İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə8/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   4   5   6   7   8   9   10   11   ...   160

 

22

“Bunların hamısının adı var,” -- dedi. -- “Qulluqçuları və katibləri də vardır. Hətta suda çürümüş 



iki hərb gəmisi üçün hərbi dəniz donanması naziri və nazirliyi də düzəldiblər! Elə yalnız bununla 

ölçə bilərsən ki, başqa nazirliklərin vəziyyəti necədir.” 

 

  

 



Doğrusu, bu kişinin yava-yava sözləri və hədyanları məni lap pərt elədi. Evə qayıtdım. Bütün 

gecəni düşünürdüm: "Nə etmək lazımdır? Vətən haqqında deyilən bu sözlərin gərək həqiqəti 

olmasın. İndi ki, mərhum atam səyahət etmək icazəsi veribdir, insafdan uzaqdır ki, iki-üç dəfə 

Avropa ölkələrini gəzdiyim halda bircə dəfə də vətəni ziyarət etməyim. Yaxşısı budur ki, 

müqəddəs Məşhədi ziyarət etmək niyyəti ilə səfərə çıxım. Belə olduqda vətənin sair yerlərini, 

ələlxüsus paytaxtı da səyahət etmiş olaram. Əgər qalmağım üçün oranı münasib görsəm Misirə 

qayıdıb bütün əmlakımı sataram, ailəliklə oraya gedib, ticarət və ya ziyarətlə keçinərək, 

ömrümün qalan hissəsini vətənin pak və müqəddəs torpağında başa vuraram". Buna görə də 

haman gün Yusif əmiyə dedim ki, səfərə çıxmaq tədarükünü gör, biri gün müqəddəs Məşhədi 

ziyarət etmək və İranı səyahət etmək niyyəti ilə yola düşəcəyik. Buna görə də səkkiz ay bundan 

qabaq sizin evə gəlib, neçə gün qalandan sonra səfərimizi davam etdirdik. İndi artıq qayıtmışıq, 

Misirə getmək əzmindəyik. 

 

  

 



Dedim: 

 

  



 

“Çox gözəl, nə gördünüz? Hökumətin, məmləkətin vəziyyəti necə idi?” 

 

  

 



Dərindən bir ah çəkib dedi: 

 

  



 

“Nə siz soruşun, nə də mən deyim. Kaş heç o tərəflərə getməyəydim, bu qədər fəlakəti 

görməyəydim, vətəni yad edərkən aldığım o zövq əvvəlki kimi qalaydı, onun ləzzətli xatirəsilə 

yaşayaydım!” 

 

  

 



Dedim: 

 

  



 

“Mən bilirdim ki, sən bu səfərdən razı qayıtmayacaqsan. İndi olan olub, keçən keçib, zərər 

yoxdur, gördüklərini mənə desən dərdinə şərik olaram.” 

 

  



 

“Hər nə görmüşəm, başıma nə gəlibdirsə, hamısını yazmışam. Sabah öz səyahətnaməmi sizə 

təqdim edərəm. Özünüzün oxumağınız yaxşıdır; çünki məndə onları söyləmək iqtidarı yoxdur. 

Hərçənd ki, şahidi olduğum əzab-əziyyətləri, fəlakət və bədbəxtlikləri qələmə almaq istəmirdim, 




 

23

lakin mərhum atam vəsiyyət eləmişdi ki, hər hansı ölkəyə qədəm qoyduqda gördüklərimi qeydə 



alım, ona görə ki, bir gün karıma gələr. Mən də atamın vəsiyyətinə əməl etdim.” 

 

  



 

Gecədən xeyli keçmişdi. Çörək yedik, sonra dedim: 

 

  

 



“Qardaş, yoldan gəlmisiniz, yəqin ki, yorğunsunuz, nə qədər tez dincəlsəniz bir o qədər yaxşıdır. 

Buyurun dincəlin, sizə yaxşı istirahət etməyi arzulayıram.” 

 

  

 



Gedib yatdım. Səhər durub namazdan sonra çay içdik. İbrahim bəy üzünü Yusif əmiyə tutub 

dedi: 


 

  

 



“Yusif əmi, dur tuman-köynəyimizi götürüb hamama gedək. Bilirsiniz, yeddi aydır ki, hamam 

üzü görməmişəm.” 

 

  

 



Yusif əmi alt paltarı götürmək üçün çamadanı açdı. İbrahim bəy ona: 

 

  



 

“Əvvəlcə mənim yol qeydlərimi ver,” -- dedi. 

 

  

 



Ondan bir dəftər alıb mənə verdi və əlavə etdi: 

 

  



 

“Budur, mənim səyahətnaməmdir. Hər nə görmüşəm, artılıb-əksiltmədən burada qeydə almışam. 

Əgər vaxtınız varsa, biz hamamdan qayıdanadək oxuyun.” 

 

  



 

Mən İbrahim bəyin səyahətnaməsini aldım. Bilirəm ki, oxucular səyahətnamənin məzmunu ilə 

tanış olmaq intizarındadırlar, buna görə də onun üzünü aşağıda yazıram.  

 

  



 

  

 



SƏYAHƏTNAMƏNİN MƏTNİ. 

 

  



 


 

24

Filan ayın on səkkizində müqəddəs Məşhəd şəhərini ziyarət və İranı səyahət etmək əzmi ilə 



həqiqətdə mənim əmim və hətta atam hesab olunan müəllimim Yusif əmi ilə gün doğandan iki 

saat keçmiş dəmiryol qatarının birinci dərəcəli vaqonunda Qahirədən "Misir torpağının 

limanına"[2] doğru yola düşdük. Həmin günün batmasına iki saat qalmış oraya çatdıq. O gecəni 

həmin şəhərdə qaldıq. Sabahı gün günortadan dörd saat keçmiş "Prins Abbas" adlı gəmiyə birinci 

dərəcəli yerə bilet alıb İstambula tərəf hərəkət etdik. 

 

  



 

[2] İskəndəriyyə limanıdır. 

 

  

 



Hava olduqca gözəl idi. Bütün günü gəminin göyərtisində seyrə daldım. Lakin heç bir 

müsahibim yox idi, öz xəyallarıma dalmışdım. İki gecə-gündüz ərzində İstambula çatdıq. Yolda 

İstambul boğazının girəcəyində vaqe olmuş Sultaniyyə qalasından başqa heç bir yerdə 

dayanmadıq. Sultaniyyə qalasının hərbi fənnə uyğun şəkildə qayrılmış çox böyük istehkamı 

vardır. Deyildiyinə görə, onun müxtəlif yerlərində minə qədər top qoyulubdur. Qarovulçuların 

izni olmadan heç bir gəmi oradan keçə bilməz. Oranı görən adamlar mənim bu sözlərimi təsdiq 

edərlər. Bizim gəmimiz də izin aldıqdan sonra yolunu davam etdirdi, İstambula daxil olduq. 

 

  



 

Gəmi körpüdən uzaqda dayandığına görə həmişə limana təzə daxil olmuş gəmilərin ətrafında 

fırlanan saysız-hesabsız qayıqlardan biri bizi şeylərimizlə bərabər gömrükxanaya gətirdi. 

Şeylərimizi yoxladıqdan sonra oradan birbaşa filankəsin (yəni bu səyahətnamənin üzünü 

köçürənin) evinə gedib orada qaldıq. Mənim əziz dostum olan ev sahibinin İstambulda 

olmamasına baxmayaraq, onun nökər-külfəti bizi hörmətlə qarşıladılar, qonaqpərvərlik rəsmini 

lazımınca yerinə yetirdilər. Bizə o dərəcədə hörmət elədilər ki, lap xəcalət çəkdik. Hərçənd ki, 

dostumun evini öz evim kimi bilirəm, lakin ev sahibinin olmaması bizim daha çox xəcalət 

çəkməmizə səbəb oldu. 

 

  



 

Dördüncü gün öz vəsiqələrimizə İran və rus konsulxanalarında qol çəkdirib, alman gəmisi ilə 

birinci dərəcəli yerdə Batuma tərəf yola düşdük və beşinci gün oraya çatdıq. 

 

  



 

Rus gömrükxanası məmurları gəlib şeylərimizi yoxladılar. Vəsiqələrimizə isə gəminin içində qol 

çəkdilər. Gəmidən çıxdıq. Körpü üstündə böyük bir dəstə iranlıya rast gəldim. Onların pərişan 

halı mənə çox pis təsir etdi. Hamısının sifəti saralıb-solmuş, bir dəri, bir sümükdən ibarət olan 

bədənlərini örtən paltarları cırım-cındır idi. Mən yerimdəcə quruyub qaldım. 

 

  



 

Bu əsnada onlardan bir dəstəsi bizim dəstəmizə toplaşdı. Ətəyimizdən tutub hər kəs bir tərəfə 

çəkir: "Ağa, sizi yaxşı bir qəhvəxanaya aparım, orada mənzil də var" -- deyirdi. İstədilər bizim 

şeylərimizi götürsünlər. Onların içərisində olanlardan biri bizə işarə edib dedi: 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə