Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların



Yüklə 499,24 Kb.
səhifə4/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
1   2   3   4   5   6   7   8   9

Emitent barədə məlumat



Emitentin tam adı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

Qısaldılmış adı: SOCAR

Qeydiyyata alındığı tarix: 24.11.1995

Dövlət qeydiyyat nömrəsi (VÖEN): 9900003871

Təşkilati-hüquqi forması: qeydiyyata alındığı vaxt- dövlət müəssisəsi

Emitentin olduğu yer: Azərbaycan Respublikası, AZ1000, Neftçilər prospekti 73.

Telefon: (+99412) 521-03-32 www.socar.az


    • Emitentin təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki adları, təşkilati- hüquqi formaları, o cümlədən dəyişikliklərin dövlət qeydiyyatı tarixi;


Emitentin təşkilati-hüquqi forması dəyişdirilməmişdir.


    • Maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən əsas investisiyaların təsviri (məbləği göstərilməklə);


Son Maliyyə hesabatı (2015-ci ilin sonuna) 2016-cı ilin İyun ayında dərc edilmişdir. Dərc olunma tarixindən sonra yeni investisiya layihələri olmamışdır.

    • İdarəetmə orqanlarının emitentin gələcək investisiyaları ilə bağlı öhdəliklər və həmin öhdəlikləri yerinə yetirmək üçün lazım olan maliyyə vəsaiti mənbələri ilə bağlı məlumat.

SOCAR-nın gələcək mövcud investisiyalar ilə əlaqədar öhdəlikləri dedikdə, SOCAR-nın Cənub Qaz Dəhlizindəki (CQD) 49% payını, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) və Azərikimya İB-nin EP-300 qurğusunun modernizasiyası, Karbamid zavodu layihəsi, Polimer zavodu lahiyəsi, STAR layihəsini və sair layihələri göstərmək olar. Hər layihə üzrə tələb olunan maliyyə vəsaiti müxtəlif formada formalaşır. Belə ki, SOCAR-nın CQD-dəki 49% pay hissəsi Azərbaycan dövləti tərəfindən SOCAR-nın nizamnamə kapitalının artırılması yolu ilə həyata keçirilir və keçiriləcəkdir.

H.Əliyev adına BNEZ-də və Azərikimya İB-dəki modernizasiya işləri ilə əlaqədar SOCAR dövlət zəmanəti ilə Azərbaycan Beynəlxalq bankında 1.291 mlrd. manata qədər həcmdə kredit müqaviləsi imzalamışdır. Bu kreditin də geri ödənişi Azərbaycan dövləti tərəfindən SOCAR-nın nizamnamə kapitalının artırılması yolu ilə həyata keçiriləcəkdir.

Digər layihələr isə əsasən beynəlxalq maliyyə institutlarından kredit vəsaitlərinin cəlb edilməsi yolu ilə maliyyələşdiriləcəkdir ki, onların da geri ödənişi layihədən gələn gəlirlər vasitəsi ilə həyata keçiriləcəkdir.



    • Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat.


Emissiya olunacaq istiqrazlar “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (BFB) yerləşdiriləcək. Bakı Fond Birjası 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və hazırda yerli banklar, investisiya şirkətləri və Borsa İstanbul da daxil olmaqla 20 səhmdarı mövcuddur. Bakı Fond Birjası 21 iyul 2000-ci il tarixində fond birjası fəaliyyətini həyata keçirməyə icazə verən 5 saylı müddətsiz lisenziyanı əldə etmişdir və hazırda Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edir.

Birjanın fəaliyyəti hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs tərəfindən tənzimlənir. BFB-də Pay bazarı, Borc alətləri bazarı, Repo Bazarı və Törəmə maliyyə alətləri bazarları mövcuddur.

Qanunvericiliyə əsasən birjada ticarət yalnız birja üzvləri arasında təşkil olunur. BFB-nin fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli Kağızlar Bazarı haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər hüquqi-normativ aktları və BFB-nin nizamnaməsi və daxili qaydaları əsasında təşkil edilmişdir.


Yerləşdiyi ünvan: AZ1025, Bakı, Xətai rayonu, Babək pr, Ə.Quliyev 11/31, Babək Plaza Əlaqə telefonları: (+994 12) 488-05-80 ; (+994 12) 498-98-20 ( dax: 100)

Faks: (+994 12) 493-77-93

Elektron poçtun ünvanı: info@bse.az www.bse.az

  1. Emitentin biznesinin icmalı




    • Emitentin satılmış məhsullarının və ya göstərilmiş xidmətlərinin əsas kateqoriyalarını göstərərək emitentin əsas fəaliyyətlərinin təsviri;

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 100% dövlətə məxsus korporativ şirkətdir. SOCAR Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə təsis edilmişdir və 31 dekabr 2015-ci il tarixinə nizamnamə kapitalı 1.617 mlrd. manat təşkil etmişdir.



Qısa məlumat:


SOCAR əsasən Azərbaycan Respublikasının ərazisində hasilat, daşınma və emal fəaliyyət ilə məşğul olan Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir. SOCAR həmçinin AÇG yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan BTC Boru Kəməri, həmçinin AÇG və Şahdəniz yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan CQBK daxil olmaqla AÇG və Şahdəniz HPBS- ləri və bir sıra beynəlxalq boru kəmərlərində əhəmiyyətli paya malikdir. Bundan əlavə, SOCAR Türkiyənin yeganə neft-kimya istehsalçısı olan Petkimdə nəzarət-səhm paketinə malikdir. 2011-ci ilin okytabrında SOCAR, STEAS vasitəsilə (burada nəzarət-səhm paketinə malikdir) Petkim obyektləri yaxınlığında yerləşəcək böyük yeni emal zavodunun – STAR-ın tikintisinin hazırlıq işlərinə başlanmış və hal-hazırda işlərin böyük bir hissəsi tamamlanmışdır.

Xam neft Azərbaycanda 1847-ci ildən hasil edilir və SOCAR hal-hazırda Azərbaycanın xam neft hasilatının təxminən 20% -nə nəzarət edir. Öz hasilatına əlavə olaraq, Şirkət BP tərəfindən idarə olunan AÇG HPBS və Şahdəniz HPBS-ləri daxil olmaqla beynəlxalq neft şirkətləri ilə bir çox HPBS-ləri bağlamışdır. Şirkət AÇG HPBS-də 11.65% paya, Şahdəniz HPBS-də 10% paya malikdir.

2015 – ci il ərzində SOCAR (birgə müəssisə və əməliyyat şirkətləri ilə birlikdə) 8.2 milyon ton xam neft, və 6.8 mlrd. m³ qaz hasil etmişdir. SOCAR həmçinin, 2015-ci ildə AzACG-dən 3.3 mlrd. m³ səmt qazı almışdır.

DeGolyer and MacNaughton şirkətinin 01 yanvar 2016-ci il tarixinə SOCAR-ın bəzi yataqlarının (Bulla, Günəşli, Neft Daşları və Ümid-Babək) qiymətləndirilməsi barədə hazırladığı hesabata əsasən SOCAR- ın ümumi təsdiq olunmuş işlənməkdə olan xam neft ehtiyatları 74,3 milyon ton, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 79,9 milyon ton təşkil etmişdir. Eyni hesabata əsasən, SOCAR-ın qaz ehtiyatları 55,0 mlrd. kub metr, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 301,4 milyard kub metr təşkil etmişdir.

31 dekabr 2015-ci ilin yekunlarına əsasən, AÇG yataqlarının bərpa edilə bilən xam neft ehtiyatları 1200 milyon ton həcmində qiymətləndirilmişdir və Xəzər dənizinin Azərbaycan sektorunda işlənməsinə əsasən ən iri neft yatağı hesab edilmişdir. AÇG yataqlarından 2015-cu ildə 31.2 milyon ton xam neft (AÇG HPBS çərçivəsində SOCAR-ın payı müvafiq olaraq 1.5 milyon ton təşkil etmişdir) hasil edilmişdir. 2015-ci ildə həmçinin ACG yatağından 12.2 mlrd. m³ qaz (AÇG HPBS çərçivəsində müvafiq olaraq 3.3 mlrd. m³ qaz SOCAR-a təhvil verilmişdir) hasil edilmişdir.

Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir və 1.2 mlrd. kubmetr qaz ehtiyatı ilə dünyanın ən iri qaz- kondensat yataqlarından biri hesab olunur. Şahdəniz yatağından 2015-ci ildə 2.3 milyon ton xam neft (Şahdəniz HPBS çərçivəsində SOCAR-ın payı müvafiq olaraq 0.2 milyon ton təşkil etmişdir) hasil edilmişdir. Şahdəniz yatağından 2015-ci ildə həmçinin 9.8 mlrd. m³ qaz (HPBS çərçivəsində SOCAR- ın payı 0.8 mlrd. m³ qaz təşkil etmişdir) hasil edilmişdir.

2007-ci ildən etibarən SOCAR təbii qazın kəşfiyyatı və hasilatına böyük diqqət yetirir. Hesablamalara uyğun olaraq, SOCAR Azərbaycanı 150 ilə qədər müddət ərzində təbii qazla təmin edəcək qədər ehtiyatlara malikdir. Bundan əlavə, kəşfiyyatla bağlı fəaliyyətin artırılması nəticəsində SOCAR bu yaxınlarda Xəzər dənizində Ümid və Abşeron yataqlarında iki böyük qaz yatağı kəşf etmişdir. Hər iki yataqda qazma işlərinə başlanmışdır. Şirkətin, həmçinin, müxtəlif işlənmə mərhələlərində olan bir sıra digər kəşfiyyat layihələri də mövcuddur.

SOCAR 2015-ci ildə 22.1 milyon ton xam neft ixrac etmişdir. İxrac edilən neft tenderlər vasitəsilə və uzun müddətli müqavilələr əsasında Gürcüstanın iki limanında, Türkiyə və Rusiyanın isə bir limanınlarında satılır.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda və Azərikimya İB-də istehsal olunan neft və neft- kimya məhsulları əsasən daxili bazarda mövcud olan tələbatın ödənilməsinə yönəldilir.

SOCAR-a Azərbaycanda, Gürcüstanda, Ruminyada, İsveçrədə və Ukraynada genişlənən yanacaqdoldurma stansiyaları məxsusdur.

31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ümumi gəlirləri 32.4 mlrd. AZN, xalis zərəri 1.4 mlrd. AZN, cəmi aktivləri 39 mlrd. AZN, cəmi öhdəlikləri 24.4 mlrd. AZN, cəmi kapitalı 14.6 mlrd. AZN, borcları isə 10.8 mlrd. AZN olmuşdur.

Aşağıdakı xəritə Şirkətin əsas ixrac marşrutları göstərir:




  • SOCAR-ın əsas güclü tərəfləri:


SOCAR aşağıdakı əsas mənfəətlərdən yararlandığını düşünür:


Hökumət ilə güclü əlaqələr.


100%-i dövlət mülkiyyətində olan müəssisə kimi, SOCAR Azərbaycan Hökumət ilə güclü əlaqələrdən yararlanır. Digər məsələlərlə yanaşı, Hökumət tarixən SOCAR-a maliyyə və strateji dəstək göstərmiş, SOCAR-ın əməliyyatlarını, ehtiyatlarını, istehsal səviyyəsini, daşınma və emalı şəbəkələrinin genişləndirilməsində yardımçı rol oynamışdır. SOCAR Azərbaycanın ən iri vergi ödəyicisidir və 2015- ci ilin sonuna olan məlumata əsasən, 1.5 milyard manat gəlir və digər vergilər, eləcə də sosial xərclərə 136 milyon manat ödəmişdir. Bundan əlavə, 2015-ci ilin nəticələrinə əsasən, SOCAR 52,000-dən çox işçisi ilə ölkənin ən böyük işəgötürəni hesab edilmişdir.

Şaquli inteqrasiya olunmuş neft və qaz şirkətidir.


SOCAR istehsal-satış zənciri boyunca şaquli inteqrasiya edilmiş şirkətdir və əsasən quruda və Xəzər dənizinin Azərbaycan sektorunda axtarış, kəşfiyyat və işlənmə, emal, daşınma və pərakəndə satış fəaliyyətlərini həyata keçirir. Daxili pərakəndə fəaliyyəti ilə yanaşı, həmçinin Gürcüstan, Rumıniya, İsveçrədə və Ukraynada pərakəndə fəaliyyət həyata keçirir. SOCAR həm ölkə daxilində, həm də nəzarət-səhm paketinə malik olduğu Türkiyənin yeganə neft-kimya istehsalçısı olan Petkimdə neft- kimya fəaliyyəti həyata keçirir. Neft və qaz hasilatı sahəsində 50 illik təcrübəsi ilə SOCAR, həmçinin, regionda da geclü mövqeyə malikdir.


Petkim və STEAS-da nəzarət-səhm paketinə malik olması.


2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və Türkiyədə yeganə neft-kimya istehsalçısı olan Petkim-də nəzarət-səhm paketinə malik olmaq üçün STEAS vasitəsilə strateji investisiya yatırmışdır. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirmiş və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırmışdır. 2010-cu ildə STEAS Petkim obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə almış və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlamışdır. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod Petkim-in gəlirliliyini və bazar payını artıraraq Petkim üçün xammal xərclərini azaldacaq.

Azərbaycanda bütün karbohidrogen layihələrində iştirakı və Azərbaycanın “apstrim” və “daunstrim”-də inhisar mövqeyi tutması.


SOCAR Azərbaycanda yeni neft və qaz layihələrini inkişaf etdirən bütün beynəlxalq konsorsiumların üzvüdür. Bu baxımdan, SOCAR bugünə kimi imzalanan bütün HPBS-lərdə Podratçı tərəf kimi iştirak edir. Bundan əlavə, SOCAR ölkə daxilində hal-hazırda modernləşdirmə prosesində olan illik 6 milyon ton xam neft emalı gücünə malik olan emal zavodunu istismar edir, Azərbaycanın boru kəməri sistemində əhəmiyyətli paya malikdir, SOCAR-ın tabeçiliyində olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna və “Azərikimya” İB-yə xam neftin çatdırılmasını təmin edir.

  • Strategiya


SOCAR-ın məqsədi aşağıdakı prioritetləri rəhbər tutaraq, “apstrim”,“midstrim” və “daunstrim” əməliyyatları ilə Azərbaycanda yeganə şaquli inteqrasiya olunmuş neft və qaz şirkəti kimi öz mövqeyini qoruyub saxlamaqdan ibarətdir:

Təbii qaz ixracını artırılması


Avropada təbii qaz qiymətlərinin yerli və regional bazarlardan yüksək olduğu səbəbindən, SOCAR təbii qazın ixrac edilməsi üçün qaz ehtiyatlarının və hasilatın artırılmasına diqqət yetirir. Bu məqsədlə, SOCAR son illərdə iki böyük qaz yatağının kəşf edilməsi ilə nəticələnən “upstrim” qaz əməliyyatlarına investisiyanı artmışdır. 2010-cu ilin noyabrında Xəzər dənizində Ümid strukturunda böyük qaz yatağı aşkar edilmişdir. İlkin hesablamalara görə, bu yataq 200 mlrd. m³ təbii qaz və 40 milyon ton kondensat ehtiyatın malikdir. 2011-ci ilin avqustunda Şirkət Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron yatağında böyük qaz ehtiyyatı aşkar etmişdir. İlkin hesablamalara görə, Abşeron yatağı 350 mlrd. m³ qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir. Hər iki yataqda qazma işlərinə başlanmışdır.

Bundan əlavə olaraq, 1.2 trln ilkin çıxarıla bilən təbii qaz ehtiyatına malik olan Şahdəniz yatağında layihənin ikinci fazası üzrə işlər başlanılmışdır. 2018-ci ildə təbii qazın Türkiyəyə, 2020-ci ildə isə Avropaya ixracı gözlənilir.


Beynəlxalq bazar qiymətlərindən faydalanmaq üçün SOCAR-ın xaricdəki fəaliyyət dairəsinin artırılması


SOCAR öz məhsullarını və təhlükəsiz təchizat mövqeyi üçün daha beynəlxalq qiymətlərdən faydalanmaq üçün, Azərbaycanın hüdudlarından kənarda fəaliyyətini, xüsusən də “daunstrim” fəaliyyətini genişləndirir. Məsələn, SOCAR STEAS vasitəsilə həm özünün, həm də digər istehsalçılar tərəfindən hasil olunan nefti istifadə edə biləcək Petkim sahilində yeni böyük zavod inşa etdirir. Bu obyektdə istehsal olunacaq məhsulların beynəlxalq bazar qiymətləri ilə satılması gözlənilir.

Emal fəaliyyətinin genişləndirilməsi


Hesab olunur ki, yeni, müasir obyektlərin tikilməsi və onların istehlakçılara yaxın yerdə yerləşdirilməsi ilə emal əməliyyatlarnın əhatə dairəsini və səmərəliliyini artırmaq üçün böyük imkanlar var. Bunlara Bakıda yerləşən mövcud neft emalı zavodunun və “Azərikimya” İB-nin modernləşdirilməsi və Türkiyədə yerləşəcək yeni emal zavodunun inşasını misal göstərmək olar.

Fəaliyyət səmərəliliyinin artırılması.


Şirkət yeni texnologiyalar və proseslərin tətbiqi vasitəsilə, fəaliyyətinin, xüsusilə də onun hasilat fəaliyyətinin səmərəliliyinin artırılması üçün uzun müddətdir ki səmərəli addımlar atmaqdadır. Bundan əlavə, SOCAR işə cəlb olunma və daxili təlim proqramı vasitəsilə idarə heyətinin keyfiyyətinin yaxşılaşdırılması üçün fəal çalışır.

Azərbaycanın gələcək inkişafına töhfələrin verilməsi.


SOCAR Azərbaycan iqtisadiyyatının vergi ödənişləri, sosial xərclər və digər ödənişlər vasitəsilə maliyyələşdirilməsində böyük rol oynayır. Bu da öz növbəsində, iqtisadiyyatın digər sektorlarının inkişaf etdirilməsində, məhsulların, xüsusilə son istehlak məhsullarının satışının atırılmasına daha çox fayda verəcəkdir.

  • Ehtiyatlar


DeGolyer and MacNaughton şirkətinin 01 yanvar 2016-ci il tarixinə SOCAR-ın bəzi yataqlarının (Bulla, Günəşli, Neft Daşları və Ümid-Babək) qiymətləndirilməsi barədə hazırladığı hesabata əsasən SOCAR- ın ümumi təsdiq olunmuş işlənməkdə olan xam neft ehtiyatları 74,3 milyon ton, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 79,9 milyon ton təşkil etmişdir. Eyni hesabata əsasən, SOCAR-ın qaz ehtiyatları 55,0 mlrd. kub metr, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 301,4 milyard kub metr təşkil etmişdir.


  • Kəşfiyyat və Hasilat




Xam neft və Qaz haqqında ümumi məlumat

Azərbaycanda xam neft 1847-ci ildən hasil edilir. SOCAR tərəfindən idarə və istismar olunan neft yataqlarının çoxu azalan hasilat mərhələsindədir və hesablamalara əsasən Azərbaycanda bərpa edilə bilən neft ehtiyatları azalır. Hasilat səviyyəsinin saxlanılması üçün yataqların yenidən işlənməsi tələb olunur və bu proses SOCAR tərəfindən həyata keçirilir. Abşeron yarımadasından 100 km kənarda yerləşən Günəşli yatağının dayaz sulu hissəsinin işlənilməsi SOCAR-ın dənizdə xam neft istehsalının 76%-ni və ümumi hasilatının isə 60%-ni təşkil edir. Yataq bir neçə yataqların daxil olduğu 28 May NQÇİ-nin istismar fonduna daxil edilib.

Azərbaycanda hasil olunan xam neftin əksəriyyəti "Azeri light" adlandırılır və sıxlığı APİ üzrə 34-34.5 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı çox aşağı – 0.15%-dir. Əksinə olaraq, Brent tipli xam neftin sıxlığı APİ üzrə 38.5 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0.8% %-dir. Azeri Light CIF Augusta (İtaliya) nefti adlandırılır və Brent tipli xam nefti üzərində orta hesabla hər barel üçün 80 sent üstünlüyə malikdir.

2007-ci ildən etibarən SOCAR təbii qazın kəşfiyyatı və hasilatına böyük diqqət yetirir. Hesablamalara uyğun olaraq, SOCAR-ın istismarında olam ehtiyatlar Azərbaycanı 150 ilə qədər müddət ərzində təbii qazla təmin edəcək qədər ehtiyatlara malikdir. Bundan əlavə, kəşfiyyatla bağlı fəaliyyətin artırılması nəticəsində SOCAR bu yaxınlarda Xəzər dənizində Ümid və Abşeron yataqlarında iki böyük qaz yatağı kəşf etmişdir. Hər iki yataqda qazma işlərinə başlanmışdır. Şirkətin, həmçinin, müxtəlif işlənmə mərhələlərində olan bir sıra digər kəşfiyyat layihələri də mövcuddur.



“Azneft” İB-nin əsas hasilat sahələri


100%-i SOCAR-a məxsus olan “Azneft” İB 8 NQÇİ – dən ibarətdir. Azneft İB-nin bir çox əhəmiyyətli yataqları daha öncə işlənmiş sahələrdir; buna görə də istehsal səviyyəsinə yeni quyuların qazılması, quyuda əsaslı təmir işlərinin tamamlanması, müxtəlif bərpa işlərinin aparılması üçün lazımi texnikanın tətbiq olunması daxil olmaqla, müxtəlif yataqların bərpa olunması ilə nail olunur.

2015 – ci ildə Azneft İB 6.77 milyon ton xam neft hasil və 6.15 mlrd. m³ qaz hasil etmişdir.




Azəri-Çıraq-Günəşli yataqları


AzAÇG – Xəzər dənizinin Azərbaycan sektorunda Azəri və Çıraq yataqlarının və Günəşli yatağının dərin sulu hissəsinin ("AÇG yataqları") birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişdə SOCAR-ın (podratçı qismində) 11.65%-nə malik olan və onu idarə edən “Kayman Islands”-da qeydiyyatda olaraq, SOCAR-ın tam mülkiyyətində olan törəmə müəssisəsidir. AÇG HPBS 1994-cü ildən başlayaraq otuz il müddətinə nəzərdə tutulur və BP (operator kimi fəaliyyət göstərir və 35,78% faiz paya malikdir), Şevron (11.27%), İNPEKS (10.96%), Statoil (8.56%), ExxonMobil (8.0%), TPAO

(6,75%), İtoçu (4,29%) və ONGC (2.72%), SOCAR 11.65% sazişdə iştirak payına malikdir.

HPBS-nin Azərbaycan qanunvericiliyinə əsasən xüsusi hüquqi statusu vardır.

31 dekabr 2015-ci ilə əsasən, AÇG yataqlarının bərpa edilə bilən xam neft ehtiyatları 1.2 mlrd. ton həcmində qiymətləndirilir və Xəzər dənizinin Azərbaycan sektorunda işlənməsinə əsasən ən iri neft yatağı hesab edilir.

Azərbaycanın Cənubi Xəzər regionunda Bakıdan şərqdə təxminən 100 km dənizdə yerləşən AÇG yataqlar bloku 1984-cü ildə aşkar edilmişdir. Birlikdə təxminən 45 km uzunluğu olan AÇG yataqları, təxminən 432,2 km2 ərazini əhatə edir və dənizin 400 m. qədər dərinliyində yerləşir. AÇG yataqlarında hasilat 1997-ci ilin noyabrından başlanmışdır.

AÇG yataqlarından hasil olunmuş karbohidrogenlər sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. AÇG yataqlarından hasil edilən xam neft əsasən BTC Boru Kəməri vasitəsilə ixrac olunur. AÇG yataqlarından hasil edilən qaz isə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirənSOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

AÇG yataqlarından 2015-cu ildə 31.2 milyon ton xam neft (AÇG HPBS çərçivəsində müvafiq olaraq

1.5 milyon ton SOCAR-ın payına düşür) hasil edilmişdir. 2015-ci ildə həmçinin ACG yatağından 12.2 mlrd. m³ qaz (AÇG HPBS çərçivəsində müvafiq olaraq 3.3 mlrd. m³ qaz SOCAR-a təhvil verilmişdir) hasil edilmişdir.



Şahdəniz


Azərbaycan (Şahdəniz) Limited ("AzŞD") Şirkətin tam mülkiyyətində olan və Şahdəniz yatağının ("Şahdəniz yatağı") işlənməsi və istismarı ilə əlaqədar Şirkətin HPBS-də ("Şahdəniz HPBS") payının təşkili və idarə edilməsi üçün “Kayman Islands”-da qeydiyyatdan keçmiş SOCAR-ın törəmə müəssisədir. Şahdəniz HPBS 1996-cı ildə başlayaraq otuz il müddətinə nəzərdə tutulur və layihədə BP (operator kimi fəaliyyət göstərir) 28.8%, SOCAR (SGC Upstream ilə birlikdə) – 16.67%, TPAO – 19%, Petronas – 15.5%, Lukoil – 10% NİCO – 10% paya malikdir.

Şahdəniz yatağı 1,0 trilyon kub metr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və bu yataq 1999-cu ildə kəşf edilmişdir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağından hasil olunan qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. Daha sonra qaz CQBK vasitəsilə və Səngəçal terminalının qaz texnoloji emal obyektlərini Azəriqaz dövlət qaz şəbəkəsi sisteminə birləşdirən qaz kəməri ilə ixrac olunur.

Şahdəniz yatağından 2015-ci ildə 2.3 milyon ton xam neft (Şahdəniz HPBS çərçivəsində müvafiq olaraq

0.2 milyon ton SOCAR-ın payına düşür) hasil edilmişdir. Şahdəniz yatağından 2015-ci ildə həmçinin



    1. mlrd. m³ qaz (HPBS çərçivəsində SOCAR-ın payı 0.8 mlrd. m³ qaz təşkil etmişdir) hasil edilmişdir. Ümumiyyətlə, Şahdəniz yatağının işlənməsi iki mərhələdə nəzərdə tutulur. Şahdəniz Mərhələ 1 əməliyyatlarına 2006-cı ildən başlanmışdır. Mərhələ 1-dən hasilatın ildə 8,9 milyard kub metr qaz və illik 45,500 ton kondensat olacağı nəzərdə tutulmuş və buna nail olunmuşdur. Mərhələ 1 çərçivəsində 6

quyu qazılmış, platforma inşa edilmiş, sahil terminalı tikilmiş və Türkiyəyə 700 km uzunluğunda boru kəməri çəkilmişdir. Mərhələ 1 artıq tamamlanmışdır.

Şahdəniz yatağının işlənməsində Mərhələ-2 ümumilikdə Cənubi Qafqaz Boru Kəmərinın genişləndirilməsi ilə bərabər "Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi"ni nəzərdə tutur. Mərhələ-2 yeni dəniz platformalarının tikintisi, quyuların qazılması, sualtı boru kəmərləri çəkilməsi, Səngəçal terminalının genişləndirilməsi və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilən qaz həcmlərini ildə 25 milyard kub metrdən çox olmaqla bu kəmərin genişləndirilməsi vasitəsilə ildə əlavə 16 mlrd. m³ qaz və 91,5 min ton kondensat nəql etmək üçün nəzərdə tutulur. Bu əlavə həcmin Avropa İttifaqı ölkələrinə, eləcə də Gürcüstan və Türkiyənin mövcud bazarlarına ixracı gözlənilir.

Yuxarıda qeyd edilən məlumatları ümumiləşdirərək, SOCAR-ın neft hasilatı və HPBS-lərindəki paylarını aşağıdakı cədvəldə cəmləşdirmək olar:




Hasilat

Xam neft (mln ton)

Təbii qaz (mlrd. kubmetr)

SOCAR (Azneft İB)

8,2

6.9

AzACG (SOCAR-ın payı)

1.5

3.3

AzSD (SOCAR-ın payı)

0.2

0.8



      • Xam Neftin Nəqli




Ümumi məlumat

Neft Kəmərləri İdarəsi Azərbaycanda neftin saxlanılması və nəqlini həyata keçirir. Neft Kəmərləri İdarəsinin tərkibinə "Abşeron" İstehsalat Bölümü, "Qaradağ" İstehsalat Bölümü, "İxrac" İstehsalat Bölümü, "Dübəndi" İstehsalat Bölümü daxildir. 31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ölkədaxili neft kəməri şəbəkəsinin ümumi uzunluğu 624.6 km olmuşdur. 2015-ci ildə SOCAR daxili boru kəməri şəbəkəsi vasitəsilə ümumilikdə 8.2 milyon ton xam neft nəql etmişdir.

SOCAR, həmçinin, beynəlxalq əməliyyat şirkətləri ilə bir sıra birgə müəssisələrə daxil olmuş və Şimal İxrac Boru Kəməri Marşrutu (Bakı-Novorossiysk), BTC Boru Kəməri və Qərb İxrac Boru Kəməri Marşrutu (Bakı-Supsa) layihələrində (aşağıda qeyd olunduğu kimi) iştirak payına malikdir.

SOCAR-ın dənizdə və qurudakı yataqlarından hasil olunan xam neft (AÇG yataqları və Şahdəniz yatağı istisna olmaqla) Dübəndi neft anbarında saxlanılır və emal zavodunun yaxınlığında yerləşən böyük anbar terminalı olan Böyük Sahil Terminalına nəql olunur. Bu terminaldan xam neft ya emal olunur, ya da Şimal İxrac Boru Kəməri Marşrutu vasitəsilə ixrac edilmək üçün nəql olunur. AÇG yataqlarından hasil olunan xam neft Səngəçal Terminalında saxlanılır və buradan BTC Boru Kəməri, Qərb İxrac Boru Kəməri Marşrutu, Şimal İxrac Boru Kəməri Marşrutu və Bakı-Batumi dəmir yolu marşrutu ilə ixrac olunur.




Aşağıdakı cədvəldə qeyd olunan dövrlər ərzində daşınan neftin həcmi ilə bağlı məlumatlar öz əksini tapmışdır:Daşınma aktivi (milyon ton)

2015

Daxili Boru Kəmərləri

8.16

Bakı-Novorossiysk (Şimal İxrac Boru Kəməri Marşrutu)

1.78

Bakı-Supsa (Qərb İxrac Boru Kəməri Marşrutu)

4.22

Bakı-Tbilisi-Ceyhan (BTC Boru Kəməri)

29.26



BTC Boru Kəməri


2002-ci ildə yaradılmış Azerbaijan (BTC) Limited ("AzBTC") MMC SOCAR-ın tam mülkiyyətindədir və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində ikinci böyük səhmdardır. AzBTC Şirkəti BTC Boru Kəmərinin tikintisi və istismarı üçün məsul olan 11 iri beynəlxalq neft şirkətlərindən ibarət boru kəməri konsorsiumu olan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətində 25% paya malikdir. BP Şirkəti hazırda Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti adından boru kəmərini istismar edir.

2015-ci ildə Azərbaycanda hasil olunan 18.1 milyon ton neft və kondensat SOCAR tərəfindən BTC Boru Kəməri ilə nəql olunmuşdur ki, bu da ölkədə hasil olunan neft və kondensatın 43.5%-ini təşkil etmişdir. BTC Boru Kəməri ildə 60 mln ton xam neft ötürücülük gücünə malikdir. Ümumi uzunluğu 1768 km olan BTC kəmərinin 443 km-i Azərbaycandan keçir.

AÇG yataqlarından hasil olunan xam neft BTC Boru Kəməri ilə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalına nəql edilir. BTC Boru Kəməri Rusiya ərazisindən keçmədən Mərkəzi Asiya ölkələrindən Qara dənizə alternativ boru kəmərləri marşrutu təmin edir. AÇG HPBS-i imzalayan tərəflər BTC Boru Kəmərindən müstəsna istifadə hüququna malikdir.

Boru kəməri vasitəsilə ilk neft Ceyhan terminalına 2006-cı ilin may ayında çatdı. Bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayında yola salındı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunurdu.



Şimal İxrac Boru Kəməri Marşrutu (Bakı-Novorossiysk)


Şimal İxrac Boru Kəməri Marşrutu (“ŞİBK”) iki hissədən ibarətdir və Bakıda Səngəçal terminalından Rusiyanın Novorossiysk Qara Dəniz Limanına qədər uzanır. Boru kəmərinin Azərbaycan hissəsi SOCAR tərəfindən, kəmərin Rusiya hissəsi Transneft tərəfindən idarə olunur. 2015 ildə Azərbaycanda hasil olunan 1.18 milyon ton neft və kondensatı ŞİBK ilə nəql olunaraq ölkədə hasil olunan neft və kondensatın 2.8%-ini təşkil etmişdir. ŞİBK ildə 9 milyon barel ötürücülük gücünə malikdir. Ümumi uzunluğu 1,330 km olan ŞİBK kəmərinin 231 km-i Azərbaycandan keçir.

Boru kəməri vasitəsilə ilk neft Novorossiysk terminalına 1997-ci ilin oktyabr ayında çatdı. Bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 1998-ci ilin mart ayında yola salındı. Kəmərin doldurulması üçün təxminən 0.49 milyon barel neft tələb olunur.




Qərb İxrac Boru Kəməri


AÇG HPBS-ə müvafiq olaraq fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən bərpa edilən Qərb İxrac Boru Kəməri (QİBK) Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Xam neft oradan tankerlərə yüklənərək Avropa bazarlarına yola salınır. ABƏŞ QİBK kəmərini SOCAR-ın adından idarə edir. 2015-ci ildə Azərbaycanda hasil olunan 2.8 milyon ton neft və kondensat SOCAR tərəfindən QİBK ilə nəql olunmuşdur ki, bu da ölkədə hasil olunan neft və kondensatın 6.73 %-ni təşkil etmişdir. QİBK ildə 6 milyon barel ötürücülük gücünə və 833 km ümumi uzunluğa malikdir.

      • Qazın nəql edilməsi və saxlanılması




Ümumi məlumat

Qaz İxrac İdarəsi SOCAR tərəfindən hasil edilən təbii qazı ixrac edir. Şirkətin Şahdəniz yatağındakı payı Şahdəniz HPBS tərəfləri ilə birgə satılır. Şirkətin daxili qaz boru kəməri şəbəkəsinin uzunluğu təxmini 3500 km və 2015-ci ildə bu kəmərlərlə 14.1 mlrd. m³ qaz nəql edilmişdir. Daxili qaz boru kəmərləri vasitəsilə SOCAR AzACG (AÇG HPBS uyğun olaraq, hasil olunan səmt qazı pulsuz olaraq SOCAR-a təhvil verilir), Şahdəniz və digər şirkətlər tərəfindən hasil olunan qazı nəql edir.

Daxili boru kəməri sistemi, əsasən, Sovet dövründə tikilmiş və təxminən 25-30 il ömrü var. Boru kəmərlərinin hər il yoxlanılır və lazımi şəkildə təmir edilir. SOCAR həmçinin, beynəlxalq əməliyyat şirkətləri ilə bir sıra birgə müəssisələrə daxil olmuş və SOCAR tərəfindən istehsal olunan qazın xarici bazarlara ixrac edilməsinə imkan verən CQBK və Qaz Boru Kəməri (Bakı-Mozdok) layihəsində iştirak payına malikdir.

Cənubi Qafqaz Boru Kəməri


Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) bütövlüklə CQBK-nin tikintisinə və istismar əməliyyatlarına cavabdeh olan birgə müəssisə şirkətidir. Bu, 7 səhmdarın yaratdığı və ən iri səhmdarlar olan BP ilə Statoylun əməliyyatçılıq etdiyi şirkətdir. SOCAR-ın tam mülkiyyətində olan Azərbaycan Cənubi Qafqaz Boru Kəməri Ltd törəmə müəssisəsi vasitəsilə CQBK-də 10% səhmə malikdir. 2015-ci ildə CQBK ilə 6.8 mlrd. m³ qaz nəql olunaraq ölkədə hasil olunan təbii qazın 23.5 %-ni təşkil etmişdir Kəmər ilə ilk qaz həcmlərinin çatdırılmasına 2006-cı ilin sentyabr ayında başlandı. 30 iyun 2011-ci ilə əsasən, CQBK-nin uzunluğu 692 km-dir, bunun 443 kilometri isə Azərbaycan ərazisindədir. Boru kəmərinin diametri 42 düymdür. Boru kəməri yeddi milyard kub metrədək qazın nəql etmək gücünə malikdir.


Qaz (Bakı-Mozdok) Boru Kəməri


14 oktyabr 2009-cu ildə SOCAR və Qazprom ASC arasında imzalanmış alqı-satqı sazişi Bakı və Mozdok arasında çəkilmiş qaz kəməri (“Qaz Boru Kəməri”) vasitəsilə Rusiyaya Azərbaycan qazının tədarük edilməsini nəzərdə tutur. 2014-cü ilə qədər Rusiyaya bu kəmər vasitəsi ilə qaz nəql olunmuşdur. 2015-ci ildə isə kəmərin yalnız ölkədaxili hissəsindən istifadə edərək Azərbaycanın müxtəlif rayonlarına qaz nəql olunmuşdur. Belə ki, 2015-ci ildə Qaz Boru Kəməri ilə 1.5 mlrd. m³ qaz nəql olunmuşur.

Xəzər dənizindəki Şahdəniz yatağından hasil olunan qaz Qaz kəməri vasitəsilə cənubi Rusiyada yerləşən Mozdoka nəql olunur. Kəmər ilə ilk qaz həcmlərinin çatdırılmasına 2010-cu ilin yanvar ayının 1-də başlandı. Qaz kəmərinin uzunluğu 680 km-dir, bunun 200 kilometri isə Azərbaycan ərazisindədir. Qaz kəmərinin diametri 42 düymdür və illik 13 milyard kub metr qaz nəql etmək gücünə malikdir



Qaz nəqli tarifləri


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 Sentyabr 2005-ci il tarixli № 178 qərarına əsasən, ölkə daxilində təbii qaz nəqli üçün SOCAR-ın tarifləri Tarif Şurası tərəfindən tənzimlənir. Tariflər Komitəsi ölkədaxili qaz daşınmasında boru kəmərinin 100 km-dən çox hissəsi üçün təbii qazın hər min kubmetrinin nəqli ƏDV daxil olmaqla, 2 AZN məbləğində müəyyən etmişdir.

  • Emal, Marketinq və Satış




Ümumi Məlumat

SOCAR, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və SOCAR Trading vasitəsilə satış fəaliyyətini həyata keçirir. Neft hasilatının böyük bir hissəsi SOCAR-ın tam mülkiyyətində olan və SOCAR tərəfindən idarə olunan Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna emal üçün nəql edilir. Emal olunan neft məhsulları ilkin olaraq daxili tələbatı ödəmək üçün sərf edilir, qalan hissəsi isə ixrac edilir. Aşağıdakı cədvəllərdə göstərilən dövrlər üçün SOCAR tərəfindən ölkə daxilində satılmış və ixrac edilmiş xam neft, neft məhsulları və təbii qaz məbləğləri ilə bağlı irəli məlumat qeyd olunmuşdur:




1 yanvar – 31 dekabr 2015

Ölkədaxili

İxrac




(%)




(%)

Xam neft

(Min tonlarla ifadə olumuşdur. Şirkət ölkə daxilində xam neft satışını həyata keçirmir. Şirkət Azərbaycanda xam nefti emal zavodları ilə tollinq razılaşması əsasında emal edir.)


1,626

100 %

0

-


Neft məhsulları

(Min tonlarla ifadə olumuşdur)



3,875

64 %

2,211

36 %

Təbii qaz

(Milyon kub metrlə ifadə olumuşdur)



9,646

88 %

1,358

12 %


Xam Neftin Satışı


SOCAR 2015-ci ildə 22,1 milyon ton xam neft ixrac etmişdir ki, bunun da 18,6 milyon tonu dövlətə məxsusdur. SOCAR tərəfindən hasil olunan neftin satışı tenderlər və uzun müddətli müqavilələr vasitəsilə Supsa (Gürcüstan), Batumi (Gürcüstan), Ceyhan (Türkiyə) və Novorossiysk Limanından (Rusiyanın Qara dəniz Limanı) həyata keçirilir. SOCAR satış fəaliyyətini Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və SOCAR Trading vasitəsilə həyata keçirir.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Azərbaycanda daxili bazarda geniş istehlakçı kütləsinə xam neft və neft məhsullarının satışını idarə edir. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, həmçinin, ilk növbədə SOCAR-ın ixrac məhsullarının beynəlxalq satışına cavabdehdir. Bundan əlavə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi quruda HPBS üzrə Dövlətinpayına düşən neftin satışını və neft dənizdə fəaliyyət göstərən HPBS-lər üzrə Dövlətin və SOCAR-ın neft payına düşən neftin satışı üzrə bir orqan kimi fəaliyyət göstərir.



  • Emal zavodu




Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) illik layihə emalı gücü 6.0 milyon ton xam neft olmasına baxmayaraq, illik faktiki emal həcmi 4.4 milyon ton xam neft, və ya sutkada 120,000 barel neft təşkil edir. 2015-cu ildə BNEZ tərəfindən 6.478 milyon ton xam neft emal edilmiş, bundan da 6.057 milyon ton emal məhsulu təşkil etmişdir; bu həcm daxili tələbatın təmin olunmasına və təxminən 2.2 milyon ton məhsulunun Gürcüstan və Türkiyəyə ixrac edilməsi üçün imkan yaratmışdır. Bu zavodda həmçinin, reaktiv yanacaq istehsal edilir.

Aşağıdakı cədvəldə 2015-ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal edilmiş məhsul qarışığının və emal olunmuş neft məhsullarının həcmləri qeyd edilir:





2015 ( min ton)

Xam Neft

6,478

Avtomobil benzini A-92

1,224

Reaktiv mühərrik yanacağı

688

Hidrotəmizlənmiş benzin

195

Dizel

2,053

Soba mazutu

313

Mühərrik yanacağı DT

64

Neft Bitumu

172

Neft koksu

254

Sürtkü yağları

25

Maye qaz

158

Təmizlənmiş quru qaz

65

Digər neft məhsulları

846

Cəmi neft məhsulları

6,057


  • Pərakəndə Stansiya Şəbəkəsi


SOCAR Azərbaycan, Gürcüstan, Ruminya, İsveçrə və Ukraynada fəaliyyət göstərən və genişlənən yanacaqdoldurma stansiyası şəbəkəsinə malikdir.

SOCAR Azərbaycanın yerli neft məhsulları bazarında 2008-ci ildə təsis etdiyi “SOCAR Petroleum” vasitəsi ilə fəaliyyət göstərir. Hal-hazırda SOCAR Azərbaycan ərazisində 11 neft bazası və 19 yanacaqdoldurma məntəqəsi (YDM) ilə fəaliyyət göstərir. SOCAR Petroleum QSC tərəfindən 2015-ci ildə neft məhsullarının satışından 873,067 min AZN, sair xidmətlərdən 258 min AZN olmaqla cəmi 873,325 min AZN əldə edilmişdir. SOCAR Petroleum QSC tərəfindən 2015-ci il ərzində neft bazaları vasitəsilə 1,279,840.3 ton və yanacaqdoldurma məntəqələri vasitəsilə 141,717.5 min litr neft məhsulları satılmışdır.

Gürcüstanda fəaliyyət göstərən “SOCAR Energy Georgia” MMC də, SOCAR-ı uğurla təmsil edir. Gürcüstanın onlarla qazpaylayıcı şəbəkəsi “SOCAR Energy Georgia” MMC tərəfindən idarə olunur. Bununla yanaşı, SOCAR Energy Georgia şirkəti Gürcüstanın neft məhsullarının pərakəndə satışları bazarında da səmərəli fəaliyyət göstərir. Müəssisə tərəfindən Gürcüstanda ümumilikdə 115-dən artıq yanacaqdoldurma məntəqəsi istismara verilmişdir.

SOCAR Ruminyada təsis etdiyi SOCAR Petroluem SA şirkəti vasitəsilə investisiya yatırmağa davam edir. 2015-ci ildə Ruminyaya yatırılan investisiyanın həcmi 6.4 mln USD həcmində olmuşdur. Ötən il ərzində SOCAR Petroleum SA-nın satış həcmi 144,884 ton olmuşdur ki, bundan da 93,292 tonu topdan, 51,592 ton pərakəndə satışın payına düşür. Hal-hazırda SOCAR Petroleum SA 27 YDM və 7 isə YDM və QDM birlikdə fəaliyyət göstərməkdədir.

SOCAR Avropadakı kommersiya fəaliyyətinin genişləndirilməsi istiqamətində daha bir uğura imza ataraq, 2011-ci ilin noyabrında "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı ilə bağlı "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti ilə saziş imzalamışdır. 2015-ci il ərzində şirkət 3 yeni YDM istifadəyə vermiş və 1 YDM-nin rebrending işlərini tamamlamışdır. Bununla da, İsveçrədə SOCAR-A məxsus bütün YDM-ləri rebrending olunmuşdur. Hal-hazırda İsveçrədə SOCAR-a məxsus 150-dən artıq YDM fəaliyyət göstərir.

SOCAR Ukraynada da fəaliyyətlərini uğurla davam etdirmişdir. İl ərzində 126 min ton topdan, 99 mln litr isə pərakəndə satılmışdır. 2015-ci il ərzində şirkət 8 yeni YDM istifadəyə vermiş və 1 YDM-nin rebrending işlərini tamamlamışdır. Hazırda 58-dən artıq YDM SOCAR brendi altında fəaliyyət göstərir Məlum olduğu kimi, 21 dekabr 2013-cü il tarixində Yunanıstan Qaz Paylayıcı Sistemi şirkətində 66% səhmlərinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elən edilmiş beynəlxalq tenderin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmuşdur. Hal-hazırda Avropa İttifaqının (həmçinin Yunanıstanın Enerji Tənzimləyici Komitəsinin) qanunlarının tələblərinə cavab verən müvafiq sertifikatlaşdırma qərarının və Avropa İttifaqının Anti-inhisar komissiyasının müsbət qərarının əldə olunması üzrə işlər davam etdirilir. Hal-hazırda prosesin ikinci mərhələsində SOCAR tərəfindən 66%

payın müəyyən hissəsinin Avropalı potensial alıcılara satılması üçün proses gedir. Prosesin 2016-ci ilin senyabr ayında tamamlanması nəzərdə tutulur.

  • Azərikimya İB


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2010-cu ilin aprelində Azərikimya ASC Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə verilmiş və bunun nəticəsində Azərikimya İstehsalat Birliyinə çevrilmişdir. Azərikimya İB Azərbaycanda neft-kimya məhsullarının istehsalı ilə məşğul olur və üç istehsalat birliyinə malikdir – Etilen-Polietilen zavodu, Səthi Aktiv Maddələr zavodu, Üzvi Sintez zavodu. Azərkimya İB-nin istehsal fəaliyyətinə yüksək sıxlıqlı polietilen, saflaşdırılmış izopropil, propilen, ağır qətran, propilen oksidi, kaustik soda və xlorid turşusu istehsalı daxildir.

  • SOCAR Polimer


SOCAR Polimer layihəsi Azərbaycanın neft-kimya sənayesində dövlət və özəl sektorun birgə iştirakı ilə “layihə maliyyələşməsi” prinsipi əsasında həyata keçirilən ilk layihədir və bu layihə çərçivəsində ildə 180 min ton polipropilen və 120 min ton polietilen istehsal gücündə Polipropilen və Polietilen (HDPE) zavodlarının inşası nəzərdə tutulur.

Ümumi kapital dəyərinin aşağı salınması və səhmdarlara düşən yükün azaldılması üçün investisiya xərclərinin 60%-nin borc hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün müxtəlif maliyyə institutları ilə danışıqlar aparılmışdır və Qazprombank ilə 16 iyun 2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi ümumilikdə 489 mln. ABŞ dollarına qədər uzunmüddətli (10 il) borcun əldə edilməsinə imkan verir. Kreditin iki tranş üzrə götürülməsi nəzərdə tutulmuşdur ki, bu da faiz xərclərini azaltmağa və vəsaitləri Polipropilen (Tranş 1) və Yüksək Sıxlıqlı Polietilen (Tranş



  1. qurğularının tikinti qrafikinə uyğunlaşdırmağa imkan verəcəkdir. Əsas məbləğin geri ödənilməsi üçün 3 il güzəşt müddəti tətbiq olunmuşdur ki, bu da tikinti müddətini tamamilə əhatə edir. Bu müqavilə çərçivəsində tranşlar üzrə borcun layihə qrafikinə uyğun olaraq alınmasına başlanılmışdır.

Hal-hazırda SOCAR Polimer MMC-nin nizamnamə kapitalı 101 milyon AZN təşkil edir. 2015-ci ilin aprel ayının 3-də Polipropilen qurğusu və ümumi təsərrüfat bloku, 2015-ci ilin dekabr ayının 22-ində isə Yüksək Sıxlıqlı Polietilen qurğusu üzrə Layihənin Baş Podratçısı olan Tecnimont şirkəti ilə sabit qiymətli Mühəndislik, Satınalma və Tikinti müqaviləsi imzalanmışdır. Qurğuların tikilməsi üçün nəzərdə tutulmuş ərazinin hazırlanması işləri yekunlaşmış və Baş Podratçıya təhvil verilmişdir. Ərazidə artıq tikinti işlərinə başlanılmışdır.

    • Karbamid(gübrə) zavodu


Müasir beynəlxalq standartlara uyğun, gündəlik 2000 ton azot gübrəsi-karbamid istehsal edəcək dəyəri 1 mlrd. avroya qədər olan SOCAR-ın Karbamid zavodu layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan

Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.

Təməli 2011-ci ildə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən qoyulan Karbamid Zavodunun tikintisinin həyata keçirilməsi məqsədilə 13 mart 2013-cü il tarixində SOCAR və Samsung Engineering Co., Ltd. şirkəti arasında Mühəndislik, Satınalma və Tikinti üzrə Müqavilə imzalanmışdır. Sumqayıt şəhərində yerləşəcək zavodun tikintisinin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur. Zavod ammonyak istehsalı, karbamid mayesi istehsalı və dənəvər karbamid məhsulu istehsalı bölmələrindən ibarət olacaq və əsas xammal kimi təbii qazdan istifadə ediləcəkdir.

Bu layihənin həyata keçirilməsi ilə SOCAR ölkə iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatının inkişafına mühüm dəstək verəcəkdir. Eyni zamanda, zavodda istehsal olunacaq karbamid məhsulunun daxili tələbatı tam ödəməsi və məhsulun qalan hissəsinin dəmir yolu və Qara dəniz vasitəsi ilə dünya bazarına çıxarılması planlaşdırılır.



    • Petkim




Ümumi məlumat

Petkim Türkiyə hökumətinin tərəfindən 3 aprel 1965-ci ildə yaradılmış və Türkiyə yeganə neft-kimya istehsalçısıdır. 2008-ci ildə SOCAR Petkim obyektlərinin sahibi olan Petkim Petrokimya Holding A.Ş.- də səhm nəzarət paketini (51%) əldə edir.

Petkim 1.9 milyon ton ümumi əsas istehsal gücü ilə əsas və yarımfabrikat neft-kimya xammalı istehsal edir. Petkim kompleksi aşağı sıxlıqlı polietilen zavodu, polipropilen zavodu, ətirli karbohidrogenlərin istehsalı üzrə zavod, etilen zavodu, vinil xlorid monomer və polivinil xlorid zavodu, xüsusi tullantı suları zavodu, enerji istehsalı sexi, xüsusi port və 150 milyon kub metr saxlama həcminə malik Güzzel Hisar anbarı daxil olmaqla, 14 böyük neft-kimya zavoduna malikdir.

STAR Layihəsi


SOCAR “Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 milyon ton neft təşkil edən neft emalı zavodunun inşasınına başlamışdır. 2011-ci ilin oktyabrında Azərbaycan Respublikasının Preidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə layihənin tikinti-hazrlıq mərhələsinin təməli qoyulmuşdur. Zavod ildə 10 milyon ton xam neft (sutkada 214,000 barel neft) emalı gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Naftanın Petkim üçün karbohidrogen xammalı kimi istifadə üçün, dizel və reaktiv yanacağın isə daxili Türkiyə bazarını təchiz edəcəyi nəzərdə tutulub.

Zavodun qurulmasında əsas məqsəd Petkimin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olan digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ildə işə düşməsi planlaşdırılır. Yeni zavod üçün ilkin layihə smeta dəyəri 5.6 milyard ABŞ dollar təşkil edir. 2014-cü ili May ayında 23

beynəlxalq, eləcə də Türk bankları ilə $3.29 milyard kredit müqavilələri imzalanmışdır: bu kreditlərin

$2.7 milyardı 18 il, $600 milyonu isə 15 il müddətinə imzalanmışdır.




Gəmiqayırma


2010-cu ildə Şirkət Bakı yaxınlığında gəmiqayırma və gəmi təmiri zavodunun tikilməsi və fəaliyyət göstərməsi məqsədi ilə Sinqapurun Keppel Group şirkəti və dövlət müəssisəi olan Azərbaycan İnvestisiya Şirkəti ilə birgə müqavilə imzalamışdır. 2011-ci ildə inşasına başlanılan Gəmiqayırma zavodu 2013-cü ildə istismara verilmişdir. Gəmiqayırma zavodunun neft və qaz sənayesi üçün neft tankerləri və xidmət gəmiləri də daxil olmaqla müxtəlif növ gəmilər istehsal edir.

    • Cənub Qaz dəhlizi


Cənub Qaz Dəhlizi layihəsi regionun ən aktual layihələrindən biridir. Şahdəniz 2 layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırlacaqdır. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcəkdir. Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

Şahdəniz – 2 layihəsi


ŞD2 layihəsi 1-ci mərhələdən illik hasil edilən təxminən 9-10 milyard m3 qazın həcminə 16 milyard m3 qaz və 1-ci mərhələdən gündəlik hasil edilən 45,000 barel kondensata 105,000 barel kondensat əlavə edəcəkdir.Hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal terminalına və daha sonra CQBK vasitəsilə Türkiyəyə çatdırılacaqdır. ŞD2-dən hasil ediləcək qaz Türkiyə Respublikasına və Avropa istehlakçılarına təchiz ediləcəkdir. Yekun İnvestisiya Qərarı (FID – Final Investment Decision) 17 dekabr 2013-cü il tarixində verilmişdir.

2014-2020-ci illər üzrə ŞD2-nin ümumi kapital xərcləri inflyasiya nəzərə alınmaqla 23.4 milyard ABŞ dolları təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 5.4 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə 16.67% pay(6.67% CQD, 10% isə SOCAR

– 2023-cü ildə SOCAR-ın 10% payı CQD-nə keçəcəkdir) üzrə maliyyələşdirmə, Statoil-dən 6.67% payın alınma qiyməti və 10% payın alınması üzrə ilkin qiymət daxildir. 2013-cü ilin sentyabr ayında 9 Avropa şirkəti ilə Qaz Satışı üzrə Sazişlər imzalanmışdır:

Axpo (İsveçrə) − illik 1.43 milyard m3, Enel (İtaliya) – illik 0.48 milyard m3, E.ON (Almaniya) − illik

1.45 milyard m3, Gas Natural (İspaniya) − illik 0.99 milyard m3, GDF (Fransa) − illik 2.64 milyard m3, HERA (İtaliya) − illik 0.30 milyard m3, Shell (İngiltərə/Niderland) − illik 0.95 milyard m3, Bulgargaz (Bolqarıstan) − illik 0.95 milyard m3, DEPA (Yunanıstan) − illik 1 milyard m3.

Layihələr üzrə işlər təsdiqlənmiş qrafik üzrə aparılır. Şahdəniz – 2 layihəsi üzrə işlər qrafikdən irəli olaraq ümumi işlərin 70%-ə yaxını yerinə yetirilmişdir.




CQBK sisteminin genişləndirilməsi (CQBKG)


CQBKG Şahdəniz yatağının tammiqyaslı işlənməsinin əsas tərkib hissəsidir. Genişləndirmə Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düym diametr ölçüsündə olan boru kəmərinin və həmçinin Gürcüstan ərazisində 2 ədəd yeni kompressor stansiyalarının inşasını əhatə edir.Yeni borunun uzunluğu:

  • Azərbaycan ərazisində – 424 km;

  • Gürcüstan ərazisində – 61 km;

  • TANAP ara bağlantısında – 2 km;

Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m3 artırılaraq ümumi

23.4 milyard m3 səviyyəsinə çatdırılacaq və beləliklə ümumi qaz nəqli həcmi 3 dəfə artacaqdır. Boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP sisteminə qoşulacaqdır ki, bu da təbii qazın Türkiyə vasitəsilə Avropaya çatdırılmasına xidmət edəcəkdir.

Layihənin 2016-cı ilin əvvəlinə olan inkişafını nəzərə alaraq 2014-2020-ci illər üzrə kapital xərclərin inflyasiya nəzərə alınmaqla 4.9 milyard ABŞ dolları olacağı gözlənilir (CQBKG layihəsinin 17 dekabr 2013-cü il tarixində olan Yekun İnvestisiya Qərarı zamanı təsdiqlənmiş büdcəsi 5.3 milyard ABŞ dolları təşkil etmişdir); 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla təxminən 1.1 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə 6.67% pay üzrə alqı-satqı qiyməti, 10% payın alınması üzrə ilkin qiymət, 6.67% pay üzrə maliyyələşdirmə və 10% pay üzrə genişləndirmə xərcləri daxildir.

CQBK-nin genişləndirilməsi üzrə 50%-də artıq hissəsi yerinə yetirilmişdir.



Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrdə hazirki pay bölgüsü: BP – 28.8%, SOCAR (SGC Upstream ilə birlikdə) – 16.67%, TPAO – 19%, Petronas – 15.5%, Lukoil – 10% NİCO – 10%.

Trans-Anadolu Boru Kəməri


Azərbaycan və Türkiyə Respublikaları arasında “Anlaşma Memorandumu” 24 dekabr 2011-ci il tarixində imzalanmışdır. Azərbaycan və Türkiyə Respublikaları arasında “HGA – Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmışdır və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur. TANAP-ın inşaatı Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir.

  • Borunun uzunluğu: 1,802 km;

  • Borunun Diametri:

  • Gürcüstan/Türkiyə sərhədi – Eskişehir (1,334 km) – 56 düym

  • Eskişehir-Türkiyə/Yunanıstan sərhədi (450 km) – 48 düym

  • Çanaqqala Boğazı (18 km) – 2 x 36 düym;

  • Borunun fəaliyyətə keçmə tarixi: 2018-ci il;

  • İlkin daşıma qabiliyyəti: illik 16 milyard m3 (illik 31 milyard m3-ə kimi artırıla bilər);

Gürcüstan-Türkiyə sərhədində CQBK sisteminə birləşərək başlayan TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaqdır ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcəkdir.TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9.2 milyard ABŞ dolları təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6.1 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir. Layihənin ümumi inkişafı 2016-cı ilin yanvar ayının sonuna 18% təşkil etmişdir.

Hazırki pay bölgüsü: SOCAR-58%; BOTAŞ-30%; BP-12%.




Trans-Adriatik Boru Kəməri

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır.Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir.TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan Respublikaları arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır;



  • Borunun uzunluğu: 878 km;

  • Yunanıstan – 550 km;

  • Albaniya – 215 km;

  • Adriatik dənizi – 105 km;

  • İtaliya – 8 km;

  • Borunun diametri: 48 düym (sualtı – 36 düym);

  • Borunun fəaliyyətə başlama tarixi: 2020-ci ilin yanvar ayı;

  • İlkin daşıma qabiliyyəti: illik 10 milyard m3 (illik 20 milyard m3-ə kimi artırıla bilər).

2016-ci ilin qiymətləri ilə ümumi kapital xərcləri 5.8 milyard ABŞ dolları təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 1.2 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə 20% pay üzrə alqı-satqı qiyməti və 20% payın maliyyələşdirməsi daxildir.

Layihə üzrə hazırki pay bölgüsü: SGC – 20%, BP – 20%, Snam S.p.A. – 20%, Fluxys – 19%, Enagás – 16% və Axpo – 5%.

17 mart tarixində Cənub Qaz Dəhlizi QSC tərəfindən 1 milyard ABŞ dolları məbləğində 10 illik, kupon faizi 6.875% olaraq, dövlət zəmanətli avrobond istiqrazları emissiya edilmişdir.


Hal-hazırda SOCAR tərəfindən bazara yeni məhsul və xidmətlər təklif olunmur.

  • Emitentin rəqabət apardığı əsas bazarların təsviri;


Emitent əsasən Azərbaycan bazarında və qismən də Azərbaycandan kənar bazarlarda fəaliyyət aparır. Azərbaycan bazarın da SOCAR yeganə neft-qaz Şirkəti olduğu üçün, təbii monopoliya statusuna malikdir. Gürcüstanın neft məhsulları bazarında SOCAR mühüm mövqe tutur. Digər ölkələrdə isə SOCAR-ın bazarlardakı payı nisbətən aşağıdır.


- Azneft İstehsalat Birliyi,

- İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

- Azəriqaz İstehsalat Birliyi

- Neftqaztikinti tresti

- Azərikimya İstehsalat Birliyi

- Kompleks qazma işləri tresti

- Geofizika və Geologiya İdarəsi

- Neftqazelmitədqiqatlayihə İnstitutu

- Neft Kəmərləri İdarəsi

- Azərbaycan Neft Təsərrüfatı jurnalı

- Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

- Əmək şəraiti normalarının işlənməsi İdarəsi

- Sərmayələr İdarəsi

- Təlim, Tədris Sertifikatlaşdırma İdarəsi

- Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu

- Karbamid Zavodu

- Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu

- Bakı Ali Neft Məktəbi

- Qaz Emalı Zavodu

- Neft-qaz Emalı və Neft-kimya Kompleksi

- Sosial İnkişaf İdarəsi

-

Təhlükəsizlik İdarəsi



-

-

- Ekologiya İdarəsi



Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi

Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi

- Nəqliyyat İdarəsi

- Qaz İxrac İdarəsi

SOCAR-ın Azərbaycan Respublikasının ərazisində yerləşən idarə və müəssisələrinin tam adları:


  • Emitentin rəqabət mövqeyinə dair bəyanatı olduğu halda onun əsaslandırması.

Emitentin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmişdir və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarət olaraq müəyyən edilmişdir.



  1. Yüklə 499,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə