Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların



Yüklə 499,24 Kb.
səhifə8/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
1   2   3   4   5   6   7   8   9

II. H İ S S Ə




(İstiqrazlar barədə məlumat)





  1. Əsas Məlumat



  • Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat;


Fond birjası

Emissiya prosesində iştirak edən Bakı Fond Birjası (BFB) SOCAR istiqrazlarının listinqə daxil edilməsi, emitentin anderrayteri üzərindən abunə yazılışı sifarişlərini ticarət sistemində qeydiyyatını və bu istiqrazların ilkin və təkrar bazarlarda alğı-satqısı üçün mütəşəkkil ticarəti təşkil edir.

Bakı Fond Birjasının (BFB) missiyası Qiymətli kağızların ticarətinin təşkilini və bağlanmış əqdlərin effektiv icrasını təmin edən ticarət sisteminin formalaşdırılması və inkişaf etdirilməsidir. BFB-nin strateji baxışı Maliyyə alətlərinin qabaqcıl texnologiyalar əsasında likvid, şəffaf və ədalətli ticarətini təşkil etməklə çevik investisiya imkanları təklif edən etibarlı və dayanıqlı təşkilata çevrilməkdir.BFB- nin fəaliyyəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2000-ci il 21 iyul tarixində verilmiş AB 044100 nömrəli fond birjası fəaliyyəti üzrə müddətsiz lisenziyaya əsaslanır.

Mərkəzi depozitar


Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) Qiymətli Kağızlar Bazarı haqqında Qanunun 16.1-ci maddəsinə əsasən təsis olunan qeyri-kommersiya hüquqi şəxsidir. MDM Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır. SOCAR İstiqrazlarının yerləşdirilməsində MDM-in vəzifələrinə aşağıdakılardır.
  • depozitar və reyestrsaxlayıcı (istiqrazların saxlanması və istiqraz mülkiyyətçilərinin reyestrinin aparılması)


  • Emitentin ödəniş agenti qismində istiqraz üzrə istiqraz mülkiyyətçilərinə (əsas borc və faiz) ödənişlərin həyata keçirilməsi xidmətlərinin göstərilməsi.

Milli Depozit Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanunu ilə tənzimlənir.

Anderrayter


“PSG-Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti maliyyə bazarlarında investisiya xidmətləri göstərən investisiya şirkətidir. Bu emissiyanın anderrayteri kimi SOCAR istiqrazlarına abunə yazılışı üçün sifarişlərin toplanmasını, Emissiya olunan istiqrazları toplanmış sifarişlər üzrə prospektdə qeyd olunmuş qaydada paylanmasını və BFB-nin ticarət sistemində yerləşdirilməsi xidmətlərini göstərir. Anderrayter qiymətli kağızları öhdəlik götürmədən yerləşdirilməsini həyata keçirir. Bundan

əlavə, istiqrazlar üzrə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, investisiya şirkəti qismində istiqrazlarla öz hesabına əməliyyatların aparılması və istiqrazlar üzrə investisiya məsləhətlərinin verilməsi kimi investisiya fəaliyyətlərini də göstərə bilər.



  • İstiqraz təklifinin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə edilməsi barədə ətraflı məlumat;


SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən borc qiymətli kağızıdır. Hal-hazırda bazar araşdırması onu göstərir ki, insanlar valyuta risklərindən qaçınaraq vəsaitlərinin əksər hissəsini ABŞ dollarında saxlayırlar. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR 500 milyon ABŞ dolları həcmində istiqraz emissiya etməyi planlaşdırır. SOCAR ilkin mərhələdə 100 milyon dollar həcmində istiqraz buraxacaq. Emissiyanın başlıca səbəbi aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyata cəlb edilərək həm Azərbaycanın iqtisadiyyatına, həm də vətəndaşlarına fayda yaratmaqdır.

  • Əldə olunan vəsaitlərin nəzərdə tutulan layihələrinin maliyyələşdirmək üçün kifayət etmədiyi təqdirdə tələb olunan əlavə pul vəsaitlərinin məbləği və mənbələri;


İstiqrazların buraxılışı hər hansı bir layihəni maliyyələşdirmək üçün nəzərdə tutulmadığından maliyyələşmənin alternativ yolu nəzərdə tutulmayıb.


  1. İstiqrazlar barədə məlumat





Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli Kağızlar Bazarı haqqında Qanunu, MBNP-nın “Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalar və “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında” Qaydaları.


  • İstiqrazların növü: Faizli, təminatsız, sənədsiz, adlı istiqraz

  • Təklif olunan istiqrazların sayı: 100 000 (yüz min) ədəd

  • Nominal dəyəri: 1 000 (bir min) ABŞ dolları

  • İstiqrazların valyutası: Amerika Birləşmiş Ştatları dolları (USD)
  • İstiqrazlar üzrə illik faiz dərəcəsi: 5 (beş) %


  • Kupon ödəniş dövrü: Hər 3 ayda bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü.

  • İstiqrazların tədavül müddəti: 5 (beş) il



  • Emitentin tədavüldə olan investisiya qiymətli kağızları haqqında məlumat:





Məbləğ (ABŞ dolları)

Emissiya tarixi

Son tarix

Müddət

Faiz

Qalıq

500.000.000

09.02.2012

09.02.2017

5 il

5.45%

97.057.000

1.000.000.000

13.03.2013

13.03.2023

10 il

4.75%

1.000.000.000

750.000.000

18.03.2015

18.03.2030

15 il

6.95%

750.000.000




  • İstiqrazların saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi depozitarın olduğu yer; Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır.

Hüquqi ünvanı: AZ1000, Bakı şəh., Bül-Bül pr., 27

Faktiki ünvanı: AZ1025, Bakı şəhəri, Babək prosp., Ə. Quliyev küç. 11/31 Telefon: 994-12-4880847



  1. mail: info@mdm.az



    • Təklif olunan istiqrazların reytinqi (olduqda) və bu reytinqə təsir edən amillər barədə məlumat; Məlumat üçün bildirmək istəyirik ki, Fitch və “Standard & Poors” kredit reytinqləri xidməti SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB” və digər beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody’s” “Ba1” olaraq təsdiqləyib.





İstiqrazın sahibi aşağıdakı hüquqlara malikdir:

      • İstiqrazların ödənilməsi zamanı İstiqrazın nominal dəyərini Emitentdən almaq;

      • İstiqrazın nominal dəyərindən illik 5 (beş) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində faiz almaq;

      • Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;

      • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar;


Emitentin İstiqraz sahibləri qarşısında öhdəlikləri:


      • Emitent İstiqraz sahiblərinin İstiqrazlarla təsbit olunan hüquqlarının icrasını təmin etmək öhdəliyini daşıyır.



    • İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi: illik 5 (beş) %



İstiqrazların nominal dəyəri bu istiqrazların tədavül müddəti bitdiyi tarixdə ödəniləcək. İstiqrazların tədavül müddəti 5 (beş) il kimi müəyyən edilir.

İstiqrazlar üzrə faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) ayda bir, 3 (üç) aylıq müddətdən sonrakı ilk iş günü olmaqla 5 (beş) il müddətində ödəniləcək. İstiqrazlar üzrə faizlərin ilk ödənişindən sonra hər növbəti ödəniş müddəti üçün tədavüldə olan istiqrazların nominal dəyərinin emitent tərəfindən ödənilməmiş hissəsində hesablanacaq.

İstiqrazlar üzrə illik 5 (beş) faiz kupon ödəniləcək. İstiqrazların tədavül müddəti ərzində, hər kupon ödəniş dövründə, Kupon ödənişi gününə istiqraz mülkiyyətçilərinin sahib olduqları istiqrazların nominal dəyərinin 1.25%-i qədər hesablanmış kupon İstiqraz sahiblərinin bank hesablarına köçürüləcək.

    • Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti;


Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372 - 384-cü maddələri ilə tənzimlənir.

    • Bazarda baş verən hadisələrin istiqrazların baza aktivinə (olduqda) və istiqrazlar üzrə hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi qaydaları və ya prosedurları;


İstiqrazlar üzrə baza aktivi nəzərdə tutulmayıb.


    • Ödənişlər üzrə hesablaşma agentinin adı;


Azərbayca Respublikasının Milli Depozit Mərkəzi


    • Təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat;


Emissiya olunan istiqrazlar təminatsız formada emissiya edilir.


    • İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmamışdır.




    • Gəlirlik dərəcəsi və onun hesablanması qaydası;

İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir:

TF = (N*D*G/360)/100


burada,

TF – Bir istiqraz üzrə toplanmış faizlər;

N – Bir İstiqrazın nominal dəyəri (1.000 (bir min) dollar); D – İstiqrazların illik gəlirlik dərəcəsi (5 (beş) %);

G –İstiqrazların ödəniş dövrünün müddəti (3 ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)




    • İstiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;


İstiqrazların emissiyası haqqında “09” Avqust 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Qasımov Süleyman Mehrəli oğlu tərəfindən qəbul edilmişdir.

    • İstiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);


İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını sadəcə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar ala biləcəkdir. Daha sonra Təkrar bazarda xarici fiziki və hüquqi şəxslər bu istiqrazları əldə edə bilərlər. Yerləşdirmə prosesində fiziki şəxslər daha çox üstünlüyə malikdirlər.

    • İstiqraz üzrə gəlirlərdən mənbədə verginin tutulması barədə məlumat. İstiqraz üzrə gəlirlərdən mənbədən verginin tutulması barədə emitentin öhdəliyi.


Qanunvericiliklə nəzərdə tutulan halda Emitent istiqrazlar üzrə faiz ödənişi zamanı qanunvericilikdə müəyyən edilmiş qaydada ödəmə mənbəyindən vergi tutur.

Fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsi-nin 102.1.22. bəndinə əsasən emitent tərəfindən istiqrazlar üzrə ödənilən faiz gəlirləri üzrə (kupon) gəlir vergisindən azaddır.





  1. Yüklə 499,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə