I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
1   2   3   4   5   6   7   8   9   ...   12

9)

     


gəmi 

bu 


Qanunla 

müəyyən 


edilmiş 

qaydaları, 

Azərbaycan 

Respublikasının  dövlətlərarası   müqavilələrini  və  ya   hamılıqla  qəbul  olunmuş  beynəlxalq 

hüquq  prinsiplərini  və  normalarını  pozaraq  Azərbaycan  Respublikasının  ərazi  və  ya  daxili 

sularında olduqda.

 

Xarici  qeyri-hərbi  gəmini  tutmaq  haqqında  qərarı  sərhəd  qarovulu  onu  yoxladıqdan  sonra 



qəbul edir. həm də bu maddənin 2—9-cu bəndlərində göstərilən pozuntulara yol vermiş gəmi yol 

verilən  pozuntunun  qəsdən  törədildiyi  müəyyən  edildikdə  və  ya  Azərbaycan  Respublikasının 

təhlükəsizliyinə, yaxud başqa mənafelərinə zərər vurduqda sərhəd qarovulu tərəfindən tutulur.

 

Sərhəd  qarovulu  bu  maddənin  2—9-cu  bəndlərində  nəzərdə  tutulan  pozuntulara  yol  vermiş 



Azərbaycan  Respublikasının  qeyri-hərbi  gəmisini  də  tutmaq  və  onu  ən  yaxın  limana  və  ya  dikər 

müvafiq məntəqəyə müşayiət etmək hüququna malikdir.

 

M a d d ə   3 2 .



 

Gəminin yoxlanması və ya tutulması protokolu

 

Qeyri-hərbi  gəminin  yoxlanması  və  ya  tutulması  barəsində  protokol  tərtib  edilir;  protokolu 



sərhəd qoşunlarının nümayəndəsi və yoxlanmış, yaxud tutulmuş gəminin kapitanı imzalayırlar. 

[38]


 

Gəmi  tutulduqda  Gəmi  və  yük  sənədləri  kapitandan  alınır  və  protokola  əlavə  edilir. 

Yoxlanmış  və  ya  tutulmuş  Gəminin  kapitanı  sərhəd  qarovulunun  hərəkətlərini  düzgün 

saymadıqda  və  ya  protokolun  məzmunu  ilə  razılaşmadıqda  protokolun  özündə  və  ya  protokola 

əlavə  edilən  ayrıca  sənəddə  hər  hansı  dildə  öz  qeydini  yaza  bilər.  Kapitan  protokolu 

imzalamaqdan imtina etdikdə protokolda müvafiq qeyd yazılır.

 

M a d d ə   3 3 .



    

Xarici qeyri-hərbi gəmilərin tutulmasının nəticələri

 

Tutulmuş  xarici  qeyri-hərbi  gəmilər  müəyyən  edilmiş  qaydada  müvafiq  xarici  dövlətlərin 



səlahiyyətli  nümayəndələrinə  təhvil  verilir,  yaxud  Azərbaycan  Respublikasının  ərazi  sularından 

çıxarılır və ya Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda məhkəmənin 

qərarı ilə müsadirə edilir.

 

M a d d ə   3 4 .  Azərbaycan  Respublikasının  sularında  üzmək  və  olmaq  qaydasını  pozmuş 



xarici hərbi gəmilərə tətbiq edilən qaydalar

 

Azərbaycan  Respublikasının  qanunlarını  və  ya  Azərbaycan  Respublikasının  ərazi  və  daxili 



sularında  üzmək  və  olmaq  qaydalarını  pozmuş  xarici  hərbi  gəmilər  barəsində müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi qaydalar tətbiq olunur. 

[39]

 

M a d d ə   3 5 .



 

hava hücumundan müdafiə qoşunlarının vəzifələri və hüquqları

 

Azərbaycan Respublikası dövlət sərhədindən qorunması sahəsində hava hücumundan müdafiə 



qoşunlarının  vəzifələri  və  hüquqları  bu  Qanunla  və  Azərbaycan  Respublikasının  digər  normativ 

aktları ilə müəyyən edilir.

 

M a d d ə   3 6 .



 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  qorunması  zamanı  silahın  və 

döyüş texnikasının tətbiqi

 

Sərhəd qoşunları və hava hücumundan müdafiə qoşunları Azərbaycan Respublikasının dövlət 



sərhədini qoruyarkən silahı və döyüş texnikasını tətbiq etmək hüququna malikdirlər. Zəruri hallar-

da Azərbaycan Respublikası dövlət sərhədinin qorunması zamanı Azərbaycan Respublikası Silahlı 

Qüvvələrinin başqa növlərinin silahı və döyüş texnikası tətbiq edilə bilər. 

[40]


 


M a d d ə   3 7 .

 

Sərhəd qoşunlarının silah və döyüş texnikası tətbiq etməsi qaydası 

[41]

 

1) Sərhəd  qoşunları  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  mühafizəsi  sahəsində 



vəzifələrini  yerinə  yetirərkən  Azərbaycan  Respublikasının  dövlət  sərhədində  real  və  potensial 

təhdidləri dəf etmək, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qorumaq, onların 

qarşısını almaq üçün silah və döyüş texnikası tətbiq edir. 

[42]


 

Sərhəd  qoşunları  silahı  və  döyüş  texnikanın  aşağıdakı  hallarda  da  tətbiq  etmək  hüququna 

malikdir:

 

a) (çıxarılıb); 



[43]

 

a) sərhədçilərin  və  ya  əhalinin  həyatı  üçün  təhlükə  olduqda  və  bu  təhlükəni başqa  vasitələrlə 



sovuşdurmaq  mümkün  olmadıqda  silahlı  şəxslərin  basqınını  dəf  etmək  və  müqavimətini  qırmaq 

üçün;


 

b)  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  pozanlar  həmsərhəd  dövlətin  ərazisində 

gizlənməyə və ya Azərbaycan Respublikası ərazisinin içərilərinə soxulmağa cəhd göstərərkən onu 

tutmaq üçün başqa imkanlar kömək etmədikdə;

 

v) Azərbaycan  Respublikasının  dövlət  sərhədini  pozmaq  üstündə  tutulmuş  şəxslər    qaçmağa 



cəhd göstərdikdə və bunun    qarşısını başqa vasitə ilə almaq mümkün olmadıqda;

 

q) əhalinin, dövlət mülkiyyətini və vətəndaşların şəxsi əmlakını silahlı basqından, silahlı və ya 



dikər fitnələrdən qorumaq üçün başqa tədbirlər nəticə vermədikdə;

 

“a”, “b”, “v”, “q” yarımbəndlərində nəzərdə tutulan hallarda silah və döyüş texnikası bu şərtlə 



tətbiq edilir ki, sərhədi pozan “dayan” çağırışından və havaya xəbərdarlıq atəşindən sonra sərhəd 

qarovulunun tələblərini yerinə yetirməsin. 

[44]

 

2) 



Azərbaycan 

Respublikasının 

ərazi 

və 


daxili 

sularında 

sərhəd 

qarovulunun 



gəmiləri   (katerlƏri)   özlərinə  və  Azərbaycan  Respublikasının  başqa  gəmilərinə  silahlı  basqını 

dəf  etmək  və  ya  xarici  gəmilərin  Azərbaycan  Respublikasının  sahilboyuna,  Azərbaycan 

Respublikasının  sualtı  və  suüstü  obyektlərinə  qarşı  aşkar  düşmənçilik  hərəkətlərinə  son  qoymaq 

üçün silah tətbiq edir, habelə aşağıdakı hallarda silah tətbiq, etmək hüququna malikdirlər:

 

a)  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  pozan  gəmilər  Azərbaycan  Respublikasının 



ərazi  və  daxili  sularında  dayandırılarkən  və  tutularkən  silahlı  müqavimət  göstərdikdə  bu 

müqavimətə son qoymaq üçün;

 

b) Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmi və ya Azərbaycan Respublikasının 



qanunlarını,  yaxud  Azərbaycan  Respublikasının  sularında  üzmək  və  olmaq  qaydalarını  pozan 

gəmi:  dayanmaq;  barəsində  tələbləri  yerinə  yetirmədikdə,  bu  gəmi  gizlənməyə  cəhd  göstərərkən 

onu  dayandırmaq  üçün  başqa  imkanlar  kömək  etmədikdə.  Bu  halda  silah  xəbərdarlıq  atəşindən 

(küllə    qatarı: buraxıldıqdan) sonra tətbiq edilir.

 

3)  sərhəd  qarovulunun  təyyarələri  və  vertolyotları  qoşun  qruplarının  və  quldur  dəstələrinin 



Azərbaycan  Respublikası  ərazisinə  silahlı  basqınını  və  təcavüzünü  dəf  etmək,  Azərbaycan 

Respublikasının dövlət sərhədində silahlı fitnələrin qarşısını almaq üçün silah tətbiq edirlər.

 

Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd aviasiyası aşağıdakı hallarda silah 



tətbiq etmək hüququna malikdir:

 

a)  sərhəd  qarovulunun  gəmilərinə;  (katerlərinə),  Azərbaycan:  Respublikasının  başqa 



gəmilərinə  silahlı  basqın  zamanı  onlara  basqını  dəf  etməkdə  kömək  göstərmək  üçün,  xarici 

gəmilərin  Azərbaycan  Respublikası  sahilboyuna  Azərbaycan  Respublikasının  sualtı  və  suüstü 

obyektlərinə  qarşı  aşkar  düşmənçilik  hərəkətlərinə  qoymaq  üçün  və  ya  Azərbaycan 

Respublikasının dövlət sərhədini pozan gəmilərin silahlı müqavimətini qırmaq üçün;

 



Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə