

məşəqqətini çəkdikdən sonra təzədən Misirə qayıdır. Siz ki, mənim xasiyyətimə bələdsiniz. Bu 

kişinin İrandan gəlməsini eşidən kimi görüşünə getdim. Tehranın və İranın vəziyyətini 

soruşdum. Nə kimi xoş xəbərlər varındır?” -- dedim. 

 

  

 



“Heç nə yoxdur,” -- dedi. 

 

  



 

Dedim: 


 

  

 



“Padşahlığın vəziyyətini, nazirlərin ölkəni necə idarə etdiklərini soruşuram.” 

 

  



 

"Heç nə yoxdur,” -- deyə yenə də cavab verdi. 

 

  

 



Ölkənin idarə olunması vəziyyətini, qoşunun nizam-intizamını soruşdum. Yenə də əvvəlki kimi 

dedi: 


 

  

 



“Ərz elədim ki, heç bir şey yoxdur.” 

 

  



 

“Qəribə adamsan,” -- dedim. -- “Məgər bu ölkədə hərbi nazir, daxili işlər nazirliyi, xarici işlər 

nazirliyi, maarif, maliyyə, milli gəlir, kənd təsərrüfatı, ticarət nazirlikləri yoxdur?” 

 

  



 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə