I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
1   ...   4   5   6   7   8   9   10   11   12

b)  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  pozanlar  həmsərhəd  dövlətin  ərazisində 

gizlənməyə  cəhd  göstərərkən  onları  tutmağın  başqa  imkanları  kömək  etmədikdə.  Bu  halda  silah 

xəbərdarlıq atəşindən   (küllə qatarı buraxıldıqdan)   sonra tətbiq edilir.

 

4)



     

sərhəd  qoşunları  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  pozan  hava  gəmilərinə  və 

başqa  uçuş  aparatlarına,  xarici  hərbi  gəmilərə,  o  cümlədən  sualtı  qayıqlara  qarşı  silahı  və  döyüş 

texnikasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tətbiq edir;

 

5)

     



Azərbaycan Respublikasının hava hücumundan müdafiə qoşunları, hərbi-dəniz donanması, 

Silahlı  Qüvvələrin  başqa  hissələri  və  bölmələri  xarici  dövlətlərin  qoşun  qruplarının  və  quldur 

dəstələrinin  Azərbaycan Respublikası  ərazisinə  silahlı    basqınını  dəf  etməkdə,  Azərbaycan 

Respublikasının  dövlət  sərhədində  silahlı  fitnələrin  qarşısını  almaqda  sərhəd  qarovuluna  kömək 

göstərərkən, habelə Azərbaycan Respublikasının dövlət sərhədini pozan hava gəmilərinə və başqa 

uçuş aparatlarına, xarici hərbi gəmilərə, o cümlədən Azərbaycan    Respublikasının ərazi və daxili 

sularında sualtı vəziyyətdə aşkar edilmiş sualtı qayıqlara qarşı silahı və döyüş texnikasını müvafiq 

icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tətbiq edirlər

[45]

 

6)



     

silah tətbiq edilərkən güllələrin və mərmilərin həmsərhəd dövlətlərin ərazisinə düşməsinə 

bir 

qayda   olaraq,    yol    verilmir. 



Azərbaycan   Respublikasının 

ərazisinə 

xarici    dövlətlərin    qoşun  qruplarının  və  quldur  dəstələrinin  silahlı  basqınının  və  təcavüzünün 

dəf  edilməsi,  silahlı  fitnələrin  və  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  pozan  silahlılarla 

toqquşmaların qarşısını alınması halları istisna təşkil edir;

 

silahı qanunsuz tətbiq etmiş şəxslər Azərbaycan Respublikasının qanunlarına müvafiq surətdə 



intizam və ya cinayət məsuliyyətinə cəlb edilirlər;

 

7) sərhəd qoşunlarının aşağıdakı hallarda silah tətbiq etməsi qadağandır:



 

a)  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  sərhədçilərin  közü  qabağında  pozan  şəxslərə 

qarşı; bu şərtlə ki, həmin pozuntular Azərbaycan Respublikasının dövlət sərhədi yaxınlığında kənd 

təsərrüfatı  işlərinin  və  başqa  işlərin  (ov,  mal-qara  otarılması,  giləmeyvə  dərilməsi,  yanacaq 

toplanması  və  i.a.)  görülməsi  ilə  bağlı  olsun,  habelə  çimmək  və  ya  motorlu, 

motorsuz    gəmilərdə    üzmək zamanı törədilmiş olsun;

 

b) sərhədboyu rejimi və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindəki 



rejimi  pozmaq  üstündə  tutulmuş  şəxslər  qaçmağa  cəhd  göstərdikdə,  bu  şərtlə  ki,  Azərbaycan 

Respublikası dövlət sərhədinin onlar tərəfindən real pozulması təhlükəsi olmasın;    

 

v)  Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sularında  ovla  məşğul  olan  xarici  balıqçılıq  və 



dikər ov gəmilərinə qarşı, bu şərtlə ki, onlar silahlı müqavimət göstərməsinlər;

 

q)  sərhədboyu  zonanın  yolları,  Azərbaycan  Respublikasının  dövlət  sərHədinə  və  ya  Xəzər 



dənizinin  sərhəd  qarovulu  tərəfindən  qorunan  sahilboyuna  bitişik  rayonların,  şəhərlərin, 

qəsəbələrin, kəndlərin ərazisi ilə gedən və sərhəd qarovulunun dayanmaq tələbi yerinə yetirməyən 

avtomotonəqliyyat vasitələrinə qarşı, bu şərtlə ki, Azərbaycan Respublikası dövlət sərhədinin real 

pozulma təhlükəsi   olmasın;

 

ğ) Azərbaycan Respublikasının dövlət sərhədini keçən heyvanlara   qarşı.



 

8) Azərbaycan  Respublikasının  dövlət  sərhədini  pozan  şəxslərin  silahlı basqınlarını  dəf etmək 

və silahlı müqavimətini qırmaq, sərhədçilərin və ya əhalinin həyatı üçün real təhlükə yaradan qəfil 

hücum  baş  verərsə,  habelə  hücum  zamanı  silahdan,  döyüş  texnikasından,  mexaniki  nəqliyyat 

vasitələrindən  istifadə  olunarsa,  həmin  hücumu  dəf  etmək  üçün  sərhəd  qoşunlarının  hərbi 

qulluqçuları xəbərdarlıq etmədən silah və döyüş texnikasını tətbiq edə bilərlər.

 



9)  İnsana  qarşı  silah  yalnız  son  zərurət  və  ya  zəruri  müdafiə  vəziyyətində,  bütün  digər  təsir 

imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu 

törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

 

10) Sərhəd qoşunlarının hərbi qulluqçuları həyat və sağlamlıqları üçün təhlükə yaradan yırtıcı, 



vəhşi və ya başqa heyvanların zərərsizləşdiriləsi üçün, həmçinin təhlükə və ya xəbərdarlıq siqnalı 

verildikdə, habelə yardım çağırıldıqda silahdan istifadə edə bilərlər.

 

11)  Silahın  tətbiq  edilməsi  barədə  24  saat  ərzində  müvafiq  prokurora  yazılı  məlumat 



verilməlidir. 

[46]


 

  

Maddə   37-1. Sərhəd qoşunları tərəfindən xüsusi vasitələrdən istifadə edilməsi 



[47]

 

Sərhəd qoşunlarının hərbi qulluqçuları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi 



sahəsində  vəzifələrini  yerinə  yetirərkən  xüsusi  vasitələrdən  istifadə  edə  bilərlər.  Sərhəd 

qoşunlarının  istifadəsində  olan  xüsusi  vasitələrin  siyahısı  və  onlardan  istifadə  edilməsi  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

  



V   f ə s i l

 

AZƏRBAYCAN   RESPUBLİKASI  DÖVLƏT  SƏRHƏDİNİN

 

QORUNMASINDA  AZƏRBAYCAN   RESPUBLİKASI 

DÖVLƏT   ORQANLARININ,   İCTİMAİ   TƏŞKİLATLARININ VƏ VƏTƏNDAŞLARININ 

İŞTİRAKI

 

M a d d ə  



3 8 .

 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  qorunmasında  dövlət 



orqanlarının, ictimai təşkilat-ların və vətəndaşların iştirakı

 

Dövlət orqanları, ictimai təşkilatlar, vəzifəli şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin 



qorunmasında sərhəd qoşunlarına hərtərəfli kömək göstərməlidirlər. 

[48]


 

    


 

Azərbaycan  Respublikasının  dövlət  sərhədi  Azərbaycan  Respublikası  vətəndaşlarının  fəal 

iştirakı  ilə  qorunur.  Dövlət  orqanları  və  ictimai  təşkilatlar  Azərbaycan  Respublikasının  dövlət 

sərhədinin  qorunmasına  Azərbaycan  Respublikası  vətəndaşlarının  könüllülük  əsasında  cəlb 

olunmasında sərhəd qoşunlarına kömək edirlər.

 

M a d d ə   3 9 .



 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  qorunmasını  təmin  etməklə 

əlaqədar  dövlət  orqanlarını,  ictimai  təşkilatların,  vəzifəli  şəxslərin 

vətəndaşların vəzifələri

 

Dövlət  orqanları,  ictimai  təşkilatlar,  vəzifəli  şəxslər,  habelə;  vətəndaşlar  Azərbaycan 



Respublikasının  dövlət  sərhədi  rejiminə  əməl  etməli,  sərhədboyu  rejimin  və  Azərbaycan 

Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimin tələblərini yerinə yetirməlidirlər.

 

Dövlət  orqanları,  ictimai  təşkilatlar  və  vəzifəli  şəxslər  Azərbaycan  Respublikası  dövlət 



sərhədinin  qorunmasının  hərbi  siyasi  və  iqtisadi  əhəmiyyətini  vətəndaşlara  izah  etmək, 

sərhədboyu  zonada,  sərhədboyu  zolaqda  və  Azərbaycan  Respublikasının  dövlət  sərhədinə  və  ya 

Xəzər  dənizinin  sərhəd  qoşunları  tərəfindən  qorunan  sahilboyuna  bitişik  ərazidə,  habelə 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  mütəşəkkilliyi  və  qaydanı 

qorumaq sahəsində daim iş aparmalıdırlar. 

[49]


 

 

 




Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə