İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə36/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

 
 
qorxusu qarşısında qədim Elam kültürünün daşıyıcıları 
olan xuzistanlılar xristian Bizansın timsalında özlərinə 
arxa axtarırdılar. 
Yepiskop  Sebeos  yazır  ki,  Şirin xujastanlı,  yəni 
xuzistanlıdır və ölkənin xəzinədarlar nəslindəndir (Се-
беос 1862. 49, 50, 51). Bu fakt Əbülqasim Firdovsinin 
Şirinin mənşəyi haqqında məlumatının gerçəkliyə uy-
ğun olmadığını göstərir. 
Şirinə  mənfi  münasibətini  gizlətməyən  Ə.Fir-
dovsi  yazır  ki,  o,  hökmdar  nəslindən  deyildir.  Ancaq 
bu,  Qəzənfər  Əliyevin  və  Qulamhüseyn  Beqdelinin 
düşündüyü  kimi,  o  demək  deyil  ki,  o  zadəgan  nəs-
lindən  çıxmamışdır.  Şirinin  əcdadları  sonralar  Xuzis-
tan  adlanan  Elamda  federativ  dövlət  yaratmışdılar. 
Əhəmənilər həmin dövləti məhv edərək onun xaraba-
lıqları  üzərində  yeni  imperiyanın  əsasını  qoydular. 
Ölkənin  mərkəzi  şəhəri  Şuşa  (bəzi  mənbələrdə  Suz, 
Suş) onların inzibati iqamətgahına çevrildi (Рагозина 
1903. 356). 
Elamın  süqutundan  sonra  ölkənin  zadəgan  nə-
silləri inanılmaz bir mətanətlə özlərindən qat-qat güclü 
olan  əhəmənilərə  qarşı  çıxdılar  və  üç  şəhərdə  xəzinə-
darlar dövlətini qurdular. 
Makedoniyalı  İsgəndər  əhəmənilərin  varlığına 
son  qoyanda  xəzinədarlar  onu  sevinclə  qarşıladılar. 
İsgəndər əhəmənilərin əzəli düşməni olduqlarını nəzə-
rə alaraq xəzinədarların dövlət statusunu tanıdı (Yusi-
fov 1993. 327; Fazili 1970. 78). 
Şirin  Xəzinədarlar  dövlətinin  hansı  nəslindən 
çıxmışdır,  bu,  məlum  deyil.  Dövlətin  üç  güclü  nəsli 
Anşan, Şuşa və Partaq (sonrakı Bərdə)  idi. Düşünürük 
ki,  Şirin  bu  üç  nəsildən  birinin  –  Bərdək  nəslinin  nü-
mayəndəsidir. 
Məlumdur ki, qədim Elam dövləti etnik tərkibinə 
görə yekcins deyildi. Ölkədə üç irq (ağ, qara, palıd) və 
üç dil mövcud idi (Массон 1964; 321; Юсифов 1968. 
Anşan, Şuşa və 
Bərdək Elamın üç 
güclü nəsli 
olmuşdur. 
Xəzinədarlar 
dövləti həmin 
nəsillərin 
yurdlarında 
yaradılmışdır.  


 
 
91; Историография 2002. 17). Həmin dillər kam (ha-
mi),  sam  (sami)  və  türk  dillərinə  qohum  idi.  Z.A.Ra-
qozina  1903-cü  ildə  nəşr  etdirdiyi  “Midiya  tarixi” 
kitabında yazır ki, həmin dillərin heç biri əhəmənilərin 
və sasanilərin dilinə bənzəmirdi (Рагозина 1903. 311, 
318). 
Baqastan  (N.Gəncəvidə  Bisütun)  yazılarının  bir 
mətni  o  üç  dildən  birində  yazılmışdır.  Rus  alimi 
Z.A.Raqozina,  alman  alimləri  Ernst  Herzfeld  və 
Fridrix  Vaysbax  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəl-
lərində müəyyən etdilər ki, Baqastan qayasının Anşan 
dilində  yazılan  mətni  iltisaqi  olub,  türk  və  ya  Turan 
dillərinə  qohumdur  (Рагозина  1903.  318;  Herzfeld 
1930. 12-19; Veissbach 1911. 3-241). 
Sonra  N.Y.Marr  həmin  mətn  üzərində  tədqiqat-
ları davam etdirdi. 1914-cü ildə Peterburqda və 1920-
ci ildə Leypsiqdə nəşr etdirdiyi əsərlərində bildirdi ki, 
Baqastan  yazılarının  3-cü  mətni  Yafəs  dillərinə  qo-
humdur. Əhəmənilərin təzyiqi ilə Qafqaza köçən Elam 
nəsilləri  burada  yerli  xalqlarla  qaynayıb-qarışmış, 
Elam  dilinin  təsiri  ilə  Cənubi  Qafqazın  Yafəs  dilləri 
formalaşmışdır (Марр 1914. 3-76; Марр 1920. 3-54). 
N.Y.Marr  Yafəs  dilləri  deyəndə  mümkün  qədər 
orada  türk  etnolinqvistik  faktorunun  üstündən  keç-
məyə  çalışır.  Ancaq  ondan  fərqli  olaraq  erməni  mən-
şəli Türkiyə alimi Aşot Dilaçar Fridrix Vaysbax kimi 
Elam  dilinin  türk  dilləri  ilə  qohum  olduğunu  bildirir 
(Veissbach 1911. 3 – 241; Dilacar 1936. 10-62). 
Albaniya  və  İberiyanın  qəbilə-tayfa  dillərinin 
tədqiqi  göstərir  ki,  N.Y.Marr  qismən,  F.H.Vaysbax 
tamamilə öz fikirlərində doğrudur. 
Q.Beqdeli və Q.Əliyev belə hesab edirlər ki, Şi-
rin  əfsanəsi  Xuzistanda  yaranmış,  sasanilərin  zama-
nında Qafqaza gəlmişdir. 
Belə  hesab  edirəm  ki,  Fərhad  və  Şirin  əfsanə-
sinin  daha  arxaik  variantları  əhəmənilərin  zamanında 
Baqastan 
kitabəsinin 3-cü 
mətni arxaik türk 
dillərinin birində 
yazılıb. 
Baqastan 
qayasının Anşan 
mətni iltisaqi olub
türk və ya Turan 
dillərinə 
qohumdur. 


 
 
Qafqaza  gəlmiş,  sasanilərin  zamanında  davam  etmiş-
dir.  Həmin  əfsanələri Elamdan Albaniya və  İberiyaya 
köçən Şuşa və Bərdə nəsilləri gətirmişlər. 
Elamdan  Albaniyaya  köçən  nəsillər  üç  Bərdək, 
iki  Şuşa  şəhərini  salmışdır.  Bu  barədə  mən  öz  tədqi-
qatımın  nəticələrini  elmi  ictimaiyyətə  çatdırmışam 
(Cəfərsoy 2008. 78-84; Cəfərsoy 2012. 49-55). 
“Şirinoz”  dastanını  Elamdan  Arana,  oradan  Ka-
xetiyə  köçən  Bərdək  və  Şuşa  nəsilləri  gətirmişdir. 
Fikrimi onomastik və etnolinqvistik faktlar təsdiq edir: 
Elamda Baq – Albaniyada Qarabağ və Ağbağ, Elamda 
Şuşa  –  Albaniya  və  İberiyada  Şuşa,  Elamda  Partaq  – 
Albaniyada Bərdək, İberiyada Berdak və s. 
Şirin qədim ön Asiya panteonunda sevgi mələk-
lərindən  biri,  orta  yüzil  tarixçilərinin  əsərlərində  ger-
çək  tarixi  şəxsiyyətdir.  Aralıq  dənizi  hövzəsinin  şərq 
ucqarlarında  Seren  adlı  qadınlar  çox  idi.  Şirin  onlar-
dan biri olub, Xosrov Pərvizin zamanında yaşamışdır. 
O, füsunkar gözəlliyi və ağlı ilə 36 il 12 min qadının 
toplaşdığı Mədaim hərəmxanasını idarə etmişdir. Hət-
ta tam təsdiq olunmamış məlumatlara görə, Şirin Xos-
rov  Pərvizi  öz  dinindən  döndərmişdir.  Oğlu  Qubad 
(N.Gəncəvidə  Şiruyə)  həbsxanaya  saldırdığı  atasını 
ittiham  edir  ki,  o,  öz  əcdadlarının  dininə  sadiq  qal-
mamışdır. 
Əbdürrəşid Bakuvi yazır: – Qəsri-Şirin Bağdadla 
Həmədan arasında, Xabur çayının  Fərat  çayına tökül-
düyü  yerdə yüksək qayalıq sahildə salınıb. Onu Xos-
rov  Pərviz  Allahın  gözəl  məxluqlarından  biri  Şirin 
üçün tikdirib (Bakuvi 1992. 102-103). 
Şirin öz qəsrində əyləşib, şah sarayından çox da 
uzaq  olmayan  yerlərdə  kilsələr,  monastırlar  tikdirirdi. 
Keşişlər,  rahiblər  dövlət  xəzinəsindən  paltar  və  maaş 
alırdılar  (Себеос  1862.    50).  Hətta  o,  Xosrovdan  qa-
baqkı əri Fərhadı (Suriya salnaməsində Poratı) Xuzis-
 
Şirin qədim Ön 
Asiya etnoslarının 
panteonunda sevgi 
mələyi idi. 
Şirini Xuzistanın 
Bərdək şəhərindən 
Albaniya 
Bərdəsinə 
N.Gəncəvi gətirib. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə