Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların



Yüklə 499,24 Kb.
səhifə9/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
1   2   3   4   5   6   7   8   9

Təklifin şərtləri




    • Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri;


SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında fond birjasında həyata keçiriləcək.

Abunə yazılışının başlanma tarixi: 20 Sentyabr 2016-cı il

Abunə yazılışının başa çatma vaxtı: 10 Oktyabr 2016-cı il

İstiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi: 13-14 Oktyabr 2016-cı il tarixlərində

SOCAR istiqrazlarına Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini abunə yazılmış şəxslərin nömrəsinə qısa mesaj (SMS) vasitəsilə bildiriş göndərəcək.



    • Təklifin qüvvədə olduğu müddət ərzində prospektə düzəlişlərin edilə biləcəyi müddət və düzəlişlərin edilməsi qaydası;


Emissiya prospektində dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün ərizə (həmin dəyişikliklərin qəbul edilməsi barədə qərar, dəyişikliklərin mətni və əsaslandırılma əlavə edilməklə) müvafiq qərarın qəbul edildiyi gündən beş iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına təqdim ediləcək. Emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən beş iş günü ərzində “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə açıqlanır və açıqlandığı tarixdən on beş iş günü bitdikdən sonra qüvvəyə minir.

Emissiya prospektində edilmiş dəyişikliklərin açıqlanmasından əvvəl investisiya qiymətli kağızlarının alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən yeddi iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər.



    • Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı;


Təklif “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 9-cu maddəsinə əsasən dayandırıla bilər.
    • İstiqrazlara abunə yazılışı keçirildikdə aşağıdakı məlumat: İstiqrazlara abunə yazılışının qaydası;


SOCAR istiqrazlarına abunə yazılışı investorlar tərəfindən sifarişin anderrayterə təqdim etməklə həyata keçirilir. Abunə yazılışı üçün sifariş investor tərəfindən imzalanmalıdır. Hüquqi şəxslərin təqdim etdikləri sifariş onların səlahiyyətli şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir. Sifariş anderraytera təqdim edilərkən onun üzərində anderrayterin səlahiyyətli şəxsi tərəfindən sifarişin qəbul edildiyi tarix, vaxt, qeydiyyat nömrəsi, sifarişi qəbul edən şəxsin adı, soyadı qeyd edilir və anderrayter tərəfindən uçota alınır.

SOCAR istiqrazlarına abunə yazılışı üçün Anderrayter və anderrayterlə müvafiq xidmət üzrə müqavilə bağlamış İnvestisiya Şirkətlərindən, bu investisiya şirkətləri ilə əməkdaşlıq edəcək ASAN xidmət mərkəzlərindən və agentlik müqaviləsi əsasında xidmət göstərəcək banklardan sifariş vermək mümkün olacaqdır.

Ətraflı məlumat üçün 108 əlaqə nömrəsinə və www.socaristiqraz.az saytına müraciət etməyiniz xahiş olunur.

BFB-də istiqrazların yerləşdirilməsindən əvvəl toplanmış abunə yazılışı sifarişləri Anderrayter tərəfində investorlar arasında bölüşdürülür. Anderrayter tərəfindən SOCAR istiqrazları üçün ayrılmış emissiya məbləğinin (təklif), abunə yazılmış sifarişçilər arasında bölünməsi aşağıdakı qaydalara uyğun həyata keçiriləcək.

Sifarişçilər fiziki və ya hüquqi şəxslər olmaqla iki qrupa bölünür. Sifarişin verilmə tarixi və vaxtı nəzərə alınır.

Bölgü zamanı tələblərin dəyəri nəzərə alınaraq: dəyəri 100 000-dək (100 nominal) olan hissəsi adi tələb, dəyəri 100 000-dən (100 nominal) çox olan hissəsi isə yüksək tələb kimi qiymətləndirilir.

Sifarişçilərin tələblərinin ədalətli qarşılanması üçün bölgü iki üsulla aparılır:


  • adi tələblər üçün istiqrazların bir-bir bölüşdürülməsi şərti ilə;

  • yüksək tələblər üçün istiqrazların mütənasib (proporsional) bölüşdürülməsi şərti ilə;

Bölgü aşağıdakı dörd ardıcıl addımla aparılır.


Bölgü emissiya məbləği tələbləri ödəyə bilmədiyi addımda dayandırılır və sonrakı addımlara ehtiyac qalmır:


  1. Fiziki şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir- bir ödənilməklə;

  2. Hüquqi şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir- bir ödənilməklə;

  3. Fiziki və hüquqi şəxslərin (heç bir fərq qoyulmadan) yüksək tələbləri - əvvəlki addımlardan sonra qalmış bölüşdürülməmiş emissiya məbləğinin , cəmi ödənilməmiş tələblərin dəyərinə olan nisbətindən alınmış əmsalın- hər bir sifarişçinin ödənilməmiş tələblərin dəyərinə vurulmasından alınan məbləğin aşağıya yuvarlaqlaşdırılmış tam hissəsini ödəməklə;

  4. Fiziki və hüquqi şəxslərin yüksək tələblərinin 3-cü addımdakı yuvarlaqlaşdırma qalığı, sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;



Abunə yazılışı zamanı sifarişlərin geri çağırılması və abunəçilər tərəfindən ödənmiş artıq məbləğin geri qaytarılması qaydası və müddəti;


İnvestorlar abunə yazılışı üçün sifarişləri imzaladıqdan sonra onların geri çağırılmasını tələb edə bilməzlər. Yalnız Emissiya prospektində edilmiş dəyişikliklərin açıqlanmasından əvvəl İstiqrazların alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən 7 (yeddi) iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər.

Köçürmə əməliyyatı pulun MDM-in klirinq hesabına daxil olması ilə tamamlanmış hesab edilir.




Abunə yazılışının (investisiya etmək üçün qiymətli kağızların sayına və ya məcmu miqdarına) minimum və/və ya maksimum məbləğini;


İnvestisiya etmək üçün SOCAR istiqrazlarının sayına məhdudiyyət yoxdur.

    • İstiqrazlar hərrac vasitəsilə yerləşdirildikdə, hərracın keçirilməsi qaydası;


Kütləvi təklif edilən SOCAR istiqrazları, fond birjasında hərrac vasitəsi keçirilmədən, İnvestorlar tərəfindən sifarişlərin anderrayterə təqdim etməklə abunə yazılışı formasında yerləşdiriləcək.

    • İstiqrazların dəyərinin ödənilməsi investorların istiqrazlarla təchizatı şərtləri qaydası; İstiqrazların alınması nağd və köçürmə yolu ilə anderrayter vasitəsilə həyata keçirilir. Müştəri tərəfindən hesab üzrə sərəncam verildiyi andan investisiya şirkəti müştərinin “depo” hesabında mövcud olan və həmin sərəncamda göstərilən qiymətli kağızlar barədə məlumat almaq hüququna malikdir.

    • Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat;


Yerləşdirmədə abunə yazılışı üçün toplanmış sifarişlərin bölüşdürülməsində investorlar sifarişlərinin həcminə və hüquqi və fiziki şəxs olmasına görə kateqoriyalara ayrılıb.

    • İstiqrazların satışının başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və satışın xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat;


Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini investorun anketində göstərdiyi nömrəyə qısa mesaj (SMS) vasitəsi ilə bildiriş göndəriləcəkdir.

    • İstiqrazların təklif qiyməti. Qiymətin məlum olmadığı təqdirdə istiqrazların qiymətin müəyyənləşdirmə metodunu göstərilməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan şəxslər barəsində məlumat;


SOCAR İstiqrazlarına Abunə yazılışının qiyməti - Abunə yazılışı dövründə İnvestorlar tərəfindən sifarişlərin verilmə tarixindən və həcmindən asılı olmayaraq, istiqrazlar nominal qiyməti ilə yəni, 1 istiqraz 1 000 (min) ABŞ dollarına təklif olunur.

    • İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği;


İnvestor SOCAR istiqrazlarını ilkin bazardan əldə edən zaman yaranacaq investisiya xidmətləri xərcindən, depo hesab açılışı komissiyasından, klirinq hesabına pul köçürülməsi komissiyasından azaddırlar, çünki SOCAR şirkəti istiqrazların alınması ilə bağlı sadalanan xərcləri öz üzərinə götürür.
    • İstiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat (adı, lisenziyası və ünvanı). Xidmət haqqı;


İstiqrazları öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat.

SOCAR istiqrazlarının anderrayteri olan PSG-Kapital QSC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən 01 avqust 2016-cı il tarixdə verilmiş 01 №-li İnvestisiya Şirkəti Fəaliyyəti lisenziyası əsasında investisiya xidmətləri göstərir. SOCAR istiqrazlarının Anderrayteri kimi qiymətli kağızları öhdəlik götürmədən yerləşdirilməsini həyata keçirir.


Tam adı: “PSG-Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (PSG-Kapital QSC) Hüquqi ünvanı: AZ1025, Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 13.

Olduğu yer: AZ1029, Bakı, Ələsgər Qayıbov 10Q, "Subhan-S" Plaza


VÖEN-i: 2002388681

Telefon: + 994 (12) 555-95-90, +994 (55) 562-08-80

Elektron poçtun ünvanı: info@psgkapital.az

Emitent Anderrayterlə bağlanılmış müvafiq müqaviləyə əsasən xidmət haqqı kimi ilkin yerləşdirmədə yerləşdirilmiş istiqrazların ümumi həcminin 0.21%-i qədərində komissiya ödəyəcək.



    • Anderraytinq müqaviləsinin bağlandığı və ya bağlanacağı vaxtı.


SOCAR və PSG-Kapital QSC arasında anderrayter müqaviləsi Abunə yazılışı başlanacağı tarixə qədər bağlanacaq.

  1. Ticarətə buraxılma və onun tənzimlənməsi




    • İstiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda istiqrazların ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri;


SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi, listinqi və tədavülü Bakı Fond Birjasında aparılacaqdır.


    • Market meyker(lər) barədə məlumat.


Bazar şərtlərini nəzərə alaraq Emitent İstiqrazların likvidliyinin qorunması məqsədi ilə market-meyker cəlb edə bilər. Bu barədə BFB-nin saytında məlumat açıqlanacaqdır.
Yüklə 499,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə