Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə17/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   13   14   15   16   17   18   19   20   ...   146

51

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Tarixi İpək yolunun bərpası ilə əlaqədar Bakıda keçirilmiş

 konfransın yekunlarına həsr olunmuş müşavirədə nitqi 

Bakı, 10 sentyabr 1998-ci il 

Hörmətli xanımlar və cənablar!

Bu  gün  mən  sizi  buraya  sentyabrın  7-8-də  Bakıda, Azərbaycanda  keçirilmiş 

beynəlxalq konfransın yekunları ilə əlaqədar dəvət etmişəm. Şübhəsiz ki, beynəlxalq 

konfransın yekunları bundan sonra çox ətraflı müzakirə olunmalıdır. Xüsusən onun 

qəbul  etdiyi  qərarlar,  yəni  imzalanmış  müqavilələr  həyata  keçirilməlidir. Amma 

bu gün mən, sadəcə, bu konfransla bağlı görülmüş hazırlıq işində və, konfransın 

keçirilməsində iştirak edənləri buraya dəvət etmişəm ki, konfransın hazırlanması, 

gedişi və onun işinin sona çatması ilə əlaqədar öz müşahidələrimi bildirim. 

Indi respublika və dünya ictimaiyyətinə də artıq məlumdur ki, Bakıda keçirilmiş, 

qədim tarixi Ipək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans nə qədər 

böyük əhəmiyyətə malikdir. Vaxtilə biz belə bir konfransın keçirilməsi ilə əlaqədar 

Avropa Birliyinin Komissiyası ilə danışıqlar aparmışdıq. Hələ xeyli vaxt bundan 

əvvəl belə bir konfransın keçirilməsi zərurəti meydana çıxmışdı. Ancaq bu konfran-

sın keçirilməsi və ya keçirilməməsi, harada keçirilməsi məsələləri xeyli müzakirə 

olunmuşdur. Çünki məlumdur ki, Avropa Birliyi Komissiyası və ümumiyyətlə, Av-

ropa Birliyi həm 1991-ci ildə TASIS proqramını qəbul edərkən, həm də 1993-cü 

ildə TRASEKA proqramını qəbul edərkən birinci növbədə, yeni müstəqillik qazan-

mış ölkələrlə əlaqələr yaratmaq və inkişaf etdirmək, həm də Avropa-Qafqaz-Asiya 

nəqliyyat xətlərinin yaradılması və inkişaf etdirilməsi məqsədi daşımışdır. 

Bu gün tam əsasla demək olar ki, Avropa Birliyi hələ Sovetlər Ittifaqı dağılma-

mışdan, yəni həmin ittifaqın dağılmasını görərək və artıq bunu proqnozlaşdıraraq 

bu məsələyə həm münasibətini bildirmiş, həm də bu barədə tədbirlər görmüşdür. 

1991-ci ildə, hələ Sovetlər Ittifaqı mövcud olduğu bir zaman TASIS proqramının - 

müstəqillik əldə edən ölkələrə iqtisadi yardım göstərilməsi ilə əlaqədar proqramın 

qəbul olunması buna əyani sübutdur. 

SSRI dağılandan - Şərqi Avropa ölkələrində böyük dəyişikliklər baş verəndən, 

keçmiş Sovetlər Ittifaqına mənsub olmuş ölkələr dövlət müstəqilliyini əldə edəndən 

sonra Avropa ilə Asiya arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün, şübhəsiz 

ki, iqtisadi əlaqələr vasitəsilə başqa əlaqələri də inkişaf etdirmək üçün TASIS proq-

ramının qəbul olunması zərurəti meydana çıxmışdır. 

Avropa Birliyinin Iqtisadi Komissiyası bu proqrama Qafqaz və Mərkəzi Asiya 

ölkələrini cəlb etmiş, 1993-cü ilin may ayında TRASEKA proqramı qəbul olun-

muşdur. O illər, bəlkə də son vaxtlara qədər həmin TRASEKA proqramının yerinə 



52

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

yetirilməsi ilə əlaqədar ayrı-ayrı ölkələrdə tədbirlər keçirilibdir. O cümlədən biz 

Avropa  Birliyi  ilə  daim  əməkdaşlıq  etmişik. Ancaq  bu  TRASEKA  proqramının 

belə böyük gələcəyə malik olduğu hələ hamı tərəfindən o qədər də dərk edilmir-

di. Nəhayət, 1996-cı ildə, xüsusən 1997-ci ildə qədim, Böyük Tarixi Ipək yolunun 

bərpa olunması məsələsi ümumi, dünyəvi, qlobal bir məsələ kimi meydana çıx-

mışdır. Bu, yeni kommunikasiya, nəqliyyat xətləri yaratmaq, Avropanı Asiya ilə 

daha yaxın, əlverişli, təhlükəsiz və daha ucuz yollarla bağlamaq və bu vasitə ilə 

də ölkələr arasında iqtisadi əməkdaşlıq yaratmaq, onu inkişaf etdirmək və Avropa 

Birliyinin bu ölkələrə təsirini artırmaq məqsədi daşımışdır. 

Tarixi Ipək yolunun bərpa edilməsi məsələsi həm elmi tədqiqat, həm də praktiki 

nöqteyi-nəzərdən böyük maraq doğurmuşdur. Ayrı-ayrı ölkələrdə bu mövzu həm 

dövri mətbuatda, həm də elmi kitablarda, jurnallarda, konfranslarda, simpozium-

larda müzakirə olunmuşdur. Böyük Tarixi Ipək yoluna diqqət və maraq get-gedə 

artmışdır. Təsadüfi deyildir ki, hətta böyük Ipək yolundan çox uzaqda olan Amerika 

Birləşmiş Ştatlarında qədim Ipək yolunun bərpasına ciddi maraq göstərilmişdir və 

bu barədə indiyə qədər müzakirələr gedir. Yaxud, Yer kürəsinin tamamilə başqa bir 

uzaq hissəsində yerləşən Yaponiyada Böyük Tarixi Ipək yoluna maraq göstərilmiş 

və bu Ipək yolunun bərpası ilə əlaqədar təkliflər irəli sürülmüşdür. Məlumdur ki, 

keçən ilin əvvəlində Yaponiyanın Baş naziri Haşimoto Böyük Tarixi Ipək yolu haq-

qında öz hökumətinin konsepsiyasını, bu məsələyə baxışını, təklifini irəli sürmüş-

dür və bu məsələ Yaponiyanın da ardıcıl surətdə diqqət mərkəzində olmuşdur. 

Böyük Ipək yolu üzərində yerləşən ölkələrin əksəriyyəti tərəfindən qədim Ipək 

yolunun bərpası, yəni bu Ipək yolu əsasında yeni, müasir nəqliyyat xəttinin yaran-

ması məsələsi zəruri hal kimi tədricən irəliyə sürülmüşdür. 

Azərbaycan bu proseslərdə daim iştirak etmiş, Avropa Birliyi ilə sıx əməkdaşlıq 

etmişdir. Biz Avropa Birliyinin Iqtisadi Komissiyası ilə Azərbaycanın bir çox sahələr 

üzrə əməkdaşlığını çox əhəmiyyətli hesab etmişik və bunun müsbət nəticələrini də 

görmüşük. 

Bilirsiniz  ki,  ümumiyyətlə,  Avropa  Birliyi  çox  mütəşəkkil  beynəlxalq  bir 

təşkilatdır. Avropanın  böyük  olmasına  baxmayaraq,  bu  təşkilatda  ancaq  15  ölkə 

təmsil edilibdir. Bu təşkilata daxil olan ölkələr arasında yüksək səviyyəli, müasir 

tələblərə uyğun iqtisadi əməkdaşlıq prosesi gedir. Bu əməkdaşlığın çox səmərəli 

olduğu  aydın  görünür.  Çünki  Avropa  Birliyinə  daxil  olan  ölkələr  bu  təşkilatın 

fəaliyyətinə və işinə, bu təşkilata məxsus olduqlarına yüksək qiymət verirlər. Ona 

görə də bu təşkilat böyük nüfuza malikdir. Avropa Birliyi Təşkilatı Avropa və Asiya 

ölkələri ilə öz əlaqələrini genişləndirir. 

Bildiyiniz kimi, biz 1996-cı ilin aprel ayında Lüksemburqda Avropa Birliyi ilə 

Azərbaycan  arasında  tərəfdaşlıq  haqqında  saziş  imzalamışıq  və Avropa  Birliyi-

nin strukturlarında iştirak etməyə çalışırıq. Biz keçən illərdə Avropa Birliyindən 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə