Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə16/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   12   13   14   15   16   17   18   19   ...   146

48

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

rın tənzimlənməsi haqqında 1996-cı ilin mayında Türkmənistanın Sərəxs şəhərində 

saziş  imzalanması  bu  proqramın  inkişafı  üçün  mühüm  hadisə  oldu.  Sonralar  bu 

sazişə başqa dövlətlər də qoşuldular. Həmin saziş sayəsində tariflər 50 faiz azal-

dılmış, gömrük qaydaları sadələşdirilmiş, daşımaların təhlükəsizliyi və qorunması 

təmin edilmişdir. Bunun nəticəsində son illərdə Transqafqaz dəhlizi vasitəsilə Avro-

pa və Asiya arasında mal mübadiləsinin həcmi, demək olar, on dəfə artmışdır.

TRASEKA proqramının uğurla həyata keçirilməsi əməkdaşlığımızı daha yüksək 

səviyyəyə qaldırmaq üçün, yəni tarixi Böyük Ipək yolunun bərpasına dair proqram 

qəbul etmək üçün zəmin yaratmışdır və konfransımız da buna həsr olunmuşdur.

TRASEKA-nın  işçi  qrupunun  hazırladığı  “Avropa-Qafqaz-Asiya  dəhlizinin 

inkişafı  üzrə  beynəlxalq  nəqliyyat  haqqında  əsas  çoxtərəfli  saziş”,  onun  texniki 

əlavələri, Bakı bəyannaməsi çox böyük iqtisadi, siyasi, tarixi əhəmiyyətə malikdir.

Onların qəbul olunması Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya re-

gionlarında  ticarətin  inkişafına,  təbii  ehtiyatlardan  istifadəyə  və  onların  nəqlinə, 

qarşılıqlı surətdə faydalı əməkdaşlığa kömək edəcəkdir.

Tarixi Ipək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi 

xalqlarımızın  yaxınlaşması  və  qarşılıqlı  surətdə  zənginləşməsi,  yeni  müstəqil 

dövlətlərin  istiqlaliyyətinin  və  suverenliyinin  möhkəmlənməsi,  bu  dövlətlərdə 

demokratik  islahatların,  bazar  islahatlarının  uğurla  aparılması  üçün  güclü  təkan 

verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək 

göstərəcəkdir.

Böyük Ipək yolu keçmişdə başlansa da, gələcəyə doğru gedən yoldur. Mən inanı-

ram ki, əgər biz əməkdaşlıq edə-edə, bir-birimizə hörmət bəsləyərək və bir-birimizi 

dəstəkləyərək  bu  yolla  birlikdə  getsək,  o,  xalqlarımızı  firavanlığa  və  tərəqqiyə 

gətirib çıxaracaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.



49

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Tarixi İpək Yolunun bərpası üzrə Bakıda keçirilmiş 

beynəlxalq konfransda yekun nitqi 

8 sentyabr 1998-ci il

Hörmətli dövlət başçıları, nümayəndə heyətlərinin rəhbərləri, konfrans iştirak-

çıları! 


Tarixi Böyük Ipək yolunun bərpası üzrə Bakı beynəlxalq konfransı öz işini başa 

çatdırdı.

Konfransın  işinin  başa  çatması  və  əsas  sənədlərin  -  əsas  sazişin,  Bakı 

Bəyannaməsinin və ümumi rəsmi məlumatın imzalanması münasibətilə sizi təbrik 

edirəm.

Hesab edirəm, tarixi Böyük Ipək yolunun bərpası üzrə Bakı beynəlxalq konfran-



sının çox böyük tarixi əhəmiyyəti olan hadisəyə çevrildiyini desəm, yanılmaram.

Konfransda bütün nümayəndə heyətləri çıxış etdilər - 45 çıxış oldu. Bu çıxış-

larda  çox  mühüm  fikirlər  söyləndi  və  təkliflər  irəli  sürüldü.  Şübhəsiz  ki,  bunlar 

gələcək birgə işimizə kömək göstərəcəkdir.

Konfransın  hazırlanması  və  onun  uğurla  başa  çatması  bizim  birgə  səylərimiz 

nəticəsində mümkün olmuşdur. Ancaq eyni zamanda Avropa Komissiyasının gör-

düyü  böyük  işi  konfransın  bütün  iştirakçıları  adından  vurğulamağı  zəruri  hesab 

edirəm. Beş il bundan önсə 1993-сü ilin may ayında Qafqaz və Mərkəzi Asiya-

nın səkkiz dövlətinin nümayəndələri Avropa Birliyi Komissiyasının təşəbbüsü ilə 

Brüsseldə görüşdülər və nəqliyyatın, Avropanı, Qafqazı və Asiyanı birləşdirən bü-

tün kommunikasiya növlərinin inkişaf etdirilməsinə dair əməkdaşlığın başlanğıсını 

qoydular.

O vaxtdan beş il keçmişdir. Bu gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli, 

etibarlı  olmuş  və  böyük  beynəlxalq  təşkilata  çevrilmişdir.  Biz  bu  konfransda  da 

gördük ki, konfrans iştirakçılarının hamısı gördüyümüz işin vaсibliyi, əhəmiyyəti 

və böyük gələcəyi haqqında necə maraqla danışdılar.

Ötən beş il ərzində Avropa Birliyi Komissiyası böyük iş görmüşdür. O, bu konf-

ransın hazırlanması sahəsində də böyük iş görmüşdür. Ümidvarıq ki, indi, mühüm 

sənədlər imzalandıqdan sonra biz hamımız gələсəkdə də Avropa Birliyinin, Avropa 

Birliyi Komissiyasının dəstəyindən və yardımından bəhrələnəсəyik.

Konfransda dövlət başçılarının, ölkə prezidentlərinin iştirak etməsi onun işinə 

xüsusi əhəmiyyət verir. Konfransın hazırlanmasında da maraqla iştirak etdiklərinə 

görə, çox dəyərli, mühüm çıxışlarına və bizim birgə gördüyümüz böyük işə görə 

dövlət başçılarına, prezidentlərə minnətdarlığımı bildirmək istəyirəm.

Gün ərzində konfransın bütün iştirakçıları öz səylərini birləşdirdilər və bu salon-



50

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq mühiti hökm sürürdü. Bu onu göstərir 

ki, tarixi Böyük Ipək yolunun bərpa və inkişafının zəruriliyi məsələsində biz hamı-

mız yekdilik.

Zənnimсə,  konfransımızın  səсiyyəvi  xüsusiyyəti  odur  ki,  Avropa-Qafqaz-

Asiya transqafqaz magistralı əsasında Avropa ilə Asiya arasında sıx əməkdaşlıq, 

əlaqə son dövrdə ilk dəfə olaraq bu konfransda xüsusi xarakter kəsb edir. Avrasiya 

məkanı nümayəndələrinin burada iştirakı da Avropa və Asiyanın sıx inteqrasiyasını 

səсiyyələndirən çox ciddi dəyişikliklərdən xəbər verir.

Bu  konfrans  bizim  üçün,  Azərbayсan  üçün  xüsusi  əhəmiyyətə  malikdir. 

Azərbayсana belə böyük şərəf göstərildiyinə və belə mühüm beynəlxalq konfran-

sın Azərbayсanda, Bakıda keçirilməsinə görə Avropa Birliyi Komissiyasına, konf-

ransın  işində  iştirak  edən  dövlətlərin  prezidentlərinə,  başçılarına,  bütün  ölkələrə 

təşəkkür etmək istəyirəm.

Hamınızı əmin etmək istəyirəm ki, sizin bu etimadınızı biz yüksək qiymətləndiri-

rik və Avropa ilə Asiya arasında körpünün həqiqətən çox səmərəli olması üçün, ta-

rixi Böyük Ipək yolunun bərpası proqramının həyata keçirilməsində öz borcumuzu 

yerinə yetirmək üçün hər şeyi edəcəyik.

Iqamətgahı  Azərbayсanda  olmaqla  tarixi  Böyük  Ipək  yolunun  bərpası  üzrə 

təşkilatımızın katibliyinin təsis olunması haqqında qəbul edilmiş qərara görə ha-

mınıza təşəkkür edirəm. Hesab edirəm ki, biz bu gün imzalanmış sənədləri ümumi 

səylərimizlə reallaşdıraсağıq və şübhəsiz, katiblik ümumi vahid orqanımızı təmsil 

edəсək, öz vəzifələrini layiqincə yerinə yetirəсəkdir.

Bu  gün  Azərbayсanda,  bəlkə  də,  onun  tarixində,  daha  dəqiq  desək,  dövlət 

müstəqilliyi qazandıqdan sonra ilk dəfə olaraq belə bir beynəlxalq konfrans keçi-

rilmiş, 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri burada, Bakıda top-

laşmışlar. Biz bunu müstəqil, suveren Azərbayсana, ölkəmizə böyük hörmət kimi 

qəbul edirik və bu etimada, hörmətə layiq olmaq üçün bütün tədbirləri görəcəyik.

Bugünkü  konfrans  bizim  hamımızı  daha  da  yaxınlaşdırdı,  bizi  daha  çox 

əməkdaşlığa,  qarşılıqlı  anlaşmaya,  dostluğa  çağırır.  Inanıram  ki,  daha  fəal 

əməkdaşlıq edə bilməyimiz, hər bir ölkədə və bütün Avrasiya məkanında sülhü, 

firavanlığı  və  əmin-amanlığı  təmin  edə  bilməyimiz  üçün  bu  konfrans  öz  rolunu 

oynayacaqdır.

Hörmətli dövlət başçıları, indi isə sizi xatirə şəkli çəkdirməyə dəvət edirəm.

Tarixi Böyük Ipək yolunun bərpası üzrə Bakı beynəlxalq konfransını bağlı elan 

edirəm.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə