H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə21/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   17   18   19   20   21   22   23   24   ...   225

diplomatların inzibati məsuliyyətə cəlb edilməsinə icazə verən qaydalar 

qəbul  etdilər.  Bir  sıra  dövlətlərin  diplomatik  nümayəndəliklərinin 

personalı üçün xarakterik olan öz şəxsi mənafeləri məqsədilə diplomatik 

immunitetlərdən  sui-istifadə  hallan  1961-ci  il  Vyana  Konvensiyasının 

müddəaları  ilə  zidd  olan  diplomatik  münasibətlər  haqqında  1978-ci  il 

ABŞ Qanununun qəbul edilməsinin əsas səbəblərindən biri idi. 

Bu qanuna görə xarici diplomatik nümayəndəliklərin əməkdaşları 

öz  öhdələrinə  götürürlər  ki,  diplomatik  immunitetə  malik  olduqlarını 

onlar Amerika məhkəməsində sübut edəcəklər. 

Diplomatik 

nümayəndəliklərin 

immunitetinin 

həcminin 

azaldılmasına yönəldilmiş meyl bəzən diplomatik nümayəndəli üklərin də 

aidiyyəti olduğu terror aktlarının artan sayına qarşı mübarizə tədbirləri ilə 

əlaqələndirirlər.  Bununla  bağlı  İngiltərə  “Ekonomist”  jurnalının  dərc 

etdiyi məqalə xüsusi maraq doğurur. Məqalədə deyilir: “Şəxslər, onların 

baqajı  və  bina  yalnız  onların  Britaniya  ərazisində  zorakı  aktların 

planlaşdırılması və ya törədilməsinə cəlb edilməsi ilə əlaqədar şübhələr 

olmadığı halda diplomatik statusa malik olmalıdır”. 

Bu status şübhələr yarandıqda ləğv edilməlidir. Bəzi hallarda bu 

diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxarır. Dövlət onlarsız da 

keçinə bilər. 

17  aprel  1984-cü  il  Londonda  Liviya  xalq  bürosunun 

pəncərəsindən açılan atəş nəticəsində qadın - konstebl qətlə yetirilmişdir. 

Britaniya  hökümətinin  hazırladığı  “Ağ  kitab”da  xarici  diplomatik 

nümayəndəliklərin  imtiyaz  və  immunitetlərinin  həcminin  azaldılmasına 

yönəldilmiş  onlarla  tövsiyyələr  var  idi.  Böyük  Britaniya  Baş  naziri  M. 

Tetçer  Qərbi-Avropa  dövlətlərinin  hökümətlərinə  müraciət  edərək 

diplomatik imtiyaz və immunitetlərin məhdudlaşdın İmasına yönəldilmiş 

atılan  addımlarla  əlaqədar  onların  hökümətini  dəstəkləməyi  təklif 

etmişdir.  Böyük  Britaniya  höküməti  1987-ci  ildə  xarici  diplomatik 

nümayəndəliklər 

tərəfindən 

istifadə 

olunan 


binaların 

sayını 


məhdudlaşdırmaq  hüququnu  Britaniya  XİN-  ə  verən  qanun  qəbul 

etmişdir. Xarici diplomatik nümayəndəliklər 



63 


imtiyaz  və  immunitetlərə  malik  olduqlarına  görə  vergi  və  rüsumlardan 

azaddırlar. Böyük Britaniya höküməti isə öz iqtisadi maraqlarını qorumaq 

naminə  bu  qanunu  qəbul  etmişdir.  70-ci  illərin  ortalarında  bu  doktrina 

əsasında 

həyata 

keçirilən 



məhkəmə 

praktikası 

diplomatik 

nümayəndəliklərə  qarşı  xüsusi  şirkətlərin  iddialarının  məhkəmələr 

tərəfindən  baxılması  kimi  presedentlər  əmələ  gətirdi.  Bu  iddialarda 

səfirliklərin bank hesablarına həbs qoyulması tələb olunurdu. 

İndiki  zamanda  diplomatik  imtiyaz  və  immunitetlərin 

məhdudlaşdırılması inkişaf etmiş Qərb dövlətlərinin maraqlarına xidmət 

etdiyini zənn etmək elə də çətin deyil. Belə ki, onlar yerləşdiyi dövlətinin 

rolunda  çıxış  etdiyi  halda  böyük  azadlıqlarla  təmin  edilir.  Akkreditə 

edilən dövlətlər keyfiyyətində bu qərb dövlətləri beynəlxalq aləmdə öz 

avtoritet  və  təsirindən  istifadə  etmək  yolu  ilə  xaricdə  öz  maraqlarını 

müdafiə edə bilərlər. Adətən öndə gedən qərb dövlətləri tərəfindən tətbiq 

olunan  diplomatik  imtiyaz  və  immunitetlərin  məhdudlaşdırılması  digər 

qərb  dövlətləri  tərəfindən  dəstəklənir.  Diplomatik  nümayəndəliklər 

şəbəkəsinin genişləndirilməsi üçün daha az imkanları olan dövlətlər öz 

iqtisadi maraqlarını rəhbər tutur və özlərinin hüquq mühavizə orqanları 

üçün daha geniş imkanlar yaratmağa can atırlar.' 

Diplomatik imtiyaz və immunitetlərin məhdudlaşdırılması meyli 

əsasən  azad  olunan  dövlətlər  tərəfindən  dəstəklənir.  Bu  əsasən  onunla 

izah  oluna  bilər  ki,  müstəqillik  əldə  edən  dövlətlər  diplomatik 

münasibətlərdə daha çox akkreditə edən dövlət qismində deyil, yerləşmə 

dövləti  rolunda  iştirak  etməyə  məcburdur.  Bu  dövlətlərin  qarşısında 

duran maliyyə və kadr problemləri inkişaf etmiş dövlətlərlə müqayisədə 

adekvat  sayda  diplomatik  nümayəndəlik  saxlamağa  imkan  vermir. 

Müstəqillik əldə edən bir sıra dövlətlərin belə bir mövqeyi hələ Vyana 

Konvensiyasının  hazırlanması  gedişində  açıq-aydın  ortaya  çıxmışdı. 

Onların  təsiri  altında  xarici  diplomatik  nümayəndəliklərin  personalının 

sayını 

'  Захарова  Л.  М.,  Коков:ша  Л.Л.  Основы  Дипломатической  и  консульской  службы, 

Минск. 2001. стр. 90-90. 

64 



məhdudlaşdırmağa yerləşmə dövlətinə icazə verən personalının ayrı-ayrı 

kateqoriyalarının  immunitetini  məhdudlaşdıran  və  s.  müddəalar  daxil 

edilmişdir. 

Müasir  diplomatik  təcrübədə  müstəqillik  əldə  edən  dövlətlərin 

diplomatik nümayəndəliklərinin statusuna məhdud yanaşma məsələlərinə 

aid  bir  çox  misallar  var.  Bir  sıra  müstəqillik  əldə  edən  dövlətlərdə 

birtərəfli  qaydada  xarici  diplomatik  nümayəndəliklərin  personalının 

sayına məhdudiyyət kvotası müəyyən edilmiş (Boliviya, Livan, Sinqapur 

və s.), yerli vəzifəli şəxslərlə diplomatların kontaktlarına məhdudiyyətlər 

qoyulmuş  (Banqladeş,  Benin,  İndoneziya,  Mavritaniya,  Tanzaniya), 

əcnəbi diplomatların hərəkət marşrutları barədə qabaqcadan xəbər vermə 

və  ya  icazə  alma  qaydası  müəyyən  edilmiş  (Birma,  Zimbabve, 

İndoneziya, Kamerun, Keniya, Nigeriya, Sierra-Leone, Sudan, Tanzaniya 

və  s.),  əcnəbi  diplomatların  poçtuna  baxılması  imkanı  nəzərdə  tutan 

qaydalar qəbul edilmişdir (Nepal). Bu cür yanaşmanın son həddi əcnəbi 

diplomatik  nümayəndəliklərin  binalarının  toxunulmazlığının  birbaşa 

pozulması halları oldu (1973-cü ildə Pakistanda İraq səfirliyinin axtarışa 

məruz qalması, 1978-ci ildə Misirdə Bolqarıstan səfirliyinin, 1979-cu ildə 

İranda ABŞ səfirliyinin, 1980-ci ildə Qvatemalada İspan səfirliyinin ələ 

keçirilməsi və s.). 

Həqiqətən  də  qərb  siyasətçiləri  və  hüquqşünaslarının  istinad 

etdikləri  əsas  səbəblərdən  biri  diplomatik  imtiyaz  və  immunitetlərdən 

müxtəlif  sui-istifadə  hallarıdır.  Hətta  əgər  diplomatik  imtiyaz  və 

immunitetlərin  məhdudlaşdırılması  yolu  ilə  getmək  mümkün  olsa  belə, 

diplomatik  imtiyaz  və  immunitetlərdən  sui-  istifadə  hallarının  qarşısını 

almaq  mümkün  olmayacaq.  Bundan  başqa,  diplomatik  münasibətlərin 

tarix  boyu  bu  cür  sui-istifadə  halları  olmuşdur.  Keçmişdə  bəzən  onlar 

diplomatik  imtiyaz  və  immunitetlərdən  istifadə  həcminin  azaldılmasına 

yönəlmiş meyli gücləndirirdilərsə də, hər dəfə müəyyən müddətdən sonra 

bu  meylin  olması  mümkün  idi.  Diplomatik  imtiyaz  və  immunitetlərin 

məhdudlaşdın İmasını son 20 ildə beynəlxalq terrorizmin kəskin artması 

və gücləndirilməsi ilə izah edirlər. Əlbəttə, bu dövlətlərin 



65 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə