Emitent haqqında məlumat
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Azərbaycan Respublikasında fəaliyyət göstərir. SOCAR hasilat, nəql və emal əməliyyatları ilə məşğul olur. SOCAR- ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəqli, eləcə də neftin, qazın və neft və qaz məhsullarının satışından ibarətdir. SOCAR-ın mülkiyyət hüququnun 100 faizi Azərbaycan Respublikasına (“Dövlət”) məxsusdur.
-
Emitentin tam adı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
-
Qısaldılmış adı: SOCAR
-
Qeydiyyata alındığı tarix: 24.11.1995
-
Dövlət qeydiyyat nömrəsi (VÖEN): 9900003871
-
Təşkilati-hüquqi forması: qeydiyyata alındığı vaxt- dövlət müəssisəsi
-
Emitentin olduğu yer: Azərbaycan Respublikası, AZ1000, Neftçilər prospekti 73.
Telefon: (+99412) 521-03-32 www.socar.az
-
Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların təsviri; Emitent yerli və beynəlxalq energetika bazarlarında fəaliyyət göstərir. Emitentin fəaliyyətinə təsir göstərən başlıca qlobal tendensiyalar qismində dünya bazarında təbii qaz, xam neft və neft məhsullarına olan tələbatı, bu sahədə əsas istehsalçıların, o cümlədən beynəlxalq təşkilatların bazara təklifini, habelə alternativ enerji sahəsində inkişafı qeyd etmək olar. Ölkə daxili tendensiyalara isə, Azərbaycan manatının məzənnəsini, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən neft məhsulları və təbii qazın satış qiymətinin dəyişmə ehtimalını və s. aid etmək olar.
Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri;
SOCAR və onun struktur bölmələrinin təsisçiliyi ilə yaradılmış 18 Əməliyyat Şirkəti, 36 Birgə Müəssisə, 5 Alyans, xarici ölkələrdə çoxsaylı törəmə müəssisələrin fəaliyyəti neft və qaz sənayesinin demək olar ki bütün sahələrini əhatə edir. Emitent daxil olduğu qruplarda ana şirkət kimi iştirak etdiyinə görə heç bir qrupdan asılılığı yoxdur. (SOCAR, onun törəmə, asılı və birgə müəssisələri ilə birlikdə “Qrup” adlandırılır). Şirkətin əsas törəmə cəmiyyətləri və onlarda iştirak payı aşağıdakı kimidir:
Kapitalda pay, %
|
Adı
|
Əsas fəaliyyəti
|
Təsis edildiyi ölkə
|
2015
|
2014
|
SOCAR Turkey Enerji A.Ş.
|
Emal
|
Türkiyə
|
86.99%
|
99.99%
|
Azerbaijan (ACG) Ltd
|
Neft istehsalı
|
Kayman adaları
|
100%
|
100%
|
Azerbaijan (Shah Deniz) Ltd
|
Qaz istehsalı
|
Kayman adaları
|
100%
|
100%
|
Caspian Drilling Company (CDC)
|
Qazma əməliyyatları
|
Azərbaycan
|
92%
|
92%
|
SOCAR Energy Georgia LLC
|
Satış və paylama
|
Gürcüstan
|
51%
|
51%
|
SOCAR Overseas LLC
|
Satış və paylama
|
BƏƏ
|
100%
|
100%
|
SOCAR Trading Holding
|
Satış və paylama
|
Malta
|
100%
|
100%
|
Azerbaijan (BTC) Ltd
|
Satış və paylama
|
Kayman adaları
|
100%
|
100%
|
Cooperative Menkent U.A.
|
Satış və paylama
|
Niderland Krallığı
|
99.90%
|
99.90%
|
SOCAR Energy Holdings AG
|
Satış və paylama
|
İsveçrə
|
100%
|
100%
|
SOCAR Energy Ukraine
|
Satış və paylama
|
Ukrayna
|
100%
|
100%
|
Azerbaijan (SCP) Ltd
|
Satış və paylama
|
Kayman adaları
|
100%
|
100%
|
SOCAR Petroleum QSC
|
Satış və paylama
|
Azərbaycan
|
100%
|
100%
|
Bakı Gəmiqayırma Zavodu
|
Tikinti
|
Azərbaycan
|
65%
|
65%
|
Socar Polymer LLC
|
Kimya məhsulları
|
Azərbaycan
|
71%
|
71%
|
BOS Shelf LLC
|
Tikinti
|
Azərbaycan
|
90%
|
90%
|
audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri;
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (“SOCAR”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2015-ci il tarixinə olan konsolidasiya edilmiş maliyyə hesabatları Ernst & Young Holdings audit şirkəti tərəfindən audit edilmişdir və Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirilməsinə dair auditor rəyi verilmişdir.
son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri.
Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir
Gəlirlər
|
38,433
|
39,674
|
33,103
|
EBITDA
|
2,88
|
3,248
|
3,132
|
EBIT
|
1,876
|
2,127
|
1,761
|
Mənfəət/(Zərər)
|
977
|
1,274
|
(1,785)
|
Cəmi öhdəliklər
|
12,817
|
13,01
|
25,306
|
Cəmi kapital
|
10,229
|
11,057
|
14,648
|
Borc öhdəlikləri
|
5,066
|
5,797
|
10,911
|
Pul vəsaitləri
|
1,206
|
1,492
|
4,881
|
Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində ciddi dəyişiklik olmamışdır.
emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələr;
Dünya bazarlarında xam neft və neft məhsullarının qiymətindəki volatillik və Azərbaycan manatının devalvasiyası Emitentin ödəmə qabiliyyətinə nisbi təsir göstərmişdir. Emitentin ödəmə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə 2015-ci il ərzində nizamnamə kapitalı 121 milyon manat, Əlavə ödənilmiş kapitalı isə 460 milyon manat artırılmışdır.
SOCAR əsasən Azərbaycan Respublikasının ərazisində hasilat, daşınma, emal və satış fəaliyyət ilə məşğul olan Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir. SOCAR həmçinin AÇG yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan BTC Boru Kəməri, həmçinin "Azəri- Çıraq-Günəşli" (AÇG) və Şahdəniz yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan CQBK daxil olmaqla AÇG və Şahdəniz Hasilatın Pay Bölgüsü haqqında Sazişləri (HPBS) və bir sıra beynəlxalq boru kəmərlərində əhəmiyyətli paya malikdir.
-
mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti. Dövlət Neft Şirkətinin 100 % iştirak payı Azərbaycan Respublikasına məxsusdur. Bunu nəzərə alaraq nəzarət neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında həyata keçirilir.
|