İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

 
 
XII  əsr  salnamələrində  Bejan  adlı  ağadan  bəhs 
edilir  (Хаханов  2020.  50).  Buna  uyğun  olaraq  Azər-
baycan  dastanlarında  Becan,  Dəli  Becan,  Bay  Becan 
obrazları var. 
Gürcülərin  XIX  əsrdə  Daniil  Çonkadze  adlı 
yazıçısı  vardı  (Джанашвили  1908.  139).  Çonkadze 
totem  mənşəli  ad  olub,  Cöngə,  yəni  Buğa  nəslindən 
olan deməkdir. 
XVII  əsrdə  tanınmış  gürcü  nəsillərindən  biri 
Qazneli  adlanırdı  (Хаханов  1897.  50).  Deməli,  Qəz-
nəvilər  sülaləsinin  kiçik  bir  qolu  Orta  Asiyadan  Qaf-
qaza gəlmiş, gürcülər arasında assimilyasiya olunmuş-
dur. 
Türk mənşəli gürcü soyadlarından biri Gözəldir. 
Salnamələrdə  həmin  antroponim  Qozalaşvili  və  Qzel-
laşvili variantlarında yazıya alınmışdır (Гозалашвили 
1967. 4-6). 
XII  əsrdə  yaşamış  gürcü  şairlərindən  birinin  adı 
Yalquzidze  idi  (Дидебулидзе  1983.  6).  Yalquz  çox 
ehtimal  ki,  totem  mənşəli  antroponim  olub,  qurda  ta-
pınma ilə bağlıdır. Qurdun sürü ilə yox, tək ova çıxan 
cinsinə  yalquzaq  deyilir.  O  da  mümkündür  ki,  şair 
özünə  Yalqız  oğlu  –  Yalquzidze  təxəllüsü  götürmüş-
dür. 
Yalquzidze  soyadının  kökü  yalquzdur.  Təsadüfi 
deyil  ki,  şair  öz  poemasını  “Yalquziani”  adlandırmış-
dır  (Дидебулидзе  1983.  6).  Bu  söz  gürcü  dilində  öz 
arxaik  formasını  saxlamış,  Azərbaycan  dilində  yalqız 
şəklinə düşmüşdür. 
Çar  İraklinin  qızının  adı  Tekle  (Шервашидзе 
1964. 82), Ereti hakiminin arvadının adı Dinara (Ме-
ликсетбеков  1939.  8)  olmuşdur.  Təklə  türk  tayfala-
rından  birinin  adıdır.  Dinarə  “dinar  kimi  qiymətli” 
deməkdir.  Təklə  adı  iddia olunduğu kimi,  Gürcüstana 
XI  əsrdən  sonra  gəlməmişdir.  İosif  Flavinin  (I  əsr) 
yazdığına görə, Everin bir nəvəsinin adı Təklə olmuş-
Gürcü 
salnamələrində 
Gözəl soyadı 
Qozalaşvili və 
Qzalaşvili 
formalarında 
yazıya 
alınmışdır. 
Gözəl və 
Adıgözəl 
Məhəmməd 
peyğəmbərin 
adının türk 
dilinə 
tərcüməsidir


 
 
dur  (Иосиф  Флавий  52390.  32
). 
İndi  onların  adı  ilə 
Çin Türküstanının böyük bir çölü Təkləməkan adlanır. 
XIX  əsrdə  yaşamış  gürcü  maarifçilərindən  biri-
nin  soyadı  Mamaçaşvili  idi  (Хантадзе  1970.  9).  Ma-
maça  bizim  sözdür,  ancaq  Mamaça  soyadına  Azər-
baycan dilində təsadüf edilmir. 
Düzdür,  V  əsr  İber  mənbələrində  mamasaxlisi 
sözü  var.  İberlər  mamasaxlisi  qəbilə  başçısına,  ata 
ocağının  sahibinə  deyərdilər.  Mama  sözü  onlarda  qa-
dına yox, kişilərə aid idi. 
Kartli  çarı  VII  Georginin  (XV  əsr)  doğma  qar-
daşının adı Aq Buqa idi. O, qardaşından üz döndərib, 
Əmir  Teymurun  tərəfinə  keçmişdi  (История  Грузии 
1946. 295). Ağ Buğa Metex mahalının hakimi idi. Me-
tex  mahalının  adı  gürcü  mənbələrində  Samsxe  kimi 
yazıya alınmışdır. Sa + msxe “meşexlərin, yəni metex-
lərin ölkəsi” deməkdir. 
Qori şəhərində XVIII  əsrdə Zurab Qambaraşvili 
soyadlı  şəxs  yaşamışdır  (Дондуа  1967.  200).  Qənbər 
Azərbaycan dilinin ləhcələrində daşa deyilir. Eyni za-
manda,  XII  əsrdə  yazılmış  “Dilariani”  poemasında 
Sarutaş eponimi var (Хаханов 1897. 220). 
Qambaraşvili, Sarutaşidze soyadları daşların ay-
rı-ayrı  növlərinin  adlarından  törəmişdir.  V  əsrdə 
İberiyada  Taşiskari  adlı  vilayət  vardı.  Daş  türk,  xar 
yəhudi  sözüdür.  Qorq  Aslan  öləndə  həmin  vilayətin 
oğlu  Daçiyə  verilməsini  vəsiyyət  etmişdi  (Джуанше-
риани 1986. 94, 135). 
Gürcülərin  XI  əsrdə  Aladaşvili  soyadlı  knyazı 
olmuşdur  (Джанашвили  1908.  58).  Deməli,  özlərini 
Sarı  daş,  Qara  daş,  Ala  daş  adlandıran  nəsillər  xris-
tianlığı  qəbul  edəndən  sonra  tədricən  gürcüləşmişdir. 
Daş, Aladaş, Sarıdaş türk etnonimləri olub, daşa tapın-
ma  ilə  bağlıdır.  L.M.Meliksetbekov  yazır:  –  Gürcüs-
tanda  Beştaşen  adlı  kənd  var.  Yerli  camaat  kəndin 
Ermənilərin 
Daşyan, 
gürcülərin 
Taşiani, 
Aladaşvili, 
Saritaşidze 
soyadları türk 
dillərindəki daş 
sözündən 
törəmişdir. 


 
 
yaxınlığındakı  5  nəhəng  daşa  sitayiş  edir  (Мелик-
сетбеков 1911. 42). 
L.M.Meliksetbekov  bildirir  ki,  Beştaşen  tatarca 
beş  daş  deməkdir.  Ancaq  bu  inanc  erməni  inancıdır  
(Меликсетбеков 1911. 42). “Ermənilərin” Daşyan İa-
kov adlı salnaməçisi vardı (Марр 1909. 50; Шанидзе 
1938. 10). Bu necə ermənidir ki, Daşyan soyadı daşı-
yır  və  sitayiş  etdiyi  5  siklop  daşa  türkcə  Beştaşen 
deyir? 
XIX  əsrdə  Gürcüstanın  A.Saracişvili  adlı  tanın-
mış alimi və din xadimi olmuşdur. O, ilk dəfə olaraq 
Şota Rustavelinin “Bars dərisi geymiş koma” poema-
sında 13 şübhəli beyt tapdı (Марр 1910. III; Грузинс-
кое 1987. 19). Bundan sonra əsərin tədqiqatında yeni 
istiqamətin əsası qoyuldu. 
A.Saraçişvili  Saraclı  nəslindən  olub,  xristianlığı 
qəbul  etmişdi. Ancaq həmin nəslin  əsas  hissəsi  dinini 
dəyişməmiş,  gürcülər  arasında  assimilyasiya  olunma-
mışdır.  İndi  Saraclı  Gürcüstanın  böyük  türk  kəndlə-
rindən biridir. 
A.Apakidze yazır ki, Gürcüstanda IX əsrdə, bəl-
kə  də  ondan  qabaq  Kulbaki  adlı  şəhərcik  olmuşdur 
(Апакидзе 1968. 62, 281). Kulbaki polisonimi Kulbak 
etnonimindən  törəmişdir,  -i  şəkilçisini  şəhərin  adına 
gürcülər sonradan artırmışlar. 
Kulbak teonim mənşəli etnonimidir. Qədim türk 
yazılı abidələrindən birində Tanrı Qulu Qulbak ifadə-
sinə rast gəlirik. Baq eyni zamanda Karabaq və Akbaq 
etnonimlərinin köküdür. 
Abxazların  2  zadəgan  nəsli  Şervaşidze  soyadı 
daşıyırdı. Onlardan biri Sarek Şervaşidze XVIII əsrdə 
yaşamış,  tanınmış  eristavlardan  biri  olmuşdur  (Анча-
бадзе  1976.  67).  Başqa  bir  Abxaziya  knyazı  Xatun 
Şervaşidze idi (Буачидзе 1983. 224). 
Həm Sarek, yəni Sarı, həm də Xatun türk sözlə-
ridir.  N.Y.Marr  istisna  olmaqla  gürcü  tədqiqatçıları 
Beştaşen  
tatarca beş daş 
deməkdir. 
(Meliksetbekov)  
Şirvanşahların 
Abxaziyaya 
köçən övladları 
orada 
Şervaşidze adı 
ilə tanınmışdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə