İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə39/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

 
 
qalan  nəsilləri  çox  sonralar  səfəvi  və  osmanlı  hərbi 
qüvvələrinin tərkibinə daxil olmuşlar. 
Sultan  Süleyman  öləndə  Solaq  tayfasının  oda-
başıları və kəndxudaları  papaqlarını  yerə çırpıb, başl-
arına  torpaq  tökmüşdülər  (Faruk  Sümər  1992,  384). 
Bundan  yüz  il  qabaq  Solaq  tayfasının  başçısı  Pir  Əli 
Sivas hökmdarı Qazi Bürhanəddinə (1444-1498) qarşı 
çıxmış və döyüşdə öldürülmüşdü (Yaşar  Yücel  1994. 
131). 
XVII əsrdə sulaqların bir qolu Anadoluda köçəri 
yürüklər  arasında  yaşayırdı  (Еремеев  1969.  11).  II 
Şah  İsmayılın  dövründə  səfəvilərin  Alaşkert  hakimi 
Sulaq Hüseyn Təkəli idi (Əfəndiyev 1993. 121). 
Sulaq  etnotoponimləri  Anadoluda  və  Qafqazda 
son illərə qədər qalırdı. XVIII əsrdə Anadoluda Solaq 
kəndi qeydə alınmışdı. Həmin kənddə əfşarlar yaşayır-
dılar  (Faruk  Sümər)  Yunan  tarixçilərinin  yazdığına 
görə,  kolxların  hökmdarı  Sulak  çar  Ayetin  oğludur 
(Лордкипанидзе 1978. 138). Bundan əlavə, XIX əsr-
də  Göyçə  mahalında  Solaq  adlı  kənd  olmuşdur  (Bay-
ramov 2005. 51). 
Dağıstanda  indi  də  Sulak  adlı  şəhər  var.  Sə-
fəvilərin  və  Nadir  şahın  zamanında  həmin  şəhər  gah 
İranın, gah da Rusiyanın təsir dairəsinə düşürdü (Bakı-
xanov 1993. 69). M.Q.Canaşvili həmin Sulaq şəhərini 
Solaq adlandırır (Джанашвили 1908. 269). 
Sulak  etnik  adı  qutan  quşuna  sitayişlə  bağlıdır. 
Mahmud  Kaşğarinin  “Divanü-luqat-it-türk”  əsərində 
sulaq sözü “qutan quşu” mənasında verilmişdir (DTC 
1969. 513). 
Monoteizmə  qədərki  türk  mifik  düşüncəsində 
qaz, durna, qutan quşu müqəddəs sayılırdı. Belə hesab 
edilirdi ki, ağ qu türündən olan quşlar Tanrının qızla-
rıdır (Родинов 1983. 19-28; Гумилев 1967. 347). 
Musa  Xorenliyə  görə,  Sulaq  etnik  adı  “nizə” 
sözündən  törəmişdir  (Хоренский  1893.  247).  İltisaqi 
Sulak eynik adı 
qutan quşuna 
sitayişlə 
bağlıdır.  
Musa Xorenli 
yazır ki, Sulaq 
“nizə” 
deməkdir. 
Çünki, onlar 
nizənin 
ucluğunu qutan 
quşunun 
dindiyindən 
hazırlayırdılar.  


 
 
dilli  h’aylar  ona  görə  nizəyə  sulaq  deyirdilər  ki,  də-
mirin  kəşfindən  qabaq  onların  əcdadları  nizə  ucluqla-
rını qutan quşlarının dimdiyindən hazırlayırdılar. 
“Sulaq”  gürcülərin  dastanı  deyil.  Eradan  öncə 
VI-IV  əsrlərdə  Kolxidada  hökmranlıq  etmiş  Sulaq 
nəslinin  qəhrəmanlıq  eposudur.  Həmin  dastanın  ilkin 
nüsxələrindən biri əlimizdə olsaydı, biz İberiyanın et-
nik  tarixi  və  iberlərin  etnogenezi  haqqında  daha  qiy-
mətli bilgiləri aşkara çıxara bilərdik. 


 
 
Acariya – ikinci Azərbaycan 
 
Azərbaycan  xalqının  əcdadlarından  biri  olan 
azərlər  eyni  zamanda  Acar  xalqının  mənşəyinə  daxil 
olmuşdur.  Acar  ölkə  adına  çox  sonralar  rast  gəlirik. 
Qədim erməni, yəhudi tarixçilərinin əsərlərində, Misir 
kahini  Manetonun  (e.  ö.  III  əsr)  salnaməsində  Azər 
nəslinin  ölkəsi  Azaria  adlandırılır  (Хоренский1809. 
224;  Орбели  1913.  114;  Рагозина  1902.  481,  492; 
Эрнст  Ренан  2750.  202;  Генрих  Грець  2.  1907.  80; 
Велльгаузен 1909. 170, 193). 
Acariya – ikinci Azərbaycandır. İbn-Xordadbeh 
yazır:  –  Azərbaycandan  başqa  Ərməniyyə  sınırında 
ikinci  bir  Azarbazqan  da  vardır  (Ибн-Хордадбех 
1986. 106). Müəllif həmin Azərbaycan ölkəsinin haki-
mini  Azarbazqan şah adlandırır. III əsrdə həmin şah-
lıq (əslində vassal ölkə) Sasani Ərdəşirə tabe idi (Ибн-
Хордадбех 1986. 161). 
Belə  hesab  edirik  ki,  orta  yüzil  tarixçilərinin 
ikinci Azarbazqan adlandırdıqları ölkə hardasa Naxçı-
vanla  Van  gölü  arasında  yerləşmiş,  Azər  nəslinin  bir 
sıra  görkəmli  simaları  Naxçıvanda  yaşamışdır.  Çünki 
Yaqut  Həməvi  Naxçıvanın  tanınmış  zadəganları  ara-
sında  əl-Azari  nisbəli  bir  neçə  adamın  adını  çəkir 
(Ибн-Хордадбех 1986. 51). 
İosif Orbeli Azər etnik adını Aşaruni kimi oxu-
yur. Yazır ki. Van gölü yaxınlığından tapılan VII əsrə 
aid  Baqavan  kitabəsində  Asaruni  qəbiləsinin  adı 
çəkilir (Орбели 1913. 114). Həmin Azar (-uni xaldey 
sonluğudur)  qəbiləsi  o  zaman  xristian  idi.  Məşhur 
Aləm  kilsəsini  Azar  nəslinin  yepiskopu  tikdirmişdi 
(Орбели 1913. 131). 
Strabon  (I  əsr)  yazır  ki,  Araz  çayı  Azar  ölkə-
sinin,  yəni  Naxçıvan  mahalının  yanından  ötüb  keçir 
(Кемал  Алиев  2010.  63).  Strabon  Azər  ölkəsini  
Azərbaycan 
xalqının 
əcdadlarından 
biri olan 
azərlər Acar 
xalqının 
mənşəyinə 
daxil olmuşdur. 
Strabon ikinci 
Azərbaycanı 
Azaria, yəni 
Azər ölkəsi 
adlandırır.  
Azər nəslinin 
qədim yurd 
yerlərindən biri 
Naxçıvan idi. 


 
 
İrandilli  mənbələrdə  olduğu  kimi  Aderbeqan  və  ya 
Aturpatkan yox, Azaria adlandırır. 
Heç gürcü mənbələrində də həmişə Azər ölkəsi 
Acariya  kimi  yazıya  adlandırılmır.  D.M.Bakradze  ya-
zır  ki,  acarların  ölkəsi  qədim  gürcü  salnamələrində 
bəzən Azaria kimi göstərilir (Бакрадзе 1878. 352). 
Musa  Xorenli  də  azərlərin  ölkəsini  Acaria  yox, 
Azaria adlandırır. Yazır ki, Azaria İberiyanın bir vila-
yətidir  (Хоренский  1809.  224).  İstəxridə  isə  (IX  əsr) 
Naxçıvan  H’Açaran  formasındadır  (Валиханова 
1987. 82). Bu da acaran, yəni azərlər deməkdir. 
Azər  nəsli  yalnız  Ərdəbil  və  Naxçıvan  ərazi-
sində yaşamışdır. Onların bir qolu xeyli müddət Şəkini 
idarə  etmişdir.  Məsudi  (-956)  yazır:  –  Şəki  hakimi 
Azər ibn-Nəbih ibn-Mühacirdir (Vəlixanlı 1974. 61). 
Azər  nəslinin  başqa  bir  yurd  yeri  Azərşəhr  ad-
lanırdı. Həmin şəhər Təbrizdən Marağaya gedən yolun 
üstündə  yerləşirdi  (Велиханова  1987.  70).  Bundan 
başqa Lütfəli bəy Azərin yazdığına görə, XVIII əsrdə 
Fars İraqında Atəşgədəye-Azər adlı məbəd vardı (Рах-
мани 1987. 120). Bu da onu göstərir ki, Azər nəslinin 
bir  hissəsi  öz  tarixi  torpaqlarından  şimala  keçməmiş, 
Azərbaycanda qalmışdır. Azərlər  Babəkin zamanında 
Ərdəbil ətrafında yaşayırdılar. 
Səid  Nəfisi  yazır  ki,  Azər  xalqı  cavidanilərlə 
birlikdə  Bəzz  qalasında  yaşayır.  Babəkə  qədərki  xür-
rəmi  başçılarından  biri  Azərək  oğlu  Həmzə  (Səid 
Nəfisi 1940. 27, 31) Azər tayfa başçılarından biridir. 
Azərlər mixiyazılı mənbələrdə Atar, daha sonra 
Aderba  adlandırılır.  -ba  Elam  şəkilçisidir.  Belə  hesab 
edirik ki, -ba Elam kitabələrindəki eba, yəni oba sözü-
nün şəkilçiləşmiş variantıdır. 
Atar,  yəni  Azər  nəsli  eradan  öncə  II  minillikdə 
kassitlərlə birlikdə Elamı özünə tabe etmişdir. Onların 
bir hökmdarı  Atar  Kittax  (e.  ö.  1310-1300)  titulu  da-
şıyırdı (Хинц 1987. 111; Юсифов 1968. 74). 
Musa 
Xorenlidə Azər 
nəslinin ölkəsi 
Azaria 
şəklindədir. 
Babəkə qədər 
ərəblərə qarşı 
azadlıq 
mübarizəsinə 
Azər və 
Cavidan 
nəsilləri 
başçılıq 
etmişdir.  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə