I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   13   14   15   16   17   18   19   20   21

51 

 

Uşaqlarda  pnevmonik  proseslər  çox  zaman    müəyyən  seqmentdə  yerləşir.  



Arxadan  çox  zaman    yuxarı  payın    II  seqmenti  (yuxarı-arxa),    aşağı  payların  VI 

(bazal-zirvə) və X (bazalarxa) seqmentləri zədələnir. Orta payın  IV (orta yan) və 

V (orta ön) seqmentləri də həssas olur. Onların bronxlarının mənfəzi dar, nisbətən 

uzun olur  və düz bucaq altında yerləşir.  

Plevrada  ifrazat  olduqda  bir  sıra  xarakterik  simptomlar  olur,  bunlar  böyük 

yaşlı  uşaqlarda daha yaxşı aşkar edilir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki,  

kütləşmənin  sərhəddi  özünəməxsus  xarakter  daşıyır    və  Ellis-Damuazo  

(Damoiseau) -Sokolov xəttində yerləşir.   

Bu parabolik xətt onurğadan  arxa qoltuqaltı xəttə doğru çəkilir, sonra isə önə 

doğru  aşağı  düşür.  Eyni  zamanda  ekssudat  üzərində  onurğa  ilə    məhdudlaşan, 

yuxarı  kütlük  həddi  və  düz  üfüqi  xəttin  kütlüyünün  ən  yüksək  nöqtəsi  ilə    daha 

aydın perkutor səsli Qarlend (Garland)  üçbucaq mühiti olur. 

Bu    sıxılmış    ağciyərə  müvafiq  olur.    Böyük    yaşlı  uşaqlarda  çox  miqdarda 

plevral ifrazatıyarandıqda sağlam tərəfdə Rauxfus-Qrokko (Grocco) paravertebral 

üçbucaq  şəklində  perkutor  səsin  kütləşməsi  (orta  divarın  yerini  dəyişməsi 

nəticəsində)  aşkar  edilir.  Onun  zirvəsi  ekssudatın  yuxarı  sərhəddinə  uyğun  olur,  

bir  tərəfi  onurğa  xətti  təşkil  edir,  onun  əsası    sağlam  ağciyərin  kənarı  olur, 

hipotenusu  isə əsas xəttin aşağı kənarına əyilərək, cüzi daxilə əyilmiş xətt  yaradır.  

 

 

Şəkil 7 




52 

 

 

 

Şəkil 8.Plessimetr barmaqların düzgün (a) və qeyri-düzgün (b) vəziyyəti  

 

Şəkil 9 



Barmaqların perkutor vurmalar zamanı hərəkəti  

 

Sol  plevra  boşluğunda  mayenin  toplanması  Traubenin  yarımaypara  

nahiyəsində-  kütləşməyə  səbəb  olur,  yuxarıdan  ürək    kütlüyü,  aşağıdan  qabırğa 

qövsü, yanlardan qaraciyər və dalaq ilə məhdudlaşır. Sağlam uşaqda  bu nahiyədə  

timpanit  qeydə  alınır.  Ellis-Damuazo-Sokolov  xəttinin,    qarlend  vəRauxfus-



53 

 

Qrokko üçbucağının perkussiyası üçün arxa  qoltuq xəttin onurğaya tərəf başlayan 



barmaq enində yerləşən şaquli xətlər  üzrə  arxa səth boyunca aparılır. 

Perkutor  tonun  nəzərəçarpacaq  fərqləri  ilə  kürəklərin  perkussiyasının 

aparılmasına imkan verir. 

 

AUSKULTASİYA 

Ağciyərlər  dinlənildikdə  tənəffüs  küyləri  eşidilir.Tənəffüs  küyləri  havanın  

keçməsi  ilə  əlaqədar  alveol  divarlarının,  səs  büküşlərinin  və  havaaparıcı  yolların 

titrəməsi nəticəsində əmələ gəlir. 

Bir  sıra  qaydalara  riayət  olunduqda  düzgün  asukultasiyanı  aparmaq 

mümkündür.  Uşağı  ayaq  üstündə  dinləmək  daha  yaxşı  olardı,  bu  zaman 

simmetriklik  (perkussiyada  olduğu  kimi)  prinsipinəciddi  əməl  etmək  lazımdır. 

Şaquli  vəziyyətə  nail  olmaq  mümkün  olmadıqda  (ağır  xəstə  və  ya  kiçik  uşaq) 

xəstənin auskultasiyası uzanmış və ya  oturaq vəziyyətdə  aparılır.  

Sağ  və  sol  ağciyərin  müqayisəli  auskultasiyası  simmetrik  yerləşən  hissələr 

üzərində aparılır, alınan  göstəricilər müqayisə edilir. Ağciyərlər dinlənildikdə eyni 

tərəfdə    nəfəsalma    ilə  nəfəsvermə,  simmetrik    tərəflərdə    isə  nəfəsalmalar  və 

vermələr  müqayisə  edilməlidir.  Yalnız    belə  üsul    tənəffüs  küylərinin  xassələrinə 

vəonlarda  patoloji dəyişikliklərə diqqəti  cəmləşdirməyə  imkan  verir. 

Auskultasiya  simmetrik  olaraq  aşağıdakı  vəziyyətlərdə  aparılır:  həkimlə  

üzbəüz vəziyyətdə (zirvə, ön səth), əllər başın  arxasında olmaqla (yan şöbələr)  və 

arxası    həkimə    olmaqla  (kürəküstü  və  altı),  cüzi  kürəkləri  aralamaqla 

(paravertebral). Qoltuqaltı nahiyənin auskultasiyasına xüsusi diqqət yetirilir. 

Nəfəs alma və nəfəs vermənin nisbətinə əsasən tənəffüsün  xarakteri təyin edilir.  

Vezikulyar tənəffüs (nəfəsvermənəfəsalmanın  təqribən üçdə birini təşkil edir), sərt 

tənəffüs  (nəfəsalmanəfəsverməyəbərabərdir),    bronxial  tənəffüs  (nəfəsalma 

nəfəsvermədən uzundur) ayrılır. 

 



54 

 

 



Şəkil 10 . Tənəffüsün  xarakteri (sxem). 

1-vezikulyar; 2-sərt; 3-bronxial. 

Tənəffüsün  səsini    də  qeyd  etmək  lazımdır-  adi,  güclənmiş    və  zəifləmiş 

tənəffüs. 

Yenidoğulanlarda və 3-6 aylıq uşaqlarda zəif tənəffüs və nəfəs  almada küy 

müşahidə edilir.  

2-ci  yarımildən  başlayaraq,  5-7    yaşa  qədər  nəfəs  aldıqda  və  verdikdə 

tənəffüs  küyləri  güclənmiş  (pueril  tənəffüs)    olur.    Pueril  tənəffüs  (latın  dilindən 

puer-uşaq    deməkdir)  güclənmiş,  vezikulyar    tənəffüs  kimi    xarakterizə  oluna  

bilər,  nəfəs vermə  uzadılmış və aydın  eşidilən olur.  

Xarakterinə    görə  o,  sərt  tənəffüsə  yaxın    olur,  lakin  ağciyərin  bütün  səthi 

boyunca  eşidilir.  Sərt,  qeyri-bərabər  tənəffüs  bronxial-ağciyər  aparatında 

xəstəliklər olduqda baş verir. 



Əsas tənəffüs küyləri xəstə burundan  nəfəs aldıqda daha  yaxşı eşidilir (ağız 

bağlı olur),  əlavə tənəffüs küyləri ağız açıq və ya yarımaçıq olduqda eşidilir. 

Tənəffüs  yollarında  əlavə  küylərin  və  ya  xırıltıların    eşidilməsi  bronxların    vəya 

ağciyər parenximasında seliyin (bəlğəmin) toplanması vəya ifraz olunması ilə bağlı 

olur.  Tənəffüs  yollarında  seliyin  olmasından  başqa  xırıltıların  əmələgəlməsində 

selikli  qişaların  şişkinləşməsi,  bronxların  mənfəzinin  daralmasına  səbəb  olan 

bronxial spazm da  rol oynayır. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə