İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

 
 
Doğrudan  da  Nizami  Gəncəvinin  “Xosrov  və 
Şirin”  mənzum  romanında  elə  süjetlər  və  personajlar 
var  ki,  onların  adına  tarixi  mənbələrdə  rast  gəlmirik. 
Bu  da  təbiidir.  Çünki  Nizami  tarix  yazmırdı,  hadisə-
lərin poetik mənzərəsini yaradırdı. 
Şirin və Xosrov haqqında ilk yazılı mənbələr VII 
əsrə  aiddir.  Həmin  mənbələrdən  üçündə  onlar  tarixi 
şəxsiyyətlər  kimi  verilmişdir.  Hər  üç  əsərin  müəllifi 
Bizansla İran arasında müharibələrin şahidi idi. 
Şirin haqqında ilk məlumatları qələmə alan tarix-
çilərdən  biri  Feofilakt  Simokatdadır.  Əslən  Misirdən 
olan  F.Simokatta  Bizans  imperatoru  İraklın  katibi  ol-
muş,  Bizansla  İran arasında döyüşləri gözləri ilə gör-
müşdür. 
Şirin  haqqında  məlumat  verən  ikinci  tarixçi 
yepiskop Sebeosdur. Sebeos (VII əsr) “İmperator İrak-
lın  tarixi”  kitabında  Şirinin  ağlı,  gözəlliyi,  xristian 
təəssübkeşliyi  haqqında  məlumat  verir  (Себеос  1862. 
136, 194). 
Üçüncü  mənbə  VII  əsrə  aid  müəllifi  məlum 
olmayan Suriya xronikasıdır. Həmin salnamədə başqa 
mənbələrdə  olmayan  maraqlı  bilgiləör  vardır  (Пигу-
левская 1941. 3-171). Həmin bilgilərə görə, Şirin ara-
mey qızıdır (Алиев 1960. 21-26). Ancaq yanlış olaraq 
bəzi  tədqiqatçılar  aramey  qızı  deyimini  erməni  qızı 
kimi başa düşürlər. 
N.Gəncəvi  Şirini  Aran,  Abxaz  və  Ərməniyyə 
hakimi  Məhin  banunun  qardaşı  qızı  və  vəliəhdi  kimi 
təqdim edir. Ərməniyyənin hakimi olmaq hələ erməni 
olmaq deyil. Ermənilər tarixi qaynaqlara yox, Nizami-
nin  və  sonrakı  şairlərin  poetik  düşüncəsinə  istinadən 
Şirinin  erməni  qızı  olduğunu  iddia  edirlər.  Onların 
səyləri  nəticəsində  Şirin  Böyük  Sovet  Ensiklopedi-
yasına erməni qızı kimi daxil edilmişdir. 
Şərq şairlərindən fərqli olaraq Bizans-İran müha-
ribələrinin  şahidi  olan  salnaməçilər  Şirinin  etnik 
Şirin tarixi 
şəxsiyyət olub, VII 
əsrdə yaşamışdır. 
Şirin kultunun 
kökləri isə tarixin 
dərinliklərindən 
gəlir. 
Yepiskop Sebeos 
Şirini erməni qızı 
kimi təqdim etmir, 
sadəcə bildirir ki, 
o, xristiandır. 


 
 
mənsubiyyəti haqqında bir söz demirlər. Sadəcə bildi-
rirlər ki, o, xristiandır aramey və ya rumludur (Алиев 
1960. 11. 23). 
“Albaniya tarixi”ndə Şirinin adı çəkilmir. Göstə-
rilir ki, o, Xosrovun arvadıdır və xristiandır. Xristian-
ları himayə etmiş, Albaniya katolikosu Vironu 30 illik 
sürgündən  azad  edib,  ölkəsinə  qaytarmışdır.  Musa 
Kaqankatuklu  yazmır  ki,  həmin  xristian  qadın  alban 
və ya ermənidir. 
Qəzənfər  Əliyev  belə  hesab  edir  ki,  Şirinə  aid 
olan rumlu sözü romalı demək deyil.  Bu söz bizanslı 
kimi  başa  düşülməlidir  (Алиев  1960.  22,  23).Ancaq 
bizanslı  hələ  yunan  demək  deyil.  Çünki  Bizans  o 
zaman  çoxtayfalı  dövlət  idi.  Onun  ərazisində  çoxdilli 
xalqlar  yaşayırdılar.  Ərəb  işğalı  ərəfəsində  Bizansın 
cənub  sınırları  İordan  çayına  və  Xuristanın  Bərdək 
şəhərinə çatırdı. 
Öncə qeyd etdiyimiz kimi,  nə  yepiskop Sebeos, 
nə  də  Feofilakt  Simokatda  Şirinin  etnik  kimliyinə 
toxunmuşlar.  Yalnız  VII  əsr  anonim  Suriya  xronika-
sında  onun  aramey  qızı  olduğu  göstərilir  (Пигулев-
ская 1941. 69; Алиев 1960. 30). 
Aramey  Suriyanın  sami  dilli  mənbələrdə  adıdır. 
Aramey adı altında tarixən çoxlu xalqlar gizlənmişdir. 
Onların  arasındakı  həm  sami,  həm  türk  mənşəli 
nəsillər var idi. 
VIII əsrdən sonrakı müsəlman tarixçiləri aramey 
adını  ərmən  kimi  yazıya  almışlar.  Təbəri,  Cahiz,  Zə-
kəriyyə  Qəzvini  və  b.  yazırlar  ki,  Şirin  ərmən  vilayət 
hakimlərindən  birinin  qızıdır  (Beqdeli  1970.  22,  42). 
Nizamidən  sonrakı  şairlər  ərmən  və  aramey  etnik 
adlarını fərqləndirmədən özlərindən qabaqkı məlumat-
ları  təkrar  edirlər.  Burada  incə  bir  məqama  diqqət 
yetirmək lazımdır. Arma bütün ermənilərin yox, ermə-
nilərin mənşəyinə daxil olan etnoslardan birinin adıdır. 
Bu  barədə  Suriya  tarixçisi  Mar  Abasa  (e.  ö.  III  əsr) 
 Şirin VII əsr 
anonim Suriya 
salnməsinə görə 
aramey qızıdır. 
Arameylər erməni 
deyil. 


 
 
istinadən  Musa  Xorenli  məlumat  verir  (Шопен  1866. 
494; Albaniya tarixi 1993. 19; Хоренский 1893. 289). 
Babilin  Assuriya  üzərində  qələbəsindən  sonra  (e.  ö. 
VII  əsr)  Kimer  mənşəli  Bərdəkin  (Musa  Xorenlidə 
Paruyrun)  başçılığı  latında  Arma  adlanan  yeni  tayfa 
ittifaqı  yarandı.  B.B.Piotrovski  1946-cı  ildə  nəşr 
etdirdiyi  “Erməni  xalqının  tarixi”  kitabında  bu  etnik 
prosesə diqqəti cəlb etmişdir (Пиотровский 1946. 12, 
31, 46). 
Arma,  aramey  tayfa  ittifaqının  hakim  nəsli  ku-
merlər, vassal nəsilləri samilər idi. N.Gəncəvi deyəndə 
ki, Şirin Ərmən elinə qayıtdı, bu, o demək deyil ki, o, 
erməni  qızıdır.  Şirin  bir  zaman  arameylər  üzərində 
hökmran olan Bərdək nəslindən çıxmışdır. 
Şirinin  etnik  mənsubiyyətini  öyrənmək  üçün  ən 
tutarlı mənbə yepiskop Sebeosun (VII əsr) “İmperator 
İraklın  tarixi”  əsəridir  (Себеос  1862.  3-176).  Sebeo-
sun  fikrincə,  Şirin  mənşəcə  Xuriztanın  xəzinədarlar 
nəslindən çıxmışdır (Себеос 1862. 49-51). 
Sebeos  yazır  ki,  Xosrov  Pərviz  Bizansla  müha-
ribə  ərəfəsində  əmr  etdi  ki,  İran  ərazisində  yaşayan 
bütün xristianlar ermənilərin məzhəbini qəbul etsinlər, 
Şirin həmin qərarla razılaşdı (Себеос 1862. 136). 
Əgər Şirin erməni qızı olsaydı, şahın qərarını se-
vinclə  qarşılayardı.  Ancaq  göründüyü  kimi  o,  bir  qə-
dər  tərəddüd  edir  və  durumun  çıxılmaz  olduğunu 
görüb, razılaşmalı olur. 
Ancaq  elə  hallar  da  olurdu  ki,  36  il  Sasani  sa-
rayının baş xatunu olan Şirin (Beqdeli 1970. 28) şahın 
qərarı ilə razılaşmırdı. İmperator Mavrikinin xahişi ilə 
Xosrov Pərviz xristian müqəddəslərdən birinin sümük-
lərini  Xuzistandan  Bizansa  göndərəndə  Şirin  etiraz 
etmişdi.  Əgər  Şirin    yerli  yox,  rumlu  və  ya  Bizans 
mənşəli  olsaydı,  şahın  qərarına  sevinərdi.  Belə  hesab 
edirik  ki,  Xuzistan  kilsələrinin  Bizansa  meyli  etnik 
yox,  siyasi  faktorla  bağlıdır.  Çünki  atəşpərəst  İranın 
Şirin Bərdəlidir, 
yəni Elamın 
Bərdək 
nəslindəndir. 
N.Gəncəvi onu 
Albaniyaya 
gətirmişdir. 
Şirin erməni qızı 
olsaydı, Xosrov 
Pərvizin qərarına 
sevinərdi. Əksinə 
o, erməni adını 
eşidəndə məyus 
olur. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə