Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə6/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   146

22

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

dəfə  faciədən  qurtarıb.  Bəs  bunu  nəzərə  almamaq  olarmı?  Bir  çevrilişdən  sonra 

məhkəmə prosesi getdi və yarımçıq qaldı. Ikinci çevriliş cəhdindən sonra adam-

lar həbs olundu, indi istintaq gedir. Üçüncü çevriliş cəhdindən sonra adamlar həbs 

olundu, eyni zamanda bəziləri qaçıb. Oktyabr hadisələrindən sonra da bəzi adamlar 

qaçıb gizləniblər. Onları axtarmaq, tapmaq, cəzalandırmaq lazımdır. Daxili siyasət 

barədə bağıran adamlar bütün bunları görürlərmi? Axı onlar özləri bu gərginliyi 

yaradan adamlardır. Bir tərəfdən gərginlik yaradır, işləməyə imkan vermirlər, digər 

tərəfdən  də  bağırırlar  ki,  “daxili  siyasətdə  çatışmazlıqlar  var”.  Heç  bir  şey  yox-

dur. Hər şey normal gedir və normal da gedəcək. Hamı da bilsin ki, Azərbaycanda 

bərqərar olan demokratiya keçmiş Sovetlər Ittifaqının tərkibində olmuş respubli-

kaların hamısı üçün nümunə olacaqdır. Heç kəsin buna şübhəsi olmasın. Onlar da 

bilsinlər ki, bəsdir və çəkilib yerlərində otursunlar. 

Biz artıq üç dəfə sübut etdik ki, Azərbaycanı dağıtmaq istəyən adamların qarşı-

sında güc var. Bu, birinci növbədə xalqın gücüdür, iradəsidir. Mən də bura gələn 

gündən bir prezident kimi xalqın iradəsinə arxalanmışam, söykənirəm və bundan 

sonra da arxalanacağam. Bunlar isə mənə milyon dəfə artıq güc verir. 

Mənim Brüsseldə Belçikanın Baş naziri ilə səmərəli görüşüm, çox əhəmiyyətli 

söhbətim oldu. Belçika Avropanın mərkəzində böyük bir ölkədir. Bir çox beynəlxalq 

təşkilatların baş qərargahı burada yerləşir. Belçika həm iqtisadi cəhətdən, həm də 

dövlət quruculuğu sahəsində çox inkişaf etmiş bir dövlətdir. Bu ölkənin Baş naziri 

ilə mən keçən dəfə də görüşmüşdüm. Sonra biz Budapeştdə, Kopenhagendə, Da-

vosda da görüşmüşdük. Bu gün bizim ikitərəfli münasibətlər qurulması haqqında 

daha ətraflı söhbətimiz oldu. Mən onu Azərbaycanda rəsmi səfərə dəvət etdim. O 

da məni Belçikaya rəsmi səfərə dəvət etdi. O bildirdi ki, siz beynəlxalq təşkilatların 

rəhbərləri ilə görüşmək üçün buraya gəlirsiniz, amma indi Belçikaya rəsmi səfərə 

gəlin. 

Belə hesab edirəm ki, apardığımız bu danışıqlar ölkəmiz üçün əhəmiyyətli ola-



caq. Biz Belçika ilə əlaqələri bilavasitə inkişaf etdirə bilərik. Məhz buna görə də 

mən Azərbaycanın Belçikada səfirini təyin etdim. O, Brüsseldə qaldı, orda fəaliyyət 

göstərəcək.  Mən  onu  Baş  nazirə  təqdim  etdim.  Bu  isə  beynəlxalq  təşkilatlarla 

əlaqəsinə  kömək  edəcək,  həm  də  ölkəmizlə  Belçika  arasında  əlaqələri  inkişaf 

etdirəcəkdir. 

Sual: Keçmiş SSRI-nin tərkibində olmuş ölkələrin bir çoxunda, xüsusilə Orta 

Asiya və Qazaxıstanda səlahiyyətləri başa çatan prezidentlər öz səlahiyyətlərini re-

ferendum yolu ilə uzatmaq niyyətindədirlər. Prezident Heydər Əliyev isə həmişə 

xalqa arxalanıb. Oktyabr çevrilişi cəhdi zamanı bir çağırışınızla meydana bir mil-

yon adam yığıldı. Təkcə televiziyanın xəbərlər baş redaksiyası prezidenti müdafiə 

edən minlərlə teleqram alıb. Onların bəzilərində, hələ vaxta 4 il qalsa da, səlahiyyət 

müddətinizin uzadılması məsələsi qaldırılır. 



23

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Cavab:  Narahat  olmasınlar,  mənim  səlahiyyət  müddətim  çoxdur.  Səlahiyyət 

müddəti başa çatanda seçkilər olacaq. Əgər xalq istərsə, mən yenə də seçilərəm. 

Güman edirəm ki, xalq məndən ayrılmayacaq. 

Sual: Yəni siz həmin seçkilərə gedəcəksiniz? 

Cavab: Bəli, bəli. 

 



24

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Avropa Birliyi Komissiyasının komissarı Hans Van Den 

Brukla birgə mətbuat konfransında bəyanatı 

4 oktyabr 1995-ci il

Hörmətli xanımlar və cənablar!

Siz  -  mətbuat  nümayəndələri Avropa  Birliyinin  nümayəndə  heyətinin  başçısı 

cənab Hans Van Den Brukla və nümayəndə heyətinin üzvləri ilə danışıqlarımız-

da iştirak etmisiniz, onların məzmunu ilə tanışsınız. Ona görə də bu barədə geniş 

məlumat verməyə ehtiyac yoxdur. Mən yalnız onu demək istəyirəm ki, Azərbaycan 

ilə Avropa Birliyi arasında əməkdaşlıq sürətlə inkişaf edir. Brüsseldə, Avropa Bir-

liyinin baş qərargahında olarkən mən bu birliyin rəhbərləri cənab Jak Santerlə və 

cənab Hans Van Den Brukla, habelə başqaları ilə ətraflı söhbətlər aparmışdım. Bun-

dan sonra bizim əməkdaşlığımızda böyük dəyişikliklər əmələ gəlir. Azərbaycanın 

iqtisadi vəziyyəti ağır olduğuna görə Avropa Birliyi ölkəmizə ərzaqla və digər yar-

dımlarla  kömək  edir.  Bütün  sahələrdə  bizim  əməkdaşlığımız  mütəşəkkil  surətdə 

həyata keçir.

Ancaq  qeyd  etmək  istəyirəm  ki,  əməkdaşlığımızın  bundan  sonra  da  inkişaf 

etməsinə  böyük  ehtiyac  vardır.  Bunu  nəzərə  alaraq  mən  cənab  Van  Den  Bruku 

Azərbaycana rəsmi səfərə dəvət etmişəm. O, mənim dəvətimi qəbul edərək böyük 

bir nümayəndə heyəti ilə respublikamıza gəlib. Hesab edirəm ki, burada apardı-

ğımız danışıqlar səmərəli oldu. Nəticədə Azərbaycan ilə Avropa Birliyi arasında 

yeni  memorandumu  indicə  imzaladıq.  Memorandumu Azərbaycan  Respublikası 

tərəfindən Baş nazir Fuad Quliyev, Avropa Birliyi tərəfindən isə təşkilatın komissi-

yasının komissarı cənab Hans Van Den Bruk imzaladı.

Bizim əməkdaşlığımız təkcə bu memorandumla bitmir. Bu, sadəcə olaraq hazır-

kı vaxta dair olan sənəddir. Biz Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etmək üçün, 

onun tərəfdaşı olmaq üçün öz təkliflərimizi vermişik. Həmin təkliflər qəbul olu-

nubdur. Bu günlərdə danışıqlar aparmaq üçün biz xüsusi nümayəndə heyətini təyin 

edəcəyik. Danışıqlar nəticəsində belə razılığa gəlmişik ki, bu nümayəndə heyəti 

bu  ayın  sonunda  və  ya  noyabrın  əvvəlində  Brüsselə  gedəcək. Avropa  Birliyi  ilə 

tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etmək üçün danışıqlar aparacaqdır. Həmin da-

nışıqlar nəticəsində böyük bir saziş imzalanacaqdır. Biz bunu istəyirik və bu sahədə 

lazımi  işləri  görəcəyik.  Biz Avropa  Birliyi  ilə  əməkdaşlığın  genişləndirilməsinə 

tərəfdarıq.  Hesab  edirəm  ki,  cənab  Van  Den  Brukun Azərbaycana  səfəri  bu  işə 

müsbət təsirini göstərəcəkdir.

Cənab Van Den Bruk Respublikamızda qaçqınların məskunlaşdığı bölgəyə səfər 

edib və orada qaçqınlarla görüşüb, Azərbaycanın işğal olunmuş ərazilərindən zor-



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə