I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
1   2   3   4   5   6   7   8   9   ...   12

5) Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının müvafiq icazəsi olmadan Azərbaycan 

Respublikasının dövlət sərhədini keçmiş və ya Azərbaycan Respublikasının dövlət sərhədini uçub 

keçmək qaydalarını başqa şəkildə pozmuş hava gəmiləri və digər uçuş  aparatları.

 

Müvafiq icazə olmadan və ya müəyyən edilmiş qaydanı pozmaqla Azərbaycan Respublikasının 



dövlət  sərhədini  hər  hansı  başqa  texniki  və  ya  dikər  vasitələrlə  keçmək  də  sərhədi  pozmaq 

deməkdir.

 

M a d d ə   2 1 .   Azərbaycan Respublikasının sərhəd nümayəndələri



 

Azərbaycan  Respublikasının  dövlət  sərhədi  rejiminin  qorunması  ilə  əlaqədar  məsələləri  həll 

etmək, habelə sərhəd münaqişələrini nizama salmaq üçün müvafiq icra hakimiyyəti orqanı sərhəd 

qoşunlarının  zabitləri  sırasından  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  müəyyən  hissələri 

üzrə Azərbaycan Respublikasının sərhəd nümayəndələrini təyin edir. 

[22]


 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  Azərbaycan  Respublikasının  xüsusi  təyin  edilmiş 

sərhəd  nümayəndələri  olmayan  hissələrində  onların  funksiyalarını  sərhəd  qarovulunun  müvafiq 

hadisələrinin komandirləri yerinə yetirirlər.

 

Azərbaycan  Respublikasının  sərhəd  nümayəndələri  Azərbaycan  Respublikasının  qanunlarını, 



Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrini,  habelə  Azərbaycan  Respublikasının 

səlahiyyətli orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar.

 

Sərhəd nümayəndələri tərəfindən nizama salınmayan məsələlər diplomatik qaydada həll edilir.



 

I I I     F Ə S İ L

 

SƏRHƏDBOYU    REJİM

 

M a d d ə   2 2 .



 

Sərhədboyu zona və sərhədboyu zolaq

 

Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq 



icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir.

 

Sərhədboyu  zonanın  hüdudlarını müvafiq  icra  hakimiyyəti  orqanı sərhədyanı  rayonların 



ərazisində,  yerli  şərait-dən  asılı  olaraq  müəyyən  edir.  Müəyyən  edilmiş  sərhədboyu  zonanın 

tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir.

 

Sərhədboyu 



zonada 

psixonevroloji 

dispanserlərin 

(xəstəxanaların)  və 

islah-əmək 

müəssisələrinin yerləşdirilməsi qadağandır.

 

Eni  1  kilometrədək  olan  sərhədboyu  zolaq  bilavasitə  Azərbaycan  Respublikasının  dövlət 



sərhədi  xətti  boyunca  quru  hissələrdə  və  ya:  sərhədboyu  çayların,  göllərin  və  başqa  sututarların 

sahilləri  boyunca  müəyyən-edilir.  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  qorunması 

naminə müvafiq  icra  hakimiyyəti  orqanı texniki  çəpərlərin  düzəldilməsi,  sərhədboyu  yolların, 

körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün sərhəd qoşunlarının müddətsiz istifadəsinə 

həm sərhədboyu zolaqda, həm də onun hüdudların-dan kənarda 30—50 metr enində lazımi torpaq 

zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq verir. 

[23]

 

M a d d ə   2 3 .   Sərhədboyu rejim



 

Sərhədboyu  zonada  və  sərhədboyu  zolaqda  sərhədboyu  rejim  qoyulur;  sərhədboyu  rejim  bu 

Qanuna  və  Azərbaycan  Respublikasının  dikər  qanunvericilik  aktlarına  uyğun  olaraq  Azərbaycan 

Respublikası  vətəndaşlarının  və  başqa  şəxslərin  kəlməsi,  müvəqqəti  yaşaması,  bir  yerdən  başqa 

yerə  getməsi,  işlərin  görülməsi,  motorlu  və  motorsuz  gəmilərin  yanalma  körpülərində  uçota 



alınması  və  saxlanması  Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sularında  onların  üzməsi  və 

hərəkət etməsi qaydalarını tənzimləyir.

 

M a d d ə   2 4 .   Sərhədboyu zonaya və sərhədboyu zolağa daxilolma. İşlərin görülməsi



 

1) Sərhədboyu  zonada  daimi  yaşayan  Azərbaycan  Respublikası  vətəndaşlarının  pasportunda 

daxili  işlər  orqanları  xüsusi  ştamp  vururlar.  Belə  ştamp  vurulmuş  pasportu  olan  vətəndaşlar 

Azərbaycan  Respublikasının  ərazisində  bütün  sərhədboyu  zonanın  hüdudları  daxilində  hərəkət 

edə bilərlər;

 

2)



     

ali, 


orta  ixtisas  və  başqa  təhsil

 müəssisələrinin  sərhədboyu  zonadakı  yaşayış 

məntəqələrinin  sakinləri  olmuş  tələbələri  və  şagirdləri  bu  yaşayış  məntəqələrinə  onların 

təhsil 


müəssisələrində

 oxumasını  təsdiq  edən  sənədlər  və  yerli  idarəetmə  orqanlarının  arayışlarına—

sərhədboyu  zonanın  yaşayış  məntəqələrindən  onların  təhsil  almağa  getdiyini  təsdiq  edən 

arayışlara əsasən gedirlər;



[24]

 

3)



     

sərhədboyu  zonaya  girmək  və  orada  olmaq  hüququna  dair  buraxılışları  daxili  işlər 

orqanları  Azərbaycan  Respublikası  vətəndaşlarının  yaşayış  yeri  üzrə,  onların  şəxsi  ərizələri, 

vəsatətləri  və  ya  bu  ərizələrin  və  vəsatətlərin  əsaslı  olduğunu  təsdiq  edən  müvafiq  sənədlər 

əsasında verirlər;

 

valideynləri  ilə  və  ya  müşayiətçi  şəxslərlə  birlikdə  sərhədboyu  zonaya  gedən  16  yaşınadək 



uşaqlar bu şəxslərin buraxılışlarına daxil edilir;

 

4)    sərhədboyu zonada yaşamayan vətəndaşlar qrupu sərhədboyu zonaya getdikdə onlar üçün 



buraxılış 

qrupun 


rəhbərinin 

adına 


verilə-bilər. 

Bu 


zaman 

buraxılışda 

onunla 

gedən   şəxslərin   sayı   göstərilməlidir.



 

Belə  hallarda  onların  getdiyi  yerdəki  əlaqədar  müəssisələrin,  idarələrin  və  ya  təşkilatların 

vəzifəli  şəxslərinin  imzası  və  gerbli  möhürü  ilə  təsdiqlənmiş  və  daxili  işlər  orqanlarında  qeydə 

alınmış adbaad siyahılar buraxılışa əlavə edilir. Siyahılarda göstərilən şəxslər sərhədboyu zonaya 

onların şəxsiyyətini təsdiq edən sənədlərə əsasən daxil olurlar;

 

5)    sərhədboyu zolaqda və dövlət sərhədi ilə sərhəd qoşunlarının texniki çəpər xətti arasındakı 



ərazi  zolağında  daimi  yaşamayan  şəxslər  oraya  yalnız  istehsalat  və  ya  xidmət  zərurəti 

olduqda   buraxılırlar.  həmin  vətəndaşların  göstərilən  yerlərə  buraxılması  və  orada  müvəqqəti 

qalması  qaydasını,  habelə  orada  sudan  istifadə  edilməsi,  kənd  təsərrüfatı  işləri  və  başqa  işlər 

görülməsi  qaydasını  sərhəd  qarovulu  yerli  idarəetmə  orqanları    ilə   razılığa  əsasən  müəyyən 

edir. 

[25]


 

Müəssisələrin, idarələrin, təşkilatların rəhbərləri görüləcək işlərin vaxtı və yeri haqqında sərhəd 

qarovulu  bölmələrinə  qabaqcadan  məlumat  verməli,  müəyyənləşdirilmiş  sərhədboyu  rejimə 

işləyən vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməlidirlər;

 

6)

     



sərhədboyu  zonada  yerləşən  müəssisə,  idarə,  təşkilat  rəhbərlərinin  sərhədboyu  zonaya 

daxil olmağa və orada yaşamağa icazəsi olmayan şəxsləri işə (götürməsi qadağandır;

 

7)

     



sərhədboyu  zonada  yerləşən  yaşayış  məntəqələrinə    müəyyən  edilmiş  qaydada  ezam 

olunan  vətəndaşlar  həmin    zonaya    onların  şəxsiyyətini  təsdiq  edən  sənədlərə  və  ezamiyyət 

sənədlərinə  əsasən  gedirlər,  həm  də  ezamiyyət  sənədləri  onların  getdiyi  yerdəki  daxili  işlər 

orqanlarında hökmən qeydə alınmalıdır;

 

8)

     



hərbi 

qulluqçular 

və 

prokurorluq  orqanlarının  prokurorları, 



müstəntiqləri    sərhədboyu    zonaya    onların  şəxsiyyətini  təsdiq  edən  sənədlərə  və  xidməti 

göstərişlərə, ezamiyyət və məzuniyyət sənədlərinə, yol vəsiqələrinə əsasən daxil olurlar;

 



Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə