İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə34/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

 
 
mənbələrin  çoxuna  istinad  etmir,  ana  ilə  aynian  və 
enian  etnonimləri  arasındakı  etnolinqvistik  bağları 
görmək  istəmirlər.  Mən  bu  istiqamətdə  axtarışlarımı 
yekunlaşdırmış  və  nəticələrini  opponentlərimə  bildir-
mişəm (Джафарсой 2012. 81-87). 
 İlahə Ananın övladları Albaniyaya gələndə hələ 
xristian deyildilər. Onlar xristian dinini qəbul edəndən 
sonra İberiyada Ana məbədinin yerində Anaur kilsəsi-
ni tikdilər. V.D.Dondua yazır ki, Ana nəslinə mənsub 
olan  yepiskoplar  Aneli  soyadı  daşıyırdılar  (Дондуа 
1967. 76). 
K.P.Patkanov yazır ki, ermənilərin Mxitar Anetsi 
adlı salnaməçisi olmuşdur (Патканов 1883. 237). De-
məli,  VII  əsrdə  yaşamış  “erməni”  salnaməçisi  Mxitar 
da Ana nəslindən çıxmışdır. 
Azərbaycanda  son  çağlara  qədər  Analı,  Anabad 
kəndlərinin varlığı (Cписок 1922. 58) göstərir ki, Ana 
nəslinin  heç  də  hamısı  İberiyaya,  Çorox  və  Kür  çay-
larının başlandığı ərazilərə köçüb getməmişdir. 
Ana və Nənə kultlarının tarixi kökləri Şumer və 
Elam  panteonundan  gəlir.  Çox  önəmlidir  ki,  həmin 
mifik düşüncənin  izləri arxaik  türk inancında  eyni  və 
ya oxşar formalarda özünü göstərir. 
Elamın və Şumerin  aparıcı  etnoslarının inancın-
da  ilahə  Ana  və  Ama  qadınları,  doğumu,  bərəkəti 
himayə edir. Körpə uşaqları xətərli  ruhlardan qoruyur. 
Türk  eposlarındakı  Ağ  Ana,  Bay  Ana,  Umay,  Umay 
Ene də həmin vəzifələri yerinə  yetirir. Ağ Ana dalğa-
ların arasındakı ağ köpüklərin içində qadın kimi gözə 
görünür  və  Tanrıya  ilham  verir  ki,  dünyanı  yaratsın 
(Мифы  I.  1980.  132;  Cavad  Heyət  1993.  65;  Куда-
рина 1980. 85-86). 
Bizim  üçün  maraqlıdır  ki,  antik  yunanların  Ap-
roditisi  də  dəniz  üzərindəki  ağ  köpük  arasında  tə-
səvvür  olunur.  Bu  da  ondan  irəli  gəlir  ki,  yunanlar 
Gürcülərin 
Aneli, 
ermənilərin 
Anetsi soyadlı 
salnaməçiləri 
türklərin  Ana 
nəslindən 
çıxmışdır. 
Afrodita ilahə 
Ananın Ellada 
variantıdır. 


 
 
Anadolu  etnoslarının  Ana  kultunu  Afrodita  adlandı-
raraq öz ölkələrinə aparmışlar. 
Son 70 ildə etnoqrafiyanın və dilçiliyin küncünə 
sıxışdırılmış  türkologiya  elminin  (Nizami  Cəfərov) 
əsas  problemlərindən  biri  odur  ki,  Ön  Asiyanın  ölü 
dillərinin  türk  leksikası  tədqiqat  obyektinə  çevrilmə-
mişdir. Əgər indiyədək Palay, Likiya, Xatti, Elam ki-
tabələrinin  dili  öyrənilsəydi,  biz  nəinki  İberiyanın, 
Elladanın  və  Misirin  qədim  mədəniyyətinin,  dövlət-
çiliyinin  formalaşmasında  rolumuzu  sübuta  yetirə  bi-
lərdik. 
İlahə  Bay  Ana  Troyanın  Afroditası  olmuşdur 
(Суперанская 1990. 178; Çingiz Qaraşarlı 2012. 37).  
Mənim fikrimcə Bay Ana bütün troyalıların yox, Ene-
yin  başçılığı  altında  Finikiyadan  çar  Pirama  köməyə 
gələn enakimlərin ilahəsi idi. 
Qədim Ön Asiyada qadın ilahələr çox olmuşdur. 
Onların hamısı Ana və Ama adlanmırdı. Başqa etnos-
ların Ana ilahələri İştar, Astar, Aster, Astarta, Minev-
ra,  Ardvisur,  Afrodita,  Pedrita,  Berdax,  Emim,  Vene-
ra,  Astqik  və  başqaları  idi  (Шопен  1852.  293;  Раго-
зина 1902. 83; Рагозина 1903. 100; 230, 232; Вагнер 
1901.  86;  Тураев  1903.  41;  Грець  2.  1907.  41,  107; 
Дьяконов 1990. 157) və s. Elamda hətta hər vilayətin 
öz  Ana  ilahəsi  olmuşdur.  Onlar  öz  etnik  cizgiləri  ilə 
bir-birlərindən fərqlənirlər (Юсифов 1968. 328). 
Ana  sözü  indi  bütün  türk  dillərində  ana,  ama, 
eme, anne formalarında  işlənir. Sami və bəzi  hindav-
ropa dillərində isə ona yalnız Bibliya mənşəli ad kimi 
rast  gəlirik.  Heç  bir  dil  ailəsində  ana  sözü  türk 
dillərində  olduğu  kimi  geniş  məna  çalarlarına  malik 
deyildir. 
Qədim  Ön  Asiyanın  qeyri-ari  və  qeyri-sami  dil-
lərində  ana  sözü:  1.  ana,  2.  nənə,  3.  qadın  mənala-
rında işlənmişdir. E. ö. II minilliyin ortalarına aid Pa-
lay  kitabələrində  anaya  anna,  Likiya  yazılarında  ena 
 Ana bütün 
troyalıların yox, 
Eney nəslinin 
ilahəsi 
olmuşdur. 


 
 
(Хойбек  1980.  315;  Нойман  1980.  340),  Kül  təpə 
mixi  yazılarında  ana  deyilir  (Янковский  1968.  18. 
51). 
İberiyanın  çoxdilli  ədəbiyyatının  xeyli  nümunə-
ləri  Azərbaycan  ədəbiyyatının  xristian  qolu  kimi  təd-
qiqat  obyektinə  çevrilməlidir.  Onların  orijinalı  yox, 
tərcümələri əlimizdə olsa da, yenə də köhnə nəsil təd-
qiqatçıların  təhlilləri  əsasında  müəyyən  nəticədə 
gəlmək mümkündür. 
 
 
 
Qədim Ön 
Asiyanın qeyri-
ari və qeyri-
sami dillərində 
ana
 
sözü: 1. 
ana, 2. nənə, 3. 
qadın mənaları 
bildirmişdir. 


 
 
İber folklorunda Şirin dastanı 
 
Fərhad və Şirin haqqında əfsanələr yalnız müsəl-
man şərq ölkələrində yayılmamışdır. Həmin əfsanələr 
Nizamidən və Firdovsidən qabaq Bizans imperiyasının 
cənub-şərq vilayətlərində mövcud idi. 
Şirin  dastanının  bəzi  süjetləri  qədim  erməni  və 
iber  adı  altında  gizlənən  bir  çox  etnoslar  arasında 
yayılmışdı (Марр 1899.  32;  Себеос 1862. 59;  Əkbər 
Yerevanlı 1968. 221). Gürcülər sonralar Şirin əfsanə-
sini  öz  dillərinə  tərcümə  edib  “Şirinoziani”  adlandır-
dılar.  Ancaq  belə  bir  gerçəkliyi  dana  bilmədilər  ki, 
süjetdəki  hadisələr  Gürcüstanda  yox,  Turanda  baş 
verir (Хаханов 1901. 42, 39. 63). 
N.Gəncəvinin  tədqiqatçıları  etiraf  edirlər  ki, 
Şirin  haqqında  əfsanələr  XII  əsrə  qədər  bəzi  Qafqaz 
xalqlarının  ağız  ədəbiyyatında  mövcud  olmuşdur 
(Алиев 1960. 20-26; Beqdeli 1970. 38). 
Belə hesab edirik  ki, N.Gəncəvinin Bərdədə  gö-
rdüyü  əlyazma  Şirin,  Xosrov  və  Fərhad  haqqında 
yeganə  əlyazması  olmamışdır.  Çünki  xristianlıq  döv-
ründə  kilsələrdə,  xristianlıqdan  qabaq  bütpərəst  mə-
bədlərdə salnamələr yazılırdı. 
İberiyada  xristianlıq  dövrü  salnamələri  Bazar, 
Safar,  Kərəm,  Ucarma  şəhərlərində  yazılırdı  (Джа-
нашвили  1900.  20;  Хаханов  1901,  99).  Xristianlıq-
dan qabaqkı salnamələrin yazıldığı əsas məbədlər Ana 
və Ani məbədləri idi (Марр 1917. 38). 
Fərhad  və  Şirin  mövzusunu  yalnız  Nizaminin, 
Firdovsinin poemaları əsasında öyrənmək olmaz. Ona 
görə  ki,  həmin  əsərlər  tarixin  özü  deyil,  tarixin  köl-
gəsidir.  Qəzənfər  Əliyev  1960-cı  ildə  Moskvanın 
“Nauka” nəşriyyatında çap etdirdiyi kitabında yazır ki, 
şərq  şairləri  Xosrovla  Şirinin  arasında  yaşanan  eşqə 
sonralar  çoxlu  əlavələr  eləyiblər  (Алиев  1960.  196-
197). 
“Şirin” dastanı 
İberiyanın türk 
nəsillərinə 
məxsusdur. 
Ana məbədlərində 
xristianlıqdan 
qabaq salnamələr 
yazılırdı. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə