I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
1   2   3   4   5   6   7   8   9   ...   12

9)

     


müəssisələrin  və  təşkilatların  yerli  və  beynəlxalq  daşımaları  həyata  keçirən,  yaxud  dəmir 

yolların  və  şosse  yollarının,  müvafiq  nəqliyyat  vasitələrinin,  habelə  neft  kəmərlərinin,  qaz 

kəmərlərinin,  rabitə  və  elektrik  xəttlərinin  təmirini  və  istismarını  təmin  edən  daimi  heyəti 

sərhədboyu zonaya xidmət zərurəti olduqda, bu heyət üçün müəyyən edilmiş əmək vəzifələri və iş 

sahələri  (reyslər, marşrutlar) çərçivəsində, özlərinin xidmət vəsiqələrinə əsasən daxil olurlar;

 

10)



    

sərhədboyu 

zonada 

yerləşən 



sanatoriyalara, 

istirahət 

evlərinə, 

pansionatlara, 

turist   bazalarına  və  dikər   müalicə-sağlamlaşdırma  idarələrinə  gedən  vətəndaşlar  onların 

şəxsiyyətini  təsdiq  edən  sənədlərə  və  yaşayış  yeri  üzrə  daxili  işlər  orqanlarında  qeydə  alınmış 

putyovkalara   (kursovkalara)  əsasən daxil olurlar;

 

11)



    

Azərbaycan  Respublikasında  daimi  yaşayan  və  ya  respublikaya  müvəqqəti  kələn  əcnəbi 

vətəndaşlar  və  vətəndaşlığı  olmayan.  şəxslər  ümumən  müəyyən  edilmiş  qaydada  sərhədboyu 

zonaya daxil olur və orada qalırlar;

 

12)


    

nəqliyyat müəssisələri və təşkilatları şəxsiyyəti təsdiq edən sənədlər və sərhədboyu zonaya 

daxil olmaq hüququna dair buraxılışlar təqdim edildikdən sonra vətəndaşlara  sərhədboyu zonada 

yerləşən məntəqələrə biletlər satır və xidməti yol sənədləri verirlər;

 

sərhədboyu  zonaya  daxil  olmaq  hüququna  dair  müvafiq  sənədləri  olmayan  sərnişinlərə  bilet 



satılmasına  yol  vermiş  şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə 

məsuliyyət daşıyırlar;

 

13)


    

sərhədboyu zonadan qatarlarda, avtobuslarda tranzitlə gedən sərnişinlərin tranzitlə keçib 

getdikləri sərhədboyu zonada dayanması qadağandır;

 

14)



    

sərhədboyu  zonada  ov  qaydası  sərhəd  qarovulu  ilə  razılaşdırılır.  Sərhədboyu  zolaqda, 

eləcə də Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd qarovulunun texniki çəpərlər xətti 

arasındakı ərazi zolağında ov etmək qadağandır;

 

15)


    

sərhədboyu  zolaqda  və  Azərbaycan  Respublikasının  dövlət  sərhədi  ilə  sərhəd 

qarovulunun  texniki  çəpər  xətti  arasındakı  ərazi  zolağında  hər  cür  tikinti,  meşəqırma  və  başqa 

işlər  sərhəd  qarovulunun  razılığı  ilə  həyata  keçirilir;  Azərbaycan  Respublikasının  dövlətlərarası 

müqavilələrinə  əsasən  aparılan  tikinti  işləri  və  təbii  fəlakətlərin  ləğv  edilməsi,  xüsusilə  təhlükəli 

yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülməsi ilə bağlı olan işlər istisna təşkil edir.

 

16)


    

sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və 

ya  belə  icazə  olduqda,  lakin  müəyyən  edilmiş  qaydaları  pozmaqla  təsərrüfat  və  digər  işlərin 

aparılması,  mal-qaranın  saxlanılması  və  otarılması,  kütləvi-ictimai  tədbirlərin  keçirilməsi 

qadağandır.

 

[26]



 

M a d d ə   2 5 .

 

Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sularında  sərhədboyu  rejimin 

xüsusiyyətləri

 

1)



    

Azərbaycan  Respublikasının  sərhədboyu  zonasında    yerləşən  ərazi  və  daxili  sularına, 

habelə oradakı adalara sərhəd qoşunları nəzarət edir; 

[27]


 

2)

    



sərhədboyu zonanın ərazisində müəssisələrə, idarələrə, təşkilatlara və vətəndaşlara məxsus 

balıqçılıq,  ovçuluq,  elmi-tədqiqat,  idman  gəmiləri,  motorlu  və  motorsuz  başqa  gəmilər  belə 

gəmilərə  nəzarət  edən  orqanlarda  müəyyənləşdirilmiş  qaydada  qeydə  alınmaqdan  əlavə,  sərhəd 

qarovulunun  ən  yaxın  bölməsində  də  qeydə  alınmalı,  gəmi  sahibinin  qeydiyyat  sənədlərinə  bu 

barədə    xüsusi    ştamp vurulmalıdır;

 

göstərilən  gəmilər  müəyyən  edilmiş  yanalma  körpülərinə,  yerləşmə  məntəqələrinə  təhkim 



edilməli və dayanacaq üçün daimi yerlərə malik olmalıdır;

 



bu  gəmilərin  mənsubiyyətini  nişanlamaq  üçün  onların  havadan  görünən  yerlərinə  tanınma 

nişanları vurulur, gövdələrinə isə müəyyənləşdirilmiş qaydada qeydiyyat nömrələri yazılır;

 

3)   vətəndaşları  sərhəd  qarovulu  tərəfindən  qorunan  dəniz  sahilboyuna,  sərhədboyu  çayların 



göllərin  və  başqa  sututarların  sahillərinə  müəyyən  müddət  üçün  gətirmiş  motorlu  və  motorsuz 

gəmilərin sahibləri öz gəmilərini sərhəd qarovulunun ən yaxındakı bölməsində qeydə aldırmalı və 

təyin edilmiş yanalma körpülərində və yerləşmə məntəqələrində saxlamalıdır;

 

4)



    

təyin  edilmiş  yanalma  körpülərindən,   yerləşmə    məntəqələrindən  və  xüsusi  ayrılmış 

başqa  yerlərdən  kənarda  motorlu  və  motorsuz  gəmilərin  saxlanması  və  dayanması,  adamların 

minib-düşməsi, yük vurulub-boşaldılması, fəlakət və qəza halları istisna olmaqla, qadağandır;

 

5)

    



sənədlərin  rəsmiləşdirilməsi   qaydasını,   motorlu  və  motorsuz  gəmilərin  dənizə, 

sərhədboyu  çayların,  çöllərində  başqa  sututarların  sularına  çıxması  qaydasını,  Azərbaycan 

Respublikasının  ərazi  və  daxili  sularında  hərəkəti  qaydasını,  eləcə  də  göstərilən  gəmilər  üçün 

yanalma  körpülərinin  və  yerləşmə  məntəqələrinin  düzəldilməsi  qaydasını müvafiq  icra 

hakimiyyəti orqanı sərhəd qoşunlarının təqdimatı üzrə müəyyən edir

[28]


 

6)

     



sərhədboyu çaylarda, çöllərdə və başqa sututarlarda balıq ovu sərhəd qarovulunun icazəsi 

ilə,  Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrinə  və müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə aparılır. 

[29]


 

7)  dənizə  və  sərhədboyu  çayların,  çöllərin  başqa  sututarların  sularına  çıxmağa  qeydə  alınmış 

motorlu  və  motorsuz  gəmilərdə,  yalnız  günün  işıqlı  vaxtında,  sərhəd  qarovulunun  verdiyi 

vəsiqələr üzrə, təyin edilmiş yanalma körpülərinə və yerləşmə məntəqələrinə qaranlıq düşənədək 

qayıtmaq şərti ilə yol verilir;

 

dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa. yol verilir;



 

8)

     



sərhəd  qarovulunun  qoruduğu  dəniz  sahilboyunda,  sərhədboyu  çayların,  göllərin,  başqa 

sututarların  sahillərində  çimmək  yerlərini,  onların  düzəldilməsi  və  işlədilməsi  qaydasını  yerli 

idarəetmə orqanları sərhəd qarovulu ilə razılaşdırmaqla müəyyən edirlər;

 

9)



     

Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sularında  sərhəd  qarovulu  gəmilərinin 

(katerlərinin) zərurət olduqda gecə vaxtı, fənəri yandırmadan üzməsinə icazə verilir. Belə hallarda 

gəmilərin  (katerlərin)  komandirləri  başqa  gəmilərlə  toqquşmanın  qarşısını  alan  tədbirlər 

görməlidirlər.

 

M a d d ə   2 6 .  Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejim



 

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhəd qoşunları nəzarət-

buraxılış  məntəqələrinin  və  gömrük  idarələrinin  xidmət  fəaliyyəti  üçün  şərait  yaratmaq  və  bu 

şəraiti  saxlamaq  məqsədilə  şəxslərin  və  nəqliyyat  vasitələrinin  həmin  məntəqələrdə  olması  və 

hərəkət  etməsi  qaydasını,  habelə  şəxslərin,  nəqliyyat  vasitələrinin,  yüklərin  və  başqa  əmlakın 

Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  buraxılması  ilə  bağlı  dikər  fəaliyyətin  qaydasını 

tənzimləyən rejim müəyyən edilir. 

[30]


 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  rejimi  tənzimləyən 

qaydaları müvafiq  icra  hakimiyyəti  orqanı müəyyən  edir.  Azərbaycan  Respublikasının  dövlət 

sərhədindən  buraxılışın  həyata  keçirildiyi  aeroportların  (aerodromların),  dəniz  limanlarının, 

dəmiryolu  və  avtomobil  vağzallarının  və  stansiyalarının  rəisləri müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyənləşdirdiyi  qaydalara  əsasən  və  həmin  qayda-ların  icrası  üçün  yerli  şəraiti 

nəzərə  alaraq,  sərhəd  qarovulu  və  daxili  işlər  orqanları  ilə  razılaşdırmaqla  öz  əmrlərini 

(təlimatlarını)  verirlər. 

[31]

 



Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə