Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların


Qiymətli kağızlar haqqında məlumat



Yüklə 499,24 Kb.
səhifə3/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
1   2   3   4   5   6   7   8   9

Qiymətli kağızlar haqqında məlumat

SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında fond birjasında həyata keçiriləcək.



  • Abunə yazılışının başlanma tarixi: 20 Sentyabr 2016-cı il

  • Abunə yazılışının başa çatma vaxtı: 10 Oktyabr 2016-cı il

  • İstiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi: 13-14 Oktyabr 2016-cı il tarixlərində



  • İstiqrazların növü: Faizli, təminatsız, sənədsiz adlı istiqraz

  • İstiqrazların valyutası: ABŞ dolları
  • İstiqrazlar ilə təsbit olunan məhdudiyyətlər:

İstiqrazın ilkin yerləşdirilməsi zamanı ancaq Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər əldə edə bilər. İstiqrazların təkrar bazarda tədavülündə məhdudiyyətlər nəzərdə tutulmamışdır.


  • İstiqrazlar üzrə illik faiz dərəcəsi: 5 (beş) %


  • İstiqrazların faizlərinin ödənilmə tarixi və müddəti:

İstiqrazlar üzrə faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 ayda bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü ödəniləcək. İstiqrazlar üzrə faizlərin ilk ödənişindən sonra hər növbəti ödəniş müddəti üçün tədavüldə olan istiqrazların nominal dəyərinin emitent tərəfindən ödənilməmiş hissəsində hesablanacaq.




  • İstiqrazların dəyərinin ödənilmə tarixi: İstiqrazların tədavül müddəti buraxılışdan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) təqvim ili kimi müəyyənləşib.

  • İstiqrazın sahibi aşağıdakı hüquqlara malikdir:

  • İstiqrazların ödənilməsi zamanı İstiqrazın nominal dəyərini Emitentdən almaq;

  • İstiqrazın nominal dəyərindən illik 5 (beş) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində faiz almaq;

  • Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;

  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar;

  • İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur.

  • gəlirin qısa formada hesablama metodunu göstərməklə gəlir göstəricisi:

İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir:

TF = (N*D*G/360)/100

burada,


TF – Bir istiqraz üzrə toplanmış faizlər;

N – Bir İstiqrazın nominal dəyəri (1.000 (bir min) dollar); D – İstiqrazların illik gəlirlik dərəcəsi (5 (beş) %);

G –İstiqrazların ödəniş dövrünün müddəti (3 ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)


  • istiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat:

İstiqrazların satışı “Bakı Fond Birjası” QSC nin ticarət platformasında həyata keçiriləcək. Bunula bağlı müraciət istiqrazların emissiya prospekti təsdiq edildikən sonra baş tutacaq.

    • Risk Faktorları


Təklif olunan istiqrazlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorları aşağıdakılardır:

  • valyuta riski - valyuta kurslarının əlverişsiz şəkildə dəyişməsindən yaranan itki riski;

  • faiz riski - faiz dərəcələrinin mənfi dəyişməsindən yaranan itki riski;

  • inflyasiya riski - pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı risk;

  • likvidlik riski - müəyyən anda aktivlərin satışı və ya alışı ilə bağlı çətinliklərin yaranması mümkünlüyü;

  • əməliyyat riski - daxili proseslər, sistem pozuntuları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləri;

  • hesablaşma və kontragent riski - hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləri;

  • kredit riski - borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləri;

  • təbii - insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, zəlzələ, daşqın, tufan, qasırğa, ildırım və s. risklər);



EMİSSİYA PROSPEKTİ

I. H İ S S Ə




( İstiqrazların Emitenti barədə tələb olunan məlumatlar )




  1. Emitentin auditorları barədə məlumat

Son üç maliyyə ili ərzində auditor əvəzlənməsi olmamışdır.


Adı: Ernst & Yang Holdinqs (SiAyEs) Bi.Vi. / Ernst & Young Holdings (CIS) )B.V.


Ünvan:


Port Baku Tauers Biznes Mərkəzi,

Cənub Qülləsi, 9-cu mərtəbə, Neftçilər prospekti, 153 Bakı, AZ1010, Azərbaycan





Əlaqə: Phone: +994 12 4907020

Fax: +944 12 4907017



  1. Seçilmiş maliyyə məlumatı




2013

2014

2015




Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir


Gəlirlər

38,433

39,674

33,103

EBITDA

2,88

3,248

3,132

EBIT

1,876

2,127

1,761

Mənfəət/(Zərər)

977

1,274

(1,785)

Cəmi öhdəliklər

12,817

13,01

25,306

Cəmi kapital

10,229

11,057

14,648

Borc öhdəlikləri

5,066

5,797

10,911

Pul vəsaitləri

1,206

1,492

4,881




Yüklə 499,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə