I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

61 
 
dəstəklənməsi-  bütün  bunlar  “qeyri-rəsmi  diplomatiyanın”  ünsürləridir.  Bunula 
belə  hökumətlər  tez-tez  bağladıqları  iqtisadi  sazişləri  öz  iqtisadi  siyasətlərinə 
uyğun  şəkildə  yönləndirirlər.  Böyük  dövlətlər  tarif  və  kvota  siyasətlərindən 
istifadə etməklə,beynəlxalq ticarətə təsir göstərə bilər. 
TMK-lar  dövlətlərə  xarici  siyasətlərinin  həyata  keçirilməsi  işində  bundan 
onlara  nəzarət  etmə  forması  kimi  istifadə  və  ya  hər  hansı  arzu  olunan  ittifaqın 
yaradılması  üçün    yardımçı  ola  bilər.  Məhz  bu  məqsədlər  naminə  Birləşmiş 
Ştatlar  höküməti  öz  ölkələrində  əsası  qoyulan  çox  millətli  korporasiyaların 
işindən  yararlanmağa  çalışır.  Belə  ki  1960-cı  illərdə  ABŞ  Fransanın  nüvə 
potensialının  inkişafını  ləngitmək  məqsədilə  müharibə  hədələri  və  ya 
ultimatumlarla  deyil,  Fransadakı  İBM  şirkətinin  fransız  hökumətinə 
kompüterlərin bəzi növlərinin satışına qadağa qoymaq yolu ilə ləngitməyə çalışıb. 
O,  həm  də  TMK-lardan  ÇXR  və  Kubaya  qarşı  tətbiq  edilən  embarqonun 
beynəlmiləl  səviyyəyə  qaldırmaq  üçün  istifadə  etmişdir.  Tarixdən  gördüyümüz 
bəzi  hadisələr  vardır  ki,  məxsus  olduqları  hökümətlərinin  xarici  siyasəti  ilə 
səsləşən  öz  siyasət  kursunu  ortaya  qoyaraq  amerikan  və  ingilis  həmkarlar 
ittifaqları  real  və  ya  uydurma  kommunist  ideologiyası  ilə  mübarizə  aparmaq 
məqsədilə  dövlətlərin  daxili  işlərinə  qarışırdı.  Hətta  dövlətlə  açıq-aşkar 
münasibətlər  qurulmasa  belə,  həmin  dövlətlər  üçün  TMK-lar  yenə  də  faydalılıq 
əmsalını  itirmir.  1967-ci  ildən  bu  yana  Ford  Fondu  ərəb  şeyxləri  ilə  Birləşmiş 
Ştatları  birləşdirən  xüsusi  həlqə  rolunu  oynayır.  Vallierin  iddiasına  görə,  böyük 
resursların  sahibi,  transmilli  resurslar  sistemində  həlledici  mövqe  tutan  və  onu 
qorumağa çalışan dövlətlər bu sistemdə tam qüvvəsi ilə fəaliyyət göstərən bütün 
“fondları” daima mobil vəziyətə gətirə bilər. 
Dövlətlərarası  siyasətə  transmilli  münasibətlərin  təsir  imkanlarının  başqa 
bir    variantı  dünya  siyasətində  inqilabi  hərəkatlar,  həmkarlar  ittifaqları,  çox 
millətli korporasiyaları misal göstərsək, muxtar və kvazi-muxtar aktorlar şəklində 
təmsil  olunan  TMK-lardan  asılıdır.  Bu  korporasiyaların  çoxu  böyük  resurslara 
sahibdir:  1967  ci  il  statistikasına  görə  85  nəhəng  TMK-lardan  hər  birinin  illik 


62 
 
satışdan  götürdüyü  gəlir,  hər  biri  BMT-də  səs  hüququna  malik  olan  57  üzv 
dövlətin  ÜMM  göstəricilərindən  çox  idi.  Təqribən  20  böyük  bankda  yerləşən 
valyuta  resurslarının  tənzimlənməsi  sahəsində,  ən  qısa  vaxta  belə,  aparıcı 
dövlətlərin milli valyuta orqanlarının gücünü heçə endirə bilər. Beləliklə, bir çox 
geniş  məsələlər  vardır  ki,  bu  məsələlərin  həlli  anında  muxtar  təyinatlı  TMK-lar 
potensial  olaraq  və  tez-tez  hökumət  siyasətlərinin  həyata  keçirilməsi  prosesində 
son  maneə  rolunu  oynayır.  Məs.,  İtaliyada  boşanmaların  liberallaşdırılması, 
İsraildə  Yaxın  Şərq  regionunda  sülhün  qorunması,  B.Britaniyada  fransız 
iqtisadiyyatının fəallığı. 
Hökumətlərlə  TMK-lar  arasında  konflikt  həmin  təşkilatların  arxasında 
duran hökumətin yürütdüyü siyasətdən və ya TMK-ların sahibi olan hökumətlərin 
xarici  siyasətindəki  anlaşılmazlıqlar  və  boşluqlar  üzündən  yarana  bilir,  çünki 
digər  hallarda  təşkilatları  öz  ərazilərində  qəbul  edən  hökumətlər  çox  vaxt 
konfliktə can atmır. 
64
 
Əgər  təşkilatı  öz  ərazisində  qəbul  edən  ölkə  hökumətləri  konfliktə 
girərlərsə,  TMK-ların  bu  konfliktlərdə  iştirakı  zamanla  yumşalmayan 
dövlətlərarası siyasətə çox ciddi nəticələr törədə bilər. Öz fəaliyyətləri ilə demək 
olar  ki  mövcud  beynəlxalq  konflikti  gücləndirən  bir  sıra  neft  kompaniyalarının 
iştirak  rolunu  qiymətləndirməsək,  1951-53-cü  illər  ingilis-fars  münasibətlərini, 
1959-61-ci  illərdəki  amerikan-kuba  münaşiqələrini  dərk  etmək  çətin  olar.  Digər 
hallarda  TMK-lar  dövlətlər  arasında  xoş  münasibətlərin  qurulmasına  şərait 
yaradırlar:  belə  ki  həmin  neft  kompaniyaları  ABŞ-la  ərəb  dünyası  arasında 
əməkdaşlığın qurulmasına yardım etməyə çalışıblar.  
Dövlətlərarası  konfliktlərə  TMK-lararası,  TMK-larla  dövlətlər  arasındakı 
mübarizəni,  TMK-larla  və  hərəkatlar  arasında  təsir  dairəsi  uğrunda  mübarizəni 
daha da kəskinləşdirən dövlətlərarası konfliktləri aid edirlər. 
Dünya  siyasətinin  qlobal  kontekstdə  dəyişilməsinə  dair  söylənən  fikirlər 
heç də hökümətlərin bütün siyasi oyunlarda ən vacib faktor kimi iştirakını şübhə 
                                                           
64
 Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ- ность стран”. Москва: 
МГУ им. Ломоносова 


63 
 
altına  salmır.  Bununla  yanaşı  TMK-lar  1914  və  ya  1945-ci  ilədək  olan  vaxtdan 
daha  çox  böyüyüblər  və  daha  böyük  söz  demək  payına  sahibdirlər.  I  dünya 
müharibəsindən  bəri  görünən  odur  ki,  hökumətlər  əvvəl  etinasiz  qəbul  etdikləri 
bir  çox  fəaliyyət  növlərinin  daxil  olduğu  xarici  hadisələr  və  güclər  üzərində  öz 
nəzarətini  nəinki  qoruyur,  hətta  gücləndirməyə  çalışırlar.  Məsələn,  1914-cü  ildə 
hökumətlər üçün pul axını indi olduğundan daha az əhəmiyyət kəsb edirdi. Onda 
da  hökumətlər  öz  ölkələrində  iqtisadi  artımı  planlaşdırmağa  və  ya  tam 
məşğulluğun təminatına can atırdılar. 
65
 
Hökumətlər  bu  dünyada  sosial  qüvvələrin  geniş  miqyaslı  fəaliyyəti  və 
texnologiyanın  inkişafı  nəticəsində  tez  bir  zamanda  dəyişikliklər  baş  verərdisə, 
heç  vaxt  uzun  müddət  ərzində  onları  əhatə  edən  ətrafdakıları  nəzarətdə  saxlaya 
bilməyib, ya da bunun üçün imkanı və gücü yetərli olmayıb (burada TMK-ların 
əks-tədbir  çərçivəsində  və  belə  desək,  ekspansiyasını  milli  nəzarət  bloklarından 
qorumaq üçün atdığı adekvat addımları unutmaq qeyri-ədalətli olardı). Kiçik və 
orta  dövlətlər,  hətta  nəhəngləri  belə  qüvvələr  balansı  sistemində  xarici  dünyaya 
nəzarətin  aşağı səviyyəsi  ilə  barışmalıdır:  tarixin  gedişatına  təsir edən qüvvələri 
(məs.,  TMK-ları)  dəyişməkdənsə,  özləri  dəyişikliləri  daha  həvəslə  və  daha  tez 
qəbul  etməlidir  ki,  sonrakı  mərhələlərdə  uyğun  bərabərsizliyi  uğurla  dəf  edə 
bilsin.  Hökumətlər  bu  dəyişiklikləri  şöhrətpərəstliklə  nə  qədər  çox  sıx 
bağlayarlarsa,  müvafiq  olaraq  belə  görünməyə  çalışarlarsa,  TMK-ların  təsiri 
“nəzarət sahəsində boşluq”, daha doğrusu, nəzarət etməyə cəhdlə nəzarəti həyata 
keçirmə  xüsusiyyəti  arasında  uçurum  yarada  bilər.  Eyni  zamanda  TMK-lar 
dövlətlər  arası  nəzarət  imkanlarını  yenidən  bölüşdürə  bilər,  burada  udan  tərəf 
transmilli  şəbəkənin  periferiyasında  ilişib  qalanlara  dəyən  zərər  hesabına  bu 
şəbəkəyə  daha  çox  cəlb  olunanlar  olacaq.  Ona  görə  də  “nəzarətin  itirilməsi” 
termini daxilində cavab axtarmaqdansa, tədqiqat üçün nəzarətə aid mövzular üzrə 
məsələlərin qaldırılması daha məqsədəuyğundur. 
                                                           
65
 Государство и транснациональные компании // Проблемы теории и практики управления/ Шиман М.: 
М, 1999. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə