Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

119 
 
İ  l c a y (əlində bir qalpaqla bir atqı “plaş” gəlir və hər ikisini Ərtoğrula verir). Al, 
quzum, hava pək sərin... Təkrar soyuq alırsın. 
Ə r t o ğ r u l (atqıyı alır, yarı bürünür, qalpağı  sıra üzərinə atar). Bilməm,  şu 
bahardan,  şu lətif ruzigardan niçin bu qadar qorquyorsun? Ağacları, çiçəkləri süslüyən
quşları, kələbəkləri bəsləyən bahr yalnız insanamı, yalnız banamı düşman kəsiləcək!? 
Halbuki bənim vücudum bir çiçəkdən daha qaba, bir kələbəkdən daha qalındır. 
Y a v u z (rəqsan və  məğrur adımlarla gəlməkdə olan Altunsaçı  Ərtoğrula göstərir. 
Yarım qəhqəhə ilə). Iştə çiçəkdən bəhs etdin də qarşımıza çıqdı. 
Ə r t o ğ r u l (mə’nalı bir baqışla baqar). Əvət, həm də öylə bir çiçək ki, yürüyormu, 
qoşuyormu? Oynuyormu, uçuyormu? İnsan bir türlü fərq edəmiyor. 
A l t u n s a ç (şux bir təbəssümlə). Gün aydın, əfəndilər (Təmənna edər). 
İ l c a y. Xoş gəldin, qızım səfa gəldin (Öpüşürlər). 
A l t u n s a ç (Ərtoğrula). Nasılsın, baqalım, nə yapıyorsun? 
Ə r t o ğ r u l (istehzalı  təbəssümlə). Qüruni-vüstada yaşıyorum. (Qəhqəhə).  Əvət, 
qüruni-vüstada yaşıyorum. 
A l t u n s a ç. Hala unutmadınmı? Unutmadınmı ya? 
Ə r t o ğ r u l. Bən çoq vaqt kəndimi unutuyorum, fəqət bu sözü unutamıyorum. (Acı 
qəhqəhə). Çünki səni unutamıyorum. 
A l t u n s a ç. Təşəkkür edərim, görünüyor ki, qavğadan pək zevq alıyorsun. 
Ə r t o ğ r u l. Zatən bütün həyat qavğadan ibarət deyilmi, ya? 
Y a v u z (yerindən qalqar, kinayəli bir ahənglə İlcaya). Bunları kəndi halına bıraqsaq, 
daha eyi olmazmı? 
İ l c a y. Haydı, gəl, biz birər qəhvə içəlim, savaşıb barışdıqdan sonra onlar da gəlirlər. 
 
Hər ikisi içəri girər. 
 
A l t u n s a ç (şux bir təbəssümlə). Pək tuhaf deyilmi, ya! Yenə əski hal, yenə əski 
xırçınlıq... 
Ə r t o ğ r u l. Nə yapalım, çoq uğraşdım, bir türlü yeniləşəmədim. 
Əvət, yenə əski çocuqluq, yenə əski dəlilik... 
A l t u n s a ç (pək ciddi). Xayır, sən bana gülüyorsun, bənimlə əyləniyorsun. 


120 
 
Ə r t o ğ r u l. İştə bu da yeni bir iftira, yeni bir təhqir... 
A l t u n s a ç (sarsılmış bir halda). Ah, niçin insaf etmiyorsun? 
Ə r t o ğ r u l. Insafmı? (Qəhqəhə). Zatən insaf və  mərhəmət  İsa ilə  bərabər göyə 
çəkildi. 
A l t u n s a ç. Ah, yenə gülüyorsun. 
Ə r t o ğ r u l. Fəqət bu qəhqəhələr acı fəryadlardan başqa bir şey deyil. 
A l t u n s a ç. Xayır, sən pək haqsız və pək məğrursun. 
Ə r t o ğ r u l. Kim bilir, bəlkə bən bir aynayım ki, öz bənliyini bəndə görüyorsun. Bən 
əvvəl nə idimsə,  şimdi də oyum, hər nasılsa dəyişmədim, dəyişəmiyorum; fəqət sən 
bil’əkis, gündən-günə  dəyişiyor və gözəlləşiyorsun. Hər halında bir yenilik, hər 
hərəkətində bir böyüklük görünüyor (Acı  qəhqəhə).  Əvət, sən bir gülsün ki, zəhərli 
dikənlərin könlümü parçalıyor; sən bir pərisin ki, atəşli tırnaqların beynimi gəmiriyor. 
A l t u n s a ç (sinirli və darğın). Ah, sən bir cəlladsın, bir Əzrailsin. 
Ə r t o ğ r u l (müstəhzi). Halbuki Əzrail də bir mələkdir. Fəqət bən bir mələyin Əzrail 
olmasını arzu etməm... 
A l t u n s a ç (getmək istər). Əvət, haqlısın... 
Ə r t o ğ r u l. Nerəyə? 
A l t u n s a ç. Gəldiyim yerə. 
Ə r t o ğ r u l (onun əlini yaqalar). Xayır, getmə! Əgər bəndən uzaqlaşmaq istiyorsun 
daha yaqın gəl; çünki yanğından qurtulmaq için tək bir çarə var; o da yalnız alova 
soqulmaqdır. 
 
İlcay ilə Yavuz balkona çıqarlar. 
 
İ l c a y. Nerdə qaldınız? 
Y a v u z. Sizi bəkliyoruz. 
Ə r t o ğ r u l. Gəliyoruz. 
İ l c a y. Nə oldu? Barışa bildinizmi, qavuşa bildinizmi? 
A l t u n s a ç (istehzalı təbəssümlə). Əvət, barışdıq, fəqət atəşlə pambığın barışması 
kibi... 
Ə r t o ğ r u l. Əvət, qavuşduq, fəqət kürreyi-ərzlə püsküllü yıldızın qavuşması kibi... 
İ  l c a y (Altunsaçın əlindən tutar). Gəl, baqalım, niçin bizdən qaçıyorsun? 


121 
 
A l t u n s a ç (Ərtoğrula baqar, acı təbəssümlə). Bən qaçmıyorum, qaçırıyorlar (Içəri 
girərlər). 
Y a v u z (Ərtoğrula). Bana baq. Altunsaç bir gövərçindir,  əfsus ki, onu uçurmaq 
istiyorsun. 
Ə r t o ğ r u l. Məraq etmə, uçurmam. 
Y a v u z. Düşün ki, o bir afətdir, halbuki atəşlə lətifə edilməz. 
Ə r t o ğ r u l (müstəhzi qəhqəhə ilə). Görünür ki, Qaplandan ehtiyat ediyorsun. 
Y a v u z. Xayır, o sərsəmdir, əlindən bir iş gəlməz; fəqət doktor Qaratay, sənin o yeni 
rəqibin daha qorqunc və daha təhlikəlidir. 
Ə r t o ğ r u l. Demək şimdi Afəti bıraqıb da Altunsaçımı izliyor. 
Y a v u z. Həm də nasıl izləmək! Bir an belə kölgəsindən ayrıldığı yoq. Babası 
Xandəmir isə doktora qarşı pək lütfkar... Çünki o da kəndisi kibi macəracu, olduqca sərvət 
və şöhrət düşkünü... 
A l a g ö z qara geyinmiş olduğu halda əlində iki kitab gəlir. 
Ə r t o ğ r u l. Buyursunlar, əfəndim (Əl verdikdən sonra). Eyi ki, bizi də xatırlaya 
bildiniz. 
A l a g ö z. Inanız ki, hiç vaqtım yoq, yalnız xəstə olduğunuzu eşitdim də onunçin 
gəldim. 
Ə r t o ğ r u l. Təşəkkür edərim. 
Y a v u z. Lakin nədənsə əsla evinizdə bulunmuyorsunuz. 
Ə r t o ğ r u l. Əvət, bana da xidmətçi öylə söylədi. 
A l a g ö z. Çünki hər gün xəstəxanəyə gediyorum da... 
Ə r t o ğ r u l. Niçin? Xəstəmisiniz? 
A l a g ö z. Xayır, yaralı əskərlərə baqıyorum. 
Ə r t o ğ r u l. Hanki xəstəxanədə? 
A l a g ö z. “Turan” cadəsində, “İbn Sina” xəstəxanəsində... 
Ə r t o ğ r u l (mə’nalı və məhzun). Əvət, pək gözəl... 
Y a v u z. Bu kitablar nə? 
A l a g ö z. Romandır, Ərtoğruldan aldım. 
Ə r t o ğ r u l. Nasıl, mütaliə buyuruldumu? 
A l a g ö z (məhcub və mütəbəssim).  Əvət, təşəkkür edərim, sanki hər ikisi bənim 
ruhumu, bənim həyatımı təsvir edən birər aynadır. 
Görünüryor ki, bunları seçib verdikdə hər şeydən əvvəl bəni düşünmüşsünüz. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə